Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ



Yüklə 6,26 Mb.
Pdf görüntüsü
səhifə53/66
tarix23.08.2018
ölçüsü6,26 Mb.
#63982
1   ...   49   50   51   52   53   54   55   56   ...   66

'  ^   ^
Daşdəmirov  Əlləz  İsa  oğlunun  elmi-pedaqoji  fəaliyyəti 
120-dən  çox  elmi 
əsərdə,  o  cümlədən  “Əsas  istehsal 
fondlannm  normtivləri”,  “İstehsalda  itkilərə  qarşı  mübariz 
tədbirləri”  kitablannda,  həmçinin  “Xalq  təsərrüfatınm  əsas 
sahələrində  mühasibat uçotunun  xüsusiyyətləri”  (iki  hisssə) 
dərs  vəsaitlərində,  “Mühasibat  (maliyyə)  uçotu”  birgə 
müəlliflərlə yazdığı dərsliklərdə öz əksini tapmışdır.
Hazırda  Ə.İ.Daşdəmirov  Azərbaycan  Dövlət  İqtisad 
Universitetinin  “Mühasibat 
uçotu”  kafedrasmda  dosent 
vəzifəsində çalışır.
242
Əjdər  Qiyaslı
Əskərov Əjdər Xanlar oğlu (Əjdər 
Qiyaslı)  1935-ci  il  dekabnn  13-də 
Azərbaycanm 
dilbər 
guşələrindən 
birində,  Ağdam  rayonunun  Qiyaslı 
kəndində 
anadan  olmuşdur. 
Orta 
məktəbi bitirdikdən sonra  1955-ci  ildə 
Azərbaycan  Dövlət  Xalq  Təsərrüfatı 
İnstitutuna  daxil  olub,  1960-cı  ildə 
indiki  BDU-nun  “İqtisad”  fakültəsini  iqtisadçı-mühasib 
ixtisası üzrə bitirmişdir.
1960-cı  ildə  Kənd  Təsərüfatı  Elmlər  Akademiyasınm 
“İqtisadiyyat”  bölməsində,  1962-ci  ildən  isə  onun  əsasında 
yaradılmış  Azərbaycan  Elmi-Tədqiqat  Kənd  Təsərrüfatınm 
İqtisadiyyatı  və  Təşkili  İnstitutunda  kiçik  elmi  işçi 
vəzifəsində  işləməyə  başlamışdır.  Həmin  institutda  1963-cü 
ildə aspiranturaya daxil  olmuş,  “Qarabağ düzü kolxozlannda 
kənd  təsərrüfatı  sahələrinin  yerləşdirilməsinin 
iqtisadi 
qiymətləndirilməsi 
və 
məhsul 
istehsalınm 
artınlması 
ehtiyatlan”  mövzusunda  dissertasiya  müdafıə  edərək  iqtisad 
elmləri namizədi, alimlik dərəcəsi almışdır.
1967-ci  ilin  sentyabnndan  indiki  Azərbaycan  Dövlət 
İqtisad  Universitetində  müəllim,  baş  müəllim,  dosent 
vəzifəsində işləyir.
Əjdər  Qiyaslı  53  ilə  yaxındır  ki,  elmi-pedoqoji  və  ədəbi 
sahədə  çalışır.  Onun  iqtisadiyyatın  aktual  problemlərinə  dair
8  kitabı,  85-dən  çox  elmi  əsəri,  150-dən  artıq  elmi-publisist 
məqalələri çap olunmuşdur.  Hələ müdafiə etməmişdən əw əl
243


“Azərbaycan  gəncləri”  qəzetində  “İqtisadi  bilik  bolluğun 
açarıdır”  başlığı  altında  çap  olunan  çoxsaylı  seriya 
məqalələrin müəllifıdir.
İqtisadçı  alim,  şair  Əjdər  Qiyaslı  50-  çap  vərəqi 
həcmində  “İqtisadi  nəzəriyyə”  və  26  çap  vərəqi  həcmində 
“İqtisadi təlimlər tarixi” dərsliklərinin müəlliflərindən biridir. 
0 , ”Nizami  Gəncəvinin  iqtisadi  görüşləri”  mövzusunda 
doktorluq  dissertasiyası  üzərində  işləyir.  Eyni  zamanda, 
M.F.Axundovun,  C.Cabbarlınm və  S.Vurğunun iqtisadi  fikir 
dünyasma  dair  yazdığı  dəyərli  əsərləri  “İqtisadiyyat”  və 
“Elm” qəzetlərində çap edilmişdir.
Tanmmış  iqtisadçı  alim,  kamil  pedaqoq  və  istedadlı  şair 
Əjdər  Qiyaslmm 
yaradıcılığı  qoşa  qanadlıdır.  O,  həm  
iqtisadiyyat,  həm  də  poeziya  sahəsində  çalışır.  İndi  onun 
“Doğma torpaq”,  “İnsanlara inanıram”,  “Günəşli  nəğmələr” , 
“Yaxşı  adam  görəndə”,  “Ömür  karvam”,  “Ömrün  qoşa 
qanadı”,  “Mənim dünyam”,  “Yaşanan  günlər”,  “Səmalardan 
gələn  səda”,  “Yaradan  yaşayır,  yaranan  qalır”,  “Dünyanı 
yaşadan  Günəş”  və  “İqtisad  elminin  kəhkəşanmda”  adlı  12 
şerlər  kitabı,  8  poeması,  qəzet  və  jumallarda  450-dən  çox 
şeri  çap  olunmuşdur.  Şerlərinə  S.Ələsgərov,  R.Mirişli, 
M.Əhmədova, 
C.Musayev, 
C.Quliyev  kimi 
görkəmli 
bəstəkarlar  çoxsaylı  populyar  mahnılar  bəstələmişlər.  Bir 
çox  şerləri  Türkiyədə,  Təbrizdə,  Moskvada,  Daşkənddə  çap 
olunmuşdur.
Əjdər  Qiyaslı  poeziya  aləmində  ilk  dəfə  olaraq 
“Dünyanm himni”ni yazmış,  onu 3  dildə -azərbaycan, rus və 
ingilis  dillərində  çap  etdirmişdir;  himnin  sözlərinə  tanmmış 
bəstəkar Cavanşir Quliyev mahnı bəstələmişdir.
244
0 ,  yüksək  vətənpərvər  və  fədakar  alim-şairdir;  1993-cü 
ilin  maymda  Bakı  Veteranlar  şurasınm  üzvlərilə  Ağdam, 
Tərtər,  Ağdərə  rayonlarmm  cəbhə  bölgələrində  olmuş, 
əsgərlər  qarşısında  onlan  qələbəyə  ruhlandıran  şeirlərilə 
çıxış etmişdir.
Alim-şair  Azərbaycanda  təhsilin  inkişafındakı  xidmət- 
lərinə,  qüsursuz  və  səmərəli  fəaliyyətinə  görə  “Tərəqqi” 
medalı  və  AR  Təhsil  Nazirliyinin  “Fəxri  fərmanı”  ilə  təltif 
edilmişdir.  Azərbaycan  Yazıçılar  Birliyinin  fəal  üzvüdür. 
“Araz”  Ali  Ədəbi  mükafatı  və  “Qızıl  Qələm”  mükafatı 
laureatıdır.  2002-ci  və  2004-cü  illərdə  Məşhəd  ziyarətində 
olmuşdur.
Evlidir.  3  qızı,  1  oğlu və 7 nəvəsi vardır.
245


Əliyeva Yasəmən Əli qızı
Əliyeva  Yasəmən  Əli  qızı  12  iyun 
1953-cü  ildə  Ermənistanın  Kirovakan 
(Qara  kilsə)  rayonunun  Arçut  kəndində 
ziyalı  ailəsində  anadan  olmuşdur.  1970- 
ci  ildə  Arçut  kənd  orta  məktəbini 
bitirdikdən 
sonra 
Bakı 
şəhərində 
yaşayır.  1974-1979-cu  illərdə  Azərbay- 
can  Dövlər  Pedaqoji  Xarici  Dillər  İnstitutunda  təhsil  alıb. 
Alman-ingilis dili fakültəsini bitirib.  3  il təyinatı üzrə Şamaxı 
rayon  Meysəri  kənd orta məktəbində müəllim  işləyib.  Sonra 
Azərittifaqda  işə düzəlib.  1980-1990-cı  illərdə Azərittifaqda 
müəyyən  vəzifələrdə  işləyib.  1985  -   1990  illərdə  Moskva 
Kooperativ 
İnstitutunun 
Bakı 
fılialmda 
“Ticarətin 
iqtisadiyyatı”  fakültəsində,  qiyabi  şöbədə  təhsil  alıb.  1990-cı 
ildə 
rektorun 
əmri 
ilə 
institutda 
metodist-müəllim 
vəzifəsində  saxlamlıb.  İlk  əw əl  alman  dilindən,  sonra  isə 
menecmentdən  dərs  deyib.  Həmin  ildən  müəllim,  baş 
müəllim vəzifələrində çalışıb.
1997-ci  ildə  Milli  Elmlər  Akademiyasınm  İqtisadiyyat 
İnstitutunun  dissertantı  kimi  təsdiq  edilib  və  “Kənd 
təsərrüfatmda  sahibkarlıq  fəaliyyətinin  stimullaşdınlması” 
mövzusunda elmi iş üzərində işləyib.
2005-ci  ildə  Azərbaycan  Elmi  -  Tədqiqat  Kənd 
Təsərrüfatı  İnstitutunda  dissertasiya  işini  müdafiə  edərək 
iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
246
2008-ci ildən hal -  hazıra kimi Azərbaycan Kooperasiya 
Universitetində  “İqtisadiyyat  və  menecment”  kafedrasınm 
müdiri vəzifəsində işləyir.
30  elmi  məqalənin,  1  monoqrafıyanm,  2  dərs  vəsaitinin 
və 8 fənn proqramınm müəllifıdir.
Bir övladı (oğlu) var.


Yüklə 6,26 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə