Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   ...   18   19   20   21   22   23   24   25   26
    Bu səhifədəki naviqasiya:
  • SUMMARY

 

 

74



Təcrübə  göstərir  ki,  yüksək  rəqabət  qabiliyyətinə  malik  sahələr  klaster  daxili 

qarşılıqlı əlaqə prosesində özünün təchizatçı  və  müştərilərinin  rəqabət  qabiliyyətinin 

də  artmasına  gətirib  çıxarır.  Klaster  dedikdə,  müəyyən  sahələrdə  qarşılıqlı  əlaqəli 

şirkətlərin,  ixtisalaşmış  təchizatçıların,  xidmət  göstərən  firmaların,  həm  də  onların 

fəaliyyəti  ilə  əlaqəli  olan  müəyyən  sahələrə  məxsus  təşkilatların  (məsələn,  universi-

tetlərin,  ticarət  birliklərinin  və  s.)  qrupu  nəzərdə  tutulur  ki,  bunlar  da  bir-biri  ilə 

rəqabət aparmaqla yanaşı müştərək fəaliyyət də həyata keçirirlər. 

Ölkədə klasterin rəqabət qabiliyyətini dörd qrup amillər formalaşdırır: 

-firmanın strategiyası və rəqabətin səviyyəsi (bazar strukturu, rəqabət şəraiti); 

-istehsal amilləri ilə təminat səviyyəsi; 

-əlaqədar sahələrin inkişaf səviyyəsi; 

-tələbin vəziyyəti. 

Klasterə  münasibətdə  dövlət  siyasətinin  səmərəliliyi  bu  dörd  qrup  amillərin 

təkmilləşdirilməsinə istiqamətlənməlidir.  

Bazar  strukturuna  münasibətdə  dövlət  siyasəti  daxili  bazarda  rəqabət  üçün 

maneələrin aradan qaldırılmasına, klaster ətrafında müvafiq dövlət orqanlarının təşkilinə, 

klasterlərə  xarici  investisiyanın  cəlb  edilməsinin  və  onlar  tərəfindən  məhsul  ixracının 

dəstəklənməsinə  yönəldilməlidir.  Klaster  sinergetik  xüsusiyyətə  malikdir,  onu  təşkil 

edən istənilən sahənin inkişafı bütövlükdə klasterin inkişafının səmərəliliyinin artmasına 

gətirib  çıxarır.  Digər  tərəfdən,  hazırda  respublikanın  emal  sənayesində  istehsalın 

texnoloji  cəhətdən  yenidənqurulmasına  zəruri  investisiya  qoyuluşlarının  həyata 

keçirilməsi  üçün  daxili  mənbənin  çatışmaması  ilə  yanaşı  kadr  çatışmazlığı  və  milli 

sahibkarlığın  zəif  inkişafı  da  mane  olur.  Bu  baxımdan  müasir  dövrdə  xarici  investisi-

yanın  ölkəyə cəlb olunması  həm  iqtisadi artımın təmin  olunmasında,  həm  də  istehsalın 

texniki cəhətdən yenidənqurulmasında əhəmiyyətli  rol oynamağa başlamışdır. 

Texnologiya  cəlb  edən  yerli  müəssisə  xarici  texnologiyanın  mənimsənilməsində, 

onun müxtəlif yerli amillərə və şəraitə uyğunlaşdırılmasında ciddi çətinliklərlə qarşılaşır. 

Bu  çətinliklərin  böyük  əksəriyyəti  idarəetmə  və  marketinqlə  bağlı  olur.  Bu  baxımdan, 

hazırki  şəraitdə  xarici  investisiyanın  cəlb  edilməsi  ilə  sənaye  istehsalının,  xüsusilə 



 

 

75



nisbətən  mürəkkəb  məhsullar  istehsalının  texnoloji  cəhətdən  yenidən  qurulması  xarici 

texnologiyaya lisenziyanın alınmasına nisbətən az riskli və səmərəli olur.  

Ölkə  sənayesinin  istehsal  amillərilə  təmin  olunma  sahəsində  dövlət  siyasətinin 

əsas  istiqamətlərinə  kadrların  hazırlanması  və  yenidən  hazırlanması  sahəsində  təd-

birlərin  həyata  keçirilməsi,  mütərəqqi  texnologiyaların  cəlb  olunmasının  və  onların 

yerli  şəraitə  uyğunlaşdırılmasının  dəstəklənməsi,  ölkədə  innovasiya  fəaliyyətinin 

stimullaşdırılması,  emal  sənayesi  məhsullarının  satış  bazarları  haqqında  informasi-

yanın toplanması və emalının dəstəklənməsi, nəqliyyatın, kommunikasiyanın və digər 

infrastrukturanın inkişaf etdirilməsi aiddir. 

Əlaqədar  sahələrin  inkişafına  münasibətdə  hökumət  tərəfindən  klasterin  ihşti-

rakçıları  üçün  seminar  və  konfransların  maliyyələşdirilməsi,  klasterlərə  istiqamət-

lənmiş sənaye parklarının yaradılması məqsədəuyğundur. 

Məhsula  tələbin  artırılması  üçün  hökumət  tərəfindən  hüquqi  bazanın  təkmilləş-

dirilməsi, qanunvericilikdə qeyri-müəyyənliyin azaldılması, istehsal edilən məhsul və 

xidmətlərin  müstəqil  testləşdirilməsi  və  sertifikatlaşdırılmasının  dəstəklənməsi, 

dövlət  sifrişləri  əsasında  əldə  olunan  yerli  məhsul  və  xidmətlərin  keyfiyyətinə  nəza-

rəti həyata keçirilməsi sahəsində tədbirləri həyata keçirilməlidir. 

Bütövlükdə,  ərazi-istehsal  klasterlərinin  yaradılmasının  ölkənin  iqtisadi  inkişafı 

baxımından mühüm əhəmiyyəti vardır. Çünki bu firmaların yüksək səviyyədə ixtisaslaş-

masına  imkan  verir.  Məsələn,  respublikanın  yeyinti  sənayesində  ixtisaslaşmış  tara 

məhsullarının,  ixtisaslaşmış  ticarət  müəssisələrinin,  yeyinti  məhsulları  emalının  müəy-

yən  mərhələsini  həyata  keçirən  ixtisaslaşmış  müəssisələrin  mövcudluğu  ixtisaslaşmış 

yeni  müəssisələrin  yaradılmasına  imkan  verir.  Əks  halda  isə  yeni  müəssisələrin 

yaradılması çətinləşir. Nəticədə sahəyə daxil olmaq üçün maneələr artır ki, bu da rəqabət 

səviyyəsinin aşağı düşməsinə səbəb olur. Belə ki, yeni müəssisənin yaradılması həm də 

bəzi  əlaqədar  məhsul  istehsalını  və  xidmətlər  göstərilməsini  də  tələb  edir  ki,  nəticədə 

investisiya  qoyuluşlarının  həcminə  təlabat  kəskin  şəkildə  artır.  Məsələn,  respublikada 

yeyinti  sənayesində  mühüm  yer  tutan  "Azərsun  holdinq"  özünə  məxsus  həm  tara 

fabrikinə, həm də ticarət təşkilatına malikdir.  

 



 

 

76



Nəticə və təkliflər 

Magistr  dissertasiyası  yerinə  yetirilərkən  aşağıdakı  aşağıdakı  nəticələr  əldə 

edilmişdir:  

1. Hal-hazırda  Azərbaycan  sənayesində  bir  çox  problemlər  mövcuddur  və 

bunları aşağıdakı kimi qruplaşdırmaql olar: 

  Resurs çatışmazlığı və mövcud resurslardan səmərəsiz istifadə problemləri (Buraya 

aiddir: müəssisələrin sas fondlarının aşınması və texnoloji geriliyi, investisiya və dövriyyə 

vəsaitlərinin çatışmazlığı, elmi-texniki potensialın  itirilməsi  və  innovasiya  mexanizminin 

yaradılmaması,  əmək  məhsuldarlığının  aşağı  səviyyəsi,  yüksək  kadr  (əsasən  peşəkar 

mütəxəssislərin) axıcılığı, peşəyönümünün dəyişilməsində çətinliklər və s.);  

  Struktur  problemləri  (sənayenin  əvvəllər  formalaşmış  sahə  strukturunun 

müstəqillik şəraitində ölkənin  milli iqtisadi inkişaf tələblərinə uyğun gəlməməsi, son 

dövrlər sənayenin strukturunun xammal (xüsusilə neft-qaz hasilatı) yönümlü inkişafı, 

ixracda  emal  sənayesi  məhsullarının  payının  son  dərəcə  cüzi  olması,  regional 

disproporsiyalar  və  sənaye  istehsalının  əsasən  Abşeron  yarımadasında  cəmləşməsi, 

istehsal infrastrukturu sahəsində  çatışmazlıqlar və s.);   

  Hökumətin  siyasəti  və  dövlət  tənzimlənməsi  ilə  bağlı  problemlər  (islahatların 

ləngidilməsi,  xüsusilə  dövlət  mülkiyyəti  obyektlərinin  özəlləşdirilməsinin  başa 

çatmaması  (sənayenin  bir  sıra  sahələrində  dövlət  mülkiyyəti  yüksək  payını  qoruyub 

saxlayır), azad sahibkarlığın inkişafı üçün zəruri mühitinin təmin edilməməsi,  

  Bazar rəqabəti problemləri (zəif daxili tələb və bazarın məhdudluğu, yerli istehsal 

mal  və  xidmətlərinin əsasən aşağı keyfiyyəti  və  yüksək  istehsal  xərcləri, daxili bazarda 

idxal  mallarının  yüksək  payı,  hətta  yerli  istehsal  məhsullarının  əsas  komponentlərinin 

kənardan  gətirilməsi,  yerli  istehsalın  dövlət  tərəfindən  dəstəklənməsi  sisteminin 

qurulmaması, müəssisələrin bazar münasibətləri şəraitində fəaliyyətə ləng uyğunlaşması, 

bazarların tədqiqi və beynəlxalq bazarlara çıxış sahəsində çətinliklər və s.);  

2.  Respublikamızın  regionların  sənaye  istehsalında  yaranmış  kəskin  fərqlər  bu 

sahədə dövlətin tənzimləməsini zəruri edir. Sənayenin ərazi üzrə təşkili işinin tənzim-

lənməsinə aid tədbirlər  muxtəlif  metodlar vasitəsilə  həyata keçirilir.  Bunlara  inzibati 

və iqtisadi metodlar aiddir. İnzibati  metodlar adətən ayrı-ayrı regionlarda yəni, səna-




 

 

77



ye  müəssisələrinin  cəmləşdiyi  regionlarda  yeni  yaradılacaq  müəssisələrin  fəaliyyəti-

nin məhdudlaşdırılmasına yönəldilir. Adatən sənaye cəhətdən inkişaf etmiş ölkələrdə, 

sənaye müəssisələri üzrə təmərküzləşmə səviyyəsi yüksək olan regionlarda əmlaka və 

gəlirə  yüksək  dərəcəli  vergi  tətbiq  edilir,  yeni  müəssisələrin  tikintisi  və  ya  mövcud-

ların genişləndirilməsinə kredit verilmir, müəssisənin ləğvi mükafatlandırılır və s. 

İqtisadi  metodlar  isə  sənaye  istehsalının  ərazi  üzrə  təşkilinə  dolayı  təsir 

vasitələridir  və  ayrı-ayrı  istiqamətlərdə  gəlirliliyin  azaldılması  və  ya  artırılması  yolu 

ilə onların fəaliyyəti tənzimlənir. Əgər inzibati metodlar əsasən inkişafın məhdudlaş-

dırılmasına  yönəldilə  bilərsə,  iqtisadi  metodlar  həm  inkişafın  məhdudlaşdırılmasına, 

həm də stimullaşdırılmasına yönəldilə bilər.  

3.  Sənaye müəssisələrinin ərazi üzrə səmərəli şəkildə yerləşdirilməsinin stimul-

laşdırılması formalarından biri dövlət, yerli və xarici investorlar arasında müqaviləyə 

əsaslanan sənaye layihələridir. Bu layihələrin məqsədi ölkədə istehsal olunan xammal 

və  materialların  emallıq  səviyyəsinin  dərinləşdirilməsi,  onların  keyfiyyətinin  artırıl-

ması, regionlarda mövcud olan sənaye müəssisələrin yenidənqurulması və modernləş-

dirilməsi ola bilər. 

4.  Sənaye  obyektlərinin  ərazi  üzrə  səmərəli  şəkildə  yerləşdirilməsinin 

stimullaşdırılması  formalarından  biri  dövlət,  yerli  və  xarici  investorlar  arasında 

müqaviləyə  əsaslanan  sənaye  lahiyələridir.  Bu  layihələrin  məqsədi  ölkədə  istehsal 

olunan  xammal  və  materialların  emallıq  səviyyəsinin  dərinləşdirilməsi,  onların 

keyfiyyətinin  artırılması,  regionlarda  mövcud  olan  sənaye  müəssisələrin  yenidən-

qurulması  və  modernləşdirilməsi  ola  bilər.  Belə  lahiyələrin  reallaşdırılması  sənaye 

istehsalının  texniki-iqtisadi  səviyyəsinin  yüksəlməsinə,  hazır  məhsulun  tərkibində 

yerli komponentlərin artmasına imkan verər. Hökumət bu cür lahiyələrin dəyərinin 25 

faizinə qədərini maliyyələşdirməsi məqsədəuyğundur. Bu xarici investorların ölkənin 

ayrı-ayrı regionlarına cəlb edilməsini stimullaşdırar. 

5.  Məlumdur  ki,  ölkədə  sənayenin  dayanıqlı  və  tarazlı  inkişafının  təmin  edil-

məsinə  investisiya  qoyuluşlarının  həcm  və  strukturu  birbaşa  təsir  göstərir.  Ölkə 

sənayesinə xarici və daxili investisiyanı cəlb etmək üçün ilk öncə dövlət normal inve-

stisiya  mühiti  formalaşdırmalıdır. Qeyd etmək  lazımdır ki, Azərbaycanda  investisiya 




 

 

78



mühitinin  təkmilləşdirilməsi  istiqamətində  davam  etməkdə  olan  islahatlara  və  artıq 

əldə  edilmiş  nailiyyətlərə  baxmayaraq  qeyri-neft  sektoruna,  xüsusilə  emal  sənaye-

sinin  istehsal  sahələrinə  investisiyaların  cəlb  edilməsi  sahəsində  hələ  çox  işlər  görü-

lməlidir.  İstehsal  sahələrində  investisiya  fəallığının  artırılması  üçün  stimullaşdırıcı 

iqtisadi siyasətin  həyata keçirilməsi  və belə siyasətin səmərəliliyinin artırılması ölkə 

iqtisadiyyatının  davamlı  inkişafı  və  dünya  iqtisadiyyatına  inteqrasiyası  baxımından 

mühüm əhəmiyyət kəsb edir. 

6. Sənaye məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsində yerli istehsal-

çıların hökumət tərfindən dəstəklənməsi mühüm rol oynayır. Bu dəstəyin formaların-

dan biri yerli istehsalçılara gizli və ya açıq şəkildə subsidiyaların verilməsidir.  

7.  Ölkə  sənayesinin  rəqabət  qabiliyyətinə  ciddi  şəkildə  təsir  göstərən  amillər-

dən biri də həyata keçirilən valyuta siyasətidir. Məlumdur ki, ölkədə həyata keçirilən 

neft strategiyasının reallaşması nəticəsində respublikaya külli miqdarda valyut vəsaiti 

daxil  olur.  Nəticədə  milli  valyutanın  möhkəmlənməsi  baş  verir.  Milli  valyutanın 

möhkəmlənməsi idxalın stimullaşmasına, ixracın məhdudlaşmasına və bütövlükdə isə 

ölkədə istehsal olunan məhsulların rəqabət qabiliyyətinin aşağı düşməsinə səbəb olur. 

Buna  görə də  neftdən  gələn  valyuta  vəsaitlərinin  neft  fondunda saxlanması  hesabına 

milli  valyuta  kursunun  nisbətən  kəskin  şəkildə  artımının  qarşısını  almaqla  yanaşı 

emal  sənayesinin  rəqabət  qabiliyyətinin  yüksəldilməsi  üçün  aşağıdakı  tədbirlərin  də 

həyata keçirilməsi məqsədəuyğundur: 

-  neft  gəlirlərindən  yeni emal sənayesi  müəssisələrinin  yaradılması  və  mövjud 

olanların  isə  bərpası  üçün  istifadə  edilməsi.  Bu  zaman  dövlət  yerli  sahibkarlığın 

inkişafı üçün ucuz kreditlər verə və ya yeni  müəssisələrin yaradılmasında iştirak edə 

bilər.  Yeni  müəssisələr  yaradılması  və  mövcud  olanların  yenidənqurulması  üçün 

zəruri olan maşın və avadanlıqların idxal hesabına əldə edildiyindən, bu milli valyuta 

kursunun möhkəmlənməsinə əhəmiyyətli təsir göstərmir; 

- sənae  müəssisələrinin vergi yükünün azaldılması. Bu valyuta kursunun möh-

kəmlənməsi nəticəsində emal sənayesinin rəqabət qabiliyyətinin aşağı düşməsini qis-

mən aradan qaldırar.  

 



 

 

79



ИСТИФАДЯ ОЛУНМУШ ЯДЯБИЙЙАТ СИЙАЩЫСЫ 

1. 


    Азярбайжан Республикасында дювлят ямлакынын юзялляшдиримясинин Ы вя ЫЫ 

Дювлят Програмлары 

2. Azərbaycanın  statistik  göstəriciləri  2013.  Azərbaycan  Respublikası  Dövlət 

Statistika Komitəsi. Bakı, 2014. 804 s. 

3. Azərbaycan  rəqəmlərdə    2013.  Statistik  məcmuə.  Azərbaycan  Respublikası 

Dövlət Statistika Komitəsi, Bakı, 2014, 278 s. 

4. Azərbaycan sənayesi  2013. Statistik məcmuə. Azərbaycan Respublikası Döv-

lət Statistika Komitəsi, Bakı, 2014, 334 s. 

5. “Azərbaycan  2020:  gələcəyə  baxiş”  inkişaf  konsepsiyasi,  Azərbaycan 

Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir 

6. Azərbaycanda  iqtisadi  islahatların  həyata  keçirilməsi  xüsusiyyətləri  və  proble-

mləri. İqtisadi İslahatlar Mərkəzinin elmi əsərlər toplusu, IV buraxılış, Bakı: 2004. 298 s. 

7. Т.Я. Щцсейнов. Сянайянин игтисадиййаты. Дярслик, Бакы 2000. 

8. Т.Я. Щцсейнов. Мцяссисянин игтисадиййаты. Дярслик, Бакы 2005. 

9. Щ.Б.Аллащвердийев,  К.С.Гафаров  və  Я.М.Ящмядов.  Милли  игтисадиййатын 

дювлят тянзимлянмясинин ясаслары. Bakı, 2006 

10. M.A.Əhmədov,  A.C.Hüseyn.  İqtisadiyyatın  dövlət  tənzimlənməsinin  əsas-

ları.


 

Bakı, 2013. 

11. A.Ş.Şəkərəliyev. Dövlətin iqtisadi siyasəti: reallıqlar və perspektivlər. Bakı -

2009 

12. N.  Qreqori  Mənkyu.  Ekonomiksin  əsasları.  Harvard  Universiteti.  İngiliscə-

dən tərcümə. Bakı: 2008, 836 s. 

13. Sadıqov  K.F.  Milli  iqtisadiyyatın  dövlət  tənzimlənməsinin  konseptual  əsas-

ları. Bakı: Azərnəşr, 1999, 72 s. 

14. 

Милли игтисадиййатын проблемляри (мягаляляр топлусу) Ы бурахылыш. Бакы – 2005



 

15. 


Милли игтисадиййатын проблемляри (мягалялр топлусу). ЫЫЫ бурахылыш. Бакы-2006

 

16. Кушлина  В.И.  Государственное  регулирование  рыночной  экономики. 



Москва, Издательство РАГС, 2008. 


 

 

80



17. М.Портер  «Конкурентное  преимущество»  (Инэилис  дилиндян  тяржцмя). 

Москва, 2005   

18. Б.Гонгаж,  В.  Паньков.  Преобразование  промышленных  предприятий: 

стратегии, действуюуцшие лица, результаты. Варшава, САСЕ, 1996

.

 

19. Юзбашева  Г.З.  Проблемы  структурной  перестройки  экономики  Азер-



байджана в новых условиях развития. Баку: Элм, 1994, 247 с. 

20. Ходов  Л.Г.  Государственное  регулирование  национальной  экономики. 

Москва.: «Экономисть», 2005,

 

618 с.



 

21. Портер М.. Конкуренция. М.: Издательский дом "Вильямс", 2003 

22. Портер  М..  Международная  конкуренция.  Конкурентные  премушества 

стран. М.: Международные отношения, 1993. 896 с.  

23. Прудниченко  Д.А.  Роль  государства  в  распространении  новых  техно-

логий. М.: 2002, 37с. 

24. 

http://www.economy.gov.az



 

25. http://www.stateproperty.gov.az 

26. 

WWW.Аzstat.org



 

27. WWW. Рамблер.ру 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

81



РЕЗЮМЕ 

 

Магистерская  диссертация  состоит  из  введения,  трех  глав,  выводов  и 



предложений и списка литературы. 

В первой главе диссертационной работы – «Теоретико-методологические 

основы государственного регулирования развития промышленности в условиях 

рыночных  отношений»  описываются  теоретические  основы  и  модели  государ-

ственного  регулирования  экономики,  исследуются  необходимость  государст-

венного  регулирования  экономики  в  рыночных  условиях,  промышленная 

политика и ее роль в развитии промышленности. 

Вторая  глава  работы  называется  «Современное  состояние  развития 

промышленности  Азербайджана  и  проблемы  государственного  регулиро-

вания».  В  данной  главе  исследуется  современное  состояние  промышленности 

Азербайджана  и  направления  развития,  оценивается  существующее  состояние 

государственного регулирования развития промышленности в стране. 

В  третьей  главе  диссертационной  работы  –  «Направления  совершенст-

вования  регулирования  государством  развития  промышленности  страны  в 

современных  условиях»  исследованы  основные  направления  государственного 

регулирования  территориальной  организации  промышленности  страны  в 

современных  условиях,  пути  стимулирования  государством  инвестиционных 

вложений  в  промышленность,  а  также  направления  государственного  стиму-

лирования  производства  конкурентоспособной  продукции  в  промышленности 

страны. 


В  конце работы даются  научно-обоснованные выводы и предложения по 

исследуемой теме.  

 

 

 



 

 

 



 

 

 



 


 

 

82



SUMMARY 

 

The  master  thesis  consists  of  introduction,  three  chapters,  conclusions  and 

offers and the list of references. 

In the  first chapter of dissertation work – "Theoretical –methodologists  bases 

of  state  regulation  of  development  of  the  industry  in  the  conditions  of  the  market 

relations" are described theoretical bases and models of state regulation of economy, 

needs  of  state  regulation  of  economy  in  the  market  conditions,  industrial  policy  and 

its role for development of the industry are investigated. 

The  second  chapter  of  work  is  called  "A  current  state  of  development  of  the 

industry of Azerbaijan and a problem of state regulation". In this chapter the current 

state  of  the  industry  of  Azerbaijan  and  the  direction  of  development  is  investigated, 

the  existing  condition  of  state  regulation  of  development  of  the  industry  in  the 

country is estimated. 

In  the  third  chapter  of  dissertation  work  –  "The  directions  of  improvement  of 

regulation  by  the  state  of  development  of  the  industry  of  the  country  in  modern 

conditions"  are  investigated  the  main  directions  of  state  regulation  of  the  territorial 

organization  of  the  industry  of  the  country  in  modern  conditions,  ways  of  the  state 

stimulation  of  investment  in  the  industry,  and  also  the  directions  of  the  state 

stimulation of competitive production in the industry of the country. 

At  the  end  of  work  scientifically  based  conclusions  and  offers  on  the  studied 



subject are given. 

 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə