89
düzgünlük cənnətə açılan qapılardan biridir: yalan danışmaq cəhən-
nəm qapılarından biridir; Ağlına gələni danışmaq günaha yazılır;
Çalış insanları şərdən xilas et. Bu sənin özünə verdiyin qiymətdir:
İslamda insanların mənəvi qiymətləri sahib olduqları əxlaqa görədir.
Bir hədisdə deyilir: “Sizin imanca ən gözəliniz, əxlaqca ən gözəl
olanınızdır”.
Peyğəmbər (s) insanın bir şəxsiyyət kimi formalaşmasında
elmi biliklərin mənimsənilməsinə xüsusi diqqət yetirirdi. O alimi,
bilikli insanı qiyamət günü parlayacaq bir ulduza bənzədirdi, beşik-
dən qəbrədək öyrənməyi, bilik ardınca Çinə belə getməyi məsləhət
görürdü. O, bilik əldə etməyin ən yaxşı yolunu sual cavabda, soru-
şub, öyrənməkdə görürdü.
Peyğəmbərimiz (s) deyirdi: “Elm elə xəzinədir ki, açarları
sualdır. Sual edin, sualda dörd adamın əcri var: sual edənin, alimin,
qulaq asanın və onları sevən adamın. Yaramaz ki, cahil bilmədiyi
halda, alim bildiyi halda sussun. Bir alimin məclisində olmaq min
rükət namaz qılmaqdan, min xəstəyə baş çəkməkdən, min cənazə
müşaiyət etməkdən yaxşıdır”.
Soruşmuşlar ki, “Ya Peyğəmbər, “Quran” oxumaqdanmı? O
demişdir: “Biliksiz “Quran” fayda verərmi?” Peyğəmbərimiz hər
cür elmi öyrənməyi məsləhət görürdü. Elm və biliklərə yiyələnmək
Allahın yanında oruc tutmaqdan da, namaz qılmaqdan da, həccə
getməkdən də, Ulu Tanrı yolunda cihada qoşulmaqdan da üstündür.
Peyğəmbərimiz (s) deyirdi: “Kimdən bilik öyrənirsinizsə, ona hör-
mət edin, ona qarşı mehriban olun. Kimə bilik öyrədirsinizsə, ona
qarşı da mehriban olun”.
4.3. İslamda tərbiyə işinin prinsipləri
İslam dini yarandığı vaxtdan insanları əxlaqa, mənəviyyata,
kamilliyə çağırır. İslam uzun illər boyu müsəlman ölkələrində
nəsillərin təlim və tərbiyəsində mühüm yer tutmuşdur.
Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Bizdə dinə, mənəvi
dəyərlərimizə hörmət var. Biz ümumbəşəri dəyərləri öz xalqımıza
aşılamalıyıq, ancaq öz milli-mənəvi dəyərlərimizdən də ayrılmama-
90
lıyıq”. İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil
etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir.
İslam tərbiyəsinin məqsədi insanı mükəmməlliyə, aliliyə çat-
dırmaqdır. Mükəmməl və ali insan Allaha yaxın olan insan hesab
olunur. İslam insanı maddə və mənadan, bədən və ruhdan mütəşək-
kil bir varlıq kimi bütöv görür və insanı bütün təmayül və davranış-
ları ilə birlikdə öyrənir.
O, ilk növbədə, insanın davranışlarını idarə edən mərkəzləri
tərbiyə edir. Buna görə də qəlb tərbiyəsinə islam birinci dərəcəli
əhəmiyyət verir. Çünki davranışlar qəlbə bağlıdır. İnsanın pis və ya
yaxşı, qəddar və ya mərhəmətli olması onun qəlbindən asılıdır. Bu
cəhətdən qəlbin düzgün tərbiyəsi və təhsili insanın özünü tanıma
yollarını göstərir.
İslamda tərbiyə insanın özünü tanımasına kömək etməlidir.
İslama görə, özünü tanıyan, dərk edən insan Allahını tanıyır, baş-
qalarını tanıyır və harada necə hərəkət edəcəyini yaxşı bilir. İslam
tərbiyəsi insanda islam əxlaqını, islami şərtlərə uyğun davranış
normalarını formalaşdırmağı nəzərdə tutur. İslam tərbiyəsi insanın
həm dini, həm də dünyəvi elmləri dərindən bilməyi, yüksək mənəvi
keyfiyyətlərə sahib olmağı, tələb edir. İslam tərbiyəsi insanın əq-
linin, ruhunun, bədəninin bərabər səviyyədə inkişafını nəzərdə tutur.
İslam tərbiyəsi görmüş şəxsin həm bədəni, həm də ruhu sağ-
lamdır. Bədənin sağlamlığı ruha, ruhun da sağlamlığı bədənə bağ-
lıdır. Bütün ilahi dinlər insanı ən yaxşıya, ən gözələ və üstün olma-
ğa yönəldir. Demək, Allahın insanlardan istəyi yaxşıya, doğruya,
gözələ, üstün əxlaqa malik olmaqdır.
İslamda tərbiyə məsələsi sadəcə olaraq uşağa gözəl əxlaq və
faydalı biliklər vermək deyildir. Tərbiyə məsələsi daha geniş anlam-
da başa düşülərək insanın yaşadığı cəmiyyətin inkişafına öz töhfə-
lərini verməsi, xalqın adət və ənənələrini, dilini, dinini qoruması,
ona hörmət etməsi, cəmiyyətin iqtisadiyyatını, mədəniyyətini daim
yüksəltməyə çalışmasıdır.
Bu məsələ isə bütün bəşəri mədəniyyəti, mənəviyyatı, əxlaqı
əxz etməklə, daim yeni biliklər qazanmaqla və özünü təkmilləş- dir-
məklə mümkün ola bilir. “İslam dini insanın tərbiyəsi və nümunəvi
cəmiyyət üçün lazım olan qaydaları və istiqamətləri, bəşər tarixinin
min illər boyunca əldə etdiyi təcrübə və sınaq məktəblərinin nə-
91
ticələrinə istinad edərək müəyyənləşdirir və insanlara təqdim edir”.
İslamda uşağın tərbiyəsi baxımından onun inkişafı iki dövrə ayrdır:
1) Tədbiri dövr.
2) Tətbiqi dövr.
1.
Tədbiri dövr uşağın ana bətni dövrünü, doğuşuna qədər
olan dövrü əhatə edir. İslamda gələcək nəslin tərbiyəsi doğumla
deyil, hələ kişi və qadın evlənməyə qərar verməsi ilə başlayır. Belə
ki, evlənəcək şəxslər dini əqidəni nəzərdə tutaraq mömin bir adamla
evlənməli, evlilik həyatında isə haram şeyləri yeyib içməkdən, zina-
karlıqdan uzaq olmalıdır ki, haram xromosomlar vasitəsilə uşağın
genlərinə keçməsin.
Uşaq ana bətnində olarkən ona olan münasibəti duyur və hiss
edir. Bu dövrdə uşağa zərər verə biləcək şeylərdən-siqaret çəkmək-
dən, zərərli içki içməkdən qaçılmalıdır. Bu cəhətdən tərbiyə işi uşa-
ğın ana bətnindən başlayıb həyatı boyunca davam edən və bir çox
şərtlərin gözlənilməsini tələb edən uzunmüddətli, mürəkkəb bir
prosesdir.
2.
Tətbiqi dövr doğuşdan ölənə qədər olan dövrdür. Tətbiqi
dövrdə şəxsin yaşına, gücünə, fərdi-psixoloji xüsusiyyətlərinə, fiziki
durumuna, qabiliyyətinə uyğun olaraq onun şüuruna, hisslərinə dav-
ranışına təsir göstərilir. Bu ciddi təlim-tərbiyə dövrüdür. Tərbiyəvi
təsirlər onu dəyişdirir, formalaşdırır və onu yaxşılığa, gözəlliyə,
doğruçuluğa, bir sözlə müsbət əxlaqa doğru aparır.
Tətbiqi dövrdə də yerinə yetirilməsi bir çox vacib və zəruri
şərtlər vardır. Belə ki, uşaq doğularkən, ilk növbədə, ona gözəl bir
ad seçib vermək lazımdır ki, o böyüdükcə adına layiq işlər görsün
və ata-anasının ona verdiyi addan sonralar peşman olmasın. Uşaq
danışmağa başlayarkən, ilk öncə, ona müqəddəs kəlmələr-ana, ata
kimi sözlər öyrədilməli, yanında gözəl və əxlaqi söhbətlər aparıl-
malıdır.
Uşağın yeməyinə, geyiminə, ünsiyyət və münasibətinə ciddi
diqqət yetirilməlidir. Əks təqdirdə mənəvi sərvətlər çox çətinliklə
əldə olunar. Uşağın sağlamlığı daim diqqət mərkəzində olmalıdır.
Tərbiyənin əsası sağlamlıqdan başlayır. Odur ki, uşaqların səhhətinə
ciddi fikir verilməlidir.
Doğuşdan sonrakı mərhələni beş əsas dövrə-uşaqlıq, yeniyet-
məlik, cavanlıq, yetkinlik və qocalıq dövrlərinə bölmək olar. Hər
Dostları ilə paylaş: |