46
II. Təlim strategiyaları
2.1. Texnologiya təliminin təşkilinə verilən əsas tələblər
Başqa fənlərlə inteqrativ şəkildə tədris olunan «Texnologiya» fənnində hər bir
müəllim mövzunun xarakterinə, şagirdlərin yaş və bilik səviyyələrinə uyğun gələn
müasir təlim üsullarından istifadə etməlidir.
Bu məqsədlə təlim prosesində müəllim tərəfindən şagirdlərin aktivliyini,
maraqlarını təmin edən, fiziki hazırlıqlarını artıran və birgəfəaliyyət bacarıqlarını
inkişaf etdirən interaktiv (inter-qarşılıqlı, act-fəaliyyət) metod və üsullara üstünlük
verilməlidir.
İnteraktiv təlim metodlarının ənənəvi təlim metodlarından üstünlüyü aşağıdakı
sxemlərdə daha aydın görünür:
Passiv metod Aktiv metod
İnteraktiv metod
Müasir dövrdə pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə
etmək üçün müəllimlərin təşkiledici, əlaqələndirici, istiqamətverici, məsləhətçi,
şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq
fəaliyyətləri əsasında aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur:
Pedaqoji prosesin tamlığı
Təlimdə bərabər imkanların yaradılması
Şagirdyönümlülük
İnkişafyönümlülük
Fəaliyyətin stimullaşdırılması
Dəstəkləyici mühitin yaradılması
Dostları ilə paylaş: