Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə18/85
tarix07.07.2018
ölçüsü3,02 Mb.
#53634
1   ...   14   15   16   17   18   19   20   21   ...   85

Say 1 (12) • 2015 | STRATEJİ TƏHLİL 
45
sayına görə beynəlxalq dillər arasında fransız dili 9-cu yeri tutur [7]. Buna bax-
mayaraq, onun əhatə dairəsi olduqca genişdir və o, ingilis dili ilə bərabər dün-
yanın beş qitəsində də işləkdir. Lakin Avropa İttifaqı (Aİ) çərçivəsində fransız 
dili həm ana dili (16%), həm də xarici dil (19%) kimi ikincidir. Aİ-də ana dili kimi 
istifadə edilən dillər arasında birinci yeri alman dili (23%), xarici dillər arasında 
isə ingilis dili (41%) tutur. Bu baxımdan Aİ ərazisində alman (10%) və ispan 
dilləri (7%) xarici dil kimi fransız dilindən geridədirlər [7].  
Fransız dilinin qlobal səviyyədə öyrənilməsində və təşviq edilməsində 1970-
ci  ildə  yaradılmış  Beynəlxalq  Frankofon  Təşkilatı  (OIF)  müstəsna  rol  oynayır. 
Ümumilikdə 80 üzv dövlət və hökuməti (57 üzv və 23 müşahidəçi qismində) 
bir araya gətirən bu təşkilatda BMT-də təmsil olunan dövlətlərin üçdə biri top-
lanmışdır [7].
İspan dili də beynəlxalq dil kimi qloballaşan dünyada böyük nüfuza ma-
likdir. O, çin dilindən sonra dünyada bu dildə danışan insanların sayına görə 
ikinci yeri tutur. İspan dili həm də millətlərarası ünsiyyət vasitəsi olaraq ingilis 
dilindən sonra ikinci yeri tutur. Bu dildən ana dili, ikinci dil və xarici dil kimi 
istifadə edən 495 milyon insanın böyük əksəriyyəti Latın Amerikası və Karib 
dənizi hövzəsində, eləcə də Ekvatorial Qvineyada yaşayır. Demoqrafiq proq-
nozlara əsasən, 2030-cu ilə qədər dünya əhalisinin 7,5%-i ispan dilində danı-
şacaq və 2050-ci ilə qədər ABŞ dünyanın coxsaylı ispandilli əhalisinə malik olan 
dövlətinə çevriləcək [8].
İspan  və  portuqal  dillərinin  dünyada  vüsət  alması  və  ikidilliliyin  inkişaf 
etdirilməsi  məqsədilə  1991-ci  ildə  İber-Amerika  Dövlətləri  Təşkilatı  (OEİ)  [9] 
(əvvəl o, “Təhsil, elm və mədəniyyət məsələləri üzrə  İber-Amerika Dövlətləri 
Təşkilatı” adlanırdı) yaradılmışdır. Bu təşkilat humanitar və mədəni sahələrdə 
inkişafı,  qarşılıqlı  iqtisadi  əlaqələri  və  xarici  siyasət  sahəsində  əməkdaşlığı 
əlaqələndirməklə məşğuldur [8]. İspan dili və mədəniyyətinin dünyada təşviq 
edilməsində Servantes İnstitutu [10] və İspan ili üzrə Kral Akademiyası (RAE) 
[11] da böyük rol oynayır.
Müxtəlif  hesablamalara  əsasən,  hal-hazırda  100  milyondan  180  milyona  
qədər  insanın  ana  dili  hesab  edilən  alman  dili  də  beynəlxalq  dillərdən  biri-
dir [12]. İlk növbədə Aİ ərazində yaşayan əhalinin əksəriyyətinin alman dilini 
ana dili kimi işlətməsi [13, s.235] Avropada bu dilin geniş istifadə edilməsinə 
əlverişli imkan yaratmışdır. Lakin o, xarici dil kimi hələlik ingilis və fransız dilləri 
ilə müqayisədə geridədir.   
Alman dilinin və mədəniyyətinin xaricdə populyarlığının artırılması və Alma-
niya haqqında müsbət imicin formalaşması məqsədilə bu ölkədə bir sıra dövlət 
və özəl təşkilatlar fəaliyyət göstərir. Onların arasında 1925-ci ildə yaradılmış və 
dünyada ən böyük tələbə və alimlərin mübadiləsini dəstəkləyən təşkilat olan 
Alman  Akademik  Mübadilə  Xidmətini  (DAAD)  [14],  eləcə  də  xaricdə  alman 
dili  biliklərini  dəstəkləyən  və  beynəlxalq  mədəni  əməkdaşlıq  istiqamətində 
fəaliyyət göstərən Höte İnstitutunu [15] göstərmək olar.
Beynəlxalq dillər arasında rus dili özünəməxsus yerlərdən birini tutur. Sovet 
dövründə  o,  millətlərarası  ünsiyyət  vasitəsi  kimi  daha  geniş  nüfuz  dairəsinə 


STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
46 
malik idi. 1989-cu ildə son dəfə SSRİ-də aparılmış əhalinin siyahıyaalınmasının 
məlumatlarına əsasən, ümumilikdə 286 milyona yaxın əhalisi olan SSRİ-nin 134 
milyon nəfəri rus dilindən ana dili kimi istifadə etmişdir. Eyni zamanda burada 
yaşayan bütün millətlər, xalqlar və etnik qrupların nümayəndələri üçün rus dili 
ikinci dil rolunu oynamışdır [2, s.306]. Rus dili eləcə də o dövrdə lingua franca 
kimi Varşava müqaviləsi ölkələrində də geniş istifadə edilmişdir [16, s.68]. 
Bu gün də Rusiya Federasiyasında (RF) rus dilinin və mədəniyyətinin dün-
yada  təbliğ  edilməsi  məsələsinə  ciddi  diqqət  yetirilir.  Bu  istiqamətdə  RF-də 
bir  sıra  təşkilatlar  fəaliyyət  göstərir.  Onların  arasında  RF  Prezidenti  V.Putinin 
sərəncamı ilə 2007-ci ildə yaradılmış “Rus dünyası” Fondu xüsusi yer tutur. Bu 
fondun yaradılmasında əsas məqsəd Rusiyanın milli sərvəti hesab edilən, eləcə 
də rus və dünya mədəniyyətinin vacib hissəsi olan rus dilinin populyarlığının 
artırılmasına,  RF-də və xaricdə rus dilinin  öyrənilməsi  ilə  bağlı proqramların 
həyata keçirilməsinə dəstəyin verilməsidir [17]. 
Humanitar  sahədə  fəaliyyət  göstərən  və  RF  haqqında  xaricdə  müsbət 
imic  formalaşdırmağa  çalışan  daha  bir  təşkilat  RF-nın  Prezidenti  V.Putinin 
sərəncamı ilə 2008-ci ildə yaradılmış MDB-nin Xaricdə Yaşayan Həmvətənlərlə 
və  Beynəlxalq  Humanitar  Əməkdaşlıq  İşləri  üzrə  Federal  Agentliyidir  (“Ros-
sotrudnicestvo”).  O,  elm,  mədəniyyət,  təhsil  və  rus  dilinin  əhatə  dairəsinin 
genişləndirilməsi istiqamətində proqramlar hazırlayır və onları xaricdə həyata 
keçirir. Bu dövlət qurumunun birbaşa dəstəyi ilə dünyanın 50 ölkəsində yara-
dılmış 56 Elm və Mədəniyyət üzrə Rusiya mərkəzlərində sistemli şəkildə rus 
dilinin öyrədilməsi üzrə kurslar fəaliyyət göstərir. İl ərzində bu kurslarda 19000 
nəfər insan iştirak edir. Eyni zamanda xaricdə yaşayan həmvətənlərin uşaqları, 
eləcə də qarışıq nikahlardan olan uşaqlar üçün də dünyanın 33 ölkəsində  rus 
dili kursları təşkil edilmişdir [18].
Qloballaşma şəraitində Azərbaycan Respublikasında da bir neçə beynəlxalq 
dil geniş istifadə edilir. Təqdim edilən məqalədə qlobal lingua franca rolunu 
oynayan ingilis dilinin və SSRİ dövründə böyük nüfuza malik olan rus dilinin 
müstəqil  Azərbaycanda  millətlərarası  ünsiyyət  vasitəsi  kimi  əhatə  dairələri 
araşdırılır. Eləcə də türkdilli dövlətlər və xalqlar üçün aktual olan gələcək regi-
onal lingua franca ilə bağlı aparılan müzakirələrin bəzi məqamları işıqlandırılır.      
1. Bu günün beynəlxalq dil seçimi - ingilis və ya rus dili?   
Ümummilli  lider  Heydər  Əliyevin  “azərbaycançılıq”  ideyasına  əsaslanan  və 
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kurs ölkədə milli kimliyin 
formalaşmasına  və  mədəni  müxtəlifliyin  qorunub-saxlanılmasına  yönəlmişdir. 
Etnik azərbaycanlıların (91.6%) [19] ana dili olan və hələ 1978-ci il Azərbaycan 
SSR  Konstitusiyasına  əsasən  dövlət  dili  (73-cü  maddə)  kimi  təsbit  edilmiş 
Azərbaycan dili bu gün ölkənin bütün vətəndaşlarını birləşdirməklə yanaşı vahid 
millətin formalaşmasının əsasını təşkil edir. Ana dilinin etnik kimlik prosesində 
oynadığı vacib rolu nəzərə alaraq Azərbaycan dövləti eləcə də ölkənin polietnik 
əhalisinin istifadə etdiyi digər dillərin də sərbəst işlədilməsi və inkişaf etdirilməsi 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə