Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə19/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

etdi. Lakin o, cəsarətlə Məlik Nəcəfin şahın təyin etdiyi vergiləri özbaşına artırdığını,
bu yolla öz cibini doldurduğunu və xalqı şahdan narazı saldığını bildirdi. Şah Hacı
Çələbinin sözlərinə inanıb onu bağışladı və hətta vəkillik səlahiyyətini artırdı.
Hacı Çələbi boynu kəndirdə ola-ola Nadir şahın ittihamına qarşı deyir: «Məlik şahdan
hansı tapşırığı alırsa-alsın buna bir neçə başqa tapşırıqlar da əlavə edir». Nadir şah
inanır, öz əmirlərinə acıqlanaraq söyləyir: «Hamınız bunu bilə-bilə səsinizi çıxara
bilmədiyiniz bir zamanda bu şəkili Çələbi boynu kəndirdə, məndən qorxmayıb öz
rəyini bildirdi. İndi görəcəksiniz, o, yenə nəsə bir iş törədəcək. Mən öz zənnimdə heç
vaxt yanılmıram».
Hacı Çələbinin bu hərəkətini necə qiymətləndirirsiniz? Nadir şahın bu sözləri onu
necə xarakterizə edir?
Azərbaycanda hansı
hadisələr Şəkidə xalq
hərəkatının güclənməsinə
şərait yaradırdı?
Şahın yanından qayıtdıqdan sonra Hacı Çələbi Məlik Nəcəfi daha çox sıxışdırmağa
başladı. Məlik Nəcəf yenə ondan şaha şikayət etdi. Nadir şah Hacı Çələbinin üzərinə
100 tümən cərimə qoydu. Hacı Çələbi cəriməni verməkdən boyun qaçırdıqda onu
hüzuruna çağırdı. Bu dəfə edamdan yaxa qurtarmayacağını yaxşı dərk edən Hacı
Çələbi şahın hüzuruna getməkdən imtina etdi. Öz tərəfdarlarını toplayıb Məlik
Nəcəfi öldürdü, Şəki vilayətini müstəqil xanlıq, özünü isə xan elan etdi. Bu hadisə
1743-cü ildə baş verdi. Bununla da Azərbaycanda müstəqil dövlətlər olan xanlıqların
yaradılmasının əsası qoyuldu.
Sizcə, Hacı Çələbinin
uzaqgörənliyi nədə idi?
Hacı Çələbinin bu addımı Azərbaycanda mərkəzi hakimiyyətə və Əfşarlar
xanədanının hakimiyyətinə qarşı mübarizənin yeni mərhələsinin başlanğıcı oldu.
Daxili və xarici vəziyyət Nadir şaha qoşunu parçalayıb bir hissəsini Şəkiyə
göndərmək imkanı vermirdi. Bu za-


man Dərbənd, Car, Qarabağ, İrəvan bölgələrində və dövlətin cənub ərazilərində də
mərkəzi hakimiyyətə qarşı çıxışlar davam edirdi.
Hacı Çələbi xan tezliklə Nadir şah ordusunun Şəkiyə yürüş edəcəyini anladığına görə
Şəki əhalisini «Gələsən-görəsən» qalasına köçürüb, oraya lazımi azuqə və sursat
ehtiyatı topladı. Nadir şah yalnız 1744-cü ilin payızında Şəkiyə yürüş etdi, lakin uğur
qazana bilmədi.
Nadir şahın qoşunları qalanı fasilələrlə mühasirədə saxlayır. Mühasirədə yaşamaq
şəkililər üçün çətin olsa da, onlar uzun müddət düşmənlə mübarizə aparmış və ona
sərt müqavimət göstərmişlər. «Gələsən-görəsən» adı da bu hadisələrlə bağlıdır.
Belə rəvayət edirlər ki, üzbəüz duran qoşunlar uzaqdan-uzağa, qışqıra-qışqıra danışa
bilirlərmiş. Bir dəfə Nadir şah özü danışığa girir və soruşur: «O necə qaladır ki, onu
almaq olmur?» Ona cavab verirlər: «Gələsən-görəsən». Elə o vaxtdan qala el dilində
«Gələsən-görəsən» adlanır.
«Gələsən-görəsən» qalasının müdafiəsi hansı məşhur Azərbaycan qalasının
müdafiəsi ilə müqayisə oluna bilər?
Sizcə, nəyə görə Nadir şah
Hacı Çələbini yenidən
Şəkiyə vəkil təyin etdi?
1745-ci ilin əvvəllərində Nadir şah yenidən «Gələsən-görəsən» qalası üzərinə yeridi.
Ancaq yenə də uğur qazana bilmədi. Qəzəbindən Şəki şəhərinə od vurdurdu.
«Gələsən-görəsən» qalası üzərinə 5 ay davam edən basqınlardan sonra Nadir şah
qala qarşısında üç min döyüşçü qoyub özü buranı tərk etdi.
Yalnız 1746-cı ilin martında ərzaq çatışmazlığı nəticəsinda qalada yaranmış ağır
vəziyyətlə əlaqədar Hacı Çələbi Nadir şahın hakimiyyətini tanıdığını bildirdi.
Nadir şah da güzəştə getdi və Hacı Çələbini yenidən Şəkiyə vəkil təyin etdi. Lakin
bununla Azərbaycanda xalq azadlıq hərəkatı sona çatmadı.


Nadir şahın qəbirüstü abidəsi.
Məşhəd şəhəri. İran
Yeni çıxışlar. Nadir şahın öldürülməsi. Şirvan və Şəki üsyanlarından sonra
Azərbaycanda xalq kütlələrinin vəziyyəti daha da pisləşdi. Hər yerdə dağıntı və aclıq
hökm sürürdü.
Nadir şah xalq kütlələrinin ağır vəziyyətinə baxmayaraq, əhali üzərinə yeni vergilər
qoyulması haqqında fərmanlar verirdi. Hökumətin bu tədbirləri xalq kütlələrinin
yeni silahlı üsyanlara başlaması üçün təkan oldu.
XVIII əsrin 40-cı illərinin sonlarında Azərbaycanın cənub vilayətlərində güclü
üsyanlar başlandı. Bu üsyanın başında özünü Sam Mirzə kimi qələmə verən yalançı
şahzadə dayanırdı. III Sam Mirzə Əfşarlara qarşı həlledici çıxışa Novruz bayramının
birinci günü başlamağı qərara aldı. Əhalinin mərkəzi hökumətə nifrətindən istifadə
edən III Sam Mirzə şəhərlilərin böyük bir hissəsini öz tərəfinə çəkərək silahlı dəstələr
yaratdı və onların köməyi ilə hakimiyyəti ələ aldı.
Nəyə görə Nadir şah
tərəfindən yaradılmış
güclü imperiya
uzunömürlü ola bilmədi?
Bu dövrdə artıq Əfşarlar dövləti tam tənəzzül keçirirdi. Dövlət əleyhinə çıxışlardan
bərk təşvişə düşən Nadir şah üsyançılara qarşı cəza dəstəsi göndərmək üçün qüvvə
tapa bilmirdi. Dövrün üsyanlarının səciyyəvi cəhəti onların eyni vaxtda başlanması
idi. Bu isə şah qüvvələrinin parça-


Azərbaycanın xanlıqlara
parçalanmasının siyasi,
iqtisadi və beynəlxalq
amilləri hansılar idi?
lanmasına və maddi ehtiyatların tükənməsinə səbəb olurdu. Lakin üsyanlar kortəbii
idi. Üsyançılar təşkilatlanmamışdılar. Onların aydın məqsədlərinin olmaması və
daxili ziddiyyətlər üsyanın taleyini əvvəlcədən həll edirdi. Bununla belə, həmin
üsyanların böyük tarixi əhəmiyyəti vardı. Aramsız müharibələr, iqtisadi vəziyyətin
ağırlığı, əhalinin var-yoxdan çıxması, sosial ziddiyyətlər Nadir şah dövlətini süquta
doğru aparırdı.
Nadir şah 1747-ci il iyunun 19-da öldürüldü. Nadir şahın öldürülməsi ilə onun
nəhəng imperiyası dağıldı.
Əfqanıstanda müstəqil dövlət yarandı. Azərbaycan, İran, Orta Asiya və Qafqazda
müstəqil və yarımmüstəqil xanlıqlar meydana gəldi. Mərkəzi hakimiyyəti ələ
keçirmək uğrunda mübarizə gücləndi. Azərbaycan Əfşarlar imperiyasından bütöv
halda deyil, müstəqil və yarımmüstəqil xanlıqlara, sultanlıqlara və məlikliklərə
parçalanmış halda ayrıldı.
Sual və tapşırıqlar
1. Şəki üsyanının Şirvan bölgəsində baş vermiş üsyanlarla oxşar və fərqli cəhətlərini
qeyd edin.
2. Azərbaycanda Nadir şaha qarşı baş vermiş üsyanların səciyyəvi cəhətlərini
göstərin.
3. Nadir şaha qarşı olan üsyanların tarixi əhəmiyyəti nədən ibarətdir?
4. Nadir şah dövlətinin süqutu Azərbaycan üçün necə nəticələndi?
5. Zaman oxunda verilmiş tarixlərə aid mühüm hadisələri müəyyən edin.


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə