286
18 Sentyabr - Milli Musiqi Günü, (1995)
“Azərbaycan musiqi sənətinin parlaq inkişaf perspektivləri vardır. Lakin
cəsarətli olmaq, yaxşı oxumaq və məhsuldar işləmək lazımdır. Xalqın
mənəviyyatını duymaq, onun ümid və arzularının ifadəçisi olmaq, nikbinliyini,
əhval-ruhiyyəsini musiqi vasitəsilə əks etdirmək lazımdır.”
Ümummilli lider Heydər Əliyev
Sentyabrın 18-i Azərbaycan
xalqının
dahi
oğlu,
musiqi
mədəniyyətimizin korifeyi Üzeyir
bəy Hacıbəyovun doğum günüdür.
Üzeyir bəyin doğum gününün musiqi
tariximizin ən əlamətdar hadisəsi
kimi anılması tez bir zamanda ənənə
halını almışdır. 1995-ci ildə isə
Prezident Heydər Əliyevin fərmanı
ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın
Milli Musiqi Günü kimi qeyd edilməsi qərara alınmışdır. Həmin gün təkcə
musiqisevərlərin deyil, həm də xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı
tapmaq olmaz ki onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə
hörmət hissi olmasın. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi
ənənəsinin əsasını maestro Niyazi qoymuşdur.
Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin
teatrında hazırlanan "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil,
bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur. O, həm də
Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəyovun "Ər və
arvad", "O olmasın, bu olsun" , "Arşın mal alan" musiqili komediyalarında o dövr
Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır. Ü.Hacıbəyov milli
musiqi xəzinəsinə yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o
cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi
xəzinəsinin incilərindən olan "Koroğlu" operasını, həm də yeni Azərbaycan
Respublikasının Dövlət Himnlərinin musiqisinin müəllifidir. Dahi bəstəkarın
yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin
qızıl fonduna daxil olmuşdur. Azərbaycan və dünya musiqi mədəniyyətinin
inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 100 illik
yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuşdur. Milli
musiqimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.
İnternetdə:
www.books.google.com
287
19 Sentyabr - Beynəlxalq Piratlar Günü, (1995)
19 sentyabr qeyri-rəsmi olaraq Beynəlxalq Piratlar Günü və ya Piratları
Təqlid Günü (International Talk Like A Pirate Day) kimi qeyd olunur. Bu gün
―Piratlar kimi danış‖ da adlandırılır. Çox şən keçən bu bayram dünyanın 40-dan
çox ölkəsində qeyd olunur. Həmin gün insanlar piratların danışıqlarını təqlid edir,
onların məşhur sözlərini işlədir, bəzən hətta onlar kimi geyinirlər. Bayramın vətəni
Amerikanın Oreqon ştatının Olbani şəhəridir. Belə ki, 1995-ci il iyunun 6-da Con
Baur və Mark Sammers adlı iki dost zarafat üçün piratların işlətdikləri ifadələrdən
istifadə edərək söhbət ediblər. Bu bayramın konsepsiyası da belə yaranıb. 2002-ci
ilə qədər bu bayram haqqında məlumat geniş yayılmamışdı. Lakin Deyv Berri adlı
jurnalistin məqaləsindən sonra bu haqda məlumat yayılır və bayramın çoxlu
pərəstişkarları yaranır.
Bu qeyri-adi günü qeyd etmək ənənəsi tədricən Avstraliya, Kanada və
İngiltərəyə, daha sonra başqa ölkələrə də yayılıb.
İnternetdə:
www.books.google.com
288
20 Sentyabr - Neftçilər Günü, (1994)
Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr
hər il ölkəmizdə Neftçilərin peşə bayramı günü kimi qeyd edilir.
Qeyd olunan tarix Azərbaycanda 1999-cu və 2004-cü ildə, yəni "Əsrin
müqaviləsi"nin imzalanmasının beşinci və onuncu ildönümü rəsmi səviyyədə
bayram kimi qeyd edilib. Neftçilər Günündə adətən sənayenin bu sahəsində əldə
edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu
sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət
başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.
20 sentyabr 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə
Bakıda, "Respublika" sarayında "Əsrin müqaviləsi"nin imzalanmasının birinci
ildönümü münasibətilə neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüş
keçirilib.
Hər il 20 sentyabrda Azərbaycan Prezidentinin neft-qaz sənayesi kollektivləri ilə
görüşləri mütəmadi xarakter alır.
İnternetdə:
www.books.google.com