49
fəallıqla aparılması, ödəmə balanslarının tənzimlənməsi, tənzimləyici orqanlarının, o
cümlədən AMB-nin tələblərinin icrası üçün təkrar paylaşmasını təmin edir. Həmin
seqmentdə AMB komersiya banklarına yenidən maliyyələşdirmə qaydasıyla kredit
təqdim edir. Bununla belə, maliyyə bazarının quruluşundan asılı olaraq sabitliyi
qorumaq, pul kütləsinin tənzimlənməsi və bank likvidliyinin təmin edilməsi
məqsədilə AMB yenidən maliyyələşdirmə faizini müəyyən edir. Beləki, uçot dərəcəsi
2010-cu il noyabr ayının 1-dən etibarən Azərbaycanda 2%-dən 3%dək, daha sonra isə
2011-ci il martın 1-dən 3%-dən 5%-dək qaldırılıb. Son dəfə uçot dərəcəsi ötən ildə
müzakirə edilib. O zaman AMB idarə heyətinin qərarı ilə 2011-ci il mayın 6-dan uçot
dərəcəsi 5%-dən 5,25%-dək artırılıb. Uçot dərəcəsinin artırılmasına dair qərar hal-
hazırda Azərbaycan ödəmə balansının profisiti və valyuta ehtiyatlarının sürətlə
artması və pul kütləsinin potensial mənbələrinin genişlənməsi prosesi nəzərə alınaraq
qəbul olunub. Bu şəraitdə inflyasiyaya təsir göstərə bilən faktorların əməli sürətdə
idarə edilməsi çox vacib bir amildir. Uçot dərəcəsinin 5,25%-dək qaldırılması
sayəsində AMB sterilizasiyası üzrə məqsədyönlü siyasətin aparılması imkanını əldə
edib. Əlavə olaraq AMB idarə Heyətinin qərarı ilə daxili və xarici öhdəliklər üzrə
icbarı ehtiyat norması 0,5%-dən 2%-dək yüksəldilib. Pul və kredit siyasətilə uyğun
olaraq müxtəlif alətlərdən faydalanaraq AMB dövriyyədə olan pul kütləsinin
həcmini, inflyasiyanın səviyyəsinin və milli manatın inkişaf etmiş aparıcı dünya
ölkələrinin valyutalarına
nisbi məzənnəsini tənzimləyir. Özəl və dövlət sektoru şirkətləri və regional
layihələrin qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşməsi, həmçinin korporativ
alətlərlə təkrar ticarətin artması nəticəsində bazarın korporativ qiymətli kağızlar
seqmentində əqdlərin sayı 2014-cü ildə ötən il ilə müqayisədə 38 faiz, həcmi isə 2,7
dəfə artaraq 4,7 milyard manat təşkil etmişdir. 2014-cü il ərzində real sektor
təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını
artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində
əməliyyatların sayının 37 faiz, həcminin isə 2,2 dəfə artaraq 1,3 milyard manat təşkil
etməsinə səbəb olmuşdur ki, bu da tarix boyu qeydə alınmış ən yüksək göstəricidir.
50
Belə ki, səhmlərin ilkin bazarında əməliyyatların sayı ötən il ilə müqayisədə 1,9 dəfə,
həcmi isə 2,7 dəfə artaraq 1,1 milyard manata çatmışdır. Eyni zamanda, səhmlərin
təkrar bazar ticarətində hesabat dövrü ərzində əməliyyatların sayı ötən il ilə
müqayisədə 32 faiz, həcmi isə ortalama aylıq 2,3 dəfə artaraq 141,6 milyon manata
yüksəlmişdir. 2014-cü il ərzində Mərkəzi Bankın qiymət stabilliyinin təmin olunması
funksiyası çərçivəsində həyata keçirdiyi sterilizasiya əməliyyatları notlar və onlarla
aparılan repo əməliyyatlarının dinamikasında özünü qabarıq şəkildə büruzə
vermişdir. Belə ki, hesabat dövrü
ərzində Mərkəzi Bankın notlarının
yerləşdirilməsinin ötən il ilə müqayisədə 47 faiz azalaraq 158,1 milyon manat təşkil
etməsinə baxmayaraq, bu növ alətlərin təkrar bazar ticarəti 8,0 dəfə artaraq 349,8
milyon manat təşkil etmiş, bütövlükdə not bazarı 48 faiz artaraq 507,9 milyon manata
çatmışdır. 2014-cü il ərzində 3,5 milyard manat həcmində repo/əks-repo
əməliyyatları baş tutmuşdur ki, bu da ötən il ilə müqayisədə 46 faiz azdır. 2014-cü il
ərzində ilk dəfə olaraq qiymətli kağızlar bazarında valyuta və əmtəə əsaslı törəmə
maliyyə alətlərinin ticarəti həyata keçirilmiş və dövr ərzində ümumi məbləği 204,7
milyon manat olan əmtəə əsaslı və ümumi məbləği 4,1 milyard manat olan valyuta
əsaslı törəmə qiymətli kağızlarla ticarət əməliyyatları həyata keçirilmişdir ki, nəticə
də törəmə qiymətli kağızlar bazarının həcmi 4,3 milyard manat təşkil etmişdir. 2014-
ci ildə Maliyyə Nazirliyi tərəfindən müddəti, gəlirliyi və ödəniş şərtlərinə görə
müxtəlif alətlərin bazara çıxarılması davam etmişdir. Bu zaman bank sektorundakı
izafi likvidlik nəzərə alınmış, real sektorun maliyyələşməsini stimullaşdıran
düşünülmüş emissiya siyasəti həyata keçirilmişdir. Nəticədə, 2014-ci il ərzində
dövlət istiqrazlarının lkin və təkrar bazarının həcmi 38,5 faiz azalmış, lakin müxtəlif
müddətli istiqrazların gəlirlikləri üzrə artım müşahidə olunmuşdur. Belə ki, 1 aylıq
dövlət istiqrazlarının gəlirliyi ilin əvvəlindən sonunadək 1,36 faizdən 1,46 faizə, 3
aylıq dövlət istiqrazlarının gəlirliyi 1,61 faizdən 2,5 faizə, 6 aylıq dövlət
istiqrazlarının gəlirliyi 2,01 faizdən 2,95 faizə artmış, 1 illik dövlət istiqrazlarının
gəlirliyi 3,5 faiz, 1 illik geri çağrılabilən dövlət istiqrazlarının gəlirliyi 3,99 faiz, 2
illik dövlət istiqrazlarının gəlirliyi 4,49 faiz, 3 illik dövlət istiqrazlarının gəlirliyi isə
51
4,95 faiz təşkil etmişdir. Son illər dövlət qiymətli kağızları ilə əməliyyatların əsas
hissəsini təşkil edən repo əməliyyatları da artmışdır. Belə ki, 2014-ci il ərzində repo
əməliyyatlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 86 faiz, əməliyyatların
həcmi isə 6,9 dəfə artaraq 5781 milyon manat təşkil etmişdir. Repo əməliyyatlarının
99 faizi Mərkəzi Bankın notları, 1 faizi isə dövlət istiqrazları vasitəsilə həyata
keçirilmişdir. Dövlət istiqrazları ilə aparılan repo əməliyyatlarının həcmi ötən ilin
müvafiq dövrü ilə müqayisədə 67,5 faiz artaraq 29,3 milyon manat təşkil etdiyi halda,
Mərkəzi Bankın notları ilə aparılan repo əməliyyatlarının həcmi 7 dəfə artaraq 5752
milyon manat təşkil etmişdir.
Son illər korporativ qiymətli kağızlar bazarının dinamikasında da yüksək artım
templəri müşahidə edilmiş, özəl sektorun qiymətli kağızlar bazarı vasitəsilə
maliyyələşmə təşəbbüsləri genişlənmişdir. Belə ki, 2014-ci il ərzində korporativ
qiymətli kağızlar bazarında əməliyyatların sayı ötən ilin müvafiq dövrü ilə
müqayisədə 13 faiz, əməliyyatların həcmi isə 2,7 dəfə artaraq 2144 milyon manat
təşkil etmişdir. Korporativ qiymətli kağızlarla əməliyyatların 48 faizini səhmlər, 52
faizini isə korporativ istiqrazlar təşkil etmişdir. Bununla yanaşı, 2014-ci il ərzində
korporativ qiymətli kağızlar sektorunun ilkin bazarında əməliyyatların həcmi 3 dəfə
artaraq 1567 milyon manat təşkil etmişdir.
Bu gün bütövlükdə qiymətli kağızlar bazarının tənzimləməsinin əsas hədəfi
orta müddətli perspektivdə müasir, optimal tənzimlənən və effektiv fəaliyyət göstərən
fond bazarlarının formalaşdırılmasıdır. Bu məqsədlə, hüquqi-normativ bazanın
təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması; inteqrasiya edilmiş
və tam avtomatlaşdırılmış fond bazarı infrastrukturunun formalaşdırılması; tələb və
təklifin stimullaşdırılması vasitəsilə kapital bazarı alətlərinin və xidmətlərin çeşidinin
genişləndirilməsi; ictimaiyyətin, yerli və xarici investorların Azərbaycan qiymətli
kağızlar bazarı haqqında məlumatlandırılması və maarifləndirilməsi; və nəhayət
müasir, qabaqlayıcı və effektiv tənzimləyici rejimin tətbiq edilməsi istiqamətlərində
fəaliyyət nəzərdə tutulur. Hazırda, strategiyanın əlaqələndirilmiş və kompleks
tədbirlər planının tamamlanması və onun icrası üçün geniş beynəlxalq texniki
Dostları ilə paylaş: |