Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri Quba. Aprel-May 1918-ci IL



Yüklə 4,49 Mb.
Pdf görüntüsü
səhifə102/112
tarix08.07.2018
ölçüsü4,49 Mb.
#54601
1   ...   98   99   100   101   102   103   104   105   ...   112

255
ayından  -  onun  sədri.  1918-ci  il  mart  ayında  bolşeviklərin  ali  hərbi-siyasi  orqanı 
– İnqilabı Müdafiə Komitəsinin üzvü. Bakıda 1918-ci il mart hadisələri günlərində 
Azərbaycan milli qüvvələrinə qarşı bolşevik-daşnakların mübarizəsini dəstəkləməklə 
yanaşı  şəhərin  dinc  müsəlman  əhalisinin  qırılması  və  qan  tökülməsinin  qarşısının 
alınması  üçün  müəyyən  fəaliyyət  göstərmişdir.  1918-ci  ilin  iyulunda  Bakıda 
Sovet  hakimiyyətinin  süqutundan  sonra  “Sentrokaspi”  hökuməti  tərəfindən  həbs 
edilmişdir. 20 sentyabr 1918-ci il tarixdə 26 Bakı Komissarları sırasında Zakaspinin 
eser hökuməti tərəfindən güllələnmişdir.
37
Əzizbəyov Məşədi Əzim bəy oğlu – (1876-1918) nəzərdə tutulur. Tanınmış 
inqilabçı,  bolşevik,  Bakı  komissarlarından  biri,  Bakıda  fəhlə-bənna  ailəsində 
doğulmuşdur. 1898-ci ildən RSDFP üzvü. 1905-1907-ci illər inqilabında fəal iştirak 
etmiş, “Hümmət” sosial-demokrat qrupunun rəhbərlərindən biri olmuşdur. 1917-ci 
ildə  Bakı  Sovetinin  üzvü.    Qafqaz  müsəlmanlarının  1-ci  qurultayının  (15-20  aprel 
1917-ci il, Bakı) iştirakçısı. 5 aprel 1917-ci ildə Bakı müsəlman sosialist partiyaları 
bürosunun sədri, 23 apreldən RSDFP (b) Bakı Komitəsinin təbliğatçılar və təşviqatçılar 
kollegiyasının  büro  üzvü.  Bakı  XKS-də  quberniya  komissarı  və  daxili  işlər  xalq 
komissarının  müavini,  1918-ci  ilin  may  ayından  Bakı  qəzasının  kəndli  deputatları 
Sovetinin  icraiyyə  komitəsinin  sədri.  Bakıda  Sovet  hakimiyyəti  yıxıldıqdan  sonra 
həbs edilmiş, digər komissarlarla birlikdə Bakıdan getməyə cəhd göstərmiş, 26 Bakı 
Komissarları sırasında Zakaspi eser hökuməti tərəfindən güllələnmişdir.
38
David Gelovanı nəzərdə tutulur.
39
İran  təbəələri,  etnik  türklər  -  azərbaycanlılar  nəzərdə  tutulur.  XIX  əsrin 
ortalarından başlayaraq İranın Azərbaycan vilayətlərindən kütləvi surətdə Qafqaza 
iş dalınca gəlirdilər.
40
Şəriət – islamda hüquqi, əxlaqi-etik və dini qanunlarının sistemləşdirilmiş 
toplusu, müsəlmanın davranışının, dini həyatının və hərəkətlərinin hüquqi normaları, 
prinsip və qaydaları kompleksi. Dini vəzifələrlə yanaşı dövlət, mülki, cinayət, ailə-
nigah,  vərəsəlik,  məhkəmə-hüquq  normalarını  təsbit  edir.  YII-XII  əsrlərdə-Xəlifət 
dövrü meydana gəlmiş və işlənib hazırlanmışdır. Quran, sünnə və fiqhə əsaslanır.   
41
Sünnilər  –  islamda  sünnilik,  sayca  ən  böyük  cərəyanın  ardıcılları,  şiələr 
kimi  monoteist  olub,  Allahı,  Quranı,  Məhəmməd  Peyğəmbəri  qəbul  edirlər,  lakin 
şiələrdən fərqli olaraq  xəlifətdə ali hakimiyyətin cəmiyyət tərəfindən seçilən xəlifəyə 
mənsub olmasını qəbul edirlər. Hüquqi qərarların prinsiplərində, dini bayramların 
xarakterində,  başqa  dinlərin  nümayəndələrinə  münasibətdə,  ibadətin  təfsilatında, 
mülki hüquqda və s. məsələlərdə şiələrlə ciddi fərqləri vardır. 
42
Şiələr – islamda şiəlik təliminin – sünniliklə yanaşı ikinci böyük cərəyanın 
ardıcılları.  Allahı,  Məhəmməd  peyğəmbəri,  Quranı,  sünnələrin  çoxunu  qəbul 
edirlər, lakin sünnilərdən fərqli olaraq müsəlman cəmiyyətində hakimiyyətin insan-
lar  tərəfindən  seçilən  xəlifələrə  deyil,  İmamlara  -  Peyğəmbərin  seçmə  varislərinə 
mənsub olduğunu hesab edir, Əli ibn Əbu Talibi və onun Fatimədən olan xələflərini 
Məhəmməd peyğəmbərin yeganə qanuni varisləri sayırlar.   
43
Təkinski  Məmməd  Xan  –  (1880-1938),  AXC  dövründə  dövlət  xadimi, 
hüquqşünas,  andlı  iclascı.  Milliyətcə  türkmən,  Axal-Təkə  qalasına  hücumdan  son-
ra,  1881-ci  ildə  Göytəpə  rayonunda  gedən  rüs-türkmən  döyüşləri  zamanı  rus  or-
dusunun  polkovniki  Ehsan  Xan  Naxçıvanski  tərəfindən  xilas  edilmiş  və  övlad-lığa 
Qeydlər


Quba. Aprel-may 1918-ci il. Müsəlman qırğınları sənədlərdə
256
götürülmüşdür.  1901-ci  ildə  1-ci  Tiflis  oğlanlar  gimnaziyasını  bitirmiş,  1901-1908-
ci  illərdə  fasilələrlə  Novorossiyski  Universitetinin  əvvəlcə  fizika-riyaziyyat,  sonra  isə 
hüquq fakültəsində oxumuşdur. Cənubi Qafqazın şəhərlərində, o cümlədən Bakıda 
məhkəmə  orqanlarında  işləmişdir.  Azərbaycan  cəmiyyətinin  kübar  dairələrinə  daxil 
idi. 1918-ci ilin sentyabrında andlı iclasçı kimi AXC hökuməti tərəfindən yaradılmış 
Fövqəladə  Təhqiqat  Komissiyasının  tərkibinə  daxil  edilmişdir.  FTK-nın  Bakı  və 
kəndlərində,  Şamaxıda  1918-ci  il  mart  hadisələrini  araşdıran  istintaq  qrupunda 
işləmişdir.  Ə.Xasməmmədov  müvəqqəti  olmadıqda  FTK  sədrinin  vəzifəsini  yerinə 
yetirmişdir. 29 yanvar - 10 oktyabr 1919-cu il tarixdə AXC-nin Ermənistanda diplomatik 
nümayəndəsi olmuşdur. 1919-cu ilin 11 oktyabr - 1920-ci il 28 aprel tarixinədək AXC 
Xarici İşlər nazirinin müavini olmuşdur. Azərbaycan sovetləşdirildikdən sonra, əvvəlcə 
Azərbaycan  SSR  XİXK-da  işləmiş,  1922-ci  ildən  Ədliyyə  XK  yanında  Müdafiəçilər 
Kollegiyasının üzvü olmuşdur, 1926-cı ildə onun tərkibindən çıxarılmışdır. Sovet dövlət 
idarələrində hüquq məsləhətçisi işləmişdir. 1937-ci il 18 noyabr tarixdə Az.DİXK Dövlət 
Təhlükəsizliyi  orqanları  tərəfindən  guya  əks-inqilabçı,  milli,  qiyamçı-terror  təşkilata 
mənsub olmaqda ittiham edilərək həbs olunmuşdur. Özünü müqəssir bilməmişdir. 
15 mart 1938-ci il tarixdə Az.SSR DİXK Xüsusi Üçlüyü tərəfindən ən yüksək cəzaya-
güllələnməyə  məhkum  edilmiş,  hökm  həmin  il  martın  21-dən  22-nə  keçən  gecə 
yerinə yetirilmişdir. 1955-ci ildə bəraət almışdır. 
44
Kluqe  Aleksandr  Yevgenyeviç  –  (1879-1919),  hüquqşünas,  kollec  ases-
soru, milliyyətcə alman, Novorossiyski universitetinin hüquq fakültəsini bitirmişdir, 
1903-1906-cı  illərdə  Tiflis  Məhkəmə  Palatasında  müxtəlif  vəzifələrdə,  1906-cı  ilin 
iyun ayından 1907-ci ilədək İrəvan Dairə Məhkəməsinin Aleksandropol şöbəsinin 
Barışdırıcı hakiminin köməkçisi işləmişdir. 1908-ci il yanvar-noyabr aylarında Alek-
sandropol  qəzasının  2-ci  istintaq  şöbəsinə,  Bambak  İstintaq-barışdırıcı  şöbəsinə 
rəhbərlik etmişdir. 1908-ci ilin noyabr ayının 17-də Vitebsk Dairə Məhkəməsinin 1-ci 
Poletski qəza şöbəsinin məhkəmə müstəntiqinin işlərinin icraçısı təyin edilmişdir. 8 
dekabr 1908-ci ildən ölümünə qədər Bakı dairə məhkəməsində prokuror köməkçisi 
işləmişdir. 1918-ci ilin iyul ayında AXC hökumətinin yaratdığı Fövqəladə Təhqiqat 
Komissiyasının  tərkibinə  daxil  edilmişdir.  Bakı  və  kəndlərində,  Şamaxıda  1918-
ci  ilin  mart  hadisələrini  araşdıran  istintaq  qrupunda  işləmişdir.  Ə.Xasməmmədov 
olmadıqda  FTK  sədrinin  vəzifəsini  yerinə  yetirmişdir.  İşlərin  azalması  ilə  əlaqədar 
olaraq 1919-cu ilin may ayının 8-də FTK üzvlüyündən azad edilmiş və Bakı Dairə 
Məhkəmə  Prokurorunun  köməkçisi  vəzifəsinə  qayıtmışdır.  28  oktyabr  1919-cu  il 
tarixdə Bakı şəhərində qarın yatalağı xəstəliyindən vəfat etmişdir.
45
Fövqəladə Təhqiqat Komissiyasına Quba şəhərinin bütün 4 məhəlləsinə 
dair əhaliyə dəymiş ziyanlar haqqında siyahılar təqdim edilmişdir.
46
Pasxa  -  xristianlarda  və  yəhudilərdə  qədim  dini  bayram.  İbadət  ilinin  ən 
mühüm  bayramı.  Xristianlarda  İsa  Məsihin  ölümü  və  dirilməsinin  yad  edilməsi 
kimi  qeyd  olunur.  Xristian  kilsələrində  bu  bayramın  keçirilməsi  vaxtı  ilə  əlaqədar 
mövcud  olan  ziddiyyətlər  nəticəsində  hər  il  ay-günəş  təqviminə  uyğun  olaraq 
müəyyənləşdirilir, bu da Pasxanı keçici bayram edir. Əsasən aprel ayının sonlarına 
düşür. Yəhudilərdə Pasxa (Pesax) İsrailin Misirdən çıxışı - Misir köləliyindən azadlığa 
çıxmağın yad edilməsi kimi qeyd edilir. Bu bayram yaz ayı nisanın (aprel) 14-cü günü 
başlayır və 7 gün İsraildə, 8 gün ondan xaricdə qeyd edilir.


Yüklə 4,49 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə