1997-ci ildə yaradılan Pentium MMX prosessoru arxitektur imkanlarının genişləndirilməsində yeni bir texnologiyanın başlanğıcı oldu. MMX ( multimedia extensions – multimedia genişlənmələri) texnologiyası SIMD (vahid əmrlər və çoxsaylı verilənlər axını) əməliyyatların gerçəkləşməsinə əsaslanır. Yəni çoxsaylı operandlar üzərində eyni bir əməliyyat y/y-lir. MMX texnologiyalı prosessorlrda I səviyyəli keş-yaddaşın həcmi 2 dəfə artırılır.
Pentium MMX prosessorlarının çatdığı tezlik həddi 233 MHs olmuşdur.
MMX texnologiyasının Pentium Pro texnologiyası ilə birgə tətbiqi nəticəsində 1997-ci ildə Pentium II prosessoru yaradılmışdır. İlkin Pentium II prosessorlarının nüvə tezliyi 233, 266, 300 MHs olmuşdur.
1998-ci ildən isə xarici şin tezliyi 66 MHs-dən 100MHs-ə yüksələrək, nüvə tezliyi isə 450 MHs-ə çatdırıldı.
Pentium II Celeron prosessorunun II səviyyəli keş-yaddaşı yoxdur.Pentium II Xeon modelinin nüvə tezliyi 450 MHS-ə, II səviyyəli keş-yaddaş həcmi 2MB-a qədər çatdırılmışdır.
Dostları ilə paylaş: |