Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə12/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   8   9   10   11   12   13   14   15   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
35
social structure, chaotic social life and the elements   which have caused a 
threat for our State. 
The demonstration of the national idea and ideology within the  intelligen-
ce of Heydar Aliyev to the public consciousness has erased the primitive ethnic 
nationalism from our society and has caused a rise of the patriotism among 
the Azerbaijanis no matter of their ethnic background or religious affiliation.  
Ирада Гусейнова
Гейдар Алиев – основоположник социальной политики 
независимой Азербайджанской Республики
В  определении  социальной  модели  общества  значительную  роль 
играют социальный состав населения и характер социальной структуры 
общественной жизни.
В  статье  отмечается,  что  национальный  лидер  Гейдар  Алиев    смог  
объединить переживающее период хаоса  общество вокруг общей на-
циональной  идеи,  искоренить  элементы,  препятствующие  формирова-
нию  национальной  государственности.  Правильная  подача  националь-
ной  идеи  и  идеологии  общественному  сознанию  в  свете  гениальности 
Гейдара Алиева, способствовала отстранению общества от примитивной 
националистической  идеологии  и  развитию  позитивной,  национально-
культурной системы патриотизма в стране, объединяющей ценности всех 
граждан Азербайджана, вне зависимости от происхождения и религиоз-
ной принадлежности. 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
36 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
37
ERMƏNİSTAN-AZƏRBAYCAN 
DAĞLIQ QARABAĞ 
MÜNAQİŞƏSİ “ERMƏNİ 
MƏSƏLƏSİ” KONTEKSTİNDƏ


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
38 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
39
Açar  sözlər:  Azərbaycan  Xalq  Cümhuriyyəti,  milli  ideologiya,  istiqlal 
mübarizəsi, soyqırımı, erməni separatizmi, daşnaklar
Key  words:  Azerbaijan  Democratic  Republic,  the  national  ideology,  the 
struggle for independence, genocide, the Armenian separatizm, Dashnak
Ключевые слова: Азербайджанская Демократическая Республика, на-
циональная идеология, борьба за независимость, геноцид, армянский 
сепаратизм, дашнаки
Mirzə Bala Məmmədzadə 
erməni ideologiyasının 
mürtəce mahiyyəti və  
daşnakların  törətdikləri 
soyqırımlar haqqında
Rəfail  
ƏHMƏDLİ
Azərbaycan Respublikasının 
Prezidenti yanında 
Ali Attestasiya Komissiyası,  
fəlsəfə elmləri doktoru
axmedlirafail2009@rambler.ru


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
40 
Giriş
Azərbaycanın milli azadlıq hərəkatı tarixində özünəməxsus yeri və rolu olan 
görkəmli şəxsiyyətlərdən biri də böyük vətənpərvər, istedadlı publisist, yazıçı, 
hüquqşünas, tarixçi alim və dövrünün tanınmış ictimai-siyasi xadimi olan Mirzə 
Bala  Məmmədzadədir.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  (AXC)  süqutundan 
sonra ömrünü Avropa ölkələrində və Türkiyədə ağır siyasi mühacirlik şəraitində 
keçirməli  olmuş  M.B.Məmmədzadə  (1898-1959)  şüurlu  fəaliyyətini  doğma 
xalqının yenidən istiqlaliyyətinə qovuşması amalına, özünün təbirincə desək, 
“rus imperializminə qarşı Azərbaycan davasını yürütmək” [4, s.224] məramına 
həsr etmişdir. Ancaq əfsuslar olsun ki, iki mindən çox məqalənin, “Azərbaycan 
tarixində  türk  Albaniyası”,  “Azərbaycan  türk  mətbuatı”,  “Milli  Azərbaycan 
hərəkatı” və s. kimi sanballı kitabların müəllifi olan, “ana dilimizdə “Azərbaycan 
tarixi” anlayışının elmi əsasını qoyan” [4, s.243] M.B.Məmmədzadənin zəngin 
və dəyərli elmi-nəzəri irsi hələ də layiqincə öyrənilməmiş, elmi tədqiqatların 
xüsusi mövzusu olmamışdır. Halbuki bu yöndə aparılacaq elmi araşdırmala-
rın  XX  yüzilliyin  əvvəllərindən  başlayaraq  çarizmin  imperiya  əsarətində  olan 
Azərbaycanın qurtuluşu və istiqlaliyyəti uğrunda gedən mübarizənin və bunun 
nəticəsi olaraq milli demokratik respublikanın yaradılmasının qanunauyğun-
luğunun, spesifik cəhətlərinin, eləcə də bu cümhuriyyətin süquta uğramasının 
səbəblərinin hərtərəfli aydınlaşdırılması, öyrənilməsi nöqteyi-nəzərindən mü-
hüm əhəmiyyəti vardır.
Bir  öncül  milli  məfkurə  sahibi  kimi  M.B.Məmmədzadənin  ictimai-siyasi 
fəaliyyəti, çoxşaxəli yaradıcılığı və bunların fikirlərində təcəssümü olan ideoloji-
nəzəri baxışları, təbii ki, yetirməsi olduğu dövrdə Azərbaycanın taleyüklü mil-
li problemləri zəminində təşəkkül tapmış, həmin problemlərin həllinə xidmət 
etmişdir. Bu problemlərin mündəricəsində onun erməni milli ideologiyasının 
mürtəce mahiyyəti, erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri 
məqsədyönlü soyqırımları haqqında fikirləri, düşüncələri xüsusi maraq doğu-
rur. Bunların hərtərəfli və obyektiv araşdırılması Şərqdə ilk demokratik respub-
lika olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun səbəbləri kimi keçən 
əsrin  90-cı  illərindən  bəri  üzləşməli  olduğumuz  ədalətsiz  Dağlıq  Qarabağ 
probleminin köklərinə də nəzəri və faktiki olaraq bir daha dərinliyi ilə varmaq 
baxımından da mühüm əhəmiyyət daşıyır.
Erməni ideologiyasının mürtəce mahiyyətinin ifşası
Əsası Ə.Ağaoğlu tərəfindən qoyulmuş “Difai” təşkilatının “İrşad” qəzetinin 
1906-cı il 13 oktyabr tarixli sayında çap olunmuş “Bəyannamə”sində qeyd olu-
nur: “Artıq iki ildir ki, Qafqaz müsəlmanları onların varlığını belə təhlükə altı-
na alan bəlalarla üzləşirlər. Həmin bəlalar aşağıdakılardan ibarətdir: erməni-
müsəlman  toqquşmaları,  ikincisi,  xalqımızın  geriliyi  və  cahilliyi,  nəhayət, 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə