Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix05.04.2018
ölçüsü0,68 Mb.
#36031
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

46 

 

uyğunluğunun aĢkar edilməsi, xidmətin maya dəyərinin aĢağı salınması vasitəsi kimi 



əsaslandırılmamıĢ  məsrəflərin  azaldılması  imkanlarının  araĢdırılmasıdır.  Sonra 

xidmət  üçün  elə  tariflər  verilməlidir  ki,  onlar  istehsal  məsrəflərini  ödəyə  və 

inhisarçılar  üçün  ədalətli  gəlir  norması  gətirə  bilsin.  Yanacaq-energetika  kompleksi 

və  kommunal  xidmət  sahələrinin  hissə-hissə,  yaxud  tam  özəlləĢdirilməsi  bu  prosesi 

mövcud dünya təcrübəsinə daha da yaxınlaĢdırır.  

Azərbaycan  Respublikasında  təbii  inhisarların  fəaliyyət  çərçivəsi  bir  sıra 

qanunlarla  və  Nazırlər  Kabinetinin  qərarları  ilə  tənzimlənir.  1998  –ci  il  15  dekabr 

tarinixdə  qəbul  edilmiĢ  ―Təbii  inhisarlar  haqqında  qanunda  bir  çox  məsələlərə 

aydınləq  gətirilsə  də,  bu  qanunda  boĢluqların  olması  bir  çox  ekspertlər  tərəfindən 

dəfələrlə dilə gətirilmiĢdir. Qanun 5-ci maddəsində təbii inhisarların fəaliyyət sahələri 

açıqlanmıĢdır:  

Maddə 5. Təbii inhisar subyektlərinin fəaliyyət sahələri 

1. Təbii inhisar subyektlərinin fəaliyyət sahələri aĢağıdakılardır:  

1.1. Neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli;  

1.2. Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri;  

1.3. Elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri;  

1.4.  Magistral  və  yerli  dəmir  yolu  xətlərinin,  yol  qurğu  və  tikililərin  istismarı, 

hərəkəti  idarəetmə  və  hərəkət  təhlükəsizliyi  fəaliyyəti,  dəmir  yolu  stansiyaları  və 

sərniĢin vağzalları xidmətləri;  

1.5.  Aeroport  xidmətləri,  aeroportların,  uçuĢ  zolaqları  və  qurğuların  istismarı,  hava 

gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri;  

1.6.  Metro  nəqliyyatında  yolların,  tunellərin  və  stansiyaların  istismarı,  hərəkəti 

idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti;  

1.7.  Su  limanı  xidmətləri,  liman  qurğularının  istismarı,  yükaĢırma  və  hərəkət 

təhlükəsizliyi fəaliyyəti;  

1.8. Ümumi istifadədə olan elektrik və poçt rabitəsi xidmətləri, qəbuledici — verici 

radio və televiziya stansiyalarının, yüksəkt ezlikli qurğuların istismarı və nəzarət 



47 

 

 



 

1.9.  BaĢ  sutəmizləyici  qurğular,  magistral  borular,  su  kəməri  Ģəbəkəsi  və  onların 

üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı; 

1.10.  Kanalizasiya  təsərrüfatında  aerasiya,  mexaniki  təmizləmə  stansiyaları, 

nasosxanalar, baĢ və yağıĢ kollektorları və kanalizasiya xətlərinin istismarı;  

1.11. Meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanallar, kollektorlar, 

boru kəmərləri və bəndlərin istismarı;  

1.12. Ġstilik təchizatı xidmətləri.  

Təbii inhisara malik olan hüquqi Ģəxslər malların və xidmətlərin təklif edilməsi 

Ģərtlərinə və onların qiymətlərinə, həmin Ģərtlərdə  və  qiymətlərdə dəyiĢikliklərə  aid 

informasiyaları  Ģərtlərin  təklif  edilməsinə  və  ya  həmin  Ģərtlərdə  və  qiymətlərdə 

dəyiĢiklik  edilməsinə  azı  30  gün  qalmıĢ  qanunvericiliklə  müəyyən  edilmiĢ  üsullarla 

açıqlamalıdırlar.  Belə  bir  maddənin  qanunda  yerini  almasına  baxmayaraq,  təbii 

inhisarların  ictimayətə  vaxtlı-vaxtında  məlumat  verməsi,  KĠV-lərlə  iĢləmə  metodu, 

çox aĢağı səviyədədir. 

 

Təbii  inhisarıarın  problemləri,  demək  olar  ki,  təkrarlanandır,  və  bütün 



sahələrdə  eyni  tipli  problemlərin  olması,  sistem  olaraq  ümümi  idarə  etmənin 

mövcudluğu  ilə izah oluna bilər.  Mən  əsasən, ölkədə olan  üç böyük təbii inhisarın, 

Azərbaycan  Dövlət  Neft  ġirkəti.  Azərnerji  ASC  və  Azərsu  ASC  timsalında  bu  tipli 

qurumlarda  olan  idərə  etmə  və  digər  problemləri  təsbit  etməyə  çalıĢacam.  Bu 

təĢkilatlar həm struktur baxımından, hən də idarəetmə üsulları, hesabatlılıq, və baĢqa 

cəhətlərcə bir-birlərinə çox oxĢayır. Amma fərqlı cəhətlər də mövcutdur. Əvvəlcə onu 

demək  yerinə  düĢər  ki,  Azərbaycan  Dövlət  Neft  ġirkəti  tam  dövlət  Ģirkətidir,  amma 

Azərenerji  və  Azərsu  isə,  formal  olaraq  səhmdar  cəmiyyətlərdir,  yəni,  onların 

səhmləri Azərbaycan Respublikasının hökümətinə məxsusdur. Hərçənd ki, səhmlərin 

özləri  mövcüd  deyil,  və  onlar  dövriyyəyə  buraxılmamıĢdır.  Azərbaycan 

Respublikasının  və  xalqının  ən  önəmli  sərvəti  neftdir,  və  Azərbaycan  Dövlət  Neft 

ġirkətinin  fəaliyyəti  həm  cəmiyyət  üzvləri,  həm  də  mütəxəssislər  üçün  Ģəffaf 

olmalıdır. Bu Ģirkət haqqında məlumatlar  əlçatan olmaqla yanaĢı, həm də fəaliyyəti 

cəmiyyətdə diskussiyaya açıq olmağı vacib Ģərtlərdən biridir. Son illərdə Azərbaycan 




48 

 

Dövlət  Neft  ġirkətinə  ölkə  prezidentinin  fəmanları  ilə  əlavə  səlahiyyətlər  verilmiĢ, 



Azərqaz və Azərkimiya kimi iri qurumlar Neft ġirkətinin balansına verilmĢdir. Əlavə 

səlahiyyətlər, həm  də  daha  çox  məsuliyyət  və Ģəffaflıq tələb  edir. Amma  çox  təəsüf 

ki,  Ģirkətin  bu  günə  qədər  olan  fəaliyyəti  bizə  bunu  deməyə  əsas  verir  ki, 

məlumatların  ictimayyətə  açıqlanması  çox  aĢağı  səviyyədədir.  Əvvəlcə  onu  demək 

yerinə  düĢər  ki,  Azərbaycan  Dövlət  Neft  ġirkətində  son  birləĢmələrlə  birlikdə, 

təqribən,  65  min  iĢçi  çalıĢır.  Bunlardan  45  min  məfəri  neft  sahəsində  iĢləyənlərdir. 

Neft  ġirkətinin  illik  neft  istehsalı,  təqribən,  8  mln.  tondur.  Amma  Azərbaycan 

Beynəlxalq  Əməliyyat  ġirkətində  çalıĢanların  sayı  isə,  Azərbaycan  Dövlət  Neft 

ġirkətində  çalıĢan  iĢçilərdən  6-7  dəfə  az  olmasına  baxmayaraq,  Beynəlxalq 

Əməliyyat ġirkətinin istehsal etdiyi neftin həcmi 5 dəfə çoxdur. Deməli, Azərbaycan 

Dövlət Neft ġirkətində iĢin effektif qurulması problemi ilə yanaĢı, texnologiyada geri 

qalması  problemi  də  mövcutdur.  Bu  isə  öz  növbəsində  istehsal  olunan  məhsulun 

maya  dəyərinə  təsir  edir.  Azərbaycan  Dövlət  Neft  ġirkətində  bir  barrel  neftin 

istehsalının  maya  dəyəri,  təxminən  12  dollara  baĢa  gəlir.  Halbuki,  Beynəlxalq 

Əməliyyat ġirkətində, demək olar ki eyni Ģəraitdə istehsal olunan neftin bir barrelinin 

maya dəyəri 6-7 dollardır.  

 

Azərbaycan  Respublikası  Prezidentinin  1996-cı  ildə  17.09.1996-cı  il  tarixli 



fərmanına  əsasən  ilkin  mərhələdə  səhmləri  100  faiz  dövlətə  məxsus  olmaqla, 

Azərenerji  Açıq tipli Səhmdar Cəmiyyəti təsis edilmıĢdir  və 17.03.1997-ci il tarixdə 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmıĢdi. Azərenerji 

ASC-nin səhmləri buraxılmamıĢdır. Səhmdar Cəmiyyətin əsas funksiyası Azərbaycan 

Respublikasında  elektrik  enerjisinin  istehsalının  və  ötürülməsinin  idarə  edilməsini 

həyata  keçirməkdir.  Bununla  yanaĢı,  Səhmdar  Cəmiyyət  hazırda  Bakı  Ģəhəri,  onun 

rayonları  və  Naxçıvan  Muxtar  Respublikası  istisna  olmaqla,  ölkənin  digər 

ərazilərində elektrik enerjisinin paylanmasını da həyata keçirir. Bir daha qeyd edim 

ki, adı və idarə etmə yapısı səmhdar cəmiyyət olsa da, bu qurumun bu günə qədər bir 

səhmi  belə  dövrüyyəyə  buraxılmamıĢdır.  Azərenerji  ASC-nin  iĢçi  sayı  ölkə  üzrə 

20.000  nəfərdən  artıqdır.  Avadanlıqların  köhnəlməsi  və  baĢqa  faktorlar  nəticəsində 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə