Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə56/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   52   53   54   55   56   57   58   59   ...   334

126 

 

lakin bu məktəbi bitirənlər üçün pedaqoji kursuna keçməyə bir rabitə yox idi. Buna 



görə  biz  qəti  etdik  ki,  bu  məktəblərin  kursu  Marinski  kursunun  məktəbi  ilə 

bərabərləşsin. Bu məktəbdə bir - iki il dərs oxunur. Bir ildə təcrübə dərsi vermək, 

bəzi  tikiş  üsulla  tədrisi  dərsi  verilir.  Oranı  qurtaran  qızların  payına  elmi  də 

ibtidaiyyə  ilə  qalır;  onların  darülfünuna  girməyə  qüvvələri olmayır,  buna  görə  də 

mən  rəy  verə  bilmərəm.  Qarayev  deyir  ki,  darülfünun  hamısı  üçün  açıqdır.  Düz 

deyildir.  Hər  kəsin  özünə  deyil  bəlkə  ora  daxil  olmağa  lazımi  qədər  elmi  olanlar 

üçün.  Qaldı  ki,  Camalbəyov  deyir  ki,  darülmüəllimin  bitirmişlər  və  sənədləri 

əllərində olmayanlar da bura daxil olsun. Və, ora girmək üçün dil lazım deyil və 

darülfünunu  qurtarandan  sonra  ancaq  imtahan  verirlər.  Doğrudur,  müəllimlər 

arasında çox istedad sahibi var ancaq ola bilməz ki, orada bir kurs dil bilənlər üçün, 

bir kurs da bilməyənlər üçün açılsın: ona görə onlar üçün çox çətin olar. Ola bilər 

ki, realnı  və  gimnaziyaya  natamam  buraxmışlar darülfünuna  daxil  olsunlar,  lakin 

seminariya qurtarmamış müəllim və müəllimələr daxil olmaq istəsələr isə kənarda 

hazırlanıb ora ancaq könüllü surətdə daxil ola bilərlər. Sədr - Malxazov. Malxazov 

- Rusca. Sədr - Ağamalı oğlu. 

Səmədağa  -  Bu  imdisə  danışan  natiq  əfəndinin  sözünə  fikir  verəndə 

deyəsən  lap  əqilli  çıxır.  Əgər  bir  adam  işin  qabağını hazırlamayıbsa,  dalısını heç 

apara bilməz. Bunada biz etiraz etmərik. Birsə şey  var, imtahan barəsində. Ancaq 

Malxazov  və  Qəniyev  bircə  şeyi  unudurlar  ki,  onu  da  mən  yada  salmaq  istərəm. 

Onların sözündən belə çıxır ki, yeddinci klası bir sərhəd qoyulubdur. Mən deyirəm 

ki, o, öylə bir sərhəd deyil ki, onu pozmaq olmasın. Yəni 6-cı klassdan universitetə 

keçə bilməsin. Malxazov öylə deyir ki, guya yeddinci klas qurtarmayanın beynində 

öylə nöqsanlar var ki, darülfünuna keçməyə heç bir qüvvəsi olmaz. Amma burada 

böyük  səhv  var.  Çünkü,  çox  böyük  adamlar  var  ki,  heç  əməlli  oxumayıblar. 

Məsələn məşhur Belinski heç yaxşı atmetika ala bilməzdi. 

Bir adam klassdan klassa adladıqsa məlum olur ki, onun beynində öylə bir 

hazırlıq  intellekt  əmələ  gəlir  ki,  o  darülfünuna  girməyə  layiq  olur.  Universitet 

qabağında  güc  tapa  bilir.  Oxumaq,  kursa  qurtarmaq  bu  deyildir  ki,  insan 

oxuduğunu  hamısını  yadında  saxlasın.  Burada  oturan  yuristlər,  doktorların 

hangisini imtahan eyləsən, heç nol da ala bilməz. 

Yerdən səslər: - Zimələyir necə? 

Ağamalı oğlu - Dəvamla zimələyirlər və hətta öyləcədir. Bundan o çıxmaz 

ki, onun qabiliyyəti yoxdur. Xırda şeylər onun yadından çıxsa da, əsl böyük şeylər 

onun  yadındadır.  İntellekt  hazırdır.  Bir  şeyi  də  yadınıza  salmaq  istəyirəm  ki, 

keçmiş Rusiyada darülfünuna girmək üçün böyük və çətin imtahanlar qoyurdular. 

Səbəbi  bu  idi  ki,  universitetə  az  adam  girsin,  oxuyan  az  olsun.  Məktəblər  qapalı 

qalsın. Cəmaət oxumasın, əvam olsun. Nikolay hökuməti öz bildiyini eyləsin. Bu 

imtahanı  onun  üçün  tuturdular  ki,  oxumaq  istəyənlərin  qabağını  ondan  ötrü 




127 

 

alırdılar ki, Rusiyada hər nə qədər oxumuş əqilli az olsa hökumətin faidəsi necə ki, 



axırda onlarda elan verdilər ki, gərək imtahan olmasın. Çünkü onlar məktəbə lazım 

olmayan  imtahan  qoyurdular.  Oxumuş  adama  ehtiyacları  olanda  o  saat  imtahanı 

götürürdülər.  O  imtahanı  siz  özünüz  bilirsiniz.  Bu  imtahana  Rusiyanın  nə  qədər 

açıq  fikirli  adamları  var  isə  hamısı  zidd  idi.  Bunu  Malxazov  bilir,  çünkü 

danışığından  görünür  ki,  oxumuş  adamdır.  Bu  yaxınlarda  Rusiyanın  bir  yaman 

ministri  qərar  qoymuşdu  ki,  məktəblərdə  imtahan  olmasın.  Haçanki  Rusiyada 

hökumət əleyhinə işləyənlər çoxalırdı, deyirdilər oxumaq ziyan gətirir, gərək bütün 

kitabları yandıraq. O vaxt imtahanları möhkəm edirdilər. Uşaqlar içində də eyləsi 

olurdu ki, istedadı, qabiliyyəti var, ya qorxudan, ya başqa bir səbəbdən imtahandan 

kəsilirdi.  Amma  hamı  bilirdi  ki,  bu  uşaq  intenlekt  hazırdır,  bilir.  Universitetə  də 

girə bilər. İndi, onu deyirəm, biz istəyirik bu saat Azərbaycanda oxuyan çox olsun. 

Ona görə də darülfünunun qapısı gərək açıq olsun. Öylə adamlar oraya gedəcək ki, 

inşallah işi hazırdır. Və, onu da bilir ki, oradan bir nəf apara bilər. Əgər gördü ki 

oxuya  bilməyir,  oradakı  elmləri  qanmayır,  o  adam  özü  gedəcək.  Necəki 

darülfünunun qapısı girmək üçün üzünə açıqdır, öylədə çıxmaq üçün açıqdır. Daha 

bundan  nə  üçün  qorxaq  ki,  7-ci,  səkkizinci  klassdan  çıxanların  darülfünuna 

girməyə ləyaqəti yoxdur. Dediyim bu fikirlərə görə deyirəm ki, gərək darülfünunun 

qapısı hamının üzünə açıq olsun. Və o formulanı ki, Əhməd yoldaşım verdi qəbul 

olunsun. Bu olmasa deyəsən universitet axsayacaq. 

Rəis  -  Söz  Ağa  Aşurovundur.  Müsaidə  veriniz.  Təklif  var,  natiqlərin 

siyahisi qət edilsin. Aşurov ilə Malxazov yazılmışdır. Əhməd bəy də rica edir ona 

da  söz  verilsin.  (Səslər:  Gecdir,  gecdir).  Təklifə  etiraz  yoxdur?  (səslər:  Yoxdur) 

Təklifə  etiraz  yox  isə,  qəbul  edilir.  Natiqlərin  siyahisi  qət  edilir.  Söz  Ağa 

Aşurovundur. 

Ağa  Aşurov  -  Əhməd  bəy  buyuran  əsaslı  şeydi,  Malxazov  buyuran  da 

əsaslıdır.  Ancaq  həqiqət  bunların  ikisinin  arasındadır.  O,  düzdür  ki,  istibdad 

zamanında oxumaq olmayırdı. (Səslər: Qoymayırdılar, olmayırdı). 

Rəis  -  Rica  edirəm  danışmayın,  rica  edirəm  natiqə  mane  olmayın. 

(Aşurova). Rica edirəm nitqinizə dəvam edəsiniz. 

Aşurov  (dəvamla)  -  O  da  düzdür  ki,  rus  dilindən  ötəri  çoxu  soçinəniyə 

yaza  bilməyib  məktəblərdən  çıxırdılar.  Bu  bizim  nöqsanımızdır.  Buna  görə 

şagirdlərimiz  universitetə  girə  bilmirdilər.  Amma  bizim  universitet  açmaqda 

fikrimiz  bu  olubdu  ki,  diplomlu  adamlar  buraxaq,  diplomu gərək  bilikli  adamlara 

verək. Diplom alanlar bir şey bilsinlər, oxuduqları dərsi başa düşsünlər. Hər halda 

diplomu  almaq  qabiliyyəti  olsun.  Bunun  üçün  hangi  məktəbin  6-cı,  7-ci 

klasslarından çıxanları, ya Aleksandrinski məktəbin kursundan qurtarmışları daxil 

eyləməyi qət eləmək olmaz. Biz ancaq bir arzu edə bilərik nəzarət, ya darülfünun 

komisyonu,  əlbəttə  darülfünun  komisyonu,  ya  hökumət,  ancaq  rus  dilini  əgər 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə