20
alınmış nəticələrinin doğulduğu mütəxəssislərin ixtisas dərəcəsindən, onların
praktiki təcrübəsindən və hiss üzvlərinin fizioloci xüsusiyyətlərindən asılıdır.
Orqonoleptik üsulda xassə göstəriciləri həmişə hesablama ölçü vahidləri ilə ifadə
edilə bilmir, bu zaman bu və ya digər malların uyğun əlamətlərinə görə müqayisə
etmək çətin olur. Bütün bu çatışmamazlıqlara baxmayaraq orqonoleptik üsul
əmtəəşünaslıq təcrübəsində xüsusilə məmulatların nöqsanlarına görə sortlarının
müəyyən edilməisndə geniş tətbiq edilir.
Əmtəələrin xassə göstəricilərinin ekseprt üsulu ilə təyini bir adamın deyil,
bir qrup ixtisasçının, ekspertin, fikrinə əsasən aparılır. Ekspert qruppası daimi və
yaxud vaxtaşırı fəaliyyət göstərən xüsusi komissiyaya daxil olan müxtəlif
ixtisasçılardan-əmtəəşünaslardan, layihələşdiricilərdən, konstrukturlardan, rəssam-
lardan və mühəndislərdən ibarətdir. Ekspert üsulu xassə nomenklaturalarını və
onların göstəricilərini təyin etmək, məhsulun keyfiyyət səviyyəsini qiymətləndirən
və həmçinin keyfiyyətin attestasiyası zamanı nəzərə alınan xassələrin çəki
əmsalının müəyyən edilməis üçün geniş istifadə edilir. Bu halda xassə göstəriciləri
ballarla ifadə olunur. Bu metodla təyin edilmiş xassə göstəricilərinin doğruluğu
ekspertin ixtisas dərəcəsindən və onların orqanizmasının fizioloji xüsusiyyətlərin-
dən asılıdır. Ekspert üsulu zamanı göstəricilərin müəyyən qədər kənarlaşması
zəruridir. Ekspert üsulu ilə malların keyfiyyət səviyyəsinn qiymətləndirilməsinin
doğruluğunu daha çox təmin etmək üçün ekspertin, onun üzvlərinin sayının və eyni
zamanda qiymətləndirmə sisteminin və nəticərin təhlil üsullarının diqqətlə
seçilməsinin çox böyük əhəmiyyəti vardır.
Ekspert komissiyasının tərkibində maddi marağı olan şəxslər daxil
edilməməlidir. Qrup tərkibi yeddi nəfərdən az olmamalıdır. Ekspertin nəticələri
üçün yekun qərar səsvermə yolu ilə qəbul edilir. Qərar o vaxt qəbul edilmiş hesab
edilir ki, onun təsdiqinə 2/3 səsdən az verilməmiş olsun.
Ekspertin nəticələrinə əsasən xassə göstəriciləri «əla», «yaxşı», «kafi» və
“qeyri-kafi” qiymətlərlə qiymətləndirilə bilər. Bəzi mallar üçün müxtəlif bal
məcmusu qəbul edilmişdir. Balların bölgüsü 5,4,3,0 və yaxud 3,2,1,0 ola bilər.
Birinci halda olduğu kimi ikinci halda da “qeyri kafi” qiymət “0” balına uyğundur.
21
Ekspertin rəyinin qiymətləndirən zaman orta göstəricilərdən çox kənar olan
göstəriciləri atmaq lazım deyildir. Bu zaman ekspert nəticəsində müəyyən edilmiş
qiymət üçün variasiya əmsalı təyin edilir. Ekseprtlərin nəticələrinin yüksək
dərəcədə uzlaşdığı halda variasiya əmsalı 10%-dən az, normal halda 10%-lə 15%
arasında, aşağı halda isə 15%-dən çox olmamalıdır.
Bəzi hallarda ekspert qrupunun razılığı əsasında qəbul edilmiş xassə
göstəriciləri istehlakçıların fikirləri ilə üst-üstə düşür. Bu xüsusilə məmulatların
estetik xassə göstəricilərinin təyinində özünü daha aydın göstərir. Məmulatların
xassə göstəricilərinn ekspert yolu ilə doğruluğu ekspertin ixtisas dərəcəsindən və
ekspert komissiyasının işinin təşkil olunmsı səviyyəsindən asılıdır.
Yuxarıda qeyd etdiyimiz kimi, məmulatların keyfiyyətinin qiymətlən-
dirilməsi üçnü yaradılan ekspert komissiyası iki qrupdan ibarət olmalıdır: işçi və
ekspert qrupu. Ekspert qrupunun vəzifəsi ondan ibarətdir ki, bu qrupa daxil olan
hər bir kəs malın keyfiyyətini fərdi olaraq qiymətləndirir. İşçi qrupu isə məmu-
latları ekspertiza üçün hazırlayır, nəticələri təhlil edir, yekunlaşdırır və ekspertlərin
ümumi fikirlərini cəmləşdirərək düzgün nəticəyə çıxarır.
Ekspert qruppası əsasən aşağıdakı nümayəndələrdən ibarət olur: təşkilatçı (o
həm də ekspert komissiyasının sədri olur), məmulatın keyfiyyətini qiymətləndirən
mütəxəssis, proqramlaşdırıcı və texniki işçilər.
Ekspert üsulu alət üsulunun tətbiq edilə bilmədiyi hallarda daha geniş
işlədilir. Məsələn: məmulatların bədii-layihə və səviyyəsinin qiymətləndiril-
məsində və s.
Malların xassə göstəricilərinin sosioloji metodla təyin edilməsi istehlak-
çıların geniş dairəsinin fikirlərinin yığılması, cəmləşdirilməsi və təhlil edilməisinə
əsaslanır. Məmulatların yığılması şifahi sorğu, lazımi suallardan ibarət xüsusi
anketlərin paylanması, alıcı konfranslarının keçirilməsi, sərgi satışı və s. yollarla
həyata keçirilir. Burada ayrı-ayrı şəxslərin göstəricilərinin qiymətləri cəmləşdirilir
və riyazi təhlildən keçirilir. Bu üsul əsas etibarilə demək olar ki, ticarətdə geniş
tətbiq edilir. Bəzi mallar, məsələn geyim-ayaqqabı malları üçün bu üsul ekspert
üsuluna nisbətən daha mütərəqqi sayılır.
22
Əmtəəşünaslıq təhlillərində ən çox yayılmış üsul demək olar ki, alət üsulu
sayılır. Bu üsulda malların xassə göstəriciləri ölçü vasitələrinin, cihazların və
kimyəvi reaktivlərin köməyi ilə aparılır. Bu üsul başqa üsullara nisbətən daha
obyektiv olmaqla, xasslərin asan mənimsənilə bilən miqdar göstəricilərinin
alınmasına imkan verir. Bu üsulu həyata keçirən zaman başqa üsullardan fərqli
olaraq təsədüflə yol verilmir. Xassə göstəriciləri bu üsulda dəqiq ölçü vahidəlri ilə
(kq, m, om, mks və s.) ifadə edilir. Alət üsulunun əsasını metrologiya təşkil edir.
Xassə göstəricilərinin təyini üçnü olan bu üsul otağın temperaturasına,
rütubətinə dəqiq rəiayət olunmasını, standart nümunələrin hazırlanmasını,
cihazların dəqiqliyini, təcrübələrin aparılması üçün standart metodların olmasını və
xüsusi hazırlıqlı kadrların olmasını tələb edir.
Ölkəmizdə ölçü vasitələri üzərində metroloji nəzarət Dövlət standartı
tərəfindən həyata keçirilir. Bu ölçü vasitləri vaxtaşırı yoxlamadan keçirilir.
Yoxlama eyni zamanda növbədənkənar (uzun müddət saxlanılan zaman) kontrol və
inspeksiya xarakterli olur. Dövlət nəzarəti oraqanları tərəfindən yoxlama
aparıldıqdan sonra cihazın işlənməsi haqda xüsusi vəsiqə verilir. Tərəzilər ildə bir
dəfədən tez olmayaraq yoxlanılır. Ölçmə qaydaları, ölçü cihazlarının etalonları,
Dövlət nəzarəti normaları standartlaşdırılmışdır.
Alət metodları ilə xassə göstəricilərinin təyini bəzən vaxt aparır və əksər
hallarda məmulatın dağılaraq sıradan çıxmasına səbəb olur. Məhz buna görə də
lazımi dəqiqlikdə, az müddətdə nümunə dağılmadan bu və ya digər xassə
göstəricilərinin təyin edə bilən ekspress üsulların işlənib hazırlanması daha vacib
məsələdir.
Xassə göstəricilərinin təyinində alət üsullarının obyektivliyi ondan ibarətdir
ki, bu üsul istehlakçılarla mal göndərənlər arasında olan münaqişəyə son qoyur.
Göstəricilərin təyinində nəticələrin təkrar olunması və dəqiqliyi malların bərabər
ölçülü olmasından və laboratoriya təhlili üçün lazım olan şəraitə riayət
olunmasından asılıdır. Bu və ya digər xassə göstəricilərinin daha dəqiq nəticələrini
almaq üçün bəzən bir sıra təkrar təcrübələr aparılır.
Dostları ilə paylaş: |