Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə24/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   45

Tuti Bikə
Tuti Bikəni Azərbaycanın
hansı qadın hökmdarı ilə
müqayisə etmək olar?
Fətəli xanın kömək üçün
Rusiyaya müraciət
etməsinə münasibət
bildirin.
Dərbəndin mühasirəsinin uzanmasından istifadə edən Fətəli xan dəniz vasitəsilə
qalaya qayıtdı. Birləşmiş qüvvələrə qarşı təkbaşına mübarizənin çətin olduğunu
görən Fətəli xan kömək üçün Rusiyaya müraciət etdi. Fətəli xanın elçiləri Rusiya
çariçası II Yekaterina tərəfindən hörmətlə qarşılandı. Qafqazdakı rus qoşunu
Dərbəndə gəldi.
1775-ci ildə Əmir Həmzə Dərbəndin mühasirəsindən əl çəkib, rus qoşunları ilə
döyüşə girdi və məğlub oldu. Rus qoşunu Dərbəndə daxil oldu. Bundan narazı olan
Osmanlı dövləti Rusiya hökumətinə etirazını bildirdi. Osmanlı dövləti ilə yenidən
müharibə etmək istəməyən Rusiya öz qoşununu geri çəkdi.
Fətəli xan diplomatik yolla Qarabağı da öz dövlətinə birləşdirmək istəyirdi. Lakin
onun bu niyyəti baş tutmadı. Belə olduqda 1780—1781-ci illərdə Qarabağa hərbi
yürüşlər etdi. Bu yürüşlər də uğursuz oldu.
Azərbaycanın cənub torpaqlarına yürüş. Fətəli xan Azərbaycanın yalnız Şimal
xanlıqlarını deyil, cənub torpaqlarını da öz hakimiyyəti altında birləşdirmək istəyirdi.
Fətəli xanın planlarından biri də Səfəvilər dövlətinin bərpa edilməsi idi. Ona görə də
o, Azərbaycanın cənub torpaqlarına yürüş etdi. 1784-cü ildə Fətəli xan Ərdəbili və
Meşkini ələ keçirdi. Fətəli xanın Azərbaycanın cənub torpaqlarına yürüşü Cənubi
Qafqazın və Dağıstanın


 
Quba xanlığı
feodal hakimlərinin narazılığına səbəb oldu. Rusiyanın gələcəkdə Azərbaycan
torpaqlarını işğal etmək planı var idi. Ona görə də Rusiya da bu yürüşə qarşı çıxdı və
Fətəli xandan Azərbaycanın


Nə üçün Rusiya Fətəli
xandan Azərbaycanın
cənub torpaqlarını tərk
etməyi tələb etdi?
cənub torpaqlarını tərk etməyi tələb etdi. Rusiya ilə münasibətləri pisləşdirmək
istəməməsi və digər xanlıqların narazılığı Fətəli xanı geri çəkilməyə məcbur etdi.
1789-cu ildə Fətəli xanın ölümündən sonra Quba xanlığı zəiflədi. Onun dövründə
birləşdirilmiş xanlıqlar yenidən müstəqil oldular.
Sual və tapşırıqlar
1. Qubalı Fətəli xanın birləşdirmə siyasətinin birinci mərhələsində hansı xanlıqlar
tabe edilmişdi?
2. Quba xanlığı ilə Şamaxı xanlığı arasında razılaşmanın şərtləri necə idi?
3. Qubalı Fətəli xanın dövlətçilik fəaliyyətini müzakirə edin və digər hökmdarlarla
müqayisə edin.
4. Fətəli xanın birləşdirmə siyasətinə aid cədvəli dəftərinizə çəkin və işləyin.
Mərhələ
Xanlıq
Birləşdirmə tarixi
Əhəmiyyəti
I mərhələ
II mərhələ
5. Xarici qüvvələr nə üçün vahid və güclü Azərbaycan dövlətinin yaranmasını
istəmirdilər? Müasir dövrlə əlaqələndirin.
6. Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin və sxemi çəkib işləyin.


V. BƏYLƏRBƏYİLİKDƏN XANLIĞA
Qarabağ xanlığı da Azərbaycan torpaqlarını 
birləşdirmək siyasəti aparırdı. Qarabağ xanlığına 
bu işdə nə mane oldu?
Pənahəli xan
Gümüş pul
Xanlığın yaranması. XVIII əsrin ortalarında Azərbaycanda yaranmış ən güclü
xanlıqlardan biri də Qarabağ xanlığı idi. Xanlığın əsasını Cavanşir tayfasının başçısı
Pənahəli xan (1748—1763) qoymuşdu. Pənahəli xan vaxtilə Nadir şahın
sərkərdələrindən biri olmuşdu.


Nadir şah dövlətinin süqutundan sonra Pənahəli xan müstəqil Azərbaycan
dövlətlərindən birini — Qarabağ xanlığını yaratmışdır.
Xanlığın əhalisini, əsasən, cavanşir, iyirmidördlər, otuzikilər, kəbirli, baharlı və kolanı
türk tayfaları təşkil edirdi. Bundan başqa, xanlığın ərazisində az sayda xristian-
albanlar da yaşayırdılar.
Qarabağ bəylərbəyi və tayfaları hələ 1736-cı ildə Muğan qurultayında Nadir
 
Şuşa qalasının gümüş açarları


 
Qarabağ xanlığı
Muğan qurultayında
Qarabağ tayfalarının
Nadirin şah seçilməsinə
qarşı olmasını necə
qiymətləndirirsiniz?
Əvvəlki siniflərdə əldə
etdiyiniz biliklər əsasında
məlumat verin. Albanlar
kim idi?
xanın şah seçilməsinə qarşı çıxmış, qanuni hakimiyyətin Səfəvilərə məxsus
olduğunu bildirmişdilər. Ona görə də hakimiyyətə gələn Nadir şah Qarabağ
tayfalarını cəzalandıraraq onları Xorasan vilayətinə və Əfqanıstana sürgün etmişdi.
Qarabağ xanlığı yarandıqdan sonra bu tayfalar yenidən öz tarixi vətənlərinə —
Qarabağa qayıtdılar. Bu isə xanlığın hərbi-siyasi və iqtisadi cəhətdən güclənməsinə
müsbət təsir göstərdi.
Pənahəli xan Qarabağı xarici hücumlardan qorumaq üçün tədbirlər həyata keçirdi.
İlk növbədə, müdafiə qalası tikildi.


 
Şuşa qalası
1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikintisinə başlandı. Qalanın adı qədim
türk tayfası olan bayat tayfasının adı ilə bağlı idi.
«Məliklər Şəki xanı Hacı Qələbiyə yazıb bildirirdilər ki, Pənahəli xan burada taxta
çıxmış, qala və səngər tikdirmişdir. Əgər ona qarşı tədbir görülməsə, sonra onun
qarşısında durmaq mümkün olmayacaq».
Mirzə Adıgözəl bəy
«Bayat savaşı». Qarabağ xanlığının güclənməsi qonşu xanlıqları narahat edirdi.
Digər tərəfdən Qarabağın xristian-alban məlikləri öz mülklərini itirməkdən qorxaraq
Pənahəli xanın hakimiyyətinə qarşı çıxırdılar. Bu məqsədlə qonşu xanlıqlarla əlaqə
saxlayır, onları Qarabağa yürüşə sövq edirdilər. Belə yürüşlərdən birincisi bütün
Azərbaycanı birləşdirməyə çalışan Şəki xanı Hacı Çələbi tərəfindən edildi. Hacı
Çələbi xan öz müttəfiqləri — Şamaxı xanı və məliklərlə birlikdə Bayat qalasını
mühasirəyə alsa da, onu ələ keçirə bilmədi. Tarixi ədəbiyyatlarda «Bayat savaşı»
adlanan bu hadisə Qarabağ xanlığının müstəqilliyini möhkəmləndirdi və nüfuzunu
artırdı.
Hacı Çələbi xanla Pənahəli xanın toqquşmasının məliklər üçün faydası nə idi?


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə