əlaqəliliyinin gücləndirilməsi, təhsil pillələri üzrə varisliyin daha ciddi şəkildə
nəzərə alınması vacibdir.
Azkomplektli məktəblərdə işləyən müəllimlər öz siniflərində mövcud
vəziyyəti: maddi – texniki bazanı, şagirdlərin idrak imkanlarını, mənəvi – psixoloji
vəziyyətini araşdıraraq qarşıya çıxa biləcək problemləri proqnozlaşdırmağın
yollarını öyrənməli və özünün pedaqoji – peşə fəaliyyətini layihələşdirmək, həyata
keçirmək və təkmilləşdirmək üçün qabiliyyətlərini inkişaf etdirməlidirlər. Bu
mənada azkomplektli məktəblər üçün pedaqoji kadr hazırlığı prosesində bu
məsələlər diqqətdə saxlanılmalıdır. Gələcək müəllimlər, yaxşı təşkilatçılığın,
liderliyin rolunu dərk etməli, fəaliyyət prosesində bunu nəzərə almalıdırlar.
Azkomplektli kənd məktəblərində müəllimin uşaqların yaşayış şəraitini, şəxsi
xüsusiyyətlərini, ailə münasibətlərini bilməsi, şagirdlərin təlim – tərbiyə
fəaliyyətinin təşkilində fərdi yanaşmadan, müxtəlif yollardan istifadə etməyə
imkan verir.
Ümumtəhsil müəssisələri şəbəkəsinin yenidən strukturlaşdırılması kənd
yerlərində yenitipli təhsil müəssisələrinin formalaşmasına aparır. Beləliklə də,
azkomplektli kənd məktəblərinin fəaliyyəti diqqətdən yayınır.
Azkomplektli kənd məktəblərinin kadrlarla təmin olunması problemi və
təhsil müəssisələrinin ehtiyacları arasında kifayət etməyən koordinasiya aydın
nəzərə çarpır. Ali pedaqoji məktəb məzunlarının ucqar kənd məktəblərinə işləməyə
getməmələrinin əsas səbəbi lazımi səviyyədə “motivasiyanın” yoxluğu ilə
əlaqədardır.
Azkomplektli kənd məktəblərində fəaliyyət göstərən ali məktəb
məzunlarının nəzəri və praktik, pedaqoji – psixoloji hazırlığının kifayət qədər
olmaması, pedaqoji prosesin müasir tələblərinə cavab vermir. Müəllimlərin
hazırlıq səviyyəsinin kifayət dərəcədə olmaması müxtəlif yaş qrupunda şagirdlərlə
tərbiyəvi işin təşkilində, yeni pedaqoji texnologiyaların tətbiqində və təlimin
diaqnostikasının reallaşmasında problemlər yaradır.
Azkomplektli kənd məktəblərində fəaliyyət göstərmək üçün mütəxəssislərin
hazırlığı məsələlərinə aşağıdakı istiqamətlərdə yanaşmaq vacibdir:
-
azkomplektli məktəb üçün müxtəlif aspektli mütəxəssis hazırlığı;
-
pedaqoji təmayüllü ali məktəblərdə tələbələrin peşə səriştəliliyinin
formalaşdırılması.
Ali məktəb tələbələrinin müəllim, tərbiyəçi kimi hazırlığı nəticələrinin təhlili
göstərir ki, azkomplektli kənd məktəblərində peşəkarcasına fəaliyyət göstərə
biləcək müəllimlərə artan tələbatla, məzunların nəzəri hazırlıq səviyyəsi arasında
bir ziddiyyət mövcuddur.
İnkişaf etmiş ölkələrdə azkomplektli kənd məktəblərində işləməkdən ötrü
kadrların hazırlanması üçün modellər mövcuddur. Belə modellər əsas ixtisasa
əlavə, magistraturalar, ixtisaslaşmalar,həmçinin uyğun proqramlar əsasında xüsusi
peşə təhsili formalarında həyata keçirilir.
Azkomplektli məktəblərdə tədrisin səmərəli təşkili üçün pedaqoji tamayüllü
ali məktəblərdə də inteqrativ ixtisaslar üzrə kadr hazırlığı məqsədəuyğun sayıla
bilər. Bu istiqamətdə hazırlanan mütəxəssislər azkomplektli məktəblərdə bir neçə
fəndən dərs deməklə keyfiyyətin yüksəldilməsinə təsir göstərə bilərlər.
Bir çox azkompleketli kənd məktəblərində təhsilin keyfiyyətinin çox aşağı
səviyyədə olmasının səbəblərindən biri azkomplektli məktəb şəraitində işləmək
üçün müəllimlərin hazırlanmamasıdır. Köhnəlmiş təlim texnologiyalarından
istifadə olunması, laboratoriya bazasının yoxluğu, həmçinin müəllimlərin müxtəlif
yaş qrupları ilə işləmək üçün nəzəri və praktik, pedaqoji – psixoloji və metodik
hazırlıqlarının zəifliyi də keyfiyyətə mənfi təsir göstərir. Azkomplektli
məktəblərin əksəriyyətində, əsasən, ucqar kəndlərdə fəaliyyət göstərən
məktəblərdə ənənəvi konstruksiyalı dərs planları və dərs proqramlarından istifadə
olunur. Orta nəsildə baza təhsilinln keyfiyyətinin aşağı düşməsi tendensiyası
müşahidə olunur. Ucqar kəndlərdə məktəbəqədər təhsilin yetərincə olmaması,
ibtidai siniflərə qəbul olunma zamanı başlanğıc şərtlərin qeyri- bərabərliyi
vəziyyəti mürəkkəbləşdirir.
Tədqiqatçı P.A.Kropotkin qeyd edir ki, azkomplektli məktəb müəllimlərinin
hər hansı formada hərtərəfli biliyi olmalıdır. O yazır: “Azkomplektli kənd
məktəblərində işləməyə hazırlanan müəllimlər üçün ardıcıl tədris kursu,xüsusi
proqram üzrə fəlsəfə kursu ola bilər. “Onun fikrincə, fəlsəfə geniş dünyagörüşü
aşıladığından müəllimlərin onu öyrənmələri vacibdir”.
N.S.Ribakov təhsilin əsas parametirlərini aşağıdakı kimi konkretləşdirir:
1.Təhsil insanın bəşəriyyət yaranana qədərki dunyaya, mədəniyyətə daxil
olması prosesidir.
2.Təhsil insanın məişəti dərk etməsi prosesidir.
3. Təhsil insanın şəxsi obrazının yaranmasıdır.
4.Təhsil insanı təkmilləşməyə sövq edən mənəviyyatdır.
Azkomplektli məktəbin müəllimləri ensiklopedik biliyə malik olmalıdırlar.
Aydındır ki, bütün pedaqoji-psixoloji bilikləri ali məktəblərdə təhsil alarkən əldə
etmək mümkün deyil. Belə məktəblərin müəllimlərini adi (ənənəvi) yolla
hazırlamaq imkan xaricindədir.
Tomsk Dövlət Pedaqoji Universitetində büdcədənkənar vəsaitlər hesabına
azkomplektli məktəblər üçün yenidənhazırlanma vasitəsi ilə müəllimlər hazırlanır.
Bu təcrübəni respublikamızda da pedaqoji təmayyülü universitetlərin birində tətbiq
etmək olar.
Elmi araşdırmalarda problemin həlli ilə bağlı aşağıdakı təkliflər qeyd olunur:
Bəzi mütəxəsislərin fikirincə, azkomplektli məktəblərə müəllim hazırlığı
ancaq əlavə ixtisas verməklə həyata keçirilə bilər, çünki gələcək müəllimlərin
ənənəvi məktəblərə yolunu bağlamaq düzgün deyildir.
-Azkomplektli ucqar kənd məktəblərinin tələbatının ödənilməsi məqsədilə
ibtidai sinif müəllimlərinin hazırlığı kurikulumuna çoxsinifli tədris elementləri də
daxil edilməlidir.
- Tam orta və ümumi orta təhsil məktəbləri üçün müəllim hazırlığı
kurikulumlarında qoşa fənlər üzrə müəllim hazırlığı imkanları genişləndirilməlidir.
Bu, həm ilkin müəllim hazırlığında, həm də ixtisasartırma təhsilində nəzərə
alınmalıdır.
- Azkomplektli məktəblər üçün effektiv işləmə qabiliyyəti olan müəllimləri
ənənəvi yolla hazırlamaq imkan xaricindədir.
Dostları ilə paylaş: |