Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə6/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   2   3   4   5   6   7   8   9   ...   105

olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi 
hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb 
edilirlər. 
33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti 
olmayan  və  həmin  maddə  ilə  nəzərdə  tutulmuş  cinayətin  törədilməsində  iştirak  edən 
şəxs,  həmin  cinayətə  görə  onun  təşkilatçısı,  təhrikçisi  və  köməkçisi  qismində 
məsuliyyətə cəlb olunur. 
33.5.  İcraçı  onun  iradəsindən  asılı  olmayan  səbəblərdən  cinayəti  başa  çatdıra 
bilmədikdə,  digər  iştirakçılar  cinayətə  hazırlıqda  və  ya  cinayət  etməyə  cəhddə 
iştirakçılığa  görə  cinayət  məsuliyyətinə  cəlb  edilirlər.  Öz  iradəsindən  asılı  olmayan 
səbəblərdən  başqa  şəxsləri  cinayətin  törədilməsinə  təhrik etməyə  nail  olmayan şəxs  də 
cinayətə hazırlığa görə cinayət məsuliyyətinə cəlb edilir. 
M a d d ə   3 4 .  Cinayətin  bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs, 
mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi
 
34.1.  Qabaqcadan  razılaşmadan  iki  və  ya  daha  çox  icraçının  birgə  iştirakı  ilə 
törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. 
34.2.  Qabaqcadan  razılaşmaqla  iki  və  ya  daha  çox  şəxsin  birgə  iştirakı  ilə  törədilən 
cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. 
34.3.  Bir  və  ya  bir  neçə  cinayətin  törədilməsi  üçün  qabaqcadan  birləşmiş  iki  və  ya 
daha  çox  şəxsdən  ibarət  olan  sabit  cinayətkar  qrup  tərəfindən  törədilən  cinayət 
mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. 
34.4.  Ağır  və  ya  xüsusilə  ağır  cinayətlərin  törədilməsi  məqsədi  ilə  sabit  mütəşəkkil 
cinayətkar  qrupun  yaradılması  və  ya  eyni  məqsədlərlə  iki  və  ya  daha  çox  mütəşəkkil 
cinayətkar qrupun sabit birliyi cinayətkar birlik (cinayətkar təşkilat) hesab olunur. 
34.5.  Cinayətkar  birliyin  (cinayətkar  təşkilatın)  məqsədlərinin  yerinə  yetirilməsi  ilə 
əlaqədar  belə  birliyin  (təşkilatın)  üzvü  (üzvləri)  tərəfindən,  habelə  cinayətkar  birliyin 
(cinayətkar  təşkilatın)  tapşırığı  ilə  həmin  birliyin  üzvü  (üzvləri)  olmayan  şəxs  (şəxslər) 
tərəfindən törədilən cinayət, cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş 
cinayət hesab olunur. 
34.6. Mütəşəkkil dəstə və ya cinayətkar birlik yaratmış, yaxud onlara rəhbərlik etmiş 
şəxs  bu  Məcəllənin  Xüsusi  hissəsinin  müvafiq  maddələri  ilə  nəzərdə  tutulan  hallarda 
onları yaratmağa və rəhbərlik etməyə görə, habelə mütəşəkkil dəstənin və ya cinayətkar 
birliyin  törətdiyi,  bu  şəxsin  niyyəti  ilə  əhatə  olunan  bütün  cinayətlərə  görə  məsuliyyət 
daşıyır. Mütəşəkkil dəstənin və ya cinayətkar birliyin digər üzvləri həmin cinayətlərdə 
iştirakına görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş 
hallarda, habelə hazırlanmasında və ya törədilməsində iştirak etdikləri cinayətlərə görə 
cinayət məsuliyyəti daşıyırlar. 
34.7.  Bu  Məcəllənin  Xüsusi  hissəsinin  maddələri  ilə  nəzərdə  tutulmayan  hallarda 
mütəşəkkil  dəstənin  yaradılması  onun  törədəcəyi  cinayətə  hazırlığa  görə  cinayət 
məsuliyyətinə səbəb olur. 


34.8.  Bir  qrup  şəxs,  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya 
cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə 
tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. 
M a d d ə   3 5 .  Ümumi  niyyətdən  kənara  çıxan  cinayətin  törədilməsi  (icraçının 
ekstsessi)
 
35.1.  İcraçı  tərəfindən  razılaşdırılmış  ümumi  niyyətdən  kənara  çıxmaqla,  yəni 
cinayətin  digər  iştirakçılarının  qəsdi  ilə  əhatə  olunmayan  başqa  cinayətin  törədilməsi, 
icraçının ekstsessi hesab olunur. 
35.2. İcraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb 
edilə bilməzlər. 
8-ci fəsil 
ƏMƏLİN CİNAYƏT OLMASINI ARADAN QALDIRAN HALLAR 
M a d d ə   3 6 .  Zəruri müdafiə
 
36.1.  Zəruri  müdafiə  vəziyyətində,  yəni  özünü  müdafiə  edənin  və  ya  başqa  şəxsin 
həyatını,  sağlamlığını  və  hüquqlarını,  dövlətin  və  cəmiyyətin  mənafelərini  qəsd  edənə 
zərər  vurmaq  yolu  ilə  ictimai  təhlükəli  qəsddən  qoruyarkən  törədilmiş  hərəkət,  zəruri 
müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. 
36.2. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq 
bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya 
başqa  şəxslərə  kömək  məqsədi  ilə  müraciət  etmək,  habelə  ictimai  təhlükəli  qəsddən 
yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. 
36.3.  Qəsdin  xarakterinə  və  ictimai  təhlükəlilik  dərəcəsinə  açıq-aşkar  uyğun 
gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. 
M a d d ə   3 7 .  Cinayət törətmiş şəxs tutularkən ona zərər vurulması
 
37.1. Cinayət törətmiş şəxsin səlahiyyətli dövlət hakimiyyəti orqanlarına gətirilməsi 
və ya yeni cinayətlər törətməsinin qarşısının alınması məqsədi ilə tutulduğu zaman ona 
zərər  yetirilməsi,  əgər  həmin  məqsəd  üçün  bütün  digər  təsir  imkanlarından  istifadə 
lazımi nəticə verməmişsə və bunun üçün zəruri olan tədbirlərin həddi aşılmamışdırsa, 
cinayət sayılmır. 
37.2.  Cinayət  törətmiş  şəxsin  tutulması  üçün  tətbiq  edilən  vasitələrin  və  üsulların 
törədilmiş əməlin və həmin əməli törətmiş şəxsin ictimai təhlükəlilik dərəcəsinə, habelə 
tutulmanın  hallarına  aşkar  surətdə  uyğun  gəlməməsi  və  zərurət  olmadan  şəxsə  açıq-
aşkar  həddən  artıq  zərər  vurulması  şəxsin  tutulması  üçün  zəruri  olan  tədbirlərin 
həddini aşmaq hesab olunur. Həddi bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda 
cinayət məsuliyyətinə səbəb olur. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə