Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   15   16   17   18   19   20   21   22   ...   129

52 
 
və  burada  mərhum  dəfn  olunub.  Sərdabənin  tavanı  tağvan  formadadır.  Türbənin 
yerüstü  hissəsi  xatirə  abidəsi  və  ibadət  yeri  hesab  edilmiş  və  olduqca  möhtəşəm 
formada inşa olunmuşdur. Yerüstü hissə səkkizbucaqlıdır, kərpic və gəclə işlənib. 
Bucaqlar  qabarıq  şəkildə,  divarlar  isə  onlara  nisbətən  dərində  işlənilib.  Abidənin 
giriş  hissəsi  baştağlıdır.  Maraqlıdır  ki,  yerüstü  hissənin  iç  tərəfdən  tavanı  günbəz 
şəklindədir,  damı  isə  çöl  tərəfdən  piramidanı  xatırladır.  Türbənin  divarları  çöl 
tərəfdən  kərpiclərdən  qurulmuş  mozaika  xarakterli  ornamentlərlə  bəzədilib. 
Ornamentlər  arasında  kitabələr  yerləşdirilib  ki,  onların  da  üzərində  Qurandan 
ayələr  həkk  olunub.  Korpusun  üst  xətti  boyunca  enli  zolaq  şəklində  qurulan 
kitabələr binanın möhtəşəmliyini sanki bir daha təsdiqləyir. 
Alimlərin fikrincə, Yusif ibn Küseyir türbəsi göstərir ki, Əcəmi binaların 
inşasında  arxitektonik  sxemə  üstünlük  vermişdir.  Bu  sxem  əsasında  bir  prinsip 
dururdu:  inşa  edilən  binaların  korpusu  bucaqlar  vasitəsilə  sanki  böyük  həndəsi 
hissələrə bölünürdü. Ömrünün axırınadək Əcəmi bu sxemə sadiq qalmış, abidədən-
abidəyə  onu  daha  da  kamilləşdirmişdir.  Türbənin  quruluşu  sübut  edir  ki,  Əcəmi 
riyaziyyatı  çox  yaxşı  bilirmiş  və  inşa  edəcəyi  abidənin  bütün  göstəricilərini 
əvvəlcədən hesablayırmış. Geniş dünyagörüşü, dərin və zəngin biliyi, gözəl zövqü 
ona möhtəşəm abidələr inşa etməyə imkan vermişdir. 
Naxçıvanda  Atabəylərin  "Darül-mülk"  adlanan  sarayını  da  xalq  arasında 
daha  çox  "memar  Əcəmi"  kimi  tanınan  Əcəmi  ibn  Əbubəkr  inşa  etmişdir. 
Səyyahlar onun ümumi gözəlliyi, günbəzinin möhtəşəmliyi barəsində çox yazırlar, 
lakin  bu  abidə  bizim  dövrə  qədər  gəlib  çatmamışdır.  Memar  Əcəminin  digər 
monumental  əsəri  Naxçıvan  şəhərinin  Cümə  məscididir.  Səyyahların  yazdıqlarına 
görə,  qoşa  minarələr  ilk  dəfə  məhz  bu  məsciddə  inşa  olunmuşdur.  Bu  abidə  də 
bizim dövrə qədər gəlib çatmamışdır. 
Memar  Əcəminin  inşa  etdiyi  abidələrin  şöhrəti  uzaq  Suriyadan  başlamış 
Hindistanadək  olan  ərazilərə  yayıldığından  hər  yerdən  yanına  tələbələr  gəlir  və 
ondan  memarlığın  sirlərini  öyrənirmişlər.  Dövrün  mənbələrində  Əcəmiyə  "Şeyx-
ül-mühəndisin", yəni "bütün mühəndislərin başçısı" deyilir. O isə təvazökarcasına 
özünü "bənna" adlandırırmış. 
Onun yaratdığı abidələr memarlıqda tamamilə yeni istiqamət olmuşdur və 
sonralar  alimlər  bu  istiqamətə  "Naxçıvan  memarlıq  məktəbi"  adını  vermişlər. 
Əcəmidən  dərs  almış  şagirdləri  də  binalarını  Naxçıvan  memarlıq  məktəbinin 
qanunları  əsasında  inşa  etmişlər.  Belə  abidələr  Naxçıvanın  Qarabağlar  kəndində, 
Bərdədə,  Cənubi  Azərbaycanın  Marağa,  Səlmas  şəhərlərində  indiyədək  qorunur. 
XVI  əsr  məşhur  osmanlı  memarı  Sinan  xüsusi  olaraq  Naxçıvana  gəlmiş  və 
Əcəminin abidələri ilə tanış olmuşdur. 


53 
 
1186-cı  ildə  memar  Əcəmi  sənətinin  zirvəsi  sayılan  Mömünə  xatın 
türbəsinin inşasını başa çatdırır. Bu abidə indiyədək öz gözəlliyi ilə insanları valeh 
edir. 
Mömünə xatın türbəsi Məhəmməd Cahan Pəhləvanın əmri ilə arvadı (bəzi 
mülahizələrə görə, atasının arvadı, yəni Cahan Pəhləvanın anası) Mömünə xatının 
şərəfinə  inşa  edilmişdir.  Türbə  iki  hissədən  ibarətdir:  yeraltı  və  yerüstü.  Yeraltı 
hissə  sərdabə  formasındadır  və  burada  mərhumə  dəfn  olunub.  Sərdabənin  tavanı 
tağvaridir. İçəridə ortada böyük sütün qurulub və hər on divardan ona doğru tağlar 
aşırılıb. 
Türbənin  yerüstü  hissəsi  xatirə  abidəsi  və  ibadət  yeri  hesab  edilir  və 
olduqca  möhtəşəmdir.  Yerüstü  hissənin  hündürlüyü  34  m-dir  və  onbucaqlıdır; 
kərpic və gəclə işlənib. Bu hissənin alt tərəfi qırmızı rəngli diorit qaya parçaları ilə 
hörülüb.  Yusif  ibn  Küseyir  türbəsindən  fərqli  olaraq  burada  bucaqlar  aydın 
seçilmir  və  sanki  ornament  lentləri  altında  gizlədilib.  Formaların  yumşaqlığı 
pilləkənvari  stalaktitlərin  qurulması  ilə  təmin  edilib.  Abidənin  giriş  hissəsi 
baştağlıdır.  Türbənin  divarları  çöl  tərəfdən  kərpiclərdən  qurulmuş  mozaika 
xarakterli  ornamentlərlə  bəzədilib.  Ornamentlər  arasında  kitabələr  yerləşdirilib  ki, 
onların  da  üzərində  Qurandan  ayələr  həkk  olunub.  Kitabələrin  ümumi  uzunluğu 
500 metrə bərabərdir. Ornamentlər firuzəyi rəngli kaşıdan qurulub. Ornamentlərdə 
həndəsi fiqurlar kufi ərəb xətti ilə böyük ustalıqla birləşdirilib. 
Alimlərin  fikrincə,  əvvəllər  türbənin  damı  çadırvari  olmuşdur,  lakin 
dövrümüzə  qədər  gəlib  çatmayıb.  Yerüstü  hissənin  iç  tərəfdən  tavanı  günbəz 
formasındadır.  İçəridə  ortada  böyük  sütün  qurulub  və  hər  10  divardan  ona  doğru 
tağlar  aşırılıb.  Bu  üslubda  binalar  Avropada  XIII  əsrin  sonu  -  XIV  əsrin 
əvvəllərində  inşa  edilib  və  "qotik  abidələr"  adı  ilə  tanınır.  Tavan  üzərində 
mərkəzdə  dəyirmi  ornament,  yanlarda  daxillərində  yazılar  olan  dörd  medalyon, 
tavanla divarlar arasında isə kufi yazılar mövcuddur. 
XIX əsr səyyahlarının rəsm və fotoşəkilləri sübut edir ki, türbənin yanında 
əvvəllər tağvari keçidlə birləşdirilən qoşa minarə olmuşdur. Həmçinin türbədən bir 
az  aralı  böyük  məscid  və  mədrəsə  binaları  varmış.  Lakin  onlar  dövrümüzə  qədər 
gəlib çatmamışdır. 
Abidənin inşası zamanı memar yenə də arxitektonik sxemə vurğunluğunu 
nümayiş  etdirmişdir.  Lakin  eyni  zamanda  Yusif  ibn  Küseyir  türbəsinə  nisbətən 
Mömünə  xatın  türbəsinin  kompozisiyası  daha  təkmil,  memarlıq  formaları  daha 
incə, ornamentlər isə daha təmtəraqlıdır. 
Mömünə  xatın  türbəsi  öz  dövrü  üçün  şedevr  əsərlərdən  hesab  edilirdi. 
Təsadüfi deyil ki, Mömünə xatından sonra Şərqdə bu üslubda oxşatma binalar inşa 
edilməyə başlanmışdır. Onların sırasında Marağada Qunbad-e Kabud və Qunbad-e 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə