Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   39   40   41   42   43   44   45   46   ...   129

116 
 
ildə Qarabağa hücum etdi. Pənahəli xan Şuşanın güclü  müdafiəsini təşkil etməklə 
bərabər, düşmən üzərinə hücuma da keçdi. Böyük itkilər verən Məhəmməd Həsən 
xan  Azərbaycanı tərk etməli  oldu. Ondan  sonra Qarabağa  Urmiya xanı  Fətəli  xan 
Əfşar  da  hücum  etdi.  Əvvəlki  döyüşlərdən  sonra  öz  qüvvələrini  bərpa  etməyə 
imkan tapmayan Pənahəli xan 8 ay müdafiə olunsa da, sonda Fətəli xandan asılılığı 
qəbul  etdi.  Lakin  bu  asılılıqdan  yaxa  qurtarmaqçün  Fətəli  xanın  düşməni  İran 
hakimi  Kərim  xan  Zəndlə  birləşdi.  Müttəfiqlərin  birləşmiş  qoşunları  ağır 
döyüşlərdən sonra Fətəli xan Əfşarı məğlubiyyətə uğratdılar. 
Kərim  xan  öz  müttəfiqlərini  paytaxtı  Şiraza  qonaqlığa,  qələbəni  qeyd 
etməyə  çağırır.  Lakin  Şiraza  gəldikdə  onları  həbs  edib  tabe  olmağı  tələb  edir. 
Tariximizə "Şiraz qonaqlığı adı ilə düşmüş bu hadisə 1765-ci ildə baş vermişdir və 
azərbaycanlılara  bir  daha  dərs  olmuşdur  ki,  siyasətdə  qonşuluq  və  dostluq 
münasibətlərinə ehtiyatla yanaşmaq lazımdır. 
Lakin  Kərim  xanın  hiyləgərliyi  onun  istədiyi  nəticəni  vermədi.  Belə  ki, 
yürüşə yollananda Pənahəli xan oğlu İbrahimxəlil xanı öz yerinə müvəqqəti hakim 
qoymuşdu.  O  qorxurdu  ki,  atasını  xilas  etmək  istəyən  İbrahimxəlil  xan  Kərim 
xanın  tələbi  ilə  razılaşar  və  Qarabağı  İrana  tabe  edər.  Odur  ki  Qarabağın 
müstəqilliyini  canından  artıq  tutan  Pənahəli  xan  özünü  Şirazda  öldürür.  Onun  bu 
hərəkəti hamını, hətta Kərim xanı da heyrətləndirir və o, İbrahimxəlil xanı müstəqil 
hakim kimi tanıdığını bildirir və Pənahəli xanın cəsədini Qarabağa göndərir. 
1763-cü ildən Qarabağı idarə edən İbrahimxəlil  xan bir çox problemlərlə 
üzləşmişdir.  Onun  doğma  qardaşı  Mehrəli  bəy  qonşu  xanlıqlar  tərəfindən 
şirnikləndirilərək  dəfələrlə  qanuni  xana  qarşı  çıxmış,  xanlıqda  ikihakimiyyətlilik 
yaratmışdı.  İbrahimxəlil  xanın  gördüyü  tədbirlər  nəticəsində  xanlıqdan 
uzaqlaşdırılan Mehrəli bəy öz hərəkətlərindon əl çəkməmişdi və yalnız 1785-ci ildə 
vəfat etdikdən sonra ikitirəlik təhlükəsi aradan qalxmışdı. 
Ölkədə  baş  qaldırmaq  istəyən  separatçı  feodallar  da  məğlub  edilir, 
xanlığın  ərazisində  quldur  basqınlarına  son  qoyulur.  Pərakəndəliyin  Azərbaycana 
necə  böyük  ziyan  vurduğunu  görən  İbrahimxəlil  xan  birləşdirici  siyasət  həyata 
keçirməyə  başlayır.  Onun  tədbirləri  nəticəsində  Naxçıvan,  Gəncə  və  Təbriz 
xanlıqları Qarabağın müttəfiqinə çevrilir. 
Azərbaycanda  vahid  dövlət  yaranacağından  qorxan  Rusiya  İbrahimxəlil 
xanın  getdikcə  artan  nüfuzundan  ehtiyat  etməyə  başlayır.  Rusiyanın  göndərdiyi 
emissarlar  Qarabağ  ərazisində  yaşayan  ermənilərin  başçıları  –məliklərlə  əlaqə 
qurur,  onlara  İbrahimxəlil  xan  məğlub  edilərsə  Qarabağda  erməni  dövləti 
qurulacağını  vəd  edirlər.  Nəticədə  1781-ci  ildə  Qarabağın  erməni  məlikləri 
İbrahimxəlil xana qarşı qiyam qaldırırlar. Mənşəcə alban olan Xaçın məliyi xristian 
olmasına  baxmayaraq,  İbrahimxəlil  xana  xəyanət  etmir  və  onun  tərəfini 
saxlayacağını bildirir. 


117 
 
Sürətlə  hərəkət  edən  İbrahimxəlil  xan  qoşunları  ilə  qiyamçıları  məğlub 
edir,  dayaq  məntəqələrini  ələ  keçirir.  Məlum  olur  ki,  onların  arxasında  Rusiya 
emissarları  dayanır,  katolikos  İoahannes  isə  dini  ədavəti  ortaya  salmaq  istəyir  ki, 
xristian  dövlətləri  Qarabağ  xanına  qarşı  yürüşə  başlasınlar.  Lakin  İbrahimxəlil 
xanın  qətiyyətli  tədbirləri  bu  planların  qarşısını  alır.  Bir  neçə  məlik  və  katolikos 
həbs edilir, digərləri Tiflisə qaçırlar. Düşmənlərini  məğlub edən İbrahimxəlil xan, 
bununla belə, ərazisində yaşayan adi, zəhmətkeş xristianlara toxunmur, ermənilərə 
qarşı heç bir repressiya xarakterli tədbir həyata keçirmir. 
İbrahimxəlil  xan  yüksək  diplomatik  məharət  göstərərək  Rusiya  ilə 
danışıqlara  başlayır.  O,  Rusiyanın  Qarabağda  erməni  dövləti  yaratmaq  niyyətini 
başa  düşsə  də,  onunla  əlaqələri  münaqişə  həddinə  çatdırmamağa  çalışır.  Bu  işdə 
Qarabağ  xanlığının  vəziri  məşhur  Azərbaycan  şairi  və  görkəmli  dövlət  xadimi 
Molla  Pənah  Vaqifin  böyük  əməyi  olmuşdur.  Rusiya  imperatriçəsi  II  Yekaterina 
üzdə  Qarabağın  müstəqilliyini  tanımış,  xan  və  onun  vəzirinə  böyük  hədiyyələr 
göndərmiş, lakin əslində öz mənfur niyyətindən əl çəkməmişdi. 
Belə ki, 1787-ci ildə Rusiya  - Osmanlı  münasibətləri pisləşəndə Qafqaza 
əlavə  qoşunlar  göndərən  Rusiya  Qarabağ  xanlığını  zəbt  etmək  qərarına  gəlir. 
Gürcü  çarı  II  İrakli,  onunla  birlikdə  olan  və  əvvəllər  xanın  qəzəbindən  Tiflisə 
qaçmış  erməni  məlikləri  və  polkovnik  Burnaşovun  başçılığı  ilə  rus  qoşunları 
Gürcüstan  tərəfdən  Qarabağ  xanlığına  yürüşə  başlayırlar.  Bu  yürüş  tarixi 
sənədlərdə  "Qarabağ  xanlığına  qarşı  xaç  yürüşü"  adlandırılır.  İbrahimxəlil  xan 
bütün  qüvvələrini  səfərbər  edir.  Şimali  Azərbaycan  xanları  ona  kömək 
edəcəklərinə  söz  vermişdilər  və  qoşunlarını  da  hazır  vəziyyətə  gətirmişdilər. 
Üstəlik,  Rusiya  -  Osmanlı  müharibəsi  cəbhələrində  işlər  heç  də  Rusiyanın 
arzuladığı kimi getmirdi. Odur ki imperiya rəhbərləri Qafqazda yeni cəbhə açmağa 
cürət etmədilər. İbrahimxəlil xanın müdafiə olunmaq əzmi, Azərbaycan xanlarının 
birlikdə  vuruşmaq  istəyi,  Rusiya  -Osmanlı  müharibəsinin  uzanması  "xaç 
yürüşü"nün  yarımçıq  dayandırılmasına  və  işğalçı  qoşunların  geri  çəkilməsinə 
səbəb  oldu.  Rusiya  və  Gürcüstan  Qarabağ  xanlığı  ilə  dostluq  əlaqələri  qurmaq 
istəyini bildirdi və İbrahimxəlil xan onların bu təkliflərini qəbul etdi. 
İbrahimxəlil  xanın  hakimiyyəti  illərində  Qarabağ  xanlığı  güclənmiş, 
xanlığın  ərazisi  xeyli  genişlənmişdi.  İranda  hakimiyyətə  gəlmiş  Ağa  Məhəmməd 
xan  Qacar  1795-ci  ilin  yayında  Qarabağa  hücum  edib  Şuşa  şəhərini  mühasirəyə 
alır.  Lakin  o  burada  güclü  müqavimətlə  üzləşir.  33  günlük  mühasirədən  sonra 
müvəffəqiyyət qazanmayan xan qoşununu çəkib Gürcüstana basqına gedir. 1797-ci 
ildə İbrahimxəlil xanın Şuşadan kənarda olmasından istifadə edən Ağa Məhəmməd 
xan  Qacar  yenidən  Qarabağa  hücum  edir  və  Şuşanı  tutur.  Lakin  burada  ona  qarşı 
sui-qəsd  təşkil  olunur  və  o  öldürülür,  qoşunu  isə  Qarabağdan  çəkilir.  Şuşaya 
qayıdan İbrahimxəlil xan yenidən hakimiyyəti ələ alır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə