34
şəxslərdə dayanıqlı davranış stereotipləri formalaşır ki, bunları da pasientin
həyatından uzaqlaşdırmaq lazımdır.
Stereotiplər: “məndə hami kimi içirəm”, “arada bir həzz almaqda nə varki”,
“həyat mənimdir,özüm bilərəm”. Əlbətdəki hər insanın öz seçimi var. Lakin, burada
insanın düşünmə forması biraz adaptiv sayılmır. Burada böyük rol yenədə düşüncə
tərzini dəyişməkdədir.
Pasientlərin ən çox verildikləri sual: “Məndə hamı kimi arada bir içəcəm?” –
Əfsuslar olsunki, alüdəçilikdən əziyyət çəkən insanlar heç vaxt asılılıqdan əziyyət
çəkməyən insanlar kimi, arada bir içə bilməyəcəklər. Psevdodipsomanın qarşısını
almaq üçün onlara anlatmaq lazımdır ki, alkoqolizm, narkomaniya və
toksikomaniya heç vaxt müalicə olunmur. Onları yalnız həmişəlik remissiyaya
salmaq olur. Bu qorxuducu səslənsədə, pasient və onun ailəsi bunu bilməlidir.
Onları düzgün formada məlumatlandırmaq psixoterapevtin öhdəsinə düşür.
Stiqmasizasiya problemi bu günlərdə dünyada yayıldığına görə, psixoloqun
vəifələrindən biridə, xəstənin özünədə, ailəsinədə anlatmaqdır ki, həyatda hər bir baş
verən problemi alüdəçiliklə bağlamaq düzgün deyil. Bəzən alkoqolizm və ya
narkomaniyanın səbəblərinin üstünü açmaq üçün pasientin ailəsini dəqiqliklə
araşdırmaq lazımdır. Buraya həyat yoldaşının, valideynlərlə olan münasibətini
analiz etmək mütləqdir. Ailənin köməyi olmadan psixoterapiyanın effektivliyini
gözləmək düzgün deyildir.
PAM-siz yaşamaq çox çətindir. Onlarda yeni yaşama stereotipləri, davranış
formalarını dəyişmək çox çətindir. Ayıq, sərxəş olmayan, qətiyyətli bir insanın
yanında onlar yenədə istifadə etmək istəyirlər ki, bütün çətinliyi yaşamasın. Onlar
yeni həyata öyrəşirlər. Psixoterapevtin əsas məqsədlərindən biridə odur ki, pasientlə
onun münasibəti simbiotik münasibətə keçməsin. Pasienti “öyrətmək” lazım gəlir.
3.2.Psixoterapiya növləri
Istifadə olunan psixoterapiya növlərindən biridə rasional psixoterapiyadır.
Əlbətdəki, söhbətdən başlayan psixoterapiya elə formada keçirilmələdirki, pasientə
35
anlaklı formada onun xəstəliyi və asılılığı barədə informasiya verilsin. “konkret
söhbət məzmunu ” olan psixoterapiya pedaqoq- tələbə münasibətini özündə ehtiva
edir. Söhbət əsnasında pasientə faktlar və nümunələr ilə dolu informasiya təqdim
olunur. Psixoteapiya eyni zamanda insanda emosional durum yaratmalıdır ki, təsir
də gözləyə bilək. Informasiya əsasən PAM-in zərəri barədə, mənəviyyata və
şəxsiyyətə dəydiyi dağıdıcı effektdən olur. Daha sonra cinsi problemləri müzakirə
zamanı insanın alkoqol nəticəsində potensiyanı itirməsi barədə məlumat verilir.
2. Şərti-reflektor psixoterapiya- pasientdə içkinin iyinə və dadına ürək bulantı
yaradan reaksiyanı yaratmadan ibarətdir. Bu metodika Bexterev tərəfindən 1915- ci
ildə təklif edilib.
22
3. Hipno-suggestiv psixoterapiya. Hipnotik trans zamanı xəstədə alkoqola qarşı
nifrət və ürək bulantı hissləri yaratmaq məqsədi ilə şüuraltı informasiya yeridilirdi.
Əgər psixoanalitik nəzərdən baxsaq, insanda içki qənul etmə məqsədi özünü
məhv etmə fikirləri ilə bağlıdır. Burada tanatos instikinin mortido hissəsi işə
düşərək, insanı içkiyə vadar edir. Bütün bu proseslər, əlbətdəki, şüuraltı gedir.
4.Autogen məşqlər - əzələ relaksasiyasan və özünü məqsədyönlü inandırmadan
ibarət bir psixoterapiya növüdür. Yoqanın bəzi elementlərini özündə ifadə bu
psixoterapiya növü insanı sakitləşdirməyə və pis neqativ fikirlərdən azad olmağa
yönəldir. “Sakitləşmə” anlayışı həyatda passiv rol tutmaq mənasını vermir. Aktiv və
düzgün həyat tərzi insanı rahatlaşdırır. “Mənə çaxır heçdə lazım deyil”, “Mən
yaxşıyam”, autosuggestiv anlayışları bəzən pasient özüdə fikirləşməyə başlayır.
5.Pasientin şəxsiyyətinə yönələn effektiv metodiklardan biridə A.R. Dovjenkonun
“kodlaşdırma” metodikasıdır. Dovjenonun əsas nailiyyəti pasinetlə hələ tanıç
olmadan onun özünə təsirini aktivləşdirmək idi. Pasinet özü artıq müaləcəyə
yönəlişli bir formada terapiyaya gəlirdi. Müalicəyə yalnız 3 həftə öz gücünə içkidən
uzaq qala bilənlər buraxılırdı.
Dovjenkonun fikrinə görə, psixoterapiya xəsətnin öz
istəyi ilə, onun fikirlşmə, qərar qəbul etmə və müalicəyə can atmaqdan sonra
22
Методическое письмо МЗ СССР от 12.06.75 г.
36
başlayır
.
Əlbətdəki, pasientin qohumları ilə də iş gedir. Həkimlər, psixoloqlar, sosial
işçilər tərəfindən lazımlı məlumat və kömək edilir.
Metodikanın əsas anı, pasinti transa salaraq xüsusi sözlərdən istifadə edərək,
asılılıqdan azad etməkdir. Bugunki gündə istifadə olunan suggestiv metodlar daha
çox içkidən uzaqlaşmaq üçün yönəlmiyib, yanı biz pasientə kimyəvi maddənin pis
olduöuna inandırmırıq, pasientin özünəgüvənin artırırıq, özünə inam üzərində
çalışırıq. “Eqo-yüksəldən” texnikaları istifadə edərək nəticə əldə etmək daha da tez
alınır.
“Əvəz etmə” texnikası refleksologiya elmindən götürülən və içki qəbulunu
hansısa başqa bir davranış forması ilə əvəzləmədən ibarətdir.
Əsas məqsədlərdən biridə ailədəki münasibətlərin düzəlməsidir.Ailədə homeostaz
–balans düzəldikcə problemlər aradan qalxır. Konfliklərin vaxtında aradan qalxması
asılı insanı bu dərddən uzaqlaşmasına gətirir. Əlbətdəki, sosial adaptasiyanı həyata
keçirərək, diskriminasiyadan uzaqlaşaraq insanlara inamını artırır.
6. Ən əsas köməklərdən biridə krizis qaynar xəttidir ki, ən ağır anda, heç kəs
insanın yanında olmayanda, asılı insana dəstək məqsədi ilə telefonla məsləhət və ya
pis addımdan qorumaqdır. PAM-ın zərərli tərəflərini göstərir, alüdəçi insana çıxış
yollarını anlatır. Ailə üzvlərinə kömək, əlbətdəki, burada böyük rol oynayır.
Tədqiqatlar göstərirki, ana-uşaq münasibətləri belə ailələrdə korreksiya
olunmalıdır. Narkoman – yeniyetmələr,əsasən, analarının neqativ cəhətlərini qeyd
edən zaman, daha çox aqressivlik, əsəbilik kimi xüsusiyyətlərini qeyd edirlər.
Valideynlərlə gərgin münasibətlər, daha çox ana ilə olan konfliktlər, uşaqda
özünüqiymətləndirməni salır, təşvişi artırır, və narkotik maddədən istifadəni
çoxaldır. Belə problemlər aşkarlananada əlbətdəki ailə psixoterapiyası lazımdır,
çünkü, anada və, ümumiyyətlə, valideynlərdə problem olması dəqiqdir və onları
aradan qaldırmaq mütləqdir. ən effektiv problem həllərindən biri belə vəziyyətdə,
tipik ailə rollarını yenidən korrektə etmək və düzəlişləri bərkitmək.
Ailə
psixoterapiyası əsasən aşağıdaki problemləri həll etməlidir ki, asılı pasinetlərin
müalicəsi dahada effektiv getsin: ailədəki konfliktlərin vaxtında həll olunması, ailə
Dostları ilə paylaş: |