Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 398,94 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix06.10.2018
ölçüsü398,94 Kb.
#72932
1   2   3   4   5   6   7

 

haqqında  bir  vəsiyyət  edə  bilməməsi  romanın  taleyini  də  məchul,  müəmmalı  bir 



problemə  çevirdi.  Xalq  yazıçısı  Anara  minnətdarıq  ki,  Ənvər  Məmmədxanlının 

ömür  abidəsini,  ədəbiyyatımızın  şah  əsərlərindən  biri  olan  “Babək”  romanını 

özünəməxsus bir həssaslıqla, ustadı Ənvər Məmmədxanlıya məhəbbətlə oxuculara 

təqdim etdi. 

Ənvər  Məmmədxanlının  yazıçı  istedadı  və  mədəniyyəti  dilə  münasibətdən 

başlayır.  Onun dili  ifadəlidir,  canlıdır, şirindir.  Eyni  zamanda əqli-estetik  nəzarət 

altındadır,  hətta  belə  demək  mümkünsə,  pedoqoji  təmkinə  malikdir.  Onun 

təqdimində  ana  dili  olduğu  gücdə  görünür.  Yazıçı  sözdən  səxavətlə  istifadə  edir, 

lakin elə edir ki, bu, israfçılığa çevrilmir. Ənvər Məmmədxanlı nümunəvi olduğu 

qədər də perspektivli dil təqdim  edir. 

Ənvər  Məmmədxanlı  həm  sənətkar,  həm  də şəxsiyyət  kimi  nadir,  təkrarsız 

və müqayisəolunmaz idi. Onun övladı əsərləri idi. Ənvər Məmmədxanlı nəcabətli, 

nikbin,  vüqarlı,  təmkinli  insan  idi.  O,  ədəbiyyatımıza  lirik  hekayə  janrını  gətirdi. 

Onun “Buz  heykəl” hekayəsi sözdən düzəldilmiş canlı bir abidədir. Uzun illər bu 

hekayə bizim dərsliklərdə çap olundu və uşaqlar tərəfindən sevildi. 

Ənvər Məmmədxanlının söz dünyası sirli-sehrli, çoxlarına əlçatmaz görünən  

cazibəli, füsunkar bir aləm idi. O, zərgər kimi sözün üstündə işləyirdi. Sözə naxış 

vururdu,  məna  verirdi.  Onun  qələmindən  çıxan  söz  də  ürək  kimi  çırpınırdı, 

gülürdü, sevinirdi, oxuyurdu. Onun “Şərqin səhəri” əsəri əsasında yaranan tamaşa 

Azərbaycan  dramaturgiyasının  incisi  sayılır.  Ənvər  Məmmədxanlı  nasirlərimiz, 

dramaturqlarımız içərisində yeganə şair idi. 

Xalq yazıçısı Anar yazır: 

   

“Ənvər Məmmədxanlıda müdriklik, nuranilik, əqidəsinə sadiq qalmaq kimi 



müsbət xüsusiyyətlər mövcub idi. Ənvər Məmmədxanlının qəribə, unikal yaddaşı 

vardı.  Haçan  nə  kitab  oxumuşdusa,  nə  məlumat  almışdısa hamısı  yadında  olardı. 

Azərbaycan  və  dünya  tarixinə,  ədəbiyyatına,  fəlsəfəsinə,  müasir  siyasətə  aid 

ensiklopedik biliklərə malik idi və onunla söhbət etmək bir universitet qurtarmaq 

qədər  zənginləşdirirdi,  savadlandırırdı  adamı.  O,  islam  tarixini  Azərbaycanda  ən 

dərindən bilən adamlardan idi. Onun yüksək zövqü, intelekti ,mədəniyyəti imkan 

verirdi  ki,  o,  ədəbi  orqanlardan,  nəşriatlardan  birinin  başında  dursun.  Lakin  o, 

bunlardan qaçırdı.” 

     

Ənvər Məmmədxanlı deyirdi: “Allah mənə az çox istedad veribsə niyə mən 



onun qədrini bilməməliyəm? Mənim həyatım da, xoşbəxtliliyim də yazı stolumun 

arxasındadır.  Yazanda  yazıram,  yazmayanda  da  başlayıram  tərcüməyə.  Yazmaq 

sağ  qolumdursa,  tərcümə  sol  qolumdur.  İkisidə  ayrılmazdır  bir-birindən.  Ömrü 

boyu qara çörəyim tərcümədən çıxıb.O, istedadından, bacarığından qətiyyən şöhrət 

tapması  üçün  istifadə  etmirdi.  Çətin  dolanırdı.  Dərdini  qəlbində  bükülü  gəzdirir, 



 

onu heç kimə hətta ən yaxın adamlarına belə açmırdı. Onun həmdəmi yalnız qələm  



və ağ kağızlar idi.” 

   


Ənvər Məmmədxanlı  o qədər gözəl, o qədər zərif, o qədər təravətli, o qədər 

yeni  ruhlu  hekayələr  yazırdı  ki,  onları  oxumaqla  doymaq  olmur.  Görkəmli 

ədibimiz  Ənvər  Məmmədxanlı  o  istedadlar  nəslinə  mənsubdur  ki,  elə  ilk 

əsərlərində öz mövzuları, öz üslubu ilə ədəbi ictimayyətin xüsusi marağına səbəb 

olaraq özünəməxsus yaradıcılıq yolu keçib. 

     


Hələ  ilk  povesti  olan  “Bakı  gecələri”  Ənvər  Məmmədxanlıdan  artıq 

yaradıcılıq  yönümü  müəyyənləşən  bir  yazıçı  kimi  danışmağa  imkan  verir.  Cavan 

yazıçı  Bakının  yalnız  qəhramanların  fəaliyyət  meydanı,  hadisələrin  baş  verdiyi 

sadəcə bir fon kimi yox, qədim mədəniyyəti, nadir təbiyyəti, özünəməxsus kəskin 

ziddiyyətləri olan, sürətlə dəyişib təkmilləşən, inkişaf edib irəliləyən, yeni üfüqlər 

fəth edən ictimai münasibətlər şəhəri kimi təqdim edirdi.  

      

Ənvər  Məmmədxanlı  müxtəlif    janrlarda  yazırdı.  Lakin  janr  müxtəlifliyi 



onun ifadə tərzinin eyni keyfiyyətdə qalmasına mane olmurdu. Onun nəsrində də, 

dramaturgiyasında da psixologizm aparıcı qüvvədir.  

   Ənvər Məmmədxanlı kino sənətində istedadlı ssenarist kimi tanınır. Onun 

yazdığı  “Fətəli  xan”,  “Leyli  və  Məcnun”,  “Babək”  kimi  ssenariləri  əsasında 

çəkilmiş  filmlər  bu  gün  öz  tarixi  baxımından  aktuallığı  ilə  seçilir.  Kino- 

novellalarında  yazıçı  mahiyyətlə  hadisənin  optimal  əlaqəsini  müəyyənləşdirməyə 

çalışırdı.  “Leyli  və  Məcnun”  kino-dastanında  isə  Ənvər  Məmmədxanlı  qeyri-adi 

klassik  həqiqətin  birbaşa  şərhçisidir;  bu  halda  da  müəllifin  diqqət  mərkəzində 

zamanın  mənəvi-əxlaqi  xarakterindən  daha  irəli  insanın  xarakteri  dayanır.  Ənvər 

Məmmədxanlının  Məcnunu  Füzulinin  Məcnunundan  fərqlənir;  o  mənada  ki,  XX 

əsrin yazıçısı XVI əsrin kontekstini daha real-həyati məzmunda dərk edir, Məcnun 

ideal  axtarışlarında kifayət  qədər konkret  maneələrlə qarşılaşır,    XVI  əsrin deyil, 

XX əsrin problemlərini həll etmək üçün baş sındırır, bu günün filosofu kimi çıxış 

edir. 


     Ənvər Məmmədxanlı həyatsevər insan idi; gəncliyində dünyanın ləzzətlərindən 

zövq almağı bacaran adam kimi yaşlı çağında da şövqündən, yaşamaq, düşünmək, 

mübahisə etmək həvəsindən qalmamışdı. Amma bu nikbin təbiətli bir insanın ömrü 

boyu  “həyatı  ağrımışdı”.  O,  lirik-romantik  bir  yazıçı  idi.  Həm  də  Ənvər 

Məmmədxanlı 30-80-ci illəri əhatə edən yaradıcılığında lirik nəsrin bir ustadı kimi 

də fəaliyyət göstərmişdi.  

    

Oxucu  Ənvər  Məmmədxanlının  əsərlərini    oxuduqa  onun  qələminin 



qüdrətinə,  şeriyyətinə  vurulduqca  vurulur,  onun  insanlığının,  şəxsiyyətinin, 

vüqarının  vurğunu  olur.  Onun  “And”  hekayəsində  “sən  hər  fəsildə  gözəliydin, 

Azərbaycan” sözləri mənə elə gəlir ki, hər bir Azərbaycan vətəndaşını təsirləndirir. 



Yüklə 398,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə