Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə18/89
tarix03.05.2018
ölçüsü2,83 Kb.
#41088
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   89

68
 
 
ni  təmin  edən  ətraf  mühitin  keyfiyyət  göstəricilərinin 
müəyyən edilməsi
-
 
ətraf mühitə zərərli təsir – ekoloji sistemin ayrı-
ayrı  komponentlərinin    kəmiyyət  və  keyfiyyətcə  dəyiş-
məsinə,  ekoloji  tarazlığın  pozulmasına  səbəb  olan  kim-
yəvi və bioloji, zərərli fiziki, texniki, dağ-mədən işlərin-
də texnologiyanın pozulması, təbii ehtiyatlardan israfçı-
lıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyət. 
Ətraf  mühitin  mühafizəsinin  əsas  prinsipləri 
aşağıdakılardır: 
-
 
sosial-iqtisadi, mənəvi-estetik problemlərin qarşı-
lıqlı həlli; 
-
 
ərazilərdə ekoloji tarazlığın təmin edilməsi və po-
zulmuş təbii ekoloji sistemlərin bərpası; 
-
 
təbii  ehtiyatların  səmərəli  istifadə  olunması  və 
bərpası, təbiətdən istifadənin və ətraf mühitin mühafizə-
sinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi
-
 
ətraf  mühitin  bioloji  müxtəlifliyinin  qorunması-
nın təmin edilməsi; 
-
 
dövlət nəzarəti, ətraf mühitin mühafizəsi haqqın-
da qanunvericiliyin pozulmasına görə məsuliyyət
-
 
ətraf  mühitə  zərər  vurulmasının  qarşısının  alın-
ması və vurulan  zərərin qiymətləndirilməsi; 
-
 
ətraf  mühitin  mühafizəsi  sahəsində  əhalinin  və 
təşkilatların iştirakı; 
-
 
ətraf  mühitin  mühafizəsi  sahəsində  beynəlxalq 
əməkdaşlıq. 
Ətraf  mühitin  mühafizəsi  sahəsində  standart-
laşdırma  və  sertifikatlaşdırma  obyektlərinə  ekoloji 
təhlükəsizlik, əhalinin  həyat və sağlamlığına, təbii ehti-


69
 
 
yatların bərpasına və səmərəli istifadəsinə təhlükə yara-
da  biləcək  Azərbaycan  Respublikasında  istehsal  olunan 
və  ya  onun  ərazisinə  gətirilən  məhsullar  (işlər,  xidmət-
lər) və texnologiyalar aid edilir. 
1.
 
Təbiəti mühafizəni təmin etməyin  və təbiətdən 
istifadəni  tənzimləyən iqtisadi əsasları ekoloji təhlükə-
sizlik, təbii ehtiyatlardan  səmərəli istifadə, onların bər-
pası  və  artırılması  tədbirlərinin  işlənib  hazırlanmasına, 
planlaşdırılmasına və yerinə yetirilməsinə təbiətdən isti-
fadəçilərin maddi marağını artırmaqdır; 
2.
 
Ətraf mühitin mühafizəsinin fəaliyyət sahələ-
ri və iqtisadi əsasları: 
-
 
ətraf  mühitin  mühafizəsi  sahəsində  tədbirlərin 
proqnozlaşdırılması və maliyyələşdirilməsi; 
-
 
təbiətdən istifadəyə görə ödəmələr
-
 
ətraf mühitin çirkləndirilməsinə  görə  ödəmələr 
və cərimələr; 
-
 
ətraf  mühitin  mühafizəsi  sahəsində  iqtisadi  ma-
raqlandırma; 
-
 
ətraf mühitin mühafizəsi fondlarının yaradılma-
sı, qrantlar; 
-
 
beynəlxalq  qurumlardan  ekoloji  proqramları  hə-
yata keçirmək məqsədilə ayrılan vəsaitlər
3. Ətraf mühitin çirkləndirilməsinə görə müəssisə-
lərdən, təşkilatlardan və vətəndaşlardan alınan cərimələr 
bir qayda olaraq ətraf mühitin mühafizəsi sahəsində təd-
birlərin maliyyələşdirilməsinə sərf edilir. 
 
 
 


70
 
 
2. Ətraf mühitin planlaşdırılması və idarə olunması 
 
Təbii  ehtiyatlar  dedikdə  yer  üzərində  və  onun 
daxilində  mövcud  olan  ehtiyatlar,  sərvətlər  nəzərdə 
tutulur.  Bu  ehtiyatlara  torpaq,  su,  hava,  faydalı  qa-
zıntılar, enerji ehtiyatları, bitki və heyvan növləri və 
s. daxildir. Hər hansı bir ərazidə bunların birlikdə cəmi 
kompleks  və  ya  landşaftlar  adlanır.  Təbii  ehtiyatlar  bir 
neçə  qrupa  aid  edilir:  faydalı  qazıntılar  (geoloji  sərvət-
lər),  iqlim  ehtiyatları,  torpaq  ehtiyatları,  su  ehtiyatları, 
bitki  və  heyvanat  ehtiyatları.  Bu  qruplardan  əlavə  atom 
enerjisi  (nüvə  daxili  və  istilik  nüvə)  və  planetar  enerji 
mənbələri-qabarma-çəkilmə  geometrik  enerji  də  təbii 
ehtiyatlara  aiddir.  Təbii  ehtiyatlardan  istifadə  forma-
sına  və  istiqamətinə  əsasən  onların  iqtisadi  təsnifatı 
aparılır. 
İlk növbədə 2 qrup nəzərdə tutulur: 
1.
 
İnsanların yaşaması üçün labüd təbii varlıqlar; 
2.
 
Əmək vasitəsi mənbəyi olan təbii varlıqlar. 
Maddi istehsal ehtiyatlarına: sənaye, kənd təsərrü-
fatı daxildir. 
Qeyri-maddi istehsal sahəsinin ehtiyatları: vasitə-
siz istehsal, vasitəli istifadə. 
Maddi istehsal ehtiyatlarının sənaye və kənd təsər-
rüfatında  istifadəsi  məlumdur.  Qeyri-istehsal  sahəsinin 
bölmələrinə gəldikdə, bilavasitə istehsal olunan ehtiyat-
lar qrupuna, əhalinin həyat vasitələri kimi istifadə etdiyi 
şeylər; vasitəli istifadə qrupuna isə - təbiətin idman, isti-
rahət, müalicə və digər məqsədlərə istifadəsi aiddir. 
Təbii vasitələr bir neçə məqsəd üçün istifadə oluna 


71
 
 
bilər.  Məsələn,  su  içmək  üçün,  həmçinin  hidroenerji 
mənbəyi  kimi,  nəqliyyat  üçün  və  məişətdə  istifadə  olu-
nur. Meşə - oduncaq mənbəyi, istirahət yeri, otlaq, gilə-
meyvə  və  toxum,  dərman  bitkiləri  toplamaq  və  digər 
məqsədlər  üçün  istifadə  olunur.  Deməli,  təbii  ehtiyatlar 
istifadə  formasına  görə  iki  qrupa  ayrılır:  ixtisaslaşdırıl-
mış istifadə olunan və müxtəlif məqsədli istifadə olunan 
ehtiyatlar.  İxtisaslaşdırılmış  istifadəyə  -  faydalı  qazıntı-
ların çıxarılmasını şamil etmək olar. 
Müxtəlif  məqsədli  istifadə  kompleks  və  rəqabət 
xassəli  olur.  Kompleks  istifadə  və  təbii  ehtiyatı  istifadə 
edən  sahələr  bir-birilə  sıx  əlaqədar,  konkurent  isə  əksi-
nə, müxtəlif sahələrlə əlaqəsi yox dərəcəsindədir. Təbiə-
tin bütün amilləri bir-birilə qarşılıqlı əlaqədə və təsirdə-
dir. Hər bir təbii ehtiyat növünün mühafizəsinin özünün 
xüsusiyyətləri və istifadə qaydaları vardır. 
Təbii  ehtiyatların  tükənmə,  çirklənmə  və  sıra-
dan çıxma təhlükəsi ondan kompleks planlı qaydada, 
qənaətlə istifadə etməyi tələb edir. Ona görə də hazır-
kı  şəraitdə  dünya  ölkələrində  ətraf  mühitin  qorunması-
nın və  təbii ehtiyatlardan  istifadənin kompleks planlaş-
dırılması  vacib  amil  kimi  ön  plana  çəkilir.  Kompleks 
planlaşdırma təbii ehtiyatlardan ardıcıllıqla, səmərəli is-
tifadə  etməyə,  onun  aktiv  elementlərlə  çirklənməsinin 
qarşısını almağa şərait yaradır. 
Təbii  ehtiyatların  kompleks  planlaşdırılması 
bir neçə istiqamətdə həyata keçirilir: 1) kənd təsərrü-
fatı sistemində ərzaq və qeyri-ərzaq məhsulları istehsalı, 
tədarükü, emalı, satışı, onunla  əlaqədə olan və ona xid-
mət edən sahələrin kompleks formada istifadəsini və ət-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə