Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə26/37
tarix05.04.2018
ölçüsü2,83 Kb.
#36033
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

 
100 
sində üzə çıxmış faktlardan onun özünün əleyhinə istifadə 
edilməsin.  Bunun  baş  verməməsi  üçün  təhlilin  gedişatın-
da, təhlil prosesində və nəticələrinin qorunub saxlanılma-
sında məxfilik rejimi gözlənilməlidir.  
SWOT  –  təhlilin    bir  neçə  mərhələ  üzrə  aparılması 
olduqca  vacibdir.  Birinci  mərhələdə  öz  güc  və  imkanları-
nın qiymətləndirilməsi tövsiyə edilir. Bunun üçün aşağıda-
kıları etmək gərəkdir.  
Birincisi, müəssisənin hansı parametrlər üzrə qiymət-
ləndirilməsinin siyahısı tərtib edilməlidir. 
İkincisi,  hər  bir  seçilmiş  parametrlər  üzrə  hansının 
güclü, hansının isə zəif cəhət olduğu göstərilməlidir. Siya-
hıda əksini tapmış ən vacib güclü və zəif cəhətlər müəssi-
sənin SWOT – təhlil  matrisasına köçürülməlidir ki, sonra-
lar onları əsaslı tədqiq etmək mümkün olsun. 
Bir qayda olaraq SWOT – təhlil aparıldıqda müəyyən 
bir müəssisənin güclü və zəif cəhətlərini qiymətləndirmək 
üçün aşağıdakı parametrlər ön plana çəkilir: 
1.
 
Təşkil (burada əməkdaşların təhsili, icraçılıq mə-
dəniyyəti  və  qabiliyyəti,  onların  müəssisənin  inkişafında 
maraqlı  olması,  müəssisənin  şöbə  və  bölmələri  arasında 
qarşılıqlı  əlaqələr  və  əməkdaşlıqlar  və  s.  qiymətləndirmə-
nin obyektləri ola bilərlər). 
2.
 
İstehsalat (müəssisənin istehsal gücü, avadanlığın 
keyfiyyəti  və  aşılanma  səviyyəsi,  buraxılan  malların  key-
fiyyəti, patent və lisenziyaların mövcud olması, məhsulun 
maya dəyəri, məhsul göndərmə kanallarının etibarlığı və s. 
qiymətləndirilə bilər). 
3.
 
Maliyyə  (istehsal  məsrəfləri,  kapitalın  yetərli  qə-
dər olması və dövretmə sürəti, müəssisənin maliyyə siste-


 
101 
minin mötəbərliyi və dayanıqlığı, biznesin mənfəətliliyi və 
s. qiymətləndirilə bilər.  
4.
 
İnnovasiyalar (burada müəssisədə yeni məhsul və 
xidmətlərin  tədbiqi,  onların  yenilik  səviyyəsi,  yeniliklərə 
yönəldilən  vəsaitlərin  özünü  bərpa  etmə  müddəti  və  s. 
qiymətləndirilməsi aparıla bilər. 
5.
 
Marketinq (burada məhsul və ya xidmətlərin key-
fiyyəti,  məhsul çeşidinin dolğunu, istehsal və ticarət  mar-
kasının  məşhur  olması,  qiymətlərin  səviyyəsi,  reklamın 
səmərəliliyi, müəssisənin populyarlığı (imici, istifadə edi-
lən  satış  modelinin  effektli  olması,  göstərilən  əlavə 
xidmətlərin çeşidi, işçilərin icraçılıq qabiliyyəti və s. qiy-
mətləndirmənin obyektləri ola bilər). 
Qeyd edilmiş parametrlər təhlil edildikdən sonra on-
ların içindən ən sanballı  və əhəmiyyətli güclü və zəif cə-
hətlər  seçilib  SWOT  –  təhlilin    matrisasının  yuvalarında 
alınırlar. Həmin güclü və zəif cəhətlərin sayı nə qədər yığ-
cam  və  5-10  qədərdən  çox  olmazsa  bir  o  qədər  onları 
ümumiləşdirmək və təhlil etmək asan olar. 
Şirkətin  strateji  gələcəyi  üçün  güclü  cəhətlər  daha 
çox  önəmlidir,  çünki,  onlar  strategiyanın  təməl  daşlarını 
təşkil  edərək  onların  üzərində  rəqabət  üstünlüklərini  qur-
maq  olar.  Eyni  zamanda  yaxşı  hesab  edilən  marketinq 
strategiyası  zəif  cəhətlərə  müdaxilə  etməyi  və  onları  ara-
dan qaldırmağı tələb edir.  
SWOT  –  təhlilin    ikinci  mərhələsində  bazarın  qiy-
mətləndirilməsi  həyata  keçirilir.  Həmin  tədqiqat  və  təhlil 
vasitəsilə müəssisədən kənar ətraf mühitdə hansı hadisə və 
proseslər baş verdiyi öyrənilir və dərk edilir, imkanları aş-
kar edilir, hansı təhlükələrdən qorunmaq, onlara hazır ol-


 
102 
mağın gərəkliyini müəyyən etməkdən ötrü istifadə olunur. 
Təcrübədə  bazar  imkanları  və  təhlükələrinin  təyin 
edilməsi  metodikası  müəssisənin  güclü  və  zəif  cəhət-
lərinin təyin edilməsi metodikası ilə üst – üstə düşür. Belə 
ki, öncə bazar vəziyyətinin hansı parametrlər üzrə qiymət-
ləndiriləcəyi  təyin  edilir.  Sonra  hər  bir  parametr  üzrə 
nəyin  imkan  və  nəyin  təhlükə  olduğu  dəqiqləşdirilir. 
Nəhayət  axırda  daha  çox  əhəmiyyət  vəsf  edən  imkanlar 
və təhlükələr seçilib SWOT – təhlilin  matrisasına  köçü-
rülüb.  
Bazar imkanları və təhlükələrinin qiymətləndirilməsi 
zamanı aşağıda sadalanan parametrləri əsas kimi götürmək 
olar: 
1.
 
Tələb amilləri (Burada məsləhət görülür ki, baza-
rın tutumu, onun artımı və  ya azalma tempi, müəssisənin 
məhsuluna olan tələbin strukturu nəzərə alınsın və s.). 
2.
 
Rəqabət  amilləri  (əsas  rəqiblərin  sayı,  bazarda 
əvəzedici  əmtəələrin  mövcud  olması,  bazara  müdaxilə 
səddinin  yüksəkliyi  və  oradan  çıxış  imkanları,  bazar  iş-
tirakçıları arasında bazar paylarının bölüşdürülməsi və s.). 
3.
 
Satış  amilləri  (vasitəçilərin  sayına,  məhsulların 
bölüşdürülməsi  şəbəkəsinin  mövcud  olmasına,  məhsulla-
rın  və  dəstəyici  vasitələrin  göndərilməsi  şərtlərində  və  b. 
diqqətin cəmləşdirilməsi gərəkdir). 
4.
 
İqtisadi amillər (valyutaların məzənnələri, inflya-
siyanın səviyyəsi, əhalinin gəlirlərinin dəyişməsi, dövlətin 
iqtisadi siyasəti və s. nəzərə alınır). 
5.
 
Siyasi  və  hüquqi  amillər  (ölkədə  siyasi  sabitliyin 
səviyyəsi, əhalinin hüquqi təhsili və qanuna riayət etməsi 


 
103 
səviyyəsi,  hakimiyyət  dairələrinin  korrupsiyalaşması 
meyarları və s. qiymətləndirilir). 
6.
 
Elmi – texniki amillər (bir qayda olaraq elmin in-
kişaf  səviyyəsi,  yəni  innovasiyaların  istehsala  tədbiqi, 
elmin  inkişafına  dövlət  dəstəyinin  səviyyəsi  və  s.  nəzərə 
alınır). 
7.
 
Sosial  –  demoqrafik  amillər  (müəssisə  fəaliyyət 
göstərdiyi  regionda  əhalinin  sayı  və  cinsi  –  yaş  tərkibi, 
doğum və ölüm əmsalları, əhalinin məşğulluq səviyyəsi və 
s. nəzərə alınmalıdır). 
8.
 
Sosial – mədəni amillər (bir qayda olaraq cəmiy-
yətin dəyərləri və ənənələri, əmtəə və xidmətlərin istehsal-
çı mədəniyyətinin mövcud vəziyyəti, insanların hərəkət və 
davranışlarının mövcud stereotipləri və s. nəzərə alınır). 
9.
 
Təbii  və  ekoloji  amillər  (müəssisə  fəaliyyət  gös-
tərdiyi məkanın hansı iqlim zonasına mənsub olması, ətraf 
mühitinin  vəziyyəti,  ətraf  mühitin  mühafizəsinə  ictimaiy-
yətin münasibəti və s. hesaba alınır). 
10.
 
Beynəlxalq  amillər  (əsasən  dünyada  stabilliyin 
səviyyəsi, lokal münaqişələrin mövcud olması və s. öyrə-
nilir). 
Əvvəl  olduğu  kimi,  bütün  məlumatlar  tərtib  edilən 
cədvəldə əksini tapır. Bu imkanlar və təhlükələrin siyahı-
sından daha böyük əhəmiyyətə malk olanlar seçilir. Bunun 
üçün hər bir imkanı və ya təhlükəni iki parametr üzrə qiy-
mətləndirmək  gərəkdir.  Bu  zaman  iki  suala  cavab  veril-
məlidir: 
1.
 
Bu və ya digər hadisə və ya prosesin baş verməsi 
ehtimalı nə dərəcədə yüksəkdir? 
2.
 
Həmin  hadisə  və  proseslərin  baş  verməsi  müəs-
sisənin fəaliyyətinə nə dərəcədə təsir göstərə bilər? 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə