9) Azәrbaycan Respublikasının Konstitusiya Mәhkәmәsi, Azәrbaycan Respublikasının Ali
Mәhkәmәsi vә Azәrbaycan Respublikasının apellyasiya mәhkәmәlәri hakimlәrinin vәzifәyә
tәyin edilmәsi haqqında Azәrbaycan Respublikasının Milli Mәclisinә tәqdimatlar verir;
Azәrbaycan Respublikasının digәr mәhkәmәlәrinin hakimlәrini vәzifәyә tәyin edir; Azәrbaycan
Respublikasının Baş prokurorunu Azәrbaycan Respublikası Milli Mәclisinin razılığı ilә vәzifәyә
tәyin vә vәzifәdәn azad edir;
10) Azәrbaycan Respublikası Mәrkәzi Bankı İdarә Heyәti üzvlәrinin vәzifәyә tәyin vә
vәzifәdәn azad edilmәsi barәdә Azәrbaycan Respublikasının Milli Mәclisinә tәqdimat verir,
Azәrbaycan Respublikası Mәrkәzi Bankı İdarә Heyәtinin üzvlәri sırasından Azәrbaycan
Respublikası Mәrkәzi Bankının sәdrini tәyin edir;
11) Azәrbaycan Respublikasının hәrbi doktrinasını Azәrbaycan Respublikası Milli
Mәclisinin tәsdiqinә verir;
12) Azәrbaycan Respublikası Silahlı Qüvvәlәrinin ali komanda heyәtini vәzifәyә tәyin vә
vәzifәdәn azad edir;
13) Azәrbaycan Respublikası Prezidentinin Administrasiyasını tәşkil edir vә onun rәhbәrini
tәyin edir;
14) Azәrbaycan Respublikasının İnsan hüquqları üzrә müvәkkilinin seçilmәsi haqqında
Azәrbaycan Respublikası Milli Mәclisinә tәqdimat verir;
15) Azәrbaycan Respublikasının xarici ölkәlәrdә vә beynәlxalq tәşkilatlarda diplomatik
nümayәndәliklәrinin tәsis edilmәsi haqqında Azәrbaycan Respublikası Milli Mәclisinә
tәqdimat verir, Azәrbaycan Respublikasının xarici ölkәlәrdә vә beynәlxalq tәşkilatlarda
diplomatik nümayәndәlәrini tәyin edir vә geri çağırır;
16) xarici dövlәtlәrin diplomatik nümayәndәlәrinin etimadnamә vә övdәtnamәlәrini qәbul
edir;
17) dövlәtlәrarası vә hökumәtlәrarası beynәlxalq müqavilәlәri bağlayır, dövlәtlәrarası vә
Azәrbaycan Respublikasının qanunlarından fәrqli qaydalar nәzәrdә tutan hökumәtlәrarası
müqavilәlәri tәsdiq vә lәğv olunmaq üçün Azәrbaycan Respublikasının Milli Mәclisinә tәqdim
edir; tәsdiqnamәlәri imzalayır;
18) referendum tәyin edir;
19) qanunları imzalayır vә dәrc edir;
20) vәtәndaşlıq mәsәlәlәrini hәll edir;
21) siyasi sığınacaq verilmәsi mәsәlәlәrini hәll edir;
22) әfv edir;
23) dövlәt tәltiflәri ilә tәltif edir;
24) ali hәrbi vә ali xüsusi rütbәlәr verir;
25) ümumi vә qismәn sәfәrbәrlik elan edir, habelә sәfәrbәrlik üzrә çağırılanları tәrxis edir;
26) Azәrbaycan Respublikası vәtәndaşlarının müddәtli hәrbi xidmәtdә çağırılması vә
müddәtli hәrbi xidmәtdә olan hәrbi qulluqçuların ehtiyata buraxılması barәdә qәrarlar qәbul
edir;
27) Azәrbaycan Respublikasının Tәhlükәsizlik Şurasını yaradır;
28) Azәrbaycan Respublikası Silahlı Qüvvәlәrinin tәyinatı ilә bağlı olmayan vәzifәlәrin
icrasına cәlb edilmәsinә razılıq verilmәsi barәdә Azәrbaycan Respublikasının Milli Mәclisinә
tәqdimat verir;
29) fövqәladә vә hәrbi vәziyyәt elan edir;
30) Azәrbaycan Respublikası Milli Mәclisinin razılığı ilә müharibә elan edir vә sülh
bağlayır;
31) Azәrbaycan Respublikasının dövlәt büdcәsindә bu mәqsәdlәr üçün nәzәrdә tutulmuş
xәrclәr çәrçivәsindә xüsusi mühafizә xidmәtlәri yaradır;
32) bu Konstitusiya ilә Azәrbaycan Respublikası Milli Mәclisinin vә mәhkәmә orqanlarının
sәlahiyyәtlәrinә aid edilmәyәn digәr mәsәlәlәri icra qaydasında hәll edir.
M a d d ә 1 1 0 . Qanunların imzalanması
I. Azәrbaycan Respublikasının Prezidenti qanunları ona tәqdim olunmuş gündәn
başlayaraq 56 gün әrzindә imzalayır. Qanun Azәrbaycan Respublikası Prezidentinin etirazını
doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilә birlikdә göstәrilәn müddәt әrzindә
Azәrbaycan Respublikasının Milli Mәclisinә qaytara bilәr.
II. Konstitusiya qanunları Azәrbaycan Respublikasının Prezidenti tәrәfindәn imzalanmazsa,
qüvvәyә minmir. Azәrbaycan Respublikasının Milli Mәclisi 83 sәs çoxluğu ilә qәbul edilәn
qanunları 95 sәs çoxluğu ilә, 63 sәs çoxluğu ilә qәbul edilәn qanunları isә 83 sәs çoxluğu ilә
yenidәn qәbul edirsә, belә qanunlar tәkrar sәsvermәdәn sonra qüvvәyә minir.
M a d d ә 1 1 1 . Hәrbi vәziyyәt elan edilmәsi
Azәrbaycan Respublikasının Prezidenti Azәrbaycan Respublikası әrazisinin müәyyәn
hissәsi faktik işğal olunduqda, xarici dövlәt vә ya dövlәtlәr Azәrbaycan Respublikasına
müharibә elan etdikdә, Azәrbaycan Respublikasına qarşı real silahlı hücum tәhlükәsi
yarandıqda, Azәrbaycan Respublikasının әrazisi blokadaya alındıqda, habelә blokada üçün real
tәhlükә olduqda Azәrbaycan Respublikasının bütün әrazisindә vә ayrı-ayrı yerlәrindә hәrbi
vәziyyәt elan edir vә bu barәdә qәbul etdiyi fәrmanı 24 saat müddәtindә Azәrbaycan
Respublikası Milli Mәclisinin tәsdiqinә verir.
M a d d ә 1 1 2 . Fövqәladә vәziyyәt tәtbiq edilmәsi
Azәrbaycan Respublikasının Prezidenti tәbii fәlakәtlәr, epidemiyalar, epizootiyalar, böyük
ekoloji vә başqa qәzalar baş verdikdә, habelә Azәrbaycan Respublikasının әrazi bütövlüyünün
pozulmasına, dövlәtә qarşı qiyama vә ya dövlәt çevrilişinә yönәldilәn hәrәkәtlәr edildikdә,
zorakılıqla müşayiәt olunan kütlәvi iğtişaşlar yarandıqda, vәtәndaşların hәyatı vә tәhlükәsizliyi
yaxud dövlәt tәsisatlarının normal fәaliyyәti üçün qorxu törәdәn digәr münaqişәlәr meydana
gәldikdә Azәrbaycan Respublikasının ayrı-ayrı yerlәrindә fövqәladә vәziyyәt tәtbiq edir vә bu
barәdә qәbul etdiyi fәrmanı 24 saat müddәtindә Azәrbaycan Respublikası Milli Mәclisinin
tәsdiqinә verir.
M a d d ә 1 1 3 . Azәrbaycan Respublikası Prezidentinin aktları
I. Ümumi qaydalar müәyyәn etdikdә Azәrbaycan Respublikasının Prezidenti fәrmanlar,
başqa mәsәlәlәr barәsindә isә sәrәncamlar qәbul edir.
II. Azәrbaycan Respublikası Prezidentinin fәrman vә sәrәncamlarında başqa qayda nәzәrdә
tutulmayıbsa, onlar dәrc edildiyi gündәn qüvvәyә minir.