Mühazirə 28.
Nəqliyyatın istismar materialları, ehtiyat hissələr və aqreqatlarla təchiz edilməsi.
Maye yanacaqlar neft ayırma zavodlarından yanacaq doldurma stansiyalarına bir qayda
olaraq xüsusi formaya, konstruksiyaya və müəyyən həcmə malik quruluşu olan (buna avtosistern
deyilir) avtomobillərdə daşınır.
Sistern öz funksiyası (təyinatı) ilə əlaqədar olaraq bir sıra elementlərlə təchiz edilir. Onun
boğazlığının qapağında yanacaq qəbul edən boru, daxilindəki təzyiqi avtomatik tənzim edən
(nizamlayan) nəfəs klapanı, yanacağın səviyyəsini yoxlamağa imkan verən nəzarət şupu
yerləşdirilir. Sisterndən yanacağı boşaltmaq üçün onun dib hissəsində axıdıcı boru nəzərdə
tutulur. Avtomobil-sisternin vəziyyətinə nəzərən aşağı səviyyəli çənlərdən yanacağın sisternə
vurulması üçün avtomobilin şassisində mərkəzdənqaçma tipli nasos yerləşdirilir. Avtomobildə
tormozlama əməliyyatı apararkən hidravlik zərbələrin təsirini azaltmaq məqsədilə sisternin
daxilində yarıqları olan arakəsmələr qoyulur.
Yanacaq sisterndən boşaldılarkən boruda əmələ gələn statik elektriklənmə nəticəsində
qığılcımın baş verməməsi üçün xüsusi quruluş - zəncir avtomobilin gövdəsinə bağlanır və
sərbəst sallanmaqla yerlə əlaqələndirilir. Yanacağın təhlükəsizliyinin təmin edilməsi məqsədilə
avtomobilin səs batıranının borusu qabağa tərəf istiqamətləndirilir.
Yanacaq daşınan avtomobil-sisternlərin tutumu 4-10 min litrə qədər olur. Məhsuldarlığı
artırmaq üçün qoşqu və yarımqoşqulardan (sisternli) istifadə edib bilər.
Neft ayırma bazasından buraxılan yanacaq üçün keyfiyyət pasportu verilir. Yanacağın
miqdarı avtomobil tərəzisində çəkilməklə yaxud stisternin həcminə və yanacağın xüsusi çəkisinə
görə təyin edilir. Hər bir avtosisternin həcmi müvafiq dövlət orqanları tərəfindən təsdiq edilən
pasportda göstərilir. Avtomobil doldurucu stansiyalarda yanacağı qəbul edərkən sənədlərin
düzgünlüyü, sisterndəki yanacağın miqdarı (səviyyəyə görə) və keyfiyyəti (xüsusi çəkiyə və su
qarışığının olmamasına görə) yoxlanılır. Uyğunsuzluq aşkar olunan hallarda yanacağı qəbul edən
və təhvil verən şəxslərin imzaları ilə akt tərtib edilir.
Yanacağın saxlanması və avtomobillərə paylanması üçün lazım olan avadanlıqlar (yanacaq
boruları, çənlər, kolonkalar) və xidmət binası (operatorların iş yeri) birlikdə yanacaq doldurma
məntəqəsini və ya avtomobil doldurma stansiyasını (ADS) təşkil edir. ADS-ları müxtəlif
əlamətlərə görə təsnif edirlər.
Avtodoldurma stansiyasında saxlanılan ümumi yanacağın miqdarı bir avtomobilin orta
doldurma həcmindən və ehtiyatda saxlanılma günlərindən asılı olaraq müəyyən edilir.
Dostları ilə paylaş: |