Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə12/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   8   9   10   11   12   13   14   15   ...   278

22 

 

 



 

maraqları nəzərə alınırdı (39). Bundan baĢqa, ingilislər belə bir strateji amili əsas götürürdülər ki, nəticə etibarı ilə hər Ģey Türkiyənin dünya müharibəsində məğlub olacağına dəlalət 

edirdi və onlar "yerli" müttəfiqlərinə görə daha çox qan axıtmaq istəmirdilər. 

Bu arada, türk hərbi komandanlığı Bakıya gedən yolda əhəmiyyətli qüvvə toplamıĢdı (ümumi sayı 40 top və 10 000 süngü olmaqla 5-ci və 15-ci diviziyaların tam olmayan 

tərkibi) (40). Ġlkin artilleriya  hazırlığından sonra, sentyabr ayının 14-ü səhər tezdən türk qoĢunları hücuma  keçdilər və gün ərzində Ģəhərin kənarlarını tutdular. Həmin gün axĢam 

ingilislər dəniz vasitəsilə Bakıdan Ənzəliyə evakuasi-ya olundular, sentyabr ayının 15-i səhər tezdən Qafqaz Ġslam Ordusu Ģəhərə daxil oldu. Sentyabr ayının 17-də milli hökumət 

Gəncədən Bakıya köçdü. 

Bu zaman bu hadisələrə paralel olaraq Bakı ətrafında həm də gərgin diplomatik mübarizə gedirdi. Hələ 1918-ci ilin avqust ayının 27-də sovet hökuməti Almaniya ilə Brest-

Litovsk saziĢinə əlavə razılaĢma imzaladı, bu razılaĢmaya əsasən almanlar Qafqazda hər hansı üçüncü dövləti müdafiə etməmək və Bakıda istehsal olunan neft və neft məhsullarının 

dörddə biri müqabilində türkləri buraya buraxmamağı öhdəliklərinə götürürdülər (41). Amma dünya müharibəsi cəbhələrində baĢ verən hadisələrə görə bu razılaĢma kağız üzərində 

qalmıĢ oldu. Öz növbəsində, türk qoĢunlarının Bakını tutması sovet hökumətinin kəskin etirazına səbəb oldu, bu 1918-ci il 20 sentyabr tarixində Türkiyəyə təqdim olunmuĢ notada 

öz əksini tapdı, bu notaya görə Türkiyə  faktiki olaraq qüvvədən düĢmüĢ olan Brest-Litovsk müqaviləsini kobud Ģəkildə pozmaqda günahlandırılırdı (42).  Sentyabr ayında analoji 

nota alman hökumətinə göndərildi, bu notada almanlar 1918-ci il 27 avqust razılaĢmasını yerinə yetirməməyə görə qınanılırdı. Haqqında söhbət gedən razılaĢmanın 14-cü bəndinə 

görə, almanlar "türk qoĢunlarının Kür çayından о tərəfə geri oturdulması üçün ölçü götürməli idilər" (43). 

Bakını  tutduqdan  sonra  türk  qoĢunları  Xəzərin  qərb  sahili  boyunca  hücumu  davam  etdirərək  Dağıstana  daxil  oldular.  Oktyabr  ayı  ərzində  dəniz  vasitəsilə  ġimali  Ġrana, 

ingilislərin yanına qaçan L.Biçeraxovun kazak dəstəsini sıxıĢdıraraq ardıcıl olaraq Dərbənd, sonra isə Port-Petrovski tutdular (44). Amma Birinci Dünya müharibəsində məğlub olan 

Türkiyə 1918-ci il oktyabr ayının 30-da ingilis "Aqamemnon" kreyserində imzalanmıĢ Mondros barıĢığının Ģərtlərinə əsasən tezliklə öz qoĢunlarını bütün Qafqazdan, о cümlədən 

Bakı və Batumdan çıxarmağa məcbur oldu. Çox maraqlıdır ki, hələ 1918-ci ilin oktyabr ayının əvvəlində sovet hökuməti Antanta və Türkiyə arasında Bakının "onun əlinə verilməsi" 

ilə bağlı məxfi razılaĢmanın mövcudluğundan Ģübhələnirdi (45). 1918-ci il noyabr ayının 16-da ingilis-fransız eskadrası Qara dənizə daxil oldu, noyabr ayının 17-də isə Ənzəlidən 

ġimali Persiyaya ingilis qoĢunlarının  komandanı, general-mayor V.M.Tomson baĢda olmaqla 39-cu piyada briqadası (cəmi 1000 nəfər Britaniya və 800 nəfər Hindistan əsgər və 

zabiti) yenidən dəniz vasitəsilə Bakıya gəldi. Bakıya yola düĢməzdən əvvəl müttəfiq dövlətlərin mövqeyini ifadə edən general bəyanatla çıxıĢ etdi, burada xüsusilə qeyd olunurdu ki, 

"Bakı neft mədənləri ilə birlikdə iĢğal olunacaq, amma ölkənin qalan hissəsi Azərbaycan hökuməti və onun qoĢunlarının nəzarəti altında qalacaqdır" (46). 

Səciyyəvidir ki, özünün ilk bəyannamələrində V.M.Tomson birmənalı Ģəkildə qeyd edirdi ki, müttəfiq qoĢunlar "Rusiya torpağında"dırlar və onlar "Qara və Xəzər dənizləri 

arasında yerləĢən bu Rusiya ərazisində ümumi təhlükəsizliyi bərqərar etmək üçün" Qafqaza gəlmiĢlər (47). Ġngilis generalının müraciətində qeyd edildiyi kimi, qarĢıdan gələn sülh 

konfransı bu ərazi ilə bağlı bütün məsələləri həll edərək yekun qərar qəbul edəcəkdir (48).Yerli hökumətə gəldikdə isə, ona elan olunmuĢdu ki, Paris sülh konfransında Azərbaycan 

millətlərin öz müqəddəratını təyin etmək prinsipi ilə bağlı müzakirədən çıxarılmayacaqdır" (49). 

Güney Qafqazın digər Ģəhərləri - Batum, Tiflis, Gəncə, Naxçıvan, ġuĢa və baĢqaları ingilis qoĢunları tərəfindən tutulandan sonra ingilislər bu regionda öz hərbi güclərini 

artırmağa xüsusi diqqət yetirirdilər. Donanmalarını cəmləĢdirdikləri Batum Ģəhəri ingilis qoĢunlarının Qafqazdakı əsas bazası idi və məhz bu liman vasitəsilə Bakı nefti qərbə nəql 

olunurdu. Ümumilikdə isə 1918-ci ilin sonunda Ġngiltərə  Zaqafqaziyada 20 000 nəfərlik qoĢun qruplaĢmaları saxlayırdı. Təsadüfi deyildir ki, U.Çörçillin hərbi nazir kimi verdiyi 

sənədlərdən ən birinciləri arasın- da 1919-cu il fevral ayının 14-də imperiya BaĢ Qərargahının rəisi Henri Vilsona göndərdiyi məktub var idi, bu məktubda hərbi nazir "Bakı-Batum 

yoluna nəzarət edən ingilis hərbi qüvvələrinin, habelə Xəzər dənizi sahillərinə nəzarət edən ingilis hərbi-dəniz qüvvələrinin həqiqi rolunun hazırda nədən ibarət" olması ilə bağlı ona 

məlumat göndərilməsini tələb edirdi (50). 

Ümumilikdə U.Çörçill Gənubi Qafqazın iĢğalının hərbi-strateji əhəmiyyətini yüksək qiymətləndirirdi. "Britaniya qoĢunları Batuma çıxaraq tez bir zamanda Qara dənizdən 

Xəzər  dənizinə  qədər  uzanan,  baĢqa  sözlə,  Bakıya  qədər  olan  Qafqaz  dəmiryolunu  ələ  keçirdilər.  Onlar  gəmilərin  donanmasını  təĢkil  etdilər,  bu  donanma  tezliklə  onlara  Xəzər 

dənizində üstünlük verdi. Britaniya qoĢunları dünyada ən iri strateji xəttlərdən birini ələ keçirmiĢ oldular" (51). 

Xəzər hərbi donanması və 150-yə qədər ticarət gəmisini özünə tabe edən ingilislər təcili olaraq Xəzərdə öz hərbi dəniz qüvvələrini yaratmağa baĢladılar. 1919-cu il yanvar 

ayının 13-də Çeçen adasında yerləĢən (Dağıstan sahillərində) Port-Petrovsk Ģəhərini ələ keçirdikdən sonra ingilislər burada özlərinin hərbi-dəniz bazalarını yaratdılar. Artıq 1919-cu 

ilin yazında sovet kəĢfiyyatının məlumatlarına əsasən ingilislərin Xəzərdə 18 iri hərbi dəniz vahidi (onlardan 5-i köməkçi kreyser və 4-ü topçu qayıqları) var idi (52). 

Beləliklə, üçüncü cəhddən sonra (XVIII əsrin 30-40-cı illəri və XIX əsrin əvvəlləri) Ġngiltərə Xəzərdə hərbi-dəniz mövcudiyyətini təmin etmiĢ oldu. 

Bakı-Krasnovodsk-Ənzəli  üçbucağı  üzərində  nəzarətin  yaradılması  ingilislərin  tam  hərbi-strateji  üstünlükləri  olmaqla  bütün  Xəzər  dənizi  akvatoriyası  üzərində  tam 

hökmranlığın  əldə  olunması  ilə  bağlı  ümidlərini  reallığa  çevirirdi.  Bu,  ingilislərə  dəniz  vasitəsilə  Denikin  və  Kolçakın  ağqvardiya  qoĢunlarını  hərbi  sursat  və  neft  məhsulları  ilə 



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə