Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə100/103
tarix12.04.2022
ölçüsü1,15 Mb.
#85338
1   ...   95   96   97   98   99   100   101   102   103
6 Biologiya-kurikulum

 

Reproduktiv  sağlamlıq  - 

fiziki,  mənəvi  və  sosial  rifah 

vəziyyətidir.  Bu  təkcə  reproduktiv  sistemlə  onun  funksiyası  və 

problemləri  ilə  bağlı  xəstəliklərin  olmaması  demək  deyildir. 

Reproduktuv  sağlamlıq  nəsil  artımı  qabiliyyətinin  olması  və  azad 

seçim  deməkdir.  Bu  sağlamlığın  təməli  yeniyetmə  dövründə 

yaranır və bütün həyat boyu qorunub-saxlanılır. 

Regional ekoloji problemlər –

Hər bir region üçün xarakterik 

olan ekoloji problemlər. 



 

70 


Orxus  Konvensiyası- 

Ətraf  mühit  məsələlərinə  dair 

informasiyanın əldə edilməsi, qərarların qəbul edilməsi prosesində 

ictimaiyyətin  iştirakı  və  ədalət  mühakiməsinə  müraciət  ilə  bağlı 

BMT  Avropa  iqtisadi  Komissiyasının  Konvensiyası  “Orxus 

Konvensiyası”    kimi tanınır.  Orxus  Konvensiyası  gələcək  nəsillər 

üçün  ətraf  mühitin  mühafizəsi  və  onun  vəziyyətinin 

yaxşılaşdırılması prosesində ictimaiyyətin və aidiyyəti təşkilatların 

nümayəndələrinin  iştirakını  gücləndirmək  məqsədilə  yaradılmış 

yeni  tip  Konvensiyadır.  Orada  insanların  ətraf  mühitə  dair 

informasiya əldə etmə, proseslərdə iştirak və ədalət mühakiməsinə 

müraciət  hüquqları  göstərilir  ki,  bu  da  ətraf  mühitə  dair 

məsələlərdə  dövlət  orqanlarının  hesabat  verməsi  və  idarəetmənin 

şəffaflıq səviyyəsinin yüksəldilməsinə şərait yaradır. 



Ozon  dəliyi-

  Atmosferdə  20-25  km.  yüksəklikdə  yerləşən 

Ozon qatında yaranır. 

Talassemiya- 

Genetik qan azlığı xəstəliyi. 



Təkamül

- Canlı təbiətin tarixi inkişafını əks etdirən proses. 



Qida  zənciri- 

Ekosistemdə  orqanizmlər  arasında  yaranan 

qida əlaqələri 

Mikrotəkamül- 

Növ  daxilində  baş  verən  və  yeni  növün 

əmələ gəlməsi ilə başa çatan təkamül prosesi 

Makrotəkamül- 

Növdən yuxarı səviyyədə baş verən təkamül 

prosesi 

Divergensiya- 

Təkamül  prosesində  qohum  orqanizmlərdə 

yeni sistematik kateqoriyaların yaranmasına səbəb olan əlamətlərin 

ayrılması 




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə