Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə19/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

39 

 

    Aparılan  elmi  tədqiqatlar  göstərir  ki,  ümumi  şəkildə  mühərrikin  detallarının  yeyilmə 



dərəcəsi  soyutma  sistemində  suyun  və  karterdə  yağın  temperaturu  50°C-dən  aşağı  düşdükdə 

böyük sürətlə artır. 

 

Şəkil . Silindr divarlarının yeyilmə tempinin (J, mm./l000km.) 



temperaturdan (t, °C) asılı olaraq dəyişməsi. 

 

   Ətraf  mühitin  temperaturu  aşağı  düşəndə  avtomobilin  güc  ötürücü  mexanizmlərində 



müqavimətlər  yüksəlir.  Bu  müqavimətlərin  qiymətinə  əsasən  transmissiyanın  aqreqatlarındakı 

yağların düzgün seçilməsi detalların yeyilməsini azaltmaqla bərabər yanacaq sərfini aşağı salır. 

   Mühərrikin optimal istilik rejimini saxlamaqla avtomobilin ömür uzunluğunu artırmaq olur. 

Benzin  mühərriklərində  bu  rejim  soyutma  sistemində  suyun  temperaturu  80-85°C,  dizel 

mühərriklərində  isə  85-90°C  olduqda  əldə  edilir.  Bununla  həm  də  temperatur  rejimi  saxlanılır. 

Termostatın tətbiq edilməsi mühərrikin qızma vaxtını və detalların yeyilmə gərginliyini azaldır. 



Avtomobilin idarə edilməsi dedikdə onun yol hərəkətinin qaydaları əsasında optimal hərəkət 

rejimlərinin  seçilməsi  başa  düşülməlidir.  Bundan  başqa  yolda  profilaktik  və  təmir  xarakterli 

texniki təsirləri  yerinə  yetirmək də (mexanizm və aqreqatlara texniki  qulluq, kiçik nasazlıqların 

aradan qaldırılması) bu anlayışa daxildir. 

    İdarə  edilmə  keyfiyyətindən  asılı  olaraq  avtomobilin  aqreqat  və  mexanizmləri  müxtəlif 

rejimlərdə işləməli  olur. Belə ki, güc ötürücü və hərəkət  hissələrinin detallarına düşən  dinamiki 

yüklərin qiyməti, mühərrikin istilik rejimi və s. dəyişir. Eyni markalı avtomobillər eyni istismar 

şəraitində  işlədikdə  (texniki  qulluq  və  saxlanma  üsulu  da  eynidir),  lakin  müxtəlif  səviyyəli 

sürücülər tərəfindən  idarə  edildikdə təmirlər arası yürüş 1,5-2 dəfə  fərqli alınır, texniki  sürət 9-

11% dəyişir. Buna  görə təcrübəli  sürücülər avtomobili  idarə  etdikdə ona  səlis sürətlənmə  verir, 

ilişmə muftasından, sürətlər qutusundan və tormoz sistemindən imkan daxilində az istifadə edir, 

mühərrikin işə düşməsi və qızdırılması qaydalarına riayət edir, həmçinin onun istilik və yağlama 

rejimlərini gözləyirlər. 

    Avtomobilin  idarə  edilmə  keyfıyyəti  idarə  edilmənin  üsulu  və  ustalığı  ilə  xarakterizə 

olunur. İstismar prosesində avtomobil aşağıdakı üsullarla idarə edilir:  

    1.  İmpulsiv  idarə  edilmə  (sürətlənmə-diyirlənmə)  üsulu  -  avtomobilə  düz  ötürmədə 

sürətlənmə  verilir,  sonra  sürətlər  qutusunun  dəstəyi  neytral  vəziyyətə  gətirilir,  avtomobil 

sürətlənmə  zamanı  aldığı  enerjinin  hesabına  ətalətlə  diyirlənir.  Bu  üsul  əsasən  enişlərdə  və 

avtomobili  dayandırmaq  lazım  gəldikdə  istifadə  edilir.  İmpulsiv  üsulun  müsbət  cəhəti  odur  ki, 

yanacağa 5-6% qənaət edilir. Lakin sürətlənmə rejimlərində detalların yeyilmə dərəcəsi 25-40% 

artır. 

    2.  Sabit  sürətlərdə  idarə  edilmə  üsulu  -  bu  üsulun  mahiyyəti  ondan  ibarətdir  ki,  yol 



şəraitinə  və  hərəkət  qaydalarına  müvafiq  olaraq  avtomobil  sabit  sürətlərdə  sürülür.  Bu  üsuldan 

enişli  yollarda  istifadə  edildikdə  mühərrik  transmissiyadan  ayrılmadığı  üçün  avtomobilin 




40 

 

mühərrik  hesabına  (xüsusən  kiçik  ötürmələrdə)  tormozlanma  zəruriliyi  yaranır.  Buna  görə  isə 



mühərrik detallarının yeyilmə tempi artır. 

  3.    Qarışıq  idarə  edilmə  üsulu  -  yolun  texniki  vəziyyətindən  asılı  olaraq  yuxarıdakı  iki 

üsulun müsbət cəhətlərini özündə birləşdirir. 

    İdarə  edilmə  ustalığı  avtomobilin  normal  yanacaq  sərfini  və  hərəkətin  təhlükəsizliyini 

gözləmək şərtilə yüksək texniki sürətlərdə sürülməsi ilə qiymətləndirilir. İdarə edilmə ustalığının 

əsas  göstəriciləri  bunlardır:  tormozlardan  istifadə  olunmanın  minimum  sayı,  sürət  və  yük 

rejimlərinin  düzgün  seçilməsi,  sürətlənmənin  səlis  yerinə  yetirilməsi  və  s.  İdarə  edilmə  ustalığı 

yüksək olduqda avtomobilin təmirlər arası yürüşü 60%,  yanacaq  qənaətliliyi 30%,  texniki  sürət 

20% artır. 

    Avtomobilin  müəssisə  ərazisində  texniki  vəziyyətinin  qorunub  mühafizə  edilməsi 



saxlanma  üsulundan  asılıdır.  Aydındır  ki,  avtomobil  günün  müəyyən  hissəsini  avtonəqliyyat 

müəssisəsinin ərazisində keçirməli olur. Saxlanma elə təşkil olunmalıdır ki, avtomobilin texniki 

vəziyyətinə xələl gəlməsin. 

    Hərəkət  tərkibinin  saxlanma  üsulunun  keyfiyyəti  iqlim  şəraitindən  və  hərəkət  tərkibinin 

tipindən  asılı  olaraq  açıq  meydançalarda  və  binalarda  saxlanma  üsullarının  hansının  düzgün 

olaraq tətbiq  edilməsi ilə xarakterizə  edilir.  Avtomobilin texniki vəziyyəti  soyuq  havalarda  çox 

dəyişir.  Aşağı  temperaturların  avtomobilin  texniki  vəziyyətinə  təsirini  azaltmaq  üçün  hərəkət 

tərkibi açıq meydançalarda saxlanıldıqda müxtəlif texniki - iqtisadi tədbirlər həyata keçirilir. 

   Minik  avtomobilləri  və  avtobuslar  üçün  əsas  aqreqat  sayılan  banın  ömür  uzunluğunun 

artırılması  baxımından  onların  binalarda  saxlanılması  məqsədə  daha  uyğundur.  Yük 

avtomobilləri isə açıq meydançalarda saxlanılır. 

 

Texniki qulluq və təmirin aparılma keyfiyyətinin təsiri 



 

     İstismar prosesində nəqliyyat vasitəsinin işə texniki hazırlığını saxlamaq, etibarlılığını və 

ömür  uzunluğunu  yüksəltmək  üçün  müəyyən  yürüşlərdən  sonra  hərəkət  tərkibinə  kompleks 

texniki-təşkilati  tədbirlər  yerinə  yetirilir  ki,  bu  da  texniki  qulluq  deməkdir.  Texniki  qulluq 

hərəkət tərkibində baş verə biləcək nasazlıqların qarşısını alır. 

     Əgər  texniki  qulluqda  nəzərdə  tutulan  işlər  vaxtında  və  keyfiyyətlə  yerinə  yetirilməsə 

əhəmiyyətsiz  sayılan  ən  kiçik  nasazlıq  elə  imtinaların  əmələ  gəlməsinə  səbəb  olar  ki,  bunların 

aradan  qaldırılması  üçün  böyük  miqdarda  əmək  və  material  xərcləri  tələb  edilir.  Bundan  əlavə 

nəqliyyatın təmirdə boş dayanma müddəti artdığı üçün onun məhsuldarlığı azalır. Buna görə də 

texniki  qulluq  işləri  əvvəlcədən  tərtib  edilmiş  qrafik  əsasında  yerinə  yetirilməlidir.  TQ-nin 

aparılma keyfiyyətini yüksəltmək üçün avtomobil zonaya gəlməzdən qabaq diaqnostika postunda 

(və ya xəttində) yoxlanmalıdır. 

   Nəqliyyat  vasitəsindən  maksimum  istifadə  etmək  və  onun  məhsuldar  olmayan  vaxtını 

azaltmaq  üçün  TQ-nin  rejimi  (onun  növləri,  aparılma  periodikliyi,  görülən  işlər  və  iş  həcmi) 

istismar  şəraitinə  və  hərəkət tərkibinin konstruktiv  xüsusiyyətlərinə  müvafiq  olmalıdır. Belə ki, 

müxtəlif  istismar  şəraiti  üçün  müxtəlif  rejimlər  tərtib  olunmalıdır.  Lakin  bütün  hallarda  orta 

istismar  şəraiti üçün  tərtib  edilmiş TQ-nin rejimi konkret nəqliyyat növü üçün (onların  spesifik 

xüsusiyyətləri nəzər alınmaqla) müxtəlif korreksiya əmsalları vasitəsilə düzləndirilməlidir. 

   Avtomobilin  texniki  hazırlığının  yüksək  olması  üçün  texniki  qulluq  işləri  keyfiyyətlə 

yerinə  yetirilməlidir.  Əks  təqdirdə  onun  aqreqat  və  mexanizmlərinin  resursu  azalır.  Məsələn, 

şinlərdə  təzyiqin  normadan  20%  aşağı  olması,  onların  yürüşünü  25%  azaldır,  qabaq  oxda 

çarxların rastlaşmasının normadan 3-4mm  fərqli  olması, yanacaq  sərfini 11-12% artırır, tormoz 

mexanizmində  araboşluğun  0,5  mm-dən  1  mm-ə  qədər  artması  tormozlama  yolunu  20% 

yüksəldir. 

   Amortizasiya yürüşü daxilində avtomobil bir neçə dəfə müxtəlif xarakterli təmirlərə məruz 

qalır. Avtomobilin təmiri əsasən ANM-də yerinə yetirilir. ANM-nin təcrübələri göstərir ki, yeni 

avtomobillərin əsaslı təmir yürüşü əsaslı təmir keçmiş avtomobillərin normativ yürüşündən 2,5-3 

dəfə artıq olur. Bu onunla izah edilir ki, avtomobilin təmiri aşağı keyfiyyətlə yerinə yetirilir. 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə