Azərbaycan tarixi 8



Yüklə 4,85 Kb.
Pdf görüntüsü
səhifə44/45
tarix09.03.2018
ölçüsü4,85 Kb.
#31010
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45

Gəncədə baş verdi. Beləliklə, hərbi əməliyyatlar Şimali Azərbaycanın, demək olar ki,
bütün ərazisini əhatə etdi.
Abbas Mirzənin Şuşa, Bakı və Gəncəni ruslardan almaq cəhdləri. Şuşa qalasının
mühasirəsi 48 gün davam etdi. Bu


Abbas Mirzənin
Azərbaycana yürüşü ilə
Ağa Məhəmməd xan
Qacarın yürüşü arasında
ümumi cəhəti izah edin.
Şuşa qalasının
məğlubedilməzliyini
başqa hansı tarixi hadisə
təsdiq edir?
müddət ərzində qaladakı rus qarnizonu strateji təşəbbüsü ələ ala bildi. Pərakəndə
halda olan qüvvələr bir mərkəzdə cəmləş- dirildi. Şuşanın uzunmüddətli mühasirəsi
Abbas Mirzənin strateji səhvi idi.
Hüseynqulu xan Bakı qalasını dənizdən və qurudan mühasirəyə aldı. Onun bütün
hücumları dəf edildi. Rus hərbi komandanlığı Bakıya böyük əhəmiyyət verirdi. Bakı
limanı Həştərxanla daimi əlaqə saxlanılmasında, rus ordusunun döyüş sursatı və
ərzaqla təmin edilməsində mühüm rol oynayırdı. Buna görə Abbas Mirzə Bakını ələ
keçirmək, rus ordusunun təchizatını pozmaq və onu mərkəzdən təcrid etmək üçün
Hüseynqulu xanın köməyinə yeni qüvvələr göndərdi. Lakin Hüseynqulu xanın bütün
cəhdləri uğursuz oldu.
1826-cı ilin sentyabrında Gəncə ətrafında Qacar qoşunları hücuma başladılar.
Amansız döyüşdə ruslar qalib gəldi. Abbas Mirzə Şuşada saxlanılan dəstəni də özü
ilə götürərək, Arazın sağ sahilinə keçdi.
Gəncə döyüşü Cənubi Qafqazda baş verən hərbi əməliyyatlar içərisində ən böyük
vuruşmalardan biri idi. Müharibənin sonrakı gedişində bu döyüşün çar Rusiyası
üçün çox mühüm əhəmiyyəti oldu. Faktiki olaraq, müharibənin müqəddəratı həll
edildi. Şah qoşunu Şimali Azərbaycanı tərk etdi.
Şirvanlı Mustafa xan isə Şamaxıdan çıxdı. Başqa xanlar da Şimali Azərbaycanı tərk
etdilər. Yalnız Lənkəranda Mirhəsən xan qalırdı.
Uğurlarına baxmayaraq, düşmənləri Yermolovu çar I Nikolayın gözündən
salmışdılar. Ona görə də Yermolov Qafqazdakı orduların baş komandanı
vəzifəsindən uzaqlaşdırıldı. Yermolovun yerinə general İvan Paskeviç təyin olundu.
İrəvan xanlığının işğalı. Rus komandanlığı İrəvan qalasının mühasirəsinə vaxt
itirməməyi qərara aldı və qoşununu Naxçıvan üzərinə yeritdi. 1827-ci il mayın 26-da
rus qoşunu Naxçıvanı ələ keçirdi. Qacarların ordusu rus qoşununu əzməyi qərara
aldı. 1827-ci il iyunun 5-də Cavanbulaq deyilən yerdə döyüş baş verdi. Lakin


 
Rusiya və Qacarlar dövləti arasında müharibə. 1826-1828-ci illər
rus qoşunu qalib gəldi. Rus qoşunu avqustun sonlarında İrəvana yaxınlaşdı. İlk
növbədə, xeyli taxıl və digər ərzaq ehtiyatlarının toplandığı Sərdarabad qalası
mühasirəyə alındı. Sərdarabad qalası süqut etdi. Sentyabrın 26-da İrəvan qalasının
da mühasirəsi başlandı. İrəvan qalası qəhrəmanlıqla müdafiə olunurdu. İrəvan
qalasının müdafiəsinə başçılıq edən Həsən xan Qacar Paskeviçin hədələyici
məktublarına məhəl qoymur, mübarizəni davam etdirirdi. Lakin oktyabrın 1-də qanlı
döyüşdən sonra rus qoşunu İrəvan qalasını ələ keçirdi. Həsən xan döyüşdə həlak
oldu.
İrəvan qalasının süqutunda erməni xəyanəti də öz rolunu oynadı. İrəvan xanlığının
ərazisində özünə dövlət yaratmağa çalışan


İrəvan qalasının çar qoşunlarına qarşı
qəhrəmancasına müdafiəsinə başçılıq
edən Həsən xan Qacar
Rusiya hökumətinin təsis etdiyi
«Təbrizin alınması» medalı
gəlmə ermənilər işğalçılara hər cür kömək göstərirdilər.
İrəvanın işğalından sonra rus qoşunu Azərbaycanın cənubuna doğru irəliləməyə
başladı.


1827-ci il oktyabrın 13-də rus qoşunu Təbrizi işğal etdi. Şəhəri idarə etmək üçün
Təbrizdə müvəqqəti idarə yaradıldı. Rus qoşununun Təbrizi ələ keçirməsi ilə İrana
yol açıldı.
 
İrəvan qalasının ruslar tərəfindəələ keçirilməsi. Rəssam Frans Rubo


 
Qraf Paskeviçin Təbrizə daxil olması. Rəssam V.Maşkov
Paskeviçin yazdığı kimi, İrəvan vilayətində 10 min müsəlman (azərbaycanlı — red.)
və ancaq 3 min erməni ailəsi var idi. Ermənilər rus qoşununa hər cür yardım
göstərirdilər. Qala divarları üstündə görünən ermənilər papaqlarını yellədərək, işarə
edirdilər ki, onlar təslim olurlar. Onlar xəyanət edərək qalanın şimal darvazalarını
açdılar və oktyabrın 1-də rus qoşununu qalaya buraxdılar.
Sual və tapşırıqlar
1. II Rusiya—Qacarlar müharibəsi ərəfəsində İngiltərənin siyasi fəaliyyətini təhlil
edin.
2. Rusiya ilə Qacarlar dövləti arasında gedən diplomatik danışıqlara aid cədvəl
qurun.
3. II Rusiya—Qacarlar müharibəsi başlayarkən Abbas Mirzənin hücum planı necə
idi? Sxemləşdirin.
4. 1826-cı ilin hərbi əməliyyatlarında Qacarların uğursuzluğunun səbəblərini təhlil
edin.
5. «İrəvan qalası mühasirədə» adlı hekayə yazın.
6. Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin.


29. TÜRKMƏNÇAY MÜQAVİLƏSİ
Sülh danışıqları nə ilə nəticələndi?
Azərbaycan bu müqavilə üzündən nə itirdi?
Qraf İvan Paskeviç
Türkmənçay müqaviləsi. Türkmənçay müqaviləsi ərəfəsində, 1827-ci ildə Rusiya
ilə Qacarlar dövləti arasında danışıqlar başlandı. Rusiya İrəvan və Naxçıvan
xanlıqlarının ona güzəştə gedilməsini, Qacarlar qoşununun Lənkəran xanlığını tərk
etməsini və təzminat verməsini tələb edirdi. Şah hökuməti isə rus qoşunlarının
Azərbaycan ərazisindən çıxarılması tələbini irəli sürürdü. Lakin danışıqlar yarımçıq
qaldı.
1828-ci ilin yanvarında Paskeviç rus qoşununa Ərdəbil və Tehran istiqamətində
hərəkət etməyi əmr etdi. Ruslar Urmiyanı və Ərdəbili tutdular. Rus qoşununun yeni
hücumu Qacarlar sarayında narahatlıq yaratdı.
1828-ci il fevralın 6-da Təbriz yaxınlığındakı Türkmənçay kəndində Abbas Mirzə ilə
Paskeviç arasında yenidən sülh danışıqları başlandı. Rusiya hökuməti şahdan
Cənubi Azərbaycan ərazisinin də Rusiyaya verilməsini tələb edirdi. Lakin Osmanlı
Nəyə görə Rusiya tərəfi
müqavilə bağlamağa
tələsdi?
Rus qoşunları Təbrizə qədər gəlib çıxmışdı.
Rusiyanın irəliləməsindən qorxuya düşən Qacarlar dövləti 
sülh bağlamağa məcbur oldu.


Yüklə 4,85 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə