Azərbaycan respublikasinin prezidenti


Günel  Nazim  qızı  Hacıyeva



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə25/36
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#48410
1   ...   21   22   23   24   25   26   27   28   ...   36

Günel  Nazim  qızı  Hacıyeva 
 
106 
dünya  elmindən  və  informasiya  sistemindən  təcrid 
edilmiş  təqdirdə  mümkün  deyildir.  Heydər  Əliyevin 
elmin  təşkili  və  inkişafının  idarə  olunması 
konsepsiyasında  elmi  tədqiqatların  informasiya 
təminatına  mühüm  əhəmiyyət  verilir.  Bu  məqsədlə 
ümummilli  lider  hələ  ötən  əsrin  70-ci  illərində 
Azərbaycan alimlərinə ittifaq respublikalarının və başqa 
ölkələrin  alimləri  ilə  elmi  əməkdaşlıq  əlaqələrini 
yaratmağı,  ümumittifaq  elmi  konfranslarda  və 
simpoziumlarda  fəal  iştirak  etməyi,  Azərbaycan  elmini 
ləyaqətlə  təmsil  etməyi  məsləhət  bilirdi.  Hətta  sovet 
hakimiyyəti  illərində,  kompyuterlərin  olmadığı  vaxtdà, 
respublikadà  elmi  tədqiqatların  informasiya  təminatı 
məsələlərinə  toxunarkən  Heydər  Əliyev  müasir  texniki 
vasitələrin  imkanlarından  geniş  istifadə  olunması 
məsələsinə  xüsusi  diqqət  yetirirdi.  Bununla  yanaşı,  o, 
özündə  müxtəlif  xarakterli  informasiyanı  toplayan 
kitabxanalara və arxivlərin roluna yüksək qiymət verir, 
onların milli sərvət kimi qorunub saxlanılmasının dövlət 
əhəmiyyətli məsələ olduğunu dəfələrlə vurğulayırdı. 
Ümummilli  liderin  təhsilə,  mədəniyyətə,  elmə, 
memarlığa,  xüsusən  də  kitabxanalarımızà  qayğısı  hər 
birimizə yaxşı məlumdur. Bu gün dahi liderin xatirəsinə 
onlarca sanballı kitablar həsr olunur, Heydər Əliyev irsi 
öyrənilir  və  təbliğ  edilir,  gələcək  nəsillərə  ötürülür. 
Heydər Əliyevin zəngin və hərtərəfli siyasi irsini özündə 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
107 
cəmləşdirən 
kitabların, 
biblioqrafik 
vəsaitlərin 
hazırlanması  böyük  məsuliyyət  və  diqqət  tələb  edir. 
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi 
Kitabxanası  tərəfindən  ərsəyə  gətirilən  “Heydər  Əliyev 
və Azərbaycan elmi” adlı biblioqrafik nəşr öz əhatəliliyi, 
çox mənbəliliyi və informativliyi ilə seçilir (14). Bu nəşr 
kitabxanamızdà  fəaliyyət  göstərən  “Heydər  Əliyev 
irsinin  təbliği"  şöbəsində  son  illər  ərzində  toplanmış 
dəyərli materialların göstəricisidir. 
Altı  bölmə  və  yardımçı  aparatdan  ibarət 
biblioqrafik  məlumat  kitabının  ilk  hissəsi  "Heydər 
Əliyev  və  Azərbaycan  elminin  inkişafı"  adlanır.  İki 
yarımbölmədən ibarət olan bu bölmədə ümummilli lider 
Heydər Əliyevin elm və elm xadimləri haqqında, eləcə 
də görkəmli elm xadimlərinin Heydər Əliyev haqqında 
dəyərli fikirlərindən seçmələr öz əksini tapmışdır. 
Biblioqrafik  məlumat  kitabının  "Heydər  Əliyev: 
Azərbaycan dövlətçiliyi və elmi" adlı ikinci bölməsi ulu 
öndər Heydər Əliyevin müstəqillik illərində nəşr edilmiş 
əsərləri  haqqında  biblioqrafik  məlumatı  əhatə  edir.  Bu 
bölmədə  verilən  “Elmin  inkişafı  sahəsində  dövlət 
siyasəti"  adlanan  yarımbölmədə  isə  Ümummilli  liderin 
Azərbaycan elminin inkişafı ilə bağlı imzaladığı fərman 
və  sərəncamları,  müxtəlif  vaxtlarda  söylədiyi  nitqləri, 
alim və ziyalılarla görüşlərdə etdiyi çıxışları və s. əhatə 
edir. 
"Kitab  nəşri  hər  bir  ölkənin,  xalqın 


Günel  Nazim  qızı  Hacıyeva 
 
108 
mədəniyyətində,  ümumiyyətlə,  mədəni-ictimai  həyatda 
çox  görkəmli  yer  tutur.  Hər  birimiz,  ilk  növbədə  ancaq 
ki
tab  vasitəsilə  təhsil,  elm  àlmışıq,  həyatda  yaşamaq 
fəaliyyət  göstərməyə  hazırlaşmışıq.  Ona  görə  də  hər 
birimiz kitablara borclu
yuq...  Kitabxana  xalq,  millət 
üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, 
zəka  mənbəyidir.  Ona  görə  də  kitabxanalara daimi 
hörmət  xalqımızın  mənəviyyatını  nümayiş  etdirən 
amillərdən biridir.” Heydər Əliyev elmə, kitabà verdiyi 
qiyməti  məhz  bu  cür  ifadə  edirdi.  Ümummilli  lider 
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  fəaliyyətini 
qiymətləndirərkən  deyirdi:  "  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının  rəhbərliyi,  idarəsi  altında  toplaşmış 
elmi  müəssisələr  böyük  ixtiralar  ediblər,  böyük 
tədqiqatlar aparıblar, böyük işlər görüblər, sanballı elmi 
kitablar, əsərlər yaradıblar, tam qətiyyətlə demək olar ki, 
dünya elminə böyük töhfələr veriblər". Bu sözlər elmə, 
fundamental elmin təşkilinin optimal forması olan Milli 
Elmlər Akademiyasına verilən ən yüksək qiymətdir. 
Biblioqrafik nəşrin üçüncü bölməsində biblioqrafik 
göstəricinin  profilinə  uyğun  olaraq  ulu  öndər  Heydər 
Əliyevin  elmin  inkişafı  sahəsindəki  xidmətlərinə  dair 
görkəmli  elm  xadimlərinin  əsərləri  təqdim  edilmişdir. 
Dünya  şöhrətli  norveçli  alim  Tur  Heyerdal  Ümummilli 
lider haqqinda deyirdi: 
"Doğrusunu  deyim  ki,  Heydər 
Əliyev  mənə  son  dərəcə  xoş  təsir  bağışladı.  O,  özünü 


AZƏRBAYCANDA   MEMARLIĞIN   KİTABXANA-İNFORMASİYA  
TƏMİNATI SİSTEMİ 
 
109 
həqiqi  lider  kimi  apanr  və
 
həqiqi  lider  kimi  danışırdı”. 
Tanınmış qırğız yazıçısı Çingiz Aytmatov isə deyirdi ki, 
Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi 
müasir  demokratik  Avrasiyanın  yeni  tarixinin  bugünkü 
qurucularındandır. 
Kitabın  dördüncü  bölməsi  Ümummilli  liderin 
hakimiyyəti  illərində  Azərbaycanın  beynəlxalq elmi 
əlaqələri haqqında məlumatları əhatə edir. Məlumdur ki, 
hələ ötən əsrin 70-ci illərində Heydər Əliyevin təşəbbüsü 
ilə  ən  mötəbər  ali  təhsil  ocaqlarına  təhsil  almağa 
göndərilən  gənclər  son-radan  elmimizin  beynəlxalq 
səviyyədə  tanınmasına,  beynəlxalq  elmi  əlaqələrin 
qurulmasına  böyük  təkan  verdi.  Dünyanın  müxtəlif 
ölkələrində fəaliyyət göstərən elm, təhsil müəssisələri ilə 
sıx  elmi  əməkdaşlığa  başlanıldı,  birgə  layihələr  həyata 
keçirildi.  Sonrakı  illərdə  də  bu  tendensiya  davam  etdi. 
Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  beynəlxalq 
elmi  əlaqələrin  diapazonu  daha  da  genişləndi. 
Azərbaycan  alimlərinin  elmi  kommunikasiyaları 
intensivləşdi, bir sıra aparıcı elmi müəssisələrlə təcrübə 
mübadiləsinin əsası qoyuldu.  
Biblioqrafik 
göstəricinin 
"Heydər 
Əliyev 
siyasətinin layiqli davamçısı" adlanan beşinci hissəsində 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin 
elmin  inkişafı  sahəsindəki  fəaliyyəti  əhatə olunmuşdur. 
Bu  bölmədə  Prezident  İlham  Əliyevin  elmin  inkişafına 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə