Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə195/220
tarix31.12.2021
ölçüsü1,2 Mb.
#81170
1   ...   191   192   193   194   195   196   197   198   ...   220
17 Texnologiya-kurikulum

Əmək  mədəniyyəti
  –  işçi  yerini  və  iş  prosesini  təşkil  etməyəi  bacarmaq, 
əmək  prosesinə  düzəlişlər  vermək  və  əməyin  nəticələrini  qiymətləndirmək,  lazım 
gələrsə faydalı təkliflər irəli sürmək. 
Əmək  məhsulu
  –  işçinin  əməyi  ilə  insanın  tələbatına  uyğunlaşdırılmış 
istehlak  dəyəri,  təbiət  cismidir,  insan  əməyinin  maddi  nəticəsidir.  Əmək 


 
 
116 
 
predmetləri  istehsal  prosesində  öz  formasını  dəyişir,  əmək  məhsuluna  çevrilir. 
Əmək məhsulu müxtəlif istifadə üsulları üçün hazırlanır. 
Əmək hazırlığı
 – ümumtəhsil məktəblərində və müvafiq ali təhsil ocaqlarında 
şagirdlərə  (tələbələrə)  texnika,  xidmət,  kənd  təsərrüatı  və  s.  əmək  sahələrinə  dair 
bilik,  bacarıq  və  vərdişlər  aşılamağı  nəzərdə  tutan  fəndir.  Ümumtəhsil 
məktəblərində əmək  hazırlığı peşə  vermək  məqsədi daşımır; o şagirdləri müxtəlif 
peşələrlə, bu peşələrin insana verdiyi tələblərlə və s. tanış edir; peşəqabağı ümumi 
hazırlıq verir. 
Əmək tərbiyəsi
 – gənc nəsildə əməksevərlik və cəmiyyət üçün faydalı əməyə 
hazırlıq  tərbiyə  edilməsidir.  Əmək  tərbiyəsi  əqli,  əxlaqi  və  fiziki  tərbiyə  ilə  sıx 
əlaqədardır.  O,  uşaqlara  elmi qanun  və  qanunauyğunluqların  tətbiqini  öyrətməklə 
yanaşı,  həm  də  onlara  insan  əməyinə,  əməyin  nəticələrinə,  əmək  adamlarına 
hörmət,  məhsula  qayğıkeş,  qənaətcil  olmaq  hissləri  aşılayır.  Ailədə  və 
məktəbəqədər  müəssisələrdə  başlayır,  məktəbdə  –  müxtəlif  formalarda  davam 
etdirilir. 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə