Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə49/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   44   45   46   47   48   49   50   51   52

KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
136 
1.
 
Bu məşğələlərin təşkili və bütün şagirdlərin bu məşğələlərdə iştirakının 
maksimum dərəcədə təmin edilməsi; 
2.
 
Yeni  anlayışların  izahını  əks  etdirən  virtual  və  ya  kağız  plakatların 
hazırlanması və dərs boyu şagirdin gözü qarşısında asılması; 
3.
 
Nəzəri  məlumatların  ümumsinif  fəaliyyəti  olaraq  müzakirələrlə, 
nümunələrin izahı ilə təqdim edilməsi; 
4.
 
Öyrənmə  tapşırıqlarının  bütün  şagirdlərin  yerinə  yetirdiyinə  diqqət 
edilməsi və müşahidə yolu ilə formativ qiymətləndirmənin aparılması; 
5.
 
Aparılmış  müşahidələrə  görə  öyrənmə  qabiliyyəti  zəif  olan  şagirdlərə 
dərslikdə  və  müəllim  üçün  vəsaitdə  verilmiş  işçi  vərəqləri  hazırlayan 
proqram vasitəsilə sadə çalışmaların hazırlanması; 
6.
 
Tətbiq və yaradıcı tətbiq xarakterli tapşırıqların sinifdə izah edilməsi, bir 
hissəsinin  ev  tapşırığı  olaraq  verilməsi,  bəzi  tapşırıqların  şagirdlər 
tərəfindən  uzunmüddətli  tapşırıq  olaraq  daha  geniş  şəkildə  referat 
formasında hazırlanması; 
7.
 
Şagirdlərin  müstəqil  öyrənməsini  təmin  etmək  və  valideynin  övladının 
təhsilində  yaxından  iştirakını  şərtləndirmək  məqsədilə  internet 
ünvanların valideynlərə çatdırılmasını təmin etmək vacibdir. 
(riyaziyyat-VIIIsinif müəllim üçün metodik vəsait-səh:8) 
Dünyanın  təhsil  məkanında  daha  geniş  istifadə  edilən  təhsildə 
inteqrasiya  anlayışı  ilkin  olaraq  onun  semantikasını  düşünməyi  tələb  edir. 
Müəllimlərin  təbii  olaraq  öyrənmək  istədikləri  bu  anlayış  qloballaşmanın 
meydana  qoyduğu  mühüm  tələblərdən  biri  olmaqla  müasir  təhsil  prosesinin 
özünəməxsus keyfiyyət göstəricilərindən  biri kimi diqqəti cəlb edir. Daha çox 
fəlsəfi  yöndə  başa  düşülən  inteqrasiya  sözü  həyatın  bütün  sahələrinə  aid 
olmaqla  sintetik  xarakter  daşıyır  və  bütövləşmə  istiqamətində  yeni  yaranışın 
əsasında  durur.  Xüsusən  cəmiyyət  hadisəsi  kimi  inteqrasiya  onun  inkişaf 
istiqamətində dəyişikliklərini tənzimləməklə müasirliyi təmin edir. Bu anlayışın 
mahiyyətinə  varmaq  üçün,  ilk  növbədə,  onun  mənasını  bilmək  əhəmiyyət 
daşıyır. “İnteqrasiya latın dilində “integer” – “bütöv”, “bütövləşmə” deməkdir, 
əslində  sözün  etimologiyası  inteqrasiyanın  siyasi  proses  kimi  məzmun  və 
missiyasını daha aydın  ifadəedir.“İnteger” sözündən  yaranan  “integratio” sözü 
də latın dilində “bərpa”, “tamamlanan” mənasını verir”. 
[www.anl.az/down/meqale/azerbaycan/azerbaycan…/69130.htm]. 
İnteqrasiya  təhsilin  bütün  struktur  elementlərinə  aid  olduğundan  son 
dövrlərdə “inteqrativ təlim”, “inteqrativ dərs”, “inteqrativ fənn” və s. anlayışlar 
da  işlənir.  Eyni  zamanda  inteqrativ  təlimə  xüsusi  pedaqoji  texnologiyalardan 


KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
137 
biri kimi yanaşılır.Təhsildə inteqrasiya ilə bağlı son dövrlərdə yaranmış fikirləri 
bir neçə qrupa bölmək olar. Onlardan birincisi, inteqrasiyanın ümumi pedaqoji 
və  eləcə  də  fənlərə  aid  məsələ  kimi  qoyulması,  onlar  barəsində  mülahizələrin 
irəli  sürülməsi  və  inteqrasiya  olunması  məsələsidir.  Burada  inteqrasiyaya 
cəmiyyətin  tərbiyə  gücünün  inteqrasiyası  kimi  baxılması,  biliklərin  fəndaxili 
inteqrasiyası  kimi  dəyərləndirilməsi,  didaktik  sistemin  sintezi  kimi  müddəalar 
prioritet təşkil edir. Göründüyü kimi,  bu  müddəalar konseptual  mahiyyət kəsb 
edir  və  daha  ümumi  xarakter  daşıyır.  Bizim  fikrimizcə  də,  təhsildə 
inteqrativliyin 
konseptual 
yanaşma 
kimi 
nəzərə 
alınması 
onun 
şəxsiyyətyönümlü  mahiyyət  kəsb  etməsindən  irəli  gəlir.  Şəxsiyyətyönümlülük 
isə  daha  çox  inteqrativ  bilik  və  bacarıqlara  söykənən  dəyərlərin 
mənimsənilməsini tələb edir ki, buna da yalnız inteqrativ təhsil prosesində nail 
olmaq mümkündür. Çünki “təlimdə inteqrasiyanın nəticəsi şagird təfəkkürünün 
inkişafında  özünü  göstərir.  O,  tədris-idrak  fəaliyyətinin  səmərəlilıyində, 
sistemləşdirilməsində, eləcə də mədəni savadlılığın mənimsədilməsində təzahür 
edir” [ido.tsu.ru/ss/unit=356&page=1158]. 
İnteqrativliyin nəzərə alınmasında iki cəhət əsas götürülmüşdür. Birinci, 
fənlərin  inteqrativ  xarakterdə  olmasına  diqqət  yetirilmişdir.  Bunun  üçün 
fənlərin  nəzəri  və  praktik  funksiyalarının  artırılması  üçün  onun  imkan 
daxilində,  daha  çox  elm  sahələrinə  aid  anlayışları  əhatə  etməsinə,  sinkretik 
xarakterdə  olmasına  diqqət  yetirilmişdir.  Əldə  olunmuş  təcrübələr  də  onu 
göstərir  ki,  uyğun  elm  sahələrinin  müəyyən  müstəvidə  əlaqələndirilməsi, 
bütövləşdirilməsi  və  vahid  formada  təqdim  olunması  təlim  marağını  yaradan 
başlıca vasitələrdən hesab edilir. Uşaqlar müxtəlif elm sahələrinin qovşağında, 
əlaqəli  anlayışların  sintezində  daha  məhsuldar  çalışmaqla  təlim  nailiyyətləri 
qazana  bilirlər.  İkinci  isə  fənlər  arasında  və  fəndaxili  inteqrasiyanın  nəzərə 
alınmasıdır.  İnsanlar  özlərini  inkişaf  etdirmək  üçün  bu  təhsil  yanaşmasına 
həmişə istinad etmişlər (http://www.tehsilproblemleri.com/?p=1230). 
Bu baxımdan VIII sinifdə keçirilən riyaziyyat və informatikanın bir çox 
mövzuları daim bir-biri ilə inteqrasiya olunur. Bu mövzulardan biri də üçölçülü 
qrafikadır.  Üçölçülü  qrafika  (ing.  3D  (3  Dimensions)-"3  ölçü")  Graphics, 
təsvirin üç ölçüsü)-metodlar yığımı və alətlər həcminə görə obyektlərin təsviri 
üçün  nəzərdə  tutulmuş  komputer  qrafikasının  bir  bölməsi.  Üçölçülü  qrafika, 
ixtisaslaşmış  proqramların  köməyi  ilə  səthdəki  obyektin  üçölçülü  modelinin 
həndəsi  proyeksiyasını  qurmağa  imkan  verir.  Bu  üsulla,  qurulan  modelin 
predmetləri  mümkün  qədər  aydın,  başadüşülən  olur.  3D  modelləşdirmə-
obyektin  üçölçülü  modelinin  yaradılması  prosesidir.Biz  bilirik  ki,  həndəsə 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə