Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə17/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   13   14   15   16   17   18   19   20   ...   334

39 

 

komisyonlar nakaz üzrə intixab edilir. Bir fraksiyondan bir nümayəndə çıxmışsa o 



parlaman intixab edir. İstefa verən bəyanat verər. Bir fraksiyanın ki nümayəndəsi 

bir komisyondan getmiş, deyə ki, yerinə başqa adam verirəm, mənən düz olursan 

da   şəkil etibarilə olmaz. 

Sədr - Bu barədə daha danışan yoxdur. Onda məsələ qalır gələn səfərə. 

Səslər - Qalsın gələn səfərə, namizəd qoyarıq. 

Sədr  -  Hələ  məclis  qapanmayıb.  İntixab  qaydasilə  baxılacaq.  Qalır  gələn 

səfərə.  Bir  məsələ  də  var.  Sosialistlər  hökumətə  bir  sual  vermişlər.  Bu  günkü 

proqramda  da  var  idi.  Ancaq  kanselyariyadan  məlum  oldu  ki,  hökumətə  xəbər 

verilməmişdir.  Ona  görə  bu  gün  müzakirə  olmayacaq.  Qalır  gələn  səfərə.  Məslis 

qapanır. 

İclas saat 3-10 dəqiqədə qapanır.    Arxiv, F. 895, siy. 1, iş 135. vər. 1-30.    

  

№69 



Altmış doqquzuncu iclas 

28   avqust   1919-cu   il 

  

Sədr - Sultan Məcid Qənizadə. Katib - Əhməd Cövdət. 



İclas saat 12-də açılır. 

Sədr  -  Məclisi-Məbusan  açılır.  Müzakireyi-yomiyyə  oxunacaq,  qulaq 

asınız. 

Katib - (oxuyur). Bugünkü ruznameyi-müzakirat böylədir: 

1  —  Azərbaycan  hökumət  bankı  təşkili  haqqında  qanun  layihəsi;  2  — 

Azərbaycan  hökümət  darülfünunu  təşkili  haqqında  qanun  layihəsi.  2-ci  qiraət. 

Məruzəçi  -  M.  B.  Hacınski;  3  —  Əcnəbi  məmləkətlərinə  100  nəfər  tələbələrin 

hökumət  xərci  ilə  göndərilməsi  haqqında.  Məruzəçi  -  Pepinov;  4  —  Xalq 

kitabxanaları üçün kitab alınmaqdan ötəri bir milyon manat buraxılması haqqında. 

Məruzəçi  -  Peninov;  5  —  Sosialistlər  fraksiyasının  hökömətə  sualı;  6  —  spirt 

məhsulatından  alınan  aksiz  vergisi  miqdarlarının  təzyidi  haqqında.  Məruzəçi  - 

Ağabəyov;  7  — Tövcü  vergisinin artırılması ilə  bərabər  torpaq,  gəlir  və məxaric 

smetasının və topraq vergisi miqdarlarının təmdidi haqqında. Məruzəçi -Ağabəyov; 

8  —  Ümumi  əyləncəxana  və  tamaşaxana  yerlərindən  alınan  müvəqqəti  vergi, 

"naloq"un hökumət məbaliğ müstəfizəsinə idxalı haqqında. Məruzəçi - Ağabəyov; 

9  —  Həmin  sənə  üçün  İrəvan  ümuri-xeyriyyə    naziri  vəkilinin  maaşı  və  onun 

idarəsi  məsarifatı  üçün  məzkur  nazirə  177000  manat  kredit  açılması  haqqında. 

Məruzəçi  -  Ağabəyov;  10  —  Şəhadətnaməsiz  olan  içki  ticarətindən  alınan 

cərimələrin qüvvələnməyi haqqında. Məruzəçi - M. B. Hacınski; 11 — Azərbaycan 

Cümhuriyyəti  ümuri-xeyriyyə  nəzarətinin  ştat  siyahısı  və  maaşlarının  təzyidi 

haqqında qanun layihəsi. Məruzəçi -Vəkilov Mustafa; 12 — Bakı Xəzinə Palatası 



40 

 

müdir müavinliyi  vəzifəsinin  ləğvi  haqqında.  Məruzəçi  - Muxtar  Əfəndizadə;  13 



—  Tağma  rüsumatı  qanunnaməsinin  bəzi  maddələrinin  təbdili  və  rüsum 

miqdarlarının  təzyidi  haqqında.  Məruzəçi  -  Rüstəmbəyov;  14  —  Nəşr  elan 

haqqında;  15  —  Fabrika  inspeksiyasına  dair  qəvaidin  təbdili  haqqında;      16  —     

Maliyyə  şurası  haqqında;  17  —  Topraq  məsələsi.  Məruzəçi  -  Ağamalov;  18  — 

Məhkəməyi-hərbiyyə  qanununun  10-cu  maddəsinin  təğyiri  haqqında  -  M.  B. 

Hacınski;  19  —  Azərbaycan  ilə  Ermənistan  arasında  bağlanmış  tücari 

müahidənamə; 20  — 

Azərbaycandan  xaricə  çıxarılan  spirt  içkilərindən  üzüm 

şərabı və pivə istisnadır. Alınan gömrük vergisinin miqdarları haqqında. Məruzəçi 

-  Əmircanov;  21  —  Balıq  və  balıq  məhsulu  ixracı  vergisinin  təbdili  haqqında. 

Məruzəçi—Əmircanov; 22 — Maliyyə nəzarəti idarəsi cümbündə qeyri hissə əşya 

vergilərinin  "Naqladnoy  sbor"  və  inhisar  şöbəsi  təsisi  haqqında.  Məruzəçi  - 

Əmircanov; 23 — Vergi müdiriyyətləri hissələrindən qapıçı tutulması üçün sənəvi 

əlavə olaraq 70200 rüblə təshih edilməsi haqqında. Məruzəçi - Əmircanov; Daxil 

olmuş kağızlar: o cümlədən: a) Azərbaycan cümhuriyyətində ərazi təşkilatları təsisi 

haqqında  qanun  layihəsi;  b)  23  iyulda  qəbul  edilmiş  qanunun  mərkəzi  dəniz 

tibbiyyə  stasyonu  məmurlarına  iadə  olunması  haqqında;  v)  Şuşa  şəhərində  müftə 

olaraq bir hökumət xəstəxanası güşadi. 

Bunlardan Azərbaycan Cümhuriyyətində ərazi təşkilatları təsisi haqqında 

olan  qanun  layihəsi  verilir:  Ləvayehi  qanuniyyə  komisyonuna.  23  iyulda  qəbul 

edilmiş  qanunun  mərkəzi  dəniz  tibbiyyə  stasionu  məmurlarına  idarə  olunması 

haqqında olan qanunda ləvayehi-qanuniyyə verilir. Şuşa şəhərində müftə olaraq bir 

hökumət  xəstəxanası  güşadi  haqqında  olan  qanun  layihəsi  də  verilir  ləvayehi-

qanuniyyə komisyonuna. 

Sədr  -  Əvvəlinci  məsələ  Azərbaycan  hökumət  bankı  təşkili  haqqında 

qanun layihəsinin ikinci qiraəti. Məruzəçi Ağabəyov. 

Katib - (Layihəni oxuyur). 

Sədr - Bu barədə danışan varsa buyursun. Danışan yoxdur. Ona görə səsə 

qoyuram. Hər kəs bu əvvəlinci maddə tərəfdarıdırsa, əlini qaldırsın. (Əllər qalxır). 

Kim  əleyhinədir?  Kim  səs  verməyib?  (Əllər  qalxır).  35  səs  ilə  keçir.  Altısı  səs 

verməyib. 35 tərəfdardır. Əleyhinə yoxdur. 

Katib (Bayram Niyazi əfəndi) - İkinci maddəni oxuyur. 

Sədr  -  Danışan  varmı,  səsə  qoyuram.  Kim  maddənin  tərəfdarıdır,  Rica 

edirəm əlini qaldırsın. Maddə müttəhidin rəyi qəbul edilir. 

Əhməd bəy Pepinov - Müsaidə ediniz. 

Sədr - Əhməd bəy, buyurunuz. 

Əhməd  Cövdət  -  Keçən  islasların  birində  qət  olundu  ki,  banka  aid  olan 

layiheyi-qanuniyyə  maddəbəmaddə  oxunmadan  əvvəl  maliyyə  naziri  tərəfindən 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə