Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə24/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   20   21   22   23   24   25   26   27   ...   55

 
72
əvvəl köhnəlmiş Sovet təhsil standartlarından azad olmağa və yeni 
dəyərlər əsasında onu  yenidən qurmağa çalışan Azərbaycanda bu 
istiqamətdə 
işlər 
görülürdü. 
2005-ci 
ildən 
xeyli 
əvvəl 
Azərbaycanda  ali  təhsilin  bakalavr  və  magistr  hazırlanması 
pillələrinin qəbul edilməsi, bir sıra dövlət və özəl universitetlərdə 
təhsilin Qərb standartları əsasında qurulması buna sübutdur. 2005-
ci  ildə  isə  Azərbaycan  Respublikasının  rəsmi  olaraq  Boloniya 
prosesinə  qoşulması  ölkənin  bütün  ali  təhsil  müəssisələrinin 
tədricən  Boloniya  standartları  əsasında  qurulmasına  götürülmüş 
xəttin qətiləşdirilməsi idi. 
Özlərinin ali təhsil sistemlərində islahatlar keçirərək Avropa 
dövlətləri müvafiq addımlar atanda ilk növbədə öz maraqlarından 
çıxış  edir.  Bu  prosesə  qoşulan  hər  bir  dövlət,  xüsusən  də 
ümumavropa  məkanından  kənarda  olan  və  bu  məkana  can  atan 
postsovet  ölkəsi  bilməlidir  ki,  özünün  imkanlarından,  inkişaf 
səviyyəsindən  asılı  olaraq  orada  müxtəlif  rollarda  təmsil  oluna 
bilərlər.  Bu  prosesin  tam  hüquqlu  iştirakçısına  və  ya  təsir 
obyektinə  çevrilmək  olar.  Bunun  üçün  ölkənin  ali  məktəblərinin 
səviyyəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin gücləndirilməsi 
istiqamətində  köklü  dəyişikliklərin  edilməsi,  onların  maddi-
texniki  bazasının  tam  təmin  edilməsi  tələb  olunur.  Ən  başlıca 
tələb isə tədrisin  və aparılan elmi-tədqiqat işlərinin keyfiyyətinin, 
uyğun  olaraq,  hazırlanan  mütəxəssislərin  peşəkarlıq  səviyyəsinin 
Avropa  standartları  səviyyəsinə  qaldırılmasıdır.  Yalnız    bundan 
sonra  standartları  yüksək  olan  ümumavropa  ali  təhsil  məkanına 
tam  dəyərli  qoşulmaqdan  söhbət  gedə  bilər.  Əks  halda  ölkə  bu 
sahədə    həmin  məkanın  periferiyasına  çevrilmək,    daim  geridə 
qalmaq təhlükəsi ilə üzləşə bilər. Azərbaycan Boloniya prosesinə 
qoşulması ilə  belə ağır vəzifələrin öhdəsindən  çox qısa müddətdə 
gəlmək  zərurəti qarşısındadır.  Eyni zamanda bizim  başqa çıxış 
yolumuz  da  yoxdur.  Belə  ki  günbəgün  ictimai  həyatın  bütün 
sahələrində  özünü  daha  aşkar  şəkildə  büruzə  verən  qloballaşma 
prosesi  bütün  dünyanı  vahid  rəqabət  meydanına  çevirməkdədir. 
Bu  meydanda  hər  bir  dövlət  öz  imkanları,  inkişaf  səviyyəsi, 


 
73
yeniləşmək  əzminin  yüksəkliyi,  öz  maraqlarını  qoruya  bilmək 
qabiliyyətinə uyğun təmsil olunurlar. Həmin keyfiyyətlərin təmin 
edilməsi  üçün  birinci  növbədə  bu  problemlərin  ciddiliyinin 
cəmiyyət  tərəfindən  dərk  olunması,  onun  gücünün  birləşdirilərək 
məqsədyönlü şəkildə istiqamətlənməsi lazımdır.             
 
Avropada Boloniya prosesi çərçivəsində aparılan 
islahatların məqsədləri 
Avropada  Boloniya  prosesi  təsadüfən  ortalığa  çıxmış  bir 
ideya deyildir və obyektiv tarixi inkişafın diktəsi ilə şərtlənmiş bir 
reallıqdır.  Buna  görə  də  onun  məqsədlərindən  danışarkən  həmin 
obyektiv  reallıqdan  çıxış  etmək  zəruridir.  Deklarasiyanın  özündə 
prosesin taktiki məqsədləri öz əksini tapmışdır. Məqsədlər sırasına 
daxil olan  məsələlər aşağıdakılardır:  
  Avropa  vətəndaşlarının  işə  düzəlmək  imkanı  ilə  təmin 
edilməsi  və  Avropa  ali  təhsil  sisteminin  beynəlxalq  rəqabət 
qabiliyyətinin  artırılması  üçün  asan  başa  düşülən  və  müqayisə 
edilə  bilən  dərəcələr  sisteminin  qəbul  edilməsi,  habelə    diploma 
Əlavənin tətbiq edilməsi. 
  Đki  əsas  mərhələ  -  dərəcəyəqədərki  və  dərəcədənsonrakı  - 
əsaslanan sistemin qəbul edilməsi. Đkinci mərhələyə keçmək üçün 
tədrisin  üç  ildən  az  olmayaraq  davam  edən  birinci  mərhələnin 
müvəffəqiyyətlə  başa  vurulması  tələb  olunur.  Birinci  mərhələdən 
sonra  verilən    dərəcəyə  müvafiq  səviyyəli  ixtisas  kimi  Avropa 
əmək  bazarında  tələbat  olmalıdır.  Đkinci  mərhələ  Avropa 
ölkələrinin  çoxunda  qəbul  olunduğu  kimi  magistr  və    ya  doktor 
dərəcəsinin alınmasına  gətirib çıxarmalıdır.  
  Tələbələrin  geniş  miqyaslı  mobilliyini  təmin  edən  vasitə 
kimi  dərslərin  tutumluğunun  ölçülməsinin  Avropa  sisteminin  - 
AKTS tipli kredit sisteminin tətbiqi. Kreditlər ali olmayan təhsil, o 
cümlədən ömür boyu təhsil  çərçivəsində də alına bilər, o şərtlə ki, 
qəbul edən maraqlı olan universitetlər onunla razılaşsınlar   
  Aşağıdakılara  diqqət  yetirməklə  sərbəst  yerdəyişmənin 
səmərəli şəkildə həyata keçirilməsinə mane olan əngəllərin aradan 


 
74
qaldırılması  yolu  ilə  mobilliyə  kömək  etmək:  tələbələrin  təhsil 
almağa  və  praktik  hazırlığa,  habelə  uyğun  xidmətlərdən  istifadə 
imkanına  malik  olmaları  təmin  edilməlidir.  Müəllimlərə, 
tədqiqatçılara  və  inzibati  heyətinə  Avropa  regionunda    aparılan 
tədqiqatların,  dərslərin  və  stajirovkasının  vaxtının  qanunla 
müəyyən  edilmiş  hüquqlarını  pozmadan      hesaba  alınması  təmin 
edilməlidir 
  Təhsilin  keyfiyyətinin  təmin  edilməsi  məqsədi  ilə 
müqayisə oluna bilən meyar və metodologiyasının   hazırlanması 
işində Avropa əməkdaşlığına kömək etmək. 
  Ali  təhsildə,  xüsusilə  tədris  planlarının,  institutlararası 
əməkdaşlığın,  mobillik  sxemlərinin,  birgə  tədris  proqramlarının, 
praktik  hazırlığın  və  elmi-tədqiqatların  aparılmasının  inkişaf 
etdirilməsi  məsələlərində    zəruri  Avropa  baxışlarına  dəstək 
vermək.             
  Boloniya  prosesinin  Azərbaycanda  tətbiqinin  ən  böyük 
problemlərindən biri onun mahiyyətinin axıra kimi dərk edilməsi, 
mahiyyətinin  aşkarlanması,  məqsəd  və  vəzifələrinə  aydınlıq 
gətirilməsində olan çatışmazlıqlarla bağlıdır. Buna görə də onların 
hər  biri  üzərində  dayanmaq  və  bu  sahədə  olan  boşluqları  aradan 
qaldırmaq lazımdır. Hər şeydən öncə diqqəti Boloniya prosesinin 
əhatə etdiyi məsələlərə yönəltmək istərdik.   
Boloniya  prosesi  Avropada  ali  təhsili  müasir  dövrün  
tələbləri  səviyyəsinə  qaldırmaq,  onu  dövrün  mürəkkəb  sosial-
iqtisadi,  siyasi,  mədəni  və  digər  problemlərinin  həllində  öz 
funksiyalarını yerinə yetirə bilmək qabiliyyətini təmin etmək üçün 
onu yeniləşdirmək, ən başlıcası isə bu işlərdə Avropa potensialını 
səfərbər edərək bütün ölkələrin imkanlarından tam istifadə etmək 
məqsədi  daşıyır.  Digər  tərəfdən  bu  sahədə  Avropa  ali  təhsilinin 
dünya  miqyasında  rəqabət  qabiliyyətini  artırmaq  və  cəzbedici-
liyini  artıraraq  Avropanın  hegemonluğunu  təmin  etmək  məqsədi 
güdür.  Buna  istinadən  demək  lazımdır  ki,  Boloniya  prosesi 
Avropa  ali  təhsil  sistemini  əhatə  edən  və  yalnız  bu  sahənin 
çərçivəsində məhdudlaşan tədbirlər toplusu deyildir, o Avropanın 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə