Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə4/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   2   3   4   5   6   7   8   9   ...   299

 

Azərbaycan  Cümhuriyyəti  Parlamentinin  çağırılması  ilə  əlaqədar  Azərbaycan  Milli  Şurası  adından,  onun 



sədri,  M. Ə. Rəsulzadənin  imzası  ilə  1918-ci  il  noyabr  ayının  29-da  Azərbaycan  və  rus  dillərində  "Bütün 

Azərbaycan  əhalisinə!"  Müraciətnaməsi  dərc  edilir.  Müraciətnamədə  deyilirdi:  "Vətəndaşlar!  Müharibə  və 

inqilab  zamanının  fövqəladə  əhvalını  nəzərə alaraq  tətil etmiş  olan  Azərbaycan  Şurai-Millisi  iqtizai-zaman  ilə 

təkrar  Azərbaycanın  paytaxtı  Bakıda  toplandı.  Şurai-Millinin  ən  əvvəl  qəbul  etdiyi  qanun  sırf  Azərbaycan 

müsəlmanlarına məxsus olan Şurai-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəkilə salmaq oldu. Bu ayın 

19-da  qəbul  etdiyi  qanunnaməyə  görə  Şurai-Milli  dekabrın  3-nə  qədər  120  əzalıq  bir  Məclisi-Məbusan 

(Parlament)  halına  gələcəkdir.  Bu  məclisə  azlıqda  qalan  millətlərdən  nümayəndələr  cəlb  olunduğu  kimi, 

məmləkətin  vilayətlərindən 

[12  -  13]

  də  vəkillər  çağırılmışdır.  Bu  surətlə  yığılacaq  məbusan  irəlidə  ümumi 

intixab  üsulu  ilə  Azərbaycan  Məclisi  Müəssisanı  yığışıncaya  qədər  yurdumuzun  sahibi  olacaq,  onun 

müqəddəratını həll, hökumətini təşkil və mənafeini müdafiə edəcək..."

Sənəddə  Azərbaycan  vətəndaşlarına  müraciətlə  deyilirdi  ki,  bizə  fəlakət  və  səfalətdən  başqa  bir  şey 



verməyən  ədavət  və  ixtilafı  bir  tərəfə  qoyaq.  Tarix  bizdən  asılı  olmayaraq  hamımızı  bir  yerdə  yaşamaq 

məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqtətlərini asanlıqla çəkmək üçün yaşayışımızı ağıl və 

insani əsaslar üzərində quraq, bir-birimizi sevək, ehtiram edək. "Bütün Azərbaycan vətəndaşları bilafərq millət 

və  məzhəb,  bir  vətənin  övladlarıdırlar.  Ümumi  vətəndə  müştərək  həyatlarını  qurmaq  və  bərabərlikdə  kəndi-

səadətlərini hazırlamaq üçün onlar bir-birlərinə əl uzatmalı və yardım etməlidirlər."

Müraciətnamədən də göründüyü kimi, Parlamentin açılışı 1918-ci il dekabrın 3-nə təyin olunmuşdu. Lakin 



Bakıda fəaliyyət göstərən rus və erməni Milli Şuraları əleyhinə olduqları Azərbaycan Parlamentinin açılmasına 

hərtərəfli mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş Müttəfiq qoşunlarının baş komandanı general Tomsondan 

istifadə  etməyə  çalışırlar.  General  Tomsonla  aparılan  danışıqlarla  əlaqədar  və  qəzalardan  bütün  deputatların 

Bakıya  gələ  bilməməsini  nəzərə  alaraq  Parlamentin  ilk  iclasının  açılışı  dekabrın  7-nə  keçirilir.  Həmin  gün 

gündüz  saat  birdə  H. Z. Tağıyevin  Nikolayev  küçəsində  yerləşən  keçmiş  qız  məktəbinin  binasında  müsəlman 

şərqində ilk parlamentin birinci iclası təntənəli şəraitdə açılır. Parlamenti açan Azərbaycan Milli Şurasının sədri 

M. Ə. Rəsulzadə böyük təbrik nitqi söyləyir. 

"Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, doktor Həsənbəy Ağayev 

isə  sədrin  birinci  müavini  seçilirlər.  Ə. Topçubaşov  bu  vaxt  İstanbulda  olduğu  üçün  Parlamentə  H. Ağayev 

sədrlik edir. 1919-cu ilin yanvarında Ə. Topçubaşov Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin 

başçısı təyin olunaraq Parisə getdiyi 

[13 - 14] 

üçün o, hətta 1920-ci ilin yanvarında yenidən parlamentin sədri 

seçilirsə də təəssüflər olsun ki, ona bir gün də olsun belə rəhbərlik etməmişdir. Parlamentin üç nəfərdən ibarət 

katibliyi də seçilir. Mehdi bəy Hacınski baş katib seçilir. 

Sonra Azərbaycan Cümhuriyyəti müvəqqəti hökumətinin sədri Fətəli Xan Xoyski öz hökumətinin fəaliyyəti 

haqqında hesabat verir və öz hökumətinin istefasını qəbul etməyi Parlamentdən xahiş edir. 

Parlament F. Xoyski hökumətinin istefasını qəbul edir. Parlamentin tapşırığı ilə sədrlik edən H. Ağayev yeni 

hökumətə rəhbərlik etməyi və yeni hökumət heyətinin tərkibini formalaşdırmağı yenə də F. Xoyskiyə tapşırır. 

Dekabrın  26-da  Fətəli  Xan  hökumət  proqramı  və  hökumətin  tərkibi  barədə  parlamentdə  məruzə  edir.  Geniş 

müzakirələrdən sonra Parlament F. Xoyski hökumətinin proqramını bəyənir və yeni hökumətin tərkibinə etimad 

göstərir. 

Parlamentin açılış və fəaliyyəti ilə əlaqədar mühüm bir məsələyə də xüsusi diqqət yetirməliyik. Bu da ondan 

ibarətdir  ki,  Parlament  haqqında  qanunda  erməni  nümayəndələri  üçün  21  yer,  rus  nümayəndələri  üçün  isə  10 

yer,  həmkarlar  ittifaqı  nümayəndələri  üçün  3  yer  ayrıldığına  baxmayaraq  onlar  Azərbaycan  Parlamentinin  ilk 

iclasının açılışında iştirak etmirlər. 

Belə  ki,  Bakı  Rus  Milli  Şurası  Azərbaycandakı  rus  əhalisi  adından  danışmaq  üçün  heç  bir  mənəvi  hüququ 

olmadığı  halda  Parlamentdə  iştirak  etməmək  haqqında  qərar  qəbul  edir.  Onlar  sübut  etməyə  çalırlar  ki, 

Azərbaycan  öz  müstəqilliyini  elan  etməkdə  "Vahid  və  bölünməz  Rusiya"  ideyasına  xilaf  çıxmışdı.  Guya  Rus 

Milli Şurasının Parlament və hökumətdə iştirakı "Azərbaycanın Rusiyadan ayrılması faktının tanınması" demək 

olardı və bu da Azərbaycanın beynəlxalq aləmdə tanınması işini asanlaşdırırdı.

Rus Milli Şurasının qəbul etdiyin qərar Azərbaycan parlamentinin çağırılması və orada öz nümayəndələrinin 



iştirakını  müdafiə  edən  rus  əhalisinin  fikrini  əks  etdirmirdi.  Belə  ki,  Bakıda  fəaliyyət  göstərən  "Rus-slavyan 

Cəmiyyəti"  Azərbaycan  Milli  Şurasının  sədri  M. Ə. Rəsulzadəyə  müraciət 

[14  -  15]

  edərək  həmin  cəmiyyətin 

nümayəndələrinin  Azərbaycanda  "ümumi  dövlət  quruculuğu  işlərində  iştirak  etmək  üçün  onların"  Parlamentə 

daxil olmalarına razılıq verməyi xahiş edirlər.

                                                 



2

 

ARDA: f.895, siy.1, iş 25, vər.3,4,5. 



3

 Yenə orada. 

1

 ARDA: f.895, siy.3, iş 7, vər.29. 



2

 Azərbayçan" qəz. 6 dekab, 1918. 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə