Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə65/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   176

 

198 


Ġdraki xarakter daĢıyan təlim nəticələri, ilk növbədə, intellek-

tual  vərdiĢ  və  bacarıqların  inkiĢaf  etdirilməsi  məsələsinə  aiddir  və 

təlimin də  bu müstəvidə qurulması ilə  bağlı müəllimi istiqamətlən-

dirir. 


Bu zaman Ģagirdin düĢünmə vərdiĢlərinin inkiĢafına daha çox 

diqqət  yetirməyin  mühüm  olduğu  vurğulanır.  Məktəblərimizdə  di-

gər mühüm məsələ Ģagirdlərin dəyərlərə münasibətini inkiĢaf etdir-

məkdir.  Bu,  emosional  xarakter  daĢıyan  təlim  nəticələri  ilə  əhatə 

edilir. Diqqət yönəldilmiĢ üçüncü sahə isə psixomotor sahədir ki, bu 

da əzələ inkiĢafını və bacarıqları əhatə edir. Bu məsələlər XIX əsrdə 

M.F.Axundzadə  tərəfindən  vurğulanmıĢ,  onlar  insana  həyati  ehti-

yacları ödəməyə xidmət göstərməklə yanaĢı, həm də insan davranı-

Ģının,  həyat  tərzinin  və  ətrafındakılarla  münasibətlərinin  təĢkilində 

əhəmiyyətli hesab edilmiĢdir. 

M.F.Axundzadə uĢaqları Ģən və gümrah tərbiyə etməyi zəruri 

sayır, bu iĢdə musiqi və nəğmənin rolunu yüksək qiymətləndirirdi. 

M.F.Axundzadə dövründə ġərq məktəblərinin tədris planına nəğmə, 

musiqi,  rəsm  və  rəqs  fənləri  daxil  deyildi.  Çünki  fanatik  ruhanilər 

bu  fənlərə  qarĢı  düĢmən  münasibət  bəsləyirdilər.  M.F.Axundzadə 

insanın ahəngdar inkiĢafı üçün incəsənətin yalnız pedaqoji əhəmiy-

yətini  deyil,  həm  də  ictimai-siyasi  əhəmiyyətini  doğru  təyin 

etmiĢdir. 

M.F.Axundzadə  irəli  sürdüyü  dünyəvi  təhsil  ideyasını  təĢviq 

etmək  üçün  böyük  alimlərin  və  elm  xadimlərinin  tərcümeyi-halla-

rını nəĢr etməyi məsləhət görmüĢdür. M.F.Axundzadə elmin heç bir 

sahəsini  nəzərdən  qaçırmamıĢdır.  Onun  irəli  sürdüyü  tədris  planı, 

həmin dövrdəki Avropa və Amerika məktəblərinin tədris planından 

çox yüksəkdə durmuĢdur. 

Mirzə  Fətəli  elmdə  bir  novator  kimi  köhnəlmiĢ,  mühafizəkar 

ənənələri  qırıb  atmıĢdır.  M.F.Axundzadə  hakim  feodal-patriaxal 

münasibətlərə, həmin cəmiyyətdə hakim əxlaq normalarındakı ciddi 

nöqsanlara,  fanatizmə,  asketizmə,  eqoizmə,  kobudluğa,  müftəxor-

luğa,  lovğalığa,  Ģöhrətpərəstliyə,  riyakarlığa,  tənbəlliyə  və  sairəyə 

qarĢı  barıĢmaz  mübarizə  aparmıĢdır.  O,  uĢaqlara  aĢılanması  zəruri 

olan mənəvi keyfiyyətlər içərisində vətənpərvərliyi birinci yerdə qo-

yurdu. M.F.Axundzadəyə görə vətənpərvər olan kəs vətən təəssübü 

çəkir və millət üçün can və malını əsirgəmir. Belə Ģəxs vətənin və 



 

199 


millətin  azadlığı  uğrunda  cəfakeĢliyə,  əzab  və  əziyyətə  dözür. 

M.F.Axundzadə  dostluq  və  yoldaĢlıq,  insanpərvərlik,  sadəlik  və 

təvazökarlıq  və  s.  bu  kimi  əzlaqi  keyfiyyətlərin  tərbiyə  edilməsinə 

xüsusi əhəmiyyət verirdi. 

M.F.Axundzadə  əxlaq  məsələlərini  də  özünün  materialist 

dünyagörüĢünə müvafiq olaraq izah etmiĢdir. O, insana bu dünyada 

azadlıq  və  xöĢbəxtlik  təmin  edən  əxlaq  normaları  olmasını  arzu 

edirdi.  M.F.Axundzadə deyirdi  ki,  yeni  insan mətin, iradəli,  yenili-

yi, azadlığı sevməyi bacaran mübariz qəhrəmanlar kimi yetiĢsin. O 

istəyirdi  ki,  yeni  insan  xalqın  mənafeyini  öz  Ģəxsi  mənafeyindən 

üstün tutan, dostluqda, yoldaĢlıqda sədaqətli, möhkəm ideyalı, prin-

sipial  olsun.  O  istəyirdi  ki,  cəmiyyətin  üzvləri  xalqa,  qadın  hüqu-

quna hörmət bəsləyən, nəzakətli, mədəni, həqiqəti sevən, özünə və 

baĢqalarına tələbkar adamlar olsunlar . 

Bütün baĢqa sahələrdə olduğu kimi, M.F.Axundzadənin təlim-

tərbiyə  sahəsindəki  bir  çox  mütərəqqi  fikirləri  hal-hazırda  öz 

əhəmiyyətini  itirməmiĢdir.  M.F.Axundzadənin  təlim-tərbiyə  haqın-

dakı qabaqcıl ideyaları Azərbaycanda pedaqoji fikrin inkiĢafı tarixi-

nin çox əhəmiyyətli səhifələrini təĢkil edir. Bu ideyalar M.F.Axund-

zadənin zəngin ədəbi-fəlsəfi irsi ilə birlikdə yaĢayır. 

Hazırda  M.F.Axundzadənin  və  digər  klassiklərimizin  vətən-

pərvərlik, insanpərvərlik, dostluq və yoldaĢlıq, sadəlik, təvazökarlıq 

və digər əxlaqi keyfiyyətlərin tərbiyəsi ilə bağlı baxıĢları, çağırıĢları 

məktəblərimizdə  praktik pedaqoji fəaliyyətin  əsasına qoyulmuĢdur. 



Bu gün Azərbaycan məktəblərində baĢlıca vəzifə dərin və hərtə-

rəfli  biliyə,  bacarığa,  praktik  hazırlığa,  yüksək  mədəniyyətə, 

məsuliyyət  hissinə,  mütərəqqi  dünyagörüĢə  malik  olan,  Azər-

baycan  xalqının  milli,  əxlaqi,  humanist,  mənəvi  və  mədəni  də-

yərlərinə  dərindən  yiyələnən,  onu  qoruyan  və  daim  inkiĢaf  et-

dirən, ailəsini, Vətənini, millətini sevən və daim ucaltmağa çalı-

Ģan, ümumbəĢəri dəyərlərə yiyələnən, insan hüquqları və azad-

lıqlarına  hörmət  edən,  müstəqil  və  yaradıcı  düĢünən,  yüksək 

sivilizasiyalı cəmiyyət qurmağa, Azərbaycanı dünyanın ən inki-

Ģaf etmiĢ demokratik dövlətlərindən birinə çevirməyə qadir in-

san tərbiyə etməkdir. 

Seyid Əzim ġirvani (1835-1888) böyük Ģair olmaqla bərabər, 

həm də böyük pedaqoq və məktəbdar olmuĢdur. 




 

200 


Əvvəlcə,  babasından  ərəb  və  fars  dillərini  öyrənən  Seyid 

Əzim, sonra ġamaxıda mədrəsə təhsili almıĢ, daha sonra ġərq ölkə-

lərinə səyahətə çıxmıĢ, dövrünün böyük alimləri ilə görüĢmüĢ, elmi-

ni,  dünyagörüĢünü  daha  da  geniĢləndirmiĢdir.  1856-cı  ildə  Seyid 

Əzim əvvəlcə Ġraqda, sonra Nəcəf və Bağdadda, daha sonra da Suri-

yanın  ġam  Ģəhərində  ali ruhani  təhsil  almıĢdır. ġamaxıya  qayıtdıq-

dan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün 

axırına  qədər  burada  müəllimlik  etmiĢdir.  Köhnə  mollaxanalardan 

fərqli olaraq o, bu məktəbdə uĢaqlara dini elmlərlə yanaĢı, Azərbay-

can,  fars,  rus  dillərini  təlim  etmiĢ,  tarix,  coğrafiya,  hesab  və  s. 

fənlərdən ibtidai məlumat vermiĢdi. 

Bu məktəblə bağlı məĢhur ədəbiyyatĢünas, maarifpərvər Firi-

dun bəy Köçərli yazır: “Axirül-əmir Hacı Seyid Əzim öz vətəni ġa-

maxı  Ģəhərinə  müraciət  edib  burada  bir  məktəb  binası  qoymuĢdur 

ki, onda türk, fars və rus dilləri təlim olunurdu. Və lakin o vaxtlarda 

təlim-tərbiyə  məsələsi  çox  çətin  əmrlərdən  birisi  hesab  olunurdu. 

Çünki üsuli-cədid üzrə uĢaqlara oxumaq və yazmaq öyrətmək la-yi-

qincə  müntəĢir  olmamıĢdı  və  təlim  iĢlərinə  mübaĢir  olan  əĢxasın 

üsuli-cədid  nədən  ibarət  olduğundan  xəbəri  yoxdu  və  köhnə 

qaydadan bir müəllim dıĢarı çıxsaydı və təlim üçün təzə və yüngül 

bir  cığır  açsaydı,  camaat  ona  rəğbət  göstərməyib,  nifrətlərini  çox 

namərbut və kobud əda və hərəkətlər ilə izhar qılardılar”. 

Heç  təsadüfi  deyil  ki,  Azərbaycanın  görkəmli  Ģairi  Mirzə 

Ələkbər Sabir, məĢhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və 

bir  sıra  baĢqa  yazıçı  və  Ģairlər  Seyid  Əzimin  açdığı  bu  məktəbdə 

oxumuĢlar.  Zəngin  ədəbi  yaradıcılığa  malik  olan  Seyid  Əzim  ġir-

vaninin  bədii  irsi  biri  azərbaycanca,  digəri  isə  farsca  iki  böyük 

külliyyatdan ibarətdir. 

S.Ə.ġirvani həm də ictimai xadim olmuĢdur. Onun çox gözəl 

təĢkilatçılıq  bacarığı  olmuĢdur.  MəĢhur  “Beyt  üs-Səfa”nın  (ərəbcə 

“Səfanın  evi”  anlamındadır;  19-cu  əsrin  60-cı  illərində  yaradılmıĢ 

Ģairlər  məclisi  idi.  ġamaxılı  Ģair  Məhəmməd  bəy  Səfanın  evində 

yaradılmıĢdı.  ġirvan  Ģairlərindən  Mollağa  Bixud,  Ağababa  Zühuri, 

Qafar Rağib, Ələkbər Qafil, Molla Mahmud Zuyi və baĢqa tanınmıĢ 

Ģairlər  bu  məclisin  fəal  üzvlərindən  idilər.  Məclisə  S.Ə.ġirvani  və 

M.Bixud baĢçılıq edirdilər. “Beyt üs-Səfa” ġuĢadakı “Məclisi-üns”, 

“Məclisi-fəramuĢan”,  Bakıdakı  “Məcmə  üĢ-Ģüəra”  ədəbi  məclisləri 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə