Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə147/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   140   141   142   143   144   145   146   147   148

420 

 

21 Dekabr - Xalq rəssamı, heykəltəraş Ömər Eldarovun anadan olmasının   



                     90 illiyi, (1927) 

Ömər  Eldarov   Dərbənd  şəhərində  anadan  olub. 

Azərbaycan  Rəssamlıq  Məktəbinin  heykəltəraşlıq 

bölməsini  qurtardıqdan  sonra  Leninqraddakı  İ.  Repin 

adına 

Rəngkarlıq, 



Heykəltəraşlıq 

və 


Memarlıq 

İnstitutunun  heykəltəraşlıq  fakültəsində  təhsilini  davam 

etdirib.  1946-cı  ildən  etibarən  Ömər  Eldarov  mütəmadi 

olaraq  müxtəlif  respublika,  regional  və  beynəlxalq  sərgi 

və  müsabiqələrin  iştirakçısı  olub.  Sənətkarın  yaratdığı 

heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu əsərlər sırasında 

şairə  Natəvanın,  şair  Məhəmməd  Füzulinin,  şair-dramaturq  Hüseyn  Cavidin, 

Azərbaycanın  görkəmli  oftalmoloq  alimi  Zərifə  Əliyevanın,  professor  İhsan 

Doğramacının heykəlləri, ulu öndər Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, 

rəssam  Səttar  Bəhlulzadənin,  yazıçı  Süleyman  Rəhimovun,  akademik  Ziya 

Bünyadovun  və  başqalarının  qəbirüstü  abidələrini  göstərmək  olar.  Eyni  zamanda 

sənətkar bir sıra kiçik həcmli əsərlərin müəllifidir. Ömər Eldarov yaradıcılıqla yanaşı, 

həm  də  Azərbaycanın  ictimai  və  mədəni  həyatının  fəal  iştirakçısıdır.  1958-1968-ci 

illərdə  o,  Rəssamlar  İttifaqının  katibliyinə  üzv  seçilib.  1970-ci  ildə  isə  o,  SSRİ 

Rəssamlıq  Akademiyasının  heykəltəraşlıq  üzrə  Bakıdakı  yaradıcılıq  emalatxanasının 

rəhbəri  təyin  edilib.  Bu  illər  ərzində  heykəltəraş  tərəfindən  bir  neçə  nəsil  istedadlı 

peşəkar  rəssam  yetişdirilib.  Ömər  Eldarov  1969-1973-cü  illərdə  Bakı  Sovetinin 

deputatı  seçilib  və  burada  mədəni-maarif  işi  üzrə  komissiyanın  rəhbəri  vəzifəsində 

çalışıb.  1995-ci  ildə  isə  Ömər  Eldarov  Milli  Məclisə  deputat  seçilib.  Hazırda 

Azərbaycan  Rəssamlıq  Akademiyasının  rektorudur.

 

‖Şərəf  nişanı‖(1959),  ―Qırmızı 



Əmək  Bayrağı‖(1986),  ―İstiqlal‖  ordenləri  ilə  təltif  olunub.  16  aprel  2014-cü  ildə 

"Birlik  ulduzları-2014"  mükafatının  laureatı  olub.

 

18  aprel  2014-cü  ildə  akademik 



Ömər  Eldarov  Azərbaycan  mədəniyyətinin  və  monumental  heykəltəraşlıq  sənətinin 

inkişafındakı xidmətlərinə görə Üzeyir Hacıbəyli adına mükafata layiq görülüb.

 

Əsərləri:  “Şairə Natəvan‖ (1960),  ―Şair Məhəmməd  Füzuli‖(1963),  ―Dramaturq 

Hüseyn Cavid‖ (1993), ―Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyev‖ (1987) 

,‖Bəstəkar Üzeyir Hacıbəyov‖ (1955), ―Rəssam Səttar Bəhlulzadə‖ (1974), ―Bəstəkar 

və  caz  musiqiçisi  Vaqif  Mustafazadə‖  (1984),  ―Dirijor  Niyazi‖  (1989),  ―Yazıçı 

Süleyman  Rəhimov‖  (1991),  ―Bəstəkar  Fikrət  Əmirov‖  (1988),  ―Şərqşünas-tarixçi, 

akademik Ziya Bünyadov‖ (2000), ―Akademik Həsən Əliyev‖ (1988) xatirə abidələri 

"Elegiya"  abidəsi  (1989  il),  ―Akademik  Zərifə  Əliyeva‖  (1995),  ―Azərbaycanın 

ümummilli lideri Heydər Əliyev‖ (2004) və s.  



İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 

 

 

 

 


421 

 

27 Dekabr - Bəstəkar Oqtay Kazıminin anadan olmasının  85 illiyi,  



                     (1932-2010) 

Oqtay  Kazımov  Astara şəhərində  anadan  olub.  Orta 

məktəbi  Astarada  bitirən  O.Kazımi  Asəf  Zeynallı  adına 

Orta  İxtisas  Musiqi  Məktəbinin  xor-dirijorluq  fakültəsinə 

daxil  olub  və  Hacı  Xanməmmədovun  sinfində  təhsil  alıb. 

Musiqi  məktəbində  oxuyarkən,  "Bəxtəvər  uşaqlar"  adlı  ilk 

mahnısını  bəstələyib.  O.Kazımi  1957-ci  ildə  Üzeyir 

Hacıbəyov  adına  Azərbaycan  Dövlət  Konservatoriyasının 

bəstəkarlıq  fakültəsinə  daxil  olub  və  Cövdət  Hacıyevin 

sinfində  təhsil  alıb.  1966-1967-ci  illərdə  Sumqayıt  Musiqi 

Texnikumunda müəllim, sonra isə dərs hissə müdiri işləyib. 

Sumqayıtda  çalışdığı  illərdə  "Eksperiment"  estrada  orkestrini  yaradlb.  Sonralar 

bəstəkar  filormoniyada  musiqi  redaktoru  vəzifəsində  çalışıb  və  Asəf  Zeynallı  adına 

Orta İxtisas Musiqi Məktəbində xalq-çalğı alətləri fakültəsində dərs deyib. 

   O.Kazıminin  mahnıları  uzun  illər  "Dan  ulduzu"  ansamblının  repertuarında 

xüsusi  yer  tutub.  Görkəmli    bəstəkarın    mahnılarını   Rəşid    Behbudov,   Zeynəb 

Xanlarova,   Şövkət  Ələkbərova,   Eldar  Axundov,   Flora  Kərimova, Yalçın 

Rzazadə,   İlhamə  Quliyeva,   Oqtay  Ağayev,   Məmmədbağır  Bağırzadə  və  digər 

müğənnilər  ifa  ediblər. Onun xalq çalğı alətləri üçün konsertləri, Ulu öndər Heydər 

Əliyevə  həsr  etdiyi  ("Millətin  oyaq  gecəsi")  vokal  simfonik  poeması,  "Qarabag 

rapsodiyası",  təntənəli  uvertüraları,  60-a  qədər  teatr  tamaşalarına  bəstələdiyi 

musiqiləri (Akademik Dram Teatrında səhnəyə qoyulub. "Büllür sarayda", "Qılınc və 

Qələm", "Fitnə", "Ümid", "Ədirnə Fəthi" və s.), Rus Dram Teatrında səhnələşdirilmiş 

"Şeyx  Sənan",  Kamera  Teatrında  səhnəyə  qoyulmuş  "İtlər",  Musiqili  Komediya 

Teatrında səhnələşdirilən ("Qızıl Toy", "Danabaş kəndinin əhvalatları", "Dəli Dünya") 

operettaları rəğbətlə qarşılanıb və müxtəlf səpkili mahnıları Azərbaycan incəsənətinin 

məzmununa füsunkar töhfə verməklə yanaşı, tarixilik baxımından əhəmiyyətliliyi ilə 

fərqlənir. 

 O.Kazıminin  yaradıcılığı  dövlət  tərəfindən  yüksək  qiymətləndirilib.  O,  Əməkdar 

İncəsənət  Xadimi  (1992),  Xalq  artisti  (2006)  fəxri  adlarına  və  Prezident  təqaüdünə 

layiq  görülüb.  O.Kazımi  Azərbaycanda  ilk  rok  operanın  müəllifidir.  Qeyd  etmək 

lazımdır  ki,  görkəmli  bəstəkarın  əsərlərinin  bir  hissəsi  hələ  də  geniş  auditoriya 

kütləsinə təqdim edilməyib.

 

Oqtay Kazımi 9 avqust 2010-cu də vəfat edib. 



Simfonik  əsərləri:  "Azərbaycan  rapsodiyası",  böyük  simfonik  orkestr  üçün  (1962), 

"Qəhrəmanlıq  simfoniyası"  (1964),  "Potetik  simfoniya",  sevimli  müəllim  Cövdət 

Haciyevə  həsr  olunur  (1976),  "Bayram  Uvertürası",  böyük  simfonik  orkestr  üçün 

(1976),  "Sumqayıt  Lövhələri",  proqramlı  simfonik  süita  (1977),  "Azərbaycan", 

simfonik  orkestr  üçün  (1980),  "Şəhidlər"  Simfoniyası  (1990),  "Qarabağ  lövhələri", 

simfonik  süita  (1992),  "Nəğməmsən,  Azərbaycan",  kantata,  N.Həsənzadə  (1992), 

"Qəhrəmanlıq"  Simfoniyası  (1995),  "Millətin  oyaq  gecəsi",  A.Qurbani  (1995), 

"Peyğəmbər", oratoriya, N.Xəzri (2000) və s.  



İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə