Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanasi



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix08.09.2018
ölçüsü1,55 Mb.
#67204
1   2   3   4   5   6   7   8   9   ...   37

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

10 



aypara vardır. Bayır və içəridəki ayparalara buğda sünbüllərinin təsviri, çevrənin içinə və ortadakı ayparaya isə 

biri-birinə  keçmə  üsulu  ilə  toxunmuş  (reps  toxunuşu)  ərəb  yazısı  salınmışdır. 

Moruğu  zolağın  alt  hissəsində,  yaşıl  rəngli  kiçik  uzunsov  dairənin  - 

medalyonun  içərisində  "Məhəmməd"  sözü  yazılmışdır.  Bayraq  qumaşının 

yarıipək  parçadan  olan  üçüncü  şaquli  zolağında  qıraqları  naxışlı  on  kartuş 

yerləşdirilmişdir. Kartuşlar iki-iki olaraq kvadrat çərçivəyə alınmışlar. Onların 

içində  ərəbcə  yazılar  vardır.  Kartuşlann  arasında  səkkizləçəkli  xonçalar 

salınmışdır.  Ayparaların  və  kvadrat  çərçivənin  daxilində  ərəbcə  aşağıdakı 

yazılar verilmişdir: "Allahdan başqa ilahi qüvvə yoxdur"; "Məhəmməd Allahın 

elçisidir"; "Allahdan kömək və yaxın qələbə"; "Allah qoruyandır"; "Allah kömək göstərəndir;" "Ya Məhəmməd, 

möminləri müjdələ". 

Sağdan  sonuncu,  dördüncü  şaquli  zolaq  moruğu  rəngli  xara  parçadandır.  Qumaşın  bayraq  ağacına 

salınması üçün ona yaşılımtıl qalın bezdən torbacıq tikilmişdir. Bayrağın aşağıdan sol küncü və sağ kənarı xeyli 

süzülmüşdür. Bayrağın üz və astar tərəflərində olan təsvirlər eynidir. Taxtadan olan bayraq ağacı (uzunluğu 286 

sm,  kəsikdə  diametri  3,5  sm),  görünür,  vaxtilə  ağ  rəng  ilə  boyanmışdır.  Boyaq  əksər  yerlərdə  quruyub 

tökülmüşdür.  Ağacın  üzərində  çoxlu  çatlar  var.  Dəmir  ucluq  (uzunluğu  52,3  sm,  eni  16  sm)  üç  hissədən 

ibarətdir. Konusvari borucuğun başına içi boş dəmir kürəcik taxılmış, üstünə süngüvari ucluq birləşdirilmişdir. 

Milli  Azərbaycan  Tarixi  Muzeyində  446  №-li  inventar  altında  saxlanılan  bayrağın  qumaşı  (ölçüləri 

155x119  sm)  qızılı-sarı  rəngli  dörd  parça  "düyürd"  (sarja)  ipəyindən  dördkünc  formada  hazırlanmışdır  (üç 

parçası üstdə, bir parçası altda). Onun üst hissəsinə tən ortada qurama üsulu ilə qəhvəyi rəngli kətandan kəsilmiş 

üç  balıq  tikilmişdir.  Balıqlar  başları  yuxarıya  yelpik  şəklində  təsvir 

edilmişlər.  Qafqaz  Hərbi-Tarix  Muzeyinin  nəşr  etdirdiyi  bələdçi 

kitabında bayraqda təsvir edilən bu balıqların hakimiyyət rəmzi olduğu 

qeyd  edilmişdir.  (Путеводитель  по  Кавказскому  Военно-

Историческому  Музею.  Тифлис,  Типография  штаба  Кавказского 

военного округа, 1913.) 

Maraqlıdır  ki,  Azərbaycanda  "bolluq,  dövlət"  mənasını  özündə 

cəmləşdirən  balıq  bəzi  şərq  ölkələrində  "ayıqlıq"  simvolu  daşıyır. 

Qumaşın  üst  və  alt  kənarları  kəlağayı  parçasına  bənzər  çəhrayı  parça 

zolaqları  ilə  haşiyələnmişdir.  Bayrağın  fondda  saxlanılan  elmi 

pasportundakı  foto-şəkildə  bu  haşiyələrdə  artıq  pozulmuş  yazıların 

izləri  nəzərə  çarpır.  Bayrağın  parçasını  onun  ağacına  salmaq  üçün 

qumaşa  sarımtıl-bozumtul  rəngli  pambıq  parçadan  köbə  salınmışdır. 

Bayrağın  hər  iki  üzündəki  təsvirləri  eynidir.  Parça  bir  çox  yerdən 

süzülüb korlanmışdır. Taxtadan düzəldilmiş bayraq ağacı (uzunluğu 232 sm, kəsikdə diametri 2,9 sm) vaxtilə 

boya  ilə  rənglənmiş,  lakin  rəng  çox  yerlərdə  qopmuşdur.  Olduqca  yüngül  olan  ağac  zamanın  təsirindən 

əyilmişdir. Bayrağın gümüş ucluğu iki hissədən ibarətdir. Konusvari borucuğa ələm taxılmışdır. Başqa bu tipli 

ələmlərdən  fərqli  olaraq  daha  böyük  olan  bu  ələmin  içərisi  boşdur  və  əlcəyi  xatırladır.  Əlin  üstü  dama-dama 

naxışlanmış, ovuc hissəsi isə insan dərisindəki cizgilərə bənzədilmişdir. 

Hazırda  Milli  Azərbaycan  Tarixi  Muzeyində  471  №-li  inventar  altında  saxlanılan  bayrağın  beşguşəli 

qumaşı  (ölçüləri  155  x  119  sm)  doqquz  şaquli  zolağı  və  enli  haşiyəsi  olan  naxışlı  xara  parçalardan 

hazırlanmışdır. 

Bayraq ağacının solundan başlayaraq birinci cərgədə moruğu yerlikdə qızılı - bej rəngli səkkizbucaqların 

içində güləbətin tikməsi ilə ipək saplarla bir-birinin altında yerləşən moruğu konturlu səkkizləçəkli iri xonçalar 

toxunmuşdur.  İkinci  cərgədə  moruğu  yerlikdə  göy  rəngli  səkkizbucaqların  üstünə  bej  rəngli  xonçalar 

salınmışdır; hər bir xonçanın ortası nisbətən iri, onu əhatə edən ləçəklər isə xırdadır. 3,4,5-ci cərgələr yanlarında 

haşiyələri olan enli moruğu zolaqlardan ibarətdir; bunların üstündə qırıq və düz 

xətlərdən  əmələ  gətirilən  bej  rəngli  çərçivələrdə  səkkiz  rombvari  ləçəyi  olan 

xonçalar toxunmuşdur. Bu xonçalar bej saplardan toxunmuş ürəkvari hörgü ilə 

əhatə olunmuşdur. Enli yaşılımtıl-firuzəyi zolaqdan ibarət 6, 7, 8 -ci cərgələrdə 

ornamentlə  bəzədilmiş  və  zəncirdən  asılmış  çıraqlar  təsvir  edilmişdir;  bunlar 

qırıq-qırıq xətlərdən əmələ gətirilmiş çərçivələrdə yerləşən 16 ləçəkli bej rəngli 

xonçalar salınmış moruğu zolaqlarla əhatə olunmuşdur. 

Sonuncu, 9-cu zolaqda, moruğu yerlikdə bej saplarla üstündə güllər və nar 

meyvəsi  olan  simmetrik  budaqlı  ağaclar  toxunmuşdur;  ağacın  başında  qoşa 

quşlar təsvir olunmuşdur. Bayrağın parçasının dörd kənarına qalın moruğu parça 

ilə  köbə  çevrilmişdir.  Bayrağın  enli  haşiyəsinə  ensiz  sarı  zolaqlardan  naxış 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT  KİTABXANASI 



———————————————————————————————————————————————————————————————————— 

 

11 



salınmışdır. Qumaşın bayraq ağacına taxılması üçün tikilmiş torbacıq yaşılımtıl rəngdədir. Bayrağın parçası çox 

yerdə süzülmüşdür. Zamanın təsirindən bayraq ağacı (uzunluğu 275 sm, kəsikdə diametri 9,5 sm) əyilmiş, bəzi 

yerlərdə çatlar yaranmışdır. Bayrağın dəmir ucluğu (uzunluğu 40,5 sm) iki hissədən ibarətdir. Lüləşəkilli konusa 

dördüzlü  süngü  taxılmışdır.  Lülə  hissədə  ucluğun  mıxla  ağaca  bərkidilməsi  üçün  iki  dəlik  açılmış,  süngü 

əyilmişdir. 

Bayraq ağacına konusvarı dəmir alt ucluğu (uzunluğu 21 sm) taxılmışdır. 




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə