Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   63   64   65   66   67   68   69   70   ...   129

181 
 
"Səhra  toplarının  cəbhədə  işlədilməsi"  kitabı  isə  artilleriya  zabitlərinin  stolüstü 
kitabına çevrilmişdir. 
1912-ci ildə Ali Zabit Artilleriya Məktəbinə rəis müavini, 1913-cü ildə isə 
məktəbin  rəisi  təyin  edilən  Şıxlinskiyə  həmin  ildə  general-mayor  rütbəsi  verilir. 
1914-cü  ilin  sonlarında  Şıxlinski  yenidən  artilleriya  hissələrinə  qayıdır.  Rusiya 
ordusunda  məşhur  topçu  kimi  tanınan  Şıxlinski  Rusiya  paytaxtı  Petroqradın 
müdafiə  sisteminin  artilleriya  rəisi  təyin  edilir.  Bu  vəzifədə  olarkən  o,  şəhər 
ətrafında artilleriya mövqelərinin seçilib qurulmasında, Baltik dənizi və Fin körfəzi 
sahillərində artilleriya batareyalarının yaradılmasında, həmçinin yeni yaranan zenit 
artilleriya hissələrinin formalaşdırılmasında yaxından iştirak edir. 
1915-ci  ildə  müharibə  mövqe  xarakterini  alır.  Belə  vəziyyətdə 
Şıxlinskinin elmi kitabları  yada  düşür, onların  əsasında  yeni növ artilleriya  -  ağır 
artilleriya  hissələri  təşkil  olunmağa  başlanılır.  Bu  zaman  Şıxlinski  əvvəlcə  Qərb 
cəbhəsinin  ağır  artilleriya  rəisi,  sonra  isə  ali  baş  komandan  -  imperator  yanında 
artilleriya  üzrə  general  təyin  edilir.  Şıxlinski  qısa  müddət  ərzində  ağır  artilleriya 
hissələrinin təşkil edilib döyüşlərdə iştirakını təmin edir. Onun artilleriya hissələri 
məşhur  Brusilov  həmləsində  özlərini  tamamilə  doğruldurlar.  1916-cı  ildə  bütün 
Qərb  cəbhəsinin  artilleriya  inspektoru  təyin  edilən  Şıxlinskiyə  xidmətlərinə  görə 
19I7-ci  ilin  əvvəllində  general-leytenant  rütbəsi  verilir.  Əli  ağa  Şıxlinski  10-cu 
ordunun  komandanı  təyin  edilir.  Lakin  bu  zaman  Rusiya  imperiyası  artıq 
dağılmaqda idi. Belə vəziyyətdə Şıxlinski vətəninə - Azərbaycana qayıdır. 
Rusiya  ordusunda  xidmət  zamanı  Rusiya  ordenləri  sırasında  ən  yüksək 
hərbi təltif nişanı sayılan "Müqəddəs Georgi" ordeninin 4-cü dərəcəsi, "Ağ qartal”, 
"Aleksandr  Nevski"  ordenləri,  "Müqəddəs  Stanislav"  və  "Müqəddəs  Anna" 
ordenlərinin  bütün  dərəcələri,  "Müqəddəs  Vladimir"  ordeninin  4,  3  və  2-ci 
dərəcələri,  həmçinin  üzərində  "İgidliyə  görə"  sözləri  yazılan  fəxri  qızıl  qılınc, 
Fransanın  "Fəxri  legion"  və  digər  Antanta  dövlətlərinin  ordenləri  ilə  təltif 
edilmişdir. 
Bakıda  möhkəmlənən  erməni-bolşevik  qüvvələri  əhaliyə  divan  tutur, 
xalqımıza  qarşı  genosid  törədirdilər.  Belə  bir  vaxtda  Müsəlman  Korpusu 
yaradılmağa başlandı və Şıxlinski onun komandanı təyin edildi. Kifayət qədər silah 
və  sursatı,  zabit  kadrları  olmayan  ilk  hərbi  hissələrimiz  qəhrəmanlıqla  döyüşə 
atılsalar da, düşmənin  üstün qüvvələri qarşısında geriyə çəkilirdilər. Belə şəraitdə 
müstəqilliyini  elan  etmiş  Azərbaycan  qardaş  Türkiyə  dövlətinə  müraciət  etməli 
oldu. Göyçay döyüşlərində darmadağın edilən erməni-bolşevik qüvvələri tutduqları 
ərazilərdən  qovuldu  və  nəhayət,  sentyabrın  15-də  Bakı  şəhəri  düşməndən  azad 
edildi.  1918-ci  ilin  noyabr  ayında  türk  qoşunları  Azərbaycandan  çıxarıldı. 
Azərbaycan isə öz hissələrini tərtib etməkdə davam edirdi. Azərbaycan Ordusunda 
Şıxlinski hərbi nazir Mehmandarovun müavini təyin edildi. Müstəqil Azərbaycanın 


182 
 
ordusunun  yaradılmasında  onun  böyük  əməyi  olmuşdur.  1919-cu  ildə  ona  tam 
artilleriya generalı rütbəsi verilmişdir. 
1920-ci  ildə  müstəqil  dövlətimiz  süquta  uğrayanda  Şıxlinski  vətəndə 
qalmaq  qərarına  gəldi.  Sovetlər  tərəfindən  həbs  edilən  general  2  aydan  sonra 
N.Nərimanovun  səyləri  ilə  azad  edildi  və  Mehmandarovla  bərabər  Moskvaya 
göndərildi. 
Daimi  Artilleriya  Komissiyasının  üzvü  seçilən  Şıxlinski  həmçinin  Ali 
Artilleriya  Məktəbində  sovet  artilleriya  zabitlərinə  dərs  demiş,  artilleriya 
nizamnaməsi hazırlayan komissiyanın işində iştirak etmişdir. 
1921-ci  ildə  N.Nərimanov  və  Ə.Qarayevin  xahişi  ilə  Bakıya  qaytarılan 
Şıxlinski  Bakı  Qarnizonu  Hərbi-Elmi  Cəmiyyətinin  sədr  müavini  olmuş,  Sovet 
Azərbaycanı  Ordusunun  Qərargahında  işləmiş,  Azərbaycan  Komandirlər 
Məktəbində dərs demişdir. 1928 -1929-cu illərdə o, Azərbaycanda ilk hərbi jurnal 
olan  "Hərbi  bilik"  jurnalını  nəşr  etdirmişdir.  Tərcümə  fəaliyyəti  ilə  məşğul  olan 
Şıxlinski ilk hərbi lüğətimizi tərtib etmişdir ki,  burada  rus, türk və  fars dillərində 
olan hərbi terminlər Azərbaycan dilində verilmişdir. 
Lakin müstəqilliyin son atributlarını itirən Azərbaycanda məşhur generala 
yer  tapılmır.  O  bütün  vəzifələrdən  çıxarılır.  Buna  baxmayaraq  o,  respublikanın 
ictimai  həyatında  yaxından  iştirak  edir  və  Azərbaycanda  Qızıl  Aypara 
Cəmiyyətinin açılmasına nail olur. 
İki  dünya  müharibəsi  arasında  hərbi  yeniliklərlə  maraqlanan  Şıxlinski 
hərbi aviasiyanın gələcəkdə oynayacağı roldan böyük həvəslə danışır, mühazirələri 
elmi  jurnallarda  çap  edilirdi.  Onun  ehtimalları  II  Dünya  müharibəsi  cəbhələrində 
təsdiqini  tapırdı.  Ömrünün  son  illərində  öz  xatirələrini  qələmə  alan  Şıxlinski 
Azərbaycanda  ilk  hərbi  memuar  kitabı  sayılan  "Mənim  xatirələrim"  kitabını 
yazmışdır. Bu kitab müəllifin vəfatından sonra - 1944-cü ildə işıq üzü görmüşdür. 
Əli  ağa  Şıxlinski  1943-cü  ildə  Bakı  şəhərində  vəfat  edib  və  II  Fəxri 
xiyabanda  dəfn  olunub.  Həyat  yoldaşı,  məşhur  Qayıbovlar  nəslinin  nümayəndəsi, 
Azərbaycanın  ilk  şəfqət  bacısı  Nigar  xanım  Şıxlinskayanın  məzarı  da  onun 
məzarının yanındadır. 


183 
 
Cəlil  Məmmədquluzadənin  ədəbi  irsi 
Mirzə  Fətəli  Axundzadənin  realist  ənənələrinin 
davamı  idi.  O  hər  zaman  qeyd  edirdi  ki,  sənətdə 
mücərrədliyə,  formalizm  təzahürlərinə,  ideyasız 
meyllərə son qoyulmalı, ədəbiyyat və mətbuat geniş 
xalq  kütlələrinin  mənafeyi  uğrunda  mübarizə 
aparmalıdır. Böyük yazıçı və dramaturq əsərləri ilə o 
zamankı  Azərbaycan  həyatında hökm  sürən  feodal-
patriarxal  münasibətlərini, çar məmurları və riyakar 
din  xadimlərinin  özbaşınalıqlarını,  şüurlarda  və 
məişətdəki  geriliyi  durmadan  tənqid  etmişdir.  Onun 
“Ölülər” traqikomediyası Azərbaycan əsəbiyyatında 
realizm 
və 
satiranın  yeni  bir  mərhələsinin 
başlanğıcını 
qoymuşdur.  Onun  bütün  bədii 
yaradıcılığının nüvəsi satiradan ibarətdir. 
Cəlil  Məmmədquluzadənin  adı  Azərbaycan  tarixinə 
yazıçı,  dramaturq,  jurnalist,  ictimai  xadim, 
Azərbaycanda,  eləcə  də  türk-müsəlman  dünyasında 
satirik  jurnalistikanın  əsasını  qoymuş  bir  şəxs  kimi 
yazılmışdır.
 
Cəlil Məmmədquluzadə 
          (1869-1932) 
 
Cəlil Məmmədquluzadə 1869-cu ildə Naxçıvanda anadan olmuşdur. Cəlil 
ilk təhsilini mollaxanada alır. 13 yaşında o, üçillik Naxçıvan şəhər məktəbinə daxil 
olur.  Bu  məktəbdə  o,  rus  dilini  öyrənir,  məktəb  kitabxanasındakı  bütün  kitabları 
oxuyur.  Elm  və  biliklərə  onda  böyük  maraq  oyanır.  Çox  çəkmir, 
C.Məmmədquluzadə Qoriyə yola düşür və 1882-ci ildə müəllimlər seminariyasına 
daxil  olur.  Nəhayət,  1887-ci  ildə  İrəvan  quberniyasının  Uluxanlı  kənd  məktəbinə 
müəllim  göndərilir.  1887  -  1897-ci  illərdə  C.Məmmədquluzadə  kənd  müəllimi 
kimi çalışır. Bu illərdə o, Azərbaycanın bir çox ziyalıları ilə əlaqə yaratmış, ölkədə 
mədəni-maarif  işlərinin  aparılması  istiqamətində  işlərin  vacibliyi  qənaətinə 
gəlmişdir.  Müəllim  işlədiyi  dövrdə  C.Məmmədquluzadə  "Çay  dəstgahı"  adlı 
alleqorik  mənzum  dramını,  "Kişmiş  oyunu"  komediyasını  və  "Danabaş  kəndinin 
əhvalatları" adlı dahiyanə povestini yazmışdır. Bu əsərlər illər keçdikdən sonra çap 
edilmişdir; o cümlədən "Danabaş kəndinin əhvalatları" yalnız 1936-cı ildə işıq üzü 
görmüşdür. 
Azərbaycanda  baş  verən  haqsızlıqları  görən,  məmurların  özbaşınalığı  ilə 
addımbaşı üzləşən Mirzə  Cəlil 1897-ci  ildən etibarən hüquqşünas kimi fəaliyyətə 
başlayır.  0,1901-ci  ildə  İrəvana  köçərək  1903-cü  ilədək  burada  vəkil  işləyir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə