Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə27/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   23   24   25   26   27   28   29   30   ...   52

METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
74 
tədqiqat  xarakterli  olmadığından  cədvəllər  daxil  edilmədi.  Onlarda  əsasən 
müşahidə  edilməsi,  suallara  cavab  yazılması,  hesablama  aparılması  nəzərdə 
tutulduğundan laboratoriya işindən daha çox çalışma və tapşırıqlara bənzəyir. 
Lakin 9-cu  sinif dərsliyində  bir çox  layihələrin  işlənilməsi tələb olunur 
ki,  onların  bəziləri  tədqiqat  xarakterlidir.  Layihənin  hazırlanması  şagirdlərdən 
təhlil, tədqiq, tətbiq etmə, müqayisə, müşahidə aparma, ümumiləşdirmə, nəticə 
çıxarma kimi bacarıqların inkişafına müsbət təsir göstərir. 
Ümumtəhsil  məktəblərinin  10  və  11-ci  siniflər  üçün  dərsliklər 
kurikulum  tələbləri  ilə  yazılmadığından  onlarda  tədqiqat  xarakterli  müstəqil 
işlərə diqqət edilməmişdir. 
Şagirdlərə  tədqiqatçılıq  bacarıqlarının  aşılanması  müəllimin  bu  sahədə 
bilik,  bacarıq  və  peşəkarlığından  çox  asılıdır.  Onlar  dərslərini  elə  təşkil 
etməlidirlər  ki,  şagirdlər  bilikləri  sərbəst,  müstəqil,  tədqiqat  aparmaqla 
qazansınlar.  Dərsdə,onun  motivasiya  mərhələsindən  sonuncu  qiymətləndirmə 
mərhələsinədək  şagirdlər  axtarışda  olsunlar,  düşünmə,  dərk  etmə,  tətbiq  etmə, 
tədqiq  etmə,  mühakimə,  fərziyyə  yürütmə,  fərziyyələrdən  nəticə  çıxarma, 
eksperimentlə 
fərziyyələrin 
yoxlanılması, 
müqayisəsi 
aparılsın. 
Ümumiləşdirmə,  sistemləşdirmə  aparmaqla  nəticə  çıxarılsın  və  yaradıcı 
tətbiqetməyə  nail  olsunlar.  Yaradıcı  tətbiqetmə  mərhələsində  şagird  mövzuya 
dair  elə  bir  müstəqil  iş  (referat,  layihə,  esse,  buklet,  divar  qəzeti,  albom, 
slaydlar, rolik və s.) hazırlasın ki, həmin iş yalnız ona məxsus bir yaradıcılıq işi, 
“kəşfi”, “ixtirası” olsun. Belə bacarıqlar tədqiqatçılıq sayıla bilər. 
Məsələn,  müəllim  toxumun  cücərmə  şəraitinin  öyrənilməsinə  dair 
təcrübənin  aparılmasını  təşkil  edir.  Toxumun  cücərməsi  üçün  su,  hava  və 
istiliyin  lazım  olduğunu  şagirdlər  qarşısında  təcrübənin  aparılması  ilə  sübut 
edir. Toxumun cücərmə şəraitinin öyrənilməsi şagirdin müstəqil olaraq səməni 
bitirməsi,  toxumların  cücərmə  faizinin  öyrənilməsi,  yararlı  və  yararsız 
toxumların seçilməsi, onlardan əkin üçün istifadə edilməsi, əkinə hazırlanması, 
keyfiyyətli şəraitdə saxlanması, onların vaxtından əvvəl cücərməsinin qarşısının 
alınması kimi tədbirlərin həyata keçirilməsi bacarıqlarını formalaşdırır. Şagirdin 
əldə  etdiyi  tədqiqatçılıq  bacarıqları  onun  gələcək  həyatında  müxtəlif 
problemlərin həllinə kömək göstərə bilər. 
Dərslərdə  şagirdlərə  tədqiqatçılıq  bacarıqlarının  aşılanması  təlimin 
keyfiyyətinə, biliklərin mənimsənilməsinə müsbət təsir göstərir. 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
75 
İstifadə olunan ədəbiyyat
1.
 
Seyidli  Y.,  Əhmədbəyli  X.,  Əliyeva  N.  Biologiya-6.  Ümumtəhsil 
məktəblərinin 6-cı sinfi üçün dərslik. Bakı, 2013, 160 s. 
2.
 
Məmmədova  N.,  Həsənova  B.,  Fətiyeva  L.  Biologiya-8.  Ümumtəhsil 
məktəblərinin 8-ci sinfi üçün dərslik. Bakı, 2015, 173 s. 
3.
 
Seyidli  Y.,  Əhmədbəyli  X.,  Əliyeva  N.  Biologiya-7.  Ümumtəhsil 
məktəblərinin 7-cı sinfi üçün dərslik. Bakı, 2014, 144  s. 
4.
 
Seyidli  Y.,  Əhmədbəyli  X.,  Əliyeva  N.  Biologiya-9.  Ümumtəhsil 
məktəblərinin 9-cu sinfi üçün dərslik. Bakı, 2016, 173 s. 
5.
 
Azərbaycan  Respublikası  Ümumtəhsil  məktəbləri  üçün  biologiya  fənn 
kurikulumu, Bakı, 2013. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


METODİKA VƏ TƏCRÜBƏ 
 
Təhsildə İKT 
76 
 
 
Ümumtəhsil məktəblərində biologiyadan ümumiləşdirici dərslərdə 
ekspert təlim sistemlərindən istifadə imkanları 
 
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
Səfərova Elnurə Fazil qızı 
 ADPU-nun Biologiyanın tədrisi metodikası kafedrasının baş müəllimi, b.ü.f.d. 
 
Qurbanova Gülüsüm Elxan qızı 
ADPU-nun Biologiyanın tədrisi metodikası kafedrasının magistrantı, əyani, I kurs 
 
 
Xülasə 
Məqalədə  biologiyanın  tədrisində  elektron  təlim  vasitələrinin,  ekspert  təlim 
sistemlərinin rolu  aydınlaşdırılmışdır. 
 
Аннотация 
В  данной  работе  исследованы  особенности  методики  применения 
электронных средств обучения, експертных  систем в преподавании биологии.  
 
Аbstract 
T
he article is devoted to the  teaching  method  means of the 
electronic  trainig  
technology   on the biology teaching  
for the 
ekspert trainig sistems.  
 
Açar sözlər: biologiyanın tədrisi , elektron təlim vasitələri 
Ключевые  слова:  электронныe  средств  обучения,      преподавании 
биологии.  
Key words: elektron technology training means, biology training 
 
 
Kurikulum  islahatının  həyata  keçirilməsinin  indiki  mərhələsində 
şagirdlərə ümumiləşdirmə bacarıqlarının aşılanması önə çəkilir. Təbiət elmləri, 
o  cümlədən  biologiyanın  tədrisində  ümumiləşdirmə  əməliyyatına  hər  bir 
mövzuda müraciət edilir. Kurikulum tələbləri əsasında tərtib olunan dərsliklərdə 
materialın  ümumiləşdirilməsinə,  ümumiləşdirici  tapşırıqlara  geniş  yer 
verilmişdir.  Belə  ki,  dərsliklərdə  hər  fəslin,  bölmənin  sonunda  ümumiləşdirici 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə