Azərbaycan



Yüklə 451,87 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix05.04.2018
ölçüsü451,87 Kb.
#36014
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

 

12 


Cədvəl 2: Mərkəzi və Şərqi Avropa Ölkələrində Ev Təsərrüfatlarına VerilənKreditlərin Artımı   

 

(faizlə) 



 

Ölkə 

2003 

2004 

2005 

2006 

2007 

Orta 

hesabla  

2003-2007 

Rumıniya 

258.9 

58.3 


80.0 

83.8 


82.1 

112.6 


Rusiya 

121.0 


116.4 

96.2 


78.3 

57.8 


93.9 

Litva 


73.7 

124.2 


86.8 

69.3 


58.1 

82.4 


Latiya 

76.0 


71.2 

88.0 


75.5 

39.2 


70.0 

Bolqariya 

80.7 

74.8 


58.4 

30.6 


52.2 

59.3 


Estoniya 

48.0 


52.0 

69.1 


63.0 

33.9 


53.2 

Slovakiya 

n.a. 

36.1 


42.1 

31.6 


27.8 

34.4 


Macarıstan 

60.7 


27.6 

26.4 


25.5 

24.4 


32.9 

Çexiya Respublikası 

30.9 

32.7 


32.5 

29.4 


34.3 

32.0 


Sloveniya 

n.a. 


n.a. 

25.0 


25.5 

26.8 


25.8 

Polşa 


14.0 

11.7 


24.0 

34.5 


38.4 

24.5 


Xorvatiya 

27.6 


18.5 

20.3 


21.9 

18.1 


21.3 

Orta ölçülü göstərici (Rusiya 

istisna olmaqla) 

38.4 


26.9 

35.6 


38.7 

39.2 


35.8 

Mənbə: Avropa Kredit Tədqiqatı İnstitutu, Rusiya Federasiyasının Mərkəzi Bankı 

  

 

 



 

 

 



 

Ev  təsərrüfatlarına  kreditlərin  artması  maliyyə  sabitliyi  ilə  bağlı  müəyyən  narahatlıqlar 

doğurur.  Ev  təsərrüfatlarına  kreditlər  bazarında  vaxtı  ötmüş  istehlak  kreditlərinin  nisbəti  (90 

gündən çox gecikdirilmiş) 2005-ci ilin dekabr ayında 26%-dən 2008-ci ilin dekabr ayında 31%-ə 

artmışdır.  Bu  halın  təsiri  yaxın  gələcəkdə  -  istehlak  kreditlərinin  33%-i  bir  ildən  az  müddətdə  

ödəniş müddəti bitəndə özünü biruzə verəcək.  

 

Eyni  zamanda,  pərakəndə  bank  xidmətləri  lazımi  dərəcədə  inkişaf  etməmişdir.  Fəaliyyətə 

yalnız  2007-ci  ildə  başlamış  Azərbaycanın  Əmanətlərin  Sığortalanması  Fondunun  (ADIF) 

hesablamalarına  görə onlar  yalnız  təxminən  1.1  milyon  cari  hesabı  əhatə  edir. Əhalinin  ümumi 

sayının  8  milyon  olduğunu  nəzərə  aldıqda,  bu  ölkədən  kənar  banklarda  hesablarının  olub-

olmamasından  asılı  olmayaraq  hər  səkkiz  azərbaycanlıdan  yeddisinin  Azərbaycanda  banklarda 

cari hesablara malik  olmadığını göstərir.  Azərbaycanın ən iri banklarının birinə əsasən, əhalinin 




 

13 


40%  banklaşmamış  qalır  və  xidmət  olunmayan  müştərilərin  əksər  hissəsi  kənd  ərazilərində 

müşahidə olunur. Cari hesablar maliyyə sektoruna daxil olan istehlakçılar üçün keçid məhsulları 

hesab  olunur.  Cari  hesabların  zəif  istifadə  edilməsi  ilə,  əhalinin  böyük  hissəsinə  maliyyə 

xidmətlərinə  çıxış  üçün  daxilolma  nöqtələri çatışmır.  Bundan  əlavə,  hətta  cari hesabları  olanlar 

bank  xidmətlərindən  tam  istifadə  etmir.  Mövcud  müştərilər  arasında  aparılmış  sorğuya  əsasən, 

Azərbaycan  Bank Tədris   Mərkəzi  aşkar  etmişdir  ki,  müştərilərin  böyük  faizi  yalnız  cari hesab 

xidmətindən  istifadə  edir  və  digər  göstərilən  bank  xidmətləri  haqqında  məlumatlı  deyil. 

Tədqiqatın nəticələrinə görə pərakəndə bank xidmətlərindən istifadənin artırılması üçün banklar 

tərəfindən daha yaxşı marketinqin həyata keçirilməsi – və xidmətlərin keyfiyyətinin artırılması –

tələb oluna bilər.  

 

Qiymətli  kağızlar  bazarında  pərakəndə  investisiyalar  da  çox  aşağı  səviyyədədir.  Qiymətli 

Kağızlar  üzrə  Dövlət  Komitəsi  sektorda  pərakəndə  investisiyaların  səviyyəsi  haqqında  statistik 

məlumatların  uçotunu  aparmır.  Mərkəzi  depozitar  qismində  fəaliyyət  göstərən  Milli  Depozit 

Mərkəzinin  hesablamalarına  əsasən,  təxminən  100.000  ev  təsərrüfatı  daha  öncə  Azərbaycanda 

həyata  keçirilmiş  özəlləşdirmə  nəticəsində  səhmlərə  malik  olmuşdur.  Lakin  səhmlər 

Azərbaycanın  qiymətli  kağızlar  bazarının  kiçik  hissəsini  təşkil  edir.  Bazarın  təxminən  95%-i 

hökumətin  qısamüddətli  alətlərinin  (qısamüddətli  dövlət  istiqrazları  və  AMB-nin  notları)  və 

əsasən korporativ investorlar tərəfindən saxlanılan məhdud sayda korporativ istiqrazların payına 

düşür.  

 

Həmçinin  pərakəndə  sığorta  bazarı  da  lazımi  səviyyədə  inkişaf  etməyib.  Üçüncü  tərəflər 

qarşısında  icbari  avtomobil  sığortası  və  kreditlər  üçün  tələb  olunan  sığortadan  başqa,  ev 

təsərrüfatları demək olar ki, şəxsi əmlakı sığortalamır və həyat sığortası bazarı Azərbaycanda hələ 

də yaradılmayıb. Maliyyə Nazirliyi nəzdində Dövlət Sığorta Nəzarəti Xidməti sığorta bazarında 

pərakəndə iştirakın statistikasını aparmır.  

 

Bununla  yanaşı,  pərakəndə  maliyyə  xidmətlərinin  genişləndirilməsi  üçün  dəyişikliklər 

sürətli şəkildə tətbiq olunmaqdadır. ABŞ Federal Milli İpoteka Assosiasiyasının (FMİA) oxşar 

proqramı çərçivəsində Azərbaycan İpoteka Fondu 25 illik təsbit olunmuş dərəcə ilə ev sahiblərinə 

ipoteka  kreditlərinin  verilməsinə  başlamışdır.  Bununla  belə,  heç  də  bütün  borcalanlar  ipoteka 

kreditlərinin şərtləri ilə bağlı məlumatlı olmaya bilərlər. Hazırlanmaqda olan təminatlı istiqrazlar 

üzrə qanunvericilik aktının layihəsinin çərçivəsində diqqət ipoteka kreditlərinin sekyuritizasiyası 

üçün  proqramın  formalaşdırılmasına  yönəlməkdədir.  “Subtandart  ipoteka  kreditləri”  ilə  bağlı 

ABŞ  təcrübəsi  istehlakçıların  güclü  müdafiəsivə  istehlakçının  borcunun  capital  bazarları 

vasitəsilə  sekyuritizasiyası  və  satılması  hallarında  maliyyə  təhsili  proqramlarının  əhəmiyyətini 

xüsusilə  qeyd  edir.  Eyni  zamanda,  qanunvericilik  aktında  pərakəndə  müştərilər  üçün  kollektiv 

investisiya  fondlarının  yaradılması  da  nəzərdə  tutulmaqdadır.  İnvestisiya  fondlarının  özəl 

investisiya  fondları  üçün  dəyərli  formanı  təmin  etdiyi  halda,  onlar  yüksək  maliyyə  təhsili 

səviyyəsinə ehtiyacı nəzərdə tutur. 

 

İstehlakçılar  tərəfindən  nəzarət  orqanlarına  verilən  şikayətlərin  sayı  istehlakçıların 

pərakəndə maliyyə xidmətlərində marağını – və maliyyə savadlılığının artırılması zərurətini 

göstərir. 2007-ci ildə, AMB istehlakçılardan şikayətləri qəbul etməyə başlayanda 1000-dən çox 

şikayət  təqdim  edilmişdir.  2008-ci  ildə  bu  göstərici  illik  3000-dən  çox  artmışdır.  Həmin 

şikayətlərin 80%-dən  çoxu  müştəriyə  kreditin,  xüsusilə  ipoteka  kreditinin  verilməməsi  ilə bağlı 

idi. Digər şikayətlərin əksəriyyəti kredit məsrəflərinin  hesablanması ilə bağlı  sorğulardan ibarət 

idi.  Yalnız  bir  neçə  şikayət  bank  və  müştəri  arasında  müqavilənin  icrası  ilə  bağlı  idi.  QKDK-ə 

daha  az  şikayət  təqdim  olunub  və  2007  və  2008-ci  ildə  təqdim  olunmuş  şikayətlərin  sayı 

təxminən 300 təşkil etmişdir (2006-cı ildə 400). Şirkətlərə qarşı ən çox verilən şikayətlər minimal 

dividendlərin  ödənilməsi,  qanunvericiliklə  tələb  olunan  altı  ay  müddətində  səhmdarların 

toplantısının  çağrılmaması  və  Mülki  Məcəllədə  nəzərdə  tutulan  minimal  məlumatların  (şirkətin 

nizamnaməsi və nominal səhmdarların siyahısı kimi) təqdim edilməməsi ilə bağlı idi.  




Yüklə 451,87 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə