Azərbaycan respublikasinin təHSİl sistemi Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix08.09.2018
ölçüsü0,94 Mb.
#67530
1   2   3   4   5   6   7   8   9   10   ...   18

8.8.2. Ümumi təhsil 

 

Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri 

bilik,  bacarıq  və  vərdişlərin  aşılanmasını,  onların  həyata  və  əmək  fəaliyyətinə 

hazırlanmasını  təmin  edir.  Ümumi  təhsil  təhsilalanların  fiziki  və  intellektual 

inkişafına,  zəruri  biliklərə  yiyələnməsinə,  onlarda  sağlam  həyat  tərzinə  və  sivil 

dəyərlərə  əsaslanan  vətəndaş  təfəkkürünün  formalaşmasına,  milli  və  dünyəvi  də-

yərlərə  hörmət  hissinin  aşılanmasına,  ailə,  cəmiyyət,  dövlət  və  ətraf  mühit 

qarşısında  hüquq  və  vəzifələrinin  müəyyən  edilməsinə  imkan  yaradır.  Ümumi 

təhsil  müvafiq  təhsil  proqramları  əsasında  həyata  keçirilir.  Azərbaycan 

Respublikasında  ümumi  təhsil,  ibtidai  təhsil,  ümumi  orta  təhsil  və  tam  orta 

təhsildən ibarətdir. Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən 

digər  səviyyəsinə  keçid  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən olunur. 

Ümumi  təhsil  ümumtəhsil  məktəblərində,  xüsusi  təmayüllü  təhsil 

müəssisələrində,  gimnaziyalarda,  liseylərdə,  ilk  peşə-ixtisas  və  orta  ixtisas  təhsili 

müəssisələrində,  habelə  ali  təhsil  müəssisələrinin  tabeliyində  yaradılan 

məktəblərdə  həyata  keçirilir.  Ümumi  təhsil  sistemində  təhsilalanların  fiziki 

inkişafını  təmin  etmək  və  müxtəlif  yaradıcılıq  qabiliyyətlərini  inkişaf  etdirmək 

məqsədi ilə məktəbdənkənar təhsil proqramları tətbiq olunur. 

İbtidai  təhsilin  məqsədi  təhsilalanlara  oxumaq,  yazmaq  və  hesablama 

bacarıqları  aşılamaq,  onlarda  insan,  cəmiyyət  və  təbiət  haqqında  ilkin  həyati 

biliklər,  məntiqi  təfəkkür  elementləri,  estetik,  bədii  zövq  və  digər  xüsusiyyətlər 

formalaşdırmaqdan  ibarətdir.  İbtidai  təhsil  müvafiq  təhsil  proqramına  əsasən 

həyata keçirilir. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Va-

lideynlərin və uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi 

istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha 

erkən yaşda qəbul edə bilər. 

Ümumi  orta  təhsilin  məqsədi  təhsil  alanların  şifahi  nitq  və  yazı  mə-

dəniyyətinin,  ünsiyyət  bacarığının,  idrak  fəallığının  və  məntiqi  təfəkkürünün 

inkişafını,  təhsil  proqramına  daxil  olan  fənlər  üzrə  və  eləcə  də  dünya 

svilizasiyasının 

inkişafı 

haqqında 

müvafiq 


bilik 

və 


təsəvvürlərinin 

formalaşdırılmasını,  müasir  informasiya-  kommunikasiya  vasitələrindən  istifadə 

etmək  qabiliyyətini,  hadisələri  qiymətləndirmək  və  öz  gələcək  fəaliyyət 

istiqamətlərini  müəyyənləşdirmək  bacarığını  təmin  etməkdən  ibarətdir.  Azər-

baycan Respublikasında ümumi orta təhsil icbaridir və müvafiq təhsil proqramına 

əsasən həyata keçirilir. 

Ümumi orta təhsil səviyyəsində yekun qiymətləndirmə aparılır və təhsili başa 

vuran  təhsil  alanlara  müvafiq  dövlət  sənədi  verilir.  Ümumi  orta  təhsil  haqqında 

sənəd təhsilin növbəti pillədə və səviyyədə davam etdirilməsi üçün əsas sayılır. 

Tam  orta  təhsil  səviyyəsində  təhsil  alanların  istedad  və  qabiliyyətinin 

reallaşdırılması,  müstəqil  həyata  və  peşə  seçiminə  hazırlanması,  fəal  vətəndaş 

mövqeyinin,  milli  və  ümumbəşəri  dəyərlərə,  insan  hüquqlarına  və  azadlıqlarına 

hörmət  hissinin  və  tolerantlığın  formalaşdırılması,  müasir  informasiya-

kommunikasiya  texnologiyalarından  və  digər  texniki  vasitələrdən  sərbəst  istifadə 




etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir 

neçəsində  ünsiyyət  saxlaması  və  s.  təmin  olunur.  Tam  orta  təhsil  ümumi  təhsilin 

hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə 

tutur.  Tam  orta  təhsil  səviyyəsində  təhsilin  təmayülləşməsi  (humanitar,  texniki, 

təbiət  və  digər)  təmin  olunur.  Dövlət  təhsil  müəssisələrində  tam  orta  təhsil 

pulsuzdur. Attestasiyanın nəticələrinə görə məzunlara müvafiq qaydada dövlət nü-

munəli sənəd-attestat verilir. 

Ümumiliyi,  vahidliyi,  əmək  istiqamətli  olması,  politexnik  xarakter 

daşıması,  milli  mədəniyyətə  istinad  etməsi,  fərdi  qabiliyyətləri  nəzərə  alması 

ümumi  orta  təhsilin  başlıca  xüsusiyyətlərindəndir.  Milliyyətindən,  dilindən, 

mənşəyindən,  dinindən  asılı  olmayaraq  hər  bir  oğlanın,  hər  bir  qızın  öyrənməli 

olduğu  zəruri  biliklərin,  bacarıq  və  vərdişlərin,  davranış  qaydalarının  məcmusu 

ümumi  təhsilin  məzmununu  təşkil  edir.  Ümumi  təhsil  imkan  verir  ki,  gələcək 

peşəsindən,  ixtisasından  asılı  olmayaraq  hamının  şəxsiyyəti  normal  inkişaf  edə 

bilsin.  Ümumi  təhsil  cəmiyyətdə  adamların  bərabər  mövqe  tutmalarına  şərait 

yaradır. 

Təhsil  səviyyələri  müxtəlif  olan  şəxslər,  adətən,  cəmiyyətdə  başqa-başqa 

mövqe  tuturlar.  Ümumi  orta  təhsili  olan  şəxs  xalq  təsərrüfatının  bir  sahəsindən 

digər  sahəsinə  sərbəst  keçməyə  və  orada  fəaliyyət  göstərməyə  imkan  qazanır. 

Ümumi  orta  təhsil  mənəvi  və  əxlaqi  inkişafın,  fiziki  və  estetik  kamilləşməyin 

bünövrəsidir.  Bu  əsasda  hər  bir  şəxs  öz  qabiliyyətlərini  maksimum  inkişaf  etdirə 

bilər.  Təhsilin  ümumiliyi  və  vahidliyi  bir-birindən  ayrılmazdır.  Ümumi  orta 

təhsilin  vahidliyi  əsasən  onun  məzmununda  ifadə  olunur.  Ümumi  orta  təhsilin 

politexnik  istiqaməti  iki  cəhətdən  səciyyələnir:  politexnik  biliklər  və  politexnik 

bacarıqlar.  Ümumiyyətlə,  şagirdlər  üçün  ümumi  olan,  əmək  və  politexnik 

səciyyə  daşıyan,  milli  mədəniyyətə  istinad  edən  və  şagirdlərin  fərdi 

xüsusiyyətlərini  nəzərə  alan  təhsil  ümumi  orta  təhsil  hesab  edilir.  Ölkəmizdə 

orta ümumi təhsilin bu cəhətləri yüksək dəyərləndirildiyindən onun icbariliyi qəbul 

olunmuşdur. 

 

8.8.3. İlk peşə-ixtisas təhsili 

 

İlk peşə-ixtisas təhsili - əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta 



təhsil və tam orta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı 

işçi  kadrların  hazırlanmasını  təmin  edir.  İlk  peşə-ixtisas  təhsili  mülkiyyət 

formasından asılı olmayaraq peşə-ixtisas təhsili müəssisələrində və təhsil fəaliyyəti 

üçün  xüsusi  razılığı  (lisenziyası)  olan  ayrı-ayrı  təşkilatların,  müəssisələrin,  əmək 

birjalarının,  məşğulluq  idarələrinin  və  digər  müvafiq  qurumların  təhsil 

strukturlarında  həyata  keçirilir  və  məzunlara  müvafiq  istiqamətlər  üzrə  ilk  peşə 

dərəcələrinin  verilməsi  ilə  başa  çatır.  İlk  peşə-ixtisas  təhsili  müvafiq  təhsil 

proqramları  əsasında  təşkil  olunur.  İlk  peşə-ixtisas  təhsili  müəssisələrinə  ümumi 

orta təhsil bazasında qəbul olunanlar peşə ixtisası ilə yanaşı, tam orta təhsil almaq 

hüququna malikdirlər. 



 

8.8.4. Orta ixtisas təhsili 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə