32
onların ifadəlilik dərəcəsi müəyyənləşdirilir. Deməli, estetik qiymətləndirmə
məmulatların həqiqi dəyər mahiyyətini və onun formada ifadəsini
müəyyənləşdirməyə imkan yaradır.
Estetik qiymətləndirmənin obyekti məmulatların estetik mahiyyətidir. Bu
isə məmulatın hissiyyatla qəbul olunan dəyər səviyyəsinin onun texniki
təkmilləşməsinə, məqsədəuyğunluğuna, faydalılığına, istifadəyə əlverişli olmasına
uyğunluğunu göstərir.
Estetik qiymətləndirmənin subyekti ekspert komissiyasıdır. Ekspert
komissiyası texniki estetika üzrə səriştəli mütəxəssilərdən (onların bədii
layihələndirmə, sənaye məhsullarının keyfiyyətinin qiymətləndirilməsi sahəsində
geniş iş təcrübəsi olmalıdır) təşkil olunur. Bir qayda olaraq ekspert komissiyası
iki bölmədən ibarət olur: ekspert qrupu və informasiya – hesablama qrupu.
Ekspert qrupunun vəzifəsi məmulatların keyfiyyətinin estetik göstəricilərini
təyin etməkdir.
Ekspertiza vaxtı yerinə yetirilən bütün qalan işlər (cədvəllərin tərtib
olunması, nəticələrin tərtib olunması və işlənməsi, müxtəlif hesablamalar və s.)
informasiya – hesablama qrupu tərəfindən yerinə yetirilir.
Ekspert qrupu 10 - 12 nəfər yüksək ixtisaslı mütəxəssisdən – rəssam
konstruktorlardan, bədii layihələndirmə sistemində fəaliyyət göstərən
arxitektorlardan, sənaye sənətşünaslarından, texniki estetika kurslarını bitirmiş
sosioloq və erqonomistlərdən təşkil olunur [6].
Hesablama qrupu rəhbərdən, iki - üç texniki işçidən, katibdən, ekspert
qrupundan dəvət olunmuş bir - iki ekspertdən, məmulatı ekspert komissiyasına
göndərən istehsalçı - təşkilatın nümayəndəsindən təşkil olunur. Ekspert
komissiyasına sədr rəhbərlik edir; hesablama qrupunun rəhbəri eyni zamanda
komissiya sədrinin müavinidir, hesablama qrupunun katibi isə həm də ekspert
komissiyasının katibidir. Beləliklə, ekspert komissiyasının tərkibinə 16 – 19 nəfər
daxil olur. Ekspert komissiyasının strukturu şəkildə təsvir edilmişdir (şəkil 3).
İstehlak mallarını
estetik qiymətləndirilmə üçün etalonun seçilməsi
qiymətləndirilmənin məqsədindən və qiymətləndirilmə obyektinin
33
xüsusiyyətlərindən asılıdır. Əgər bədii layihələndirmə, yaxud bədii – tərtibat işi
qiymətləndirilirsə, etalon kimi bu layihənin proqnozlaşdırılan estetik səviyyəsinə
cavab verən ideal obyektlər, perspektiv modellər və nümunələr götürülə bilər.
Şəkil 3. Sənaye məmulatının estetik keyfiyyət göstəricilərinin
qiymətləndirilməsi üzrə ekspert komissiyasının tərkibi və
strukturu
Kütləvi və seriyalı istehsal olunan sənaye məhsulu qiymətləndirilərkən
ölkədə və xaricdə istehsal olunan ən yaxşı analoji sinifli və təyinatlı
məmulatların estetik səviyyəsi meyar kimi qəbul olunur.
Təbiidir ki, analiz edilən məmulat qabaqcadan texniki – iqtisadi və istismar
tələblərinə uyğunluq baxımından qiymətləndirilməlidir.
34
İstehlak mallarının texniki-iqtisadi və istismar keyfiyyət göstəricilərinin
kompleks qiymətləndirilməsi müvafiq profil üzrə mütəxəssislərdən ibarət
komissiya tərəfindən əvvəlcədən aparılır. Bu qiymətləndirmənin qəbul edilmiş
ölçü sistemində ifadə olunan nəticələri ekspert komissiyasına onun işə
başlamasından əvvəl təqdim olunur.
5. İstehlak mallarının estetik keyfiyyət göstəricilərinin təyin
olunması məsələlərinin təhlili
Estetik qiymətləndirmə qaydası üç mərhələyə bölünür. Estetik
qiymətləndirmənin birinci mərhələsi əsas informasiya-hesablama qrupu
tərəfindən həyata keçirilir. O, komissiyaya təqdim olunan məmulatı və sənədləri
təhlil edir, həmçinin eskpert qrupunun qiymətləndirməyə hazır olmasını
aydınlaşdırır. Bu zaman ekspertlərin səriştəliliyi məsələlərinə, qiymətləndirilən
məmulatların və ya məmulat qruplarının layihələndirilməsi, istehsalı və istismarı
ilə onların tanışlığının yoxlanmasına xüsusi diqqət yetirilir. Bu çox vacib bir
məsələdir, çünki bir tərəfdən o, ekspert qrupuna məlumatlı mütəxəssislərin aşkar
edilməsini, digər tərəfdən ekspertlər tərəfindən qiymətləndirilən məmulatın
xüsusiyyətlərini dərindən dərk olunmasına zəmanəti təmin edir.
Estetik qiymətləndirmənin ikinci mərhələsi ekspertlər tərəfindən təhlil
olunan məmulatın formasının mükəmməllik dərəcəsini təyin etməyi nəzərdə
tutur.
Formanın mükəmməllik dərəcəsinin bütövlüyə görə qiymətləndirilməsi
zamanı ekspertlər məmulatın formasını analiz edərək onu dəyər sırasını təşkil
edən etalon – məmulatların formaları ilə müqayisə edirlər və məmulatın bu
sırada mövqeyinə görə formanın mükəmməllik dərəcəsinin qiymətini tapırlar. Bu
zaman məmulatın formasını etalon formaya “oxşarlıq dərəcəsi” yox, onun qəbul
edilən etalona uyğun olmalı mükəmməlliyi və ifadəliyi nəzərə alınır.
Bütövlüyə görə qiymətləndirilmədə 0,1 bal qiymətlərinə bölünmüş bal
şkalasından istifadə olunur. Bu zaman öz mükəmməllik dərəcəsinə görə 0 bal
qiymətini məmulat onun forması pis məmulatların səviyyəsinə, 4,0 bal qiymətini