Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə38/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   34   35   36   37   38   39   40   41   ...   148

105 

 

25 Mart - Teatrşünas, salnaməçi Qulam Məmmədlinin anadan olmasının  



                 120 illiyi, (1897-1994) 

 

Qulam  Məmmədli  Cənubi  Azərbaycanın  Təbriz 

şəhərində  anadan  olmuş,  ibtidai  təhsilini  mollaxanada 

almışdır.  Sonra  Bakı  Teatr  Texnikumunda  oxumuşdur 

(1924-1926).  1923-cü  ilin  iyun  ayında  Bakıya  köçüb 

―III İnternasional‖ mətbəəsində mürəttib, ―Kommunist‖ 

qəzeti redaksiyasında şöbə müdiri, ―Kəndli qəzeti‖ ndə 

redaktor  müavini,  ―Azərbaycan  kolxozçusu‖  qəzetinin 

redaktoru,  Azərbaycan  KP  MK  yanında  ―Kommunist‖ 

nəşriyyatının direktoru, ―Yeni yol‖ qəzetinin redaktoru, 

respublika  Radio  Komitəsinin  uşaq  verilişləri  redaksiyasında  baş  redaktor 

olmuşdur  (1929-1941).  Ədəbi  fəaliyyətə  toplayıcı  və  tərtibçi  kimi 

başlamışdır. Heyran  xanımın, Mirzə  Əli Möcüz  Şəbüstərinin toplayıb  tərtib  etdiyi 

seçilmiş  əsərlərini,  ―Bəxtiyarnamə‖ni  ilk  dəfə  1945-ci  ildə  Təbrizdə  çap 

etdirmişdir.  ―İran  Azərbaycanının  müasir  şairləri‖  (1946),  ―Səttarxan‖  şeirlər 

toplusu  (1948),  ―Mirzə  Əli  Möcüz‖  (1948),  "Xiyabani"  (1949),  ―Cənubi 

Azərbaycan  şairləri‖  antologiyası  (1950),  ―Heyran  xanım‖  (1951),  ―Atmacalar‖ 

(1958-1961), ―Əlağa Vahid. Seçilmiş əsərləri‖ (1975) və s. kitablar onun əməyinin 

bəhrəsidir.  O,  bu  əsərləri  toplayıb,  tərtib  edib  nəşrə  vermişdir.  Hələ  1934-cü 

ildə  Maksim Qorki onun xalq sərvətinə qayğıkeş münasibətini bəyənmişdir. Ömrü 

boyu  yanar  ürəkli  ictimaiyyətçi  olmuşdur:  ―Bilik‖  cəmiyyətində  ateizm  elmi-

metodik  sovetin  sədri  (1952-1981), Azərbaycan  Sovet  Ensiklopediyası Baş 

redaksiyasında  mətbuat  məsələləri  heyətinin  üzvü  (1952-1983),  Bakının  Oktyabr 

rayonu  xalq  deputatları  Sovetinin  deputatı  seçilmişdir  (1935-1937).  Azərbaycan 

KP MK nəzarət komissiyası rəyasət heyətinin üzvü (1928-1934), Azərbaycan KP 

MK  plenumu  üzvlüyünə  namizəd  olmuşdur  (1934-1937).  Ədəbi  və  ictimai 

fəaliyyətinə  görə  dörd  dəfə  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  Fəxri 

fərmanı, ―Əmək veteranı‖ (1976) medalı və digər on medal ilə təltif olunmuşdur. 

Qulam  Məmmədli   Azərbaycanın  SSR  Əməkdar  Mədəniyyət  işçisi  (1977), 

Azərbaycan  Jurnalistlər  Birliyinin  "Qızıl  qələm"  mükafatı  laureatı  (1972), 

Azərbaycanın  Əmakdar  jurnalisti  (1984),  İttifaq  əhəmiyyətli  təqaüdçü  (1987), 

M.F.Axundov adına ədəbi mükafatın laureatı (1989) olmuşdur. 

Qulam  Məmmədli  1994-cü  il  noyabrın  18-də  Bakıda  vəfat  etmiş,  Fəxri 

Xiyabanda dəfn olunmuşdur. 



Kitabları: ―Tüfeyli ocaqları‖ (1963), ―İmzalar‖ (1977), ―Cavid ömrü boyu‖ 

(1982), ―Azərbaycan teatrın salnaməsi‖ (1983), ―Molla Nəsrəddin‖ (1984), 

―Nəriman Nərimanov‖ (1987) və s. 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 

 



106 

 

26 Mart - Müğənni Yavər Kələntərlinin anadan olmasının  115 illiyi,  



                (1902-1979)  

 

  



Azərbaycanın    Əməkdar    artisti      Yavər    Kələntərli 

muğam,  təsnif  və  Azərbaycan  xalq  mahnılarının  mahir 

ifaçısı    Yavər  xanım  Şamaxıda    dünyaya  gəlmişdir. Yavər 

xanımı  qohumları  sənətdən,  səhnədən  uzaq  tutmaq  üçün 

əllərindən  gələni  etmişlər.  Ancaq  onun  məlahətli  səsi  bir 

gün  bəstəkar  Üzeyir  Hacıbəyovun  diqqətini  çəkmişdir. 

Üzeyir  bəylə  Yavər  xanımın    qardaşı  Hacıbala  Zamanov 

Qori  Seminariyasında  bir  yerdə  oxumuşdular.  Sonralar  isə 

dost olaraq qalırdılar. Üzeyir bəy Hacıbala müəllimgilə tez-

tez  gələrdi.  Elə  onlarda  ―Leyli  və  Məcnun‖  operasının 

məşqinin  aparıldığı  vaxtlarda  da  Üzeyir  bəy  Yavər  xanımın  oxumasını 

dinləmişdi.  Üzeyir  bəyin  aləmində  bu  səs  elə  onun  Leylisinin  səsiydi. 

Bəstəkarın  təklifi  Yavər  xanımın  ailəsində  razılıqla  qarşılanmadı.  Amma  ona 

etiraz da edə bilmədilər.  

Yavər  Kələntərli    1922-ci  ildə  birillik  musiqi  kursunu  bitirdi.  Görünür, 

qisməti  beləydi.  Bu  yanıqlı,  qeyri-adi  səs  təkcə  öz-özünü  ovutması,  qohum-

tanış  məclislərində  dinlənilməsi  üçün  deyildi.  Ona  görə  də  nə  vaxtsa  mütləq 

səhnəyə  çıxmalı,  o  gözəl  səsiylə  dinləyənləri  feyziyab  etməliydı. O  gün  də 

olmasaydı, bir başqa vaxt səhnəyə gəlməli, Yavər Kələntərli adını Azərbaycan 

musiqisi  tarixinə  yazmalıydı . Yavər  Kələntərli   Azərbaycan  radiosununun 

və Azərbaycan  Dövlət  Opera  və  Balet  Teatrının  solisti  olmuşdur.  Leyli, 

Leylinin  anası  ("Leyli  və  Məcnun", Üzeyir  Hacıbəyov),  Əsli  ("Əsli  və 

Kərəm", Üzeyir Hacıbəyov), Ərəbzəngi (―Şah İsmayıl‖, Müslüm Maqomayev) 

və digər partiyaları ifa etmişdir.  

Yavər Kələntərli 5 feval 1979-cu ildə dünyasını dəyişmişdir. 

 

 



       İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


107 

 

 



  27 Mart - Mstislav Rostropoviçin anadan olmasının  90 illiyi, (1927-2007) 

 

Sovet  və  rus  violonçel  ustası,  pianoçu, 

dirijor,  ictimai    xadim,    pedaqoq,  SSRİ    xalq  

artisti,    5    dəfə  Qremmi  mükafatı  lauratı  Mstislav 

Leopoldoviç 

Rastropoviç 

Bakıda, 

peşəkar 


musiqiçilər  ailəsində  anadan  olmuşdur.  Onun 

valideynləri  Üzeyr  Hacıbəyovun  dəvəti  ilə 

Orenburqdan  Bakıya  köçmüşlər.  M.Rostropoviç 

uşaqlığından  valideynləri  ilə  birgə  musiqi  ilə 

məşğul olmağa başlamışdır. 1932-1939-cu illərdə Moskvada musiqi texnikumunda 

oxumuşdur.  16  yaşında  Moskva  Konservatoriyasına  qəbul  olunmuş  və  burada 

violonçel  üzrə  təhsil  almışdır.  Violonçel  ustası  kimi  1945-ci  ildə  Moskvada 

Musiqiçilərin  Ümumittifaq  Müsabiqəsində  qızıl  medal  qazanmışdır.  1947-ci  ildə 

Praqada  Ümumdünya  Gənclər  və  Tələbələr  Festivalında  I  mükafata  layiq 

görülmüşdür.  Beynəlxalq  səfərləri  və  müqavilələri  sayəsində  Qərbdə 

şöhrətlənmişdir.1955-ci ildə opera müğənnisi Qalina Vişnevskaya ilə tanış olur və 

onlar  tezliklə  ailə  qururlar.  İki  qız  övladı  dünyaya  gələn  M.Rastropoviç  və 

Q.Vişnevskaya 52 il bir yerdə yaşamışlar. Onlar 1974-cü ildə ailə ezamiyyət adı ilə 

SSRİ-dən çıxmışlar. 1978-ci ildə isə sovet vətəndaşlıqları ləğv olunmuşdur.Yalniz 

1990-cı ildə onların sovet vətəndaşlığı bərpa edilmişdir.  

M.Rastropoviç 1974-cü ildən Qərbin aparıcı dirijorlarından biri sayılmışdır. 

17  mövsüm  Vaşinqton  Milli  Simfonik  Orkestrinin  dirijoru  və  bədii  rəhbəri 

olmuşdur. 26 il Moskva Konservatoriyasında dərs demişdir.  

M.Rastropoviç 2007-ci il aprelin 27-də Moskvada vəfat etmişdir.  

 

 



       İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 



 

 

 

 



 

 

 



 

 

 



 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə