Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/47
tarix25.11.2017
ölçüsü5,01 Kb.
#12381
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
83 
4.  Мехтиев М. Г.  Компьютер  на  уроке  геометрии. –  Махачкала:  Издательство  ДНЦ  РАН, 
2002 г. -194 с. 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
84 
ŞAGİRD İNTELLEKTİNİN İNKİŞAF ETDİRİLMƏSİNDƏ İNFORMASİYA 
KOMMUNİKASİYA TEXNOLOGİYALARININ ROLU 
 
Ş.X. Nəbiyeva 
pedaqoji elmlər namizədi, dossent 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
Şagirdlərdə intellektin inkişaf etdirilməsi prosesi onların qabiliyyətləri ilə sıx bağlıdır. 
Müəllim  hər  bir  şagirdin  hansı  qabiliyyətə  malik  olduğunu  nəzərə  almalıdır.  Ana  dilinin 
tədrisi prosesində bu xüsusi bir problem kimi qarşıda durur. Dünyanın qabaqcıl ölkələrindən 
biri olan Fransada hələ XX əsrin əvvəllərində bu məsələ dövlət səviyyəsində diqqəti cəlb edən 
bir  problem  idi.  1904-cü  ildə  Fransız  psixoloqu  Alfred  Bine  ibtidai  sinif  şagirdlərinin 
müvəffəqiyyət  qazanmasının  sirlərini  araşdırmağa  başladı.  Bu  tapşırığı  ona  Fransanın  Xalq 
Təhsil  Naziri  vermişdi.  Lakin  bu  hadisədən  80  il  sonra  təhsil  araşdırıcıları  kəşf  etdilər  ki, 
şagirdin inkişafı üçün birinci növbədə onun qabiliyyəti üzə çıxmalıdır. Harvard universitetinin 
professoru Hovard Qardner adlı psixoloqu “Əqlin hüdudları” (1983) adlı kitabında “Çoxşaxəli 
əqli  qabiliyyətlər  nəzəriyyəsini  yaratdı.  Bu  nəzəriyyəyə  əsasən  insanın  7  əqli  qabiliyyəti 
haqqında nəzəri fikirlər irəli sürüldü. 
“Bu  gün  orta  məktəbdə  təhsilə  yanaşma  dəyişir.  Şagirdlərə  sadəcə  olaraq  bilik  və 
ehkamlar vermək deyil, onlarda müəyyən bacarıq və vərdişlər inkişaf etdirmək tələb olunur. 
Əzbərləməklə əldə edilmiş bilik tez bir zamanda unudulur, lakin bacarıq və vərdişlər yaddan 
çıxmır, şəxsiyyət yönlü təhsilin əsas  məqsədi  şagirdi alim etmək deyil, onu  müstəqil  həyata 
hazırlamaqdır. Bu məqsədlə şagirdin həm intellektini, həm xarakterini, həm də mənəviyyatını 
düzgün formalaşdırmaq və inkişaf etdirmək lazımdır”. 
Lakin Hovard Qardnerin çoxşaxəli əqli qabiliyyətlər nəzəriyyəsi bu gün dünya 
psixoloqlarının ən çox cəlb edən bir problem kimi qarşıda durur. Müasir şəraitdə Qardner 
nəzəriyyəsinin daha geniş planda tətbiqi müşahidə olunmaqdadır. 
Göründüyü  kimi  kitab  müəllifləri  Qardner  nəzəriyyəsini  yeni  şəraitdə  daha  kiçik 
detallarına  gedib  çıxmışlar.  Bunun  isə  başlıca  səbəbi  şagird  intellektinə  təsir  etməyin  yeni 
metod  və  yollarını  axtarmaqdan  ibarətdir.  Yəhudi  xalqının  müdrik  bir  sözü  var:  “Bütün 
çıxılmaz  vəziyyətlərdən  iki  çıxış  nöqtəsi  var”.  Bu,  ağlın  çevikliyinə,  bütün  vəziyyətlərdə 
alternativ  yol  axtarmaq  zəruriyyətinə  işarədir.  Hər  bir  fikrə  alternativ  axtarmaq,  mütləq 
ideyaları hazır standart fikirlərlə yeniləşdirmək ideyası müasir təhsilin qarşısında  duran əsas 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
85 
vəzifələrdəndir.  Bu  gün  dünya  şöhrətli  alimlərdən  Lütfizadənin,  R.  Əliyevin  nəzəriyyələri 
mövcud elmi kəşflərin alternativi kimi diqqəti cəlb edir. Alternativ düşüncə inkişafın əsasıdır. 
Əgər  elmdə  alternativ  düşüncə  yaranmasa  onun  inkişafı  olmayacaq.  Çünki  mövcud  elmi 
nailiyyətlər  ümumi  qanunauyğunluqları  müəyyənləşdirir.  Buna  görə  də  biz  tərtib  etdiyimiz 
testlərdə  sualları  elə  şəkildə  qurmalıyıq  ki,  şagirdin  konkret  intellektinə  yönəlsin.  Test 
cavablarını  hazır  biliklərin  yoxlanmasından  məntiqi düşüncəyə  istiqamətləndirmək daha çox 
əhəmiyyətlidir. Tam bildiyimiz şeylərin içindən bilmədiklərimiz cəhətləri araşdırmaq bacarığı 
yaratmalıyıq. 
O şey ki, bizlərə tam aşikardır, 
Orda da gizli bir xəzinə vardır. 
N.  Gəncəvi  bu  beyt  ilə  deyir  ki,  bildiyimiz  bir  şeyin  içində  minlərlə  bilmədiyimiz 
sirlər  vardır.  həmin  sirləri  öyrənməyə  səy  etməliyik.  Bu  kəlam  müasir  təlim  strategiyasının 
əsasını  təşkil  edə  bilər.  Bizim  bildiklərimizin  içərisində  bilmədiyimiz  minlərlə  cəhət 
mövcuddur. Əgər müəllim öz dərsinə bu məntiqlə yanaşsa elmin tərəqqisi yolunda şagirdləri 
düzgün istiqamətləndirmiş olar. 
Uşaq  intellektinin  bünövrəsini  balacanın  ilkin  inkişaf  dövründə  qoymalı  müstəqil 
düşüncəyə  malik  olmasının  qayğısına  qalmaq  lazımdır.  Açıq  Cəmiyyət  İnstitutunun  elmi 
əməkdaşı  Liz  Loran  Avropalı təhsil  işçiləri  ilə  müzakirələr zamanı  demişdir:  “Çox  vacibdir 
ki, uşaqlar öz inkişafları dövründə fərdi azadlığı  hiss etsinlər. Bütün uşaqlar müstəqil nəticə 
çıxarmalı  və  müstəqil  qərarlar  çıxarmağı  bacarmalıdırlar.  Müstəqil  düşüncəyə  malik  olmaq 
üçün  isə  intellektin  möhkəm  bünövrəyə  əsaslanması  lazımdır.  Uşaqların  ibtidai  məktəbə 
keçməyə  hazır  olduqlarına  əmin  olmaq  məqsədilə  böyük  yaşlı  və  inkişaf  səviyyəsi  yüksək 
olan  qruplarda  ana  dili  ilə  bağlı  oyunlar  tətbiq  etmək  məqsədəuyğundur.  Şərti  olaraq  “söz 
oyunları” adlanan məşğələlərdə hərflərdən sözlər düzəltmək verilir. Belə sözlər daha çox göz 
qabağında olan əşyalara aid ola bilər. Belə sözlər həmçinin bağça yoldaşları, valideynlərinin 
adları  da  ola  bilər.  Məşğələni  elə  təşkil  etmək  lazımdır  ki,  oyun  xarakteri  daşısın.  Məşhur 
nağıl qəhrəmanlarının adlarını, onların əsas xarakterik xüsusiyyətlərini əks etdirən sözləri də 
yazmaq olar. 
Uşaq  bağçalarında  riyazi  vərdişlərə  marağı  nəzərə  alaraq  hərflərin  boyunu,  enini 
(məsələn  böyük  U,  balaca  u,  və  ya  “M”  “İ”dən  enlidir,  yaxud  “I”  “r”dan  iridir)  hərflərin 
müqayisəsi adlanan bu oyunda həm də bənzətmə qabiliyyətləri də inkişaf edə bilər. Məsələn 
“M”  hərfi  qurbağaya,  “S”  ilana,  “O”  təkərə  və  s.  bənzədilməklə  uşaqda  ətraf  aləmə  nəzər 
salarkən gördükləri əşyaların fiqurlarını yadda saxlamağa kömək edir. Bunun üçün Microsoft 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə