Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə58/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   ...   54   55   56   57   58   59   60   61   ...   278

84 

 

 



 

sonra  Almaniyanın  Transqafqazda  tək  baĢına  söz  sahibi  olmaya  çalıĢmasında  ermənilər  müəyyənləĢdirici  bir  faktor  ola  bilməmiĢdilər.  Bir  digər  Transqafqaz  xalqı  olan 

azərbaycanlıların müsəlman olması və bəzi azərbaycanlı milliyyətçilərin Osmanlı dövləti ilə aralarında sərhədləri qaldırıb birləĢmək istəmələri, bolĢevik  inqilabından sonra Osmanlı 

dövlətindən müstəqil olaraq Qafqaz siyasətini icra  etməyə çalıĢan Almaniya üçün bir risk faktoru olmuĢdu. 

 

Brest-Litovsk müqaviləsi və Transqafqaz 

 

BolĢeviklər, "azadlıq, çörək və sülh" Ģüarları ilə inqilabı həyata keçirdikdən sonra, "ilhaqsız və təzminatsız" bir sülh ilə müharibədən çəkiləcəklərini elan etmiĢdilər. Bunun 



üzərinə  bolĢevik  Rusiya  ilə  Ġttifaq  dövlətləri  arasında  15  dekabr  1917-ci  ildə  Brest-Litovskda  sülh  görüĢmələri  baĢladı  (9).  Brest-Litovsk  sülh  görüĢmələrində  Transqafqazı 

maraqlandıran əhəmiyyətli iki məsələ vardı: Biri "əlviyə-i səlasə" məsələsi (10), digəri isə Qafqaz müsəlmanlarının müstəqilliyi məsələsi idi. 

 

 

"Əlviyə-i səlasə" məsələsi 



 

Brest-Litovsk  sülh  görüĢmələri  baĢlamadan  iki  gün  əvvəl  Osmanlı  hərbi  naziri  Ənvər  PaĢa,  Almaniyanın  Ġstanbuldaki  hərbi  attaĢesindən  sülh  görüĢmələri  zamanı 

Almaniyanın Osmanlı dövlətinin tələblərinə yardım etməsini istədi. Osmanlı dövlətinin tələbi, Qafqazdakı sərhədinin 1877-1878 Osmanlı-Rusiya hərbinin əvvəlindəki sərhəd olaraq 

müəyyənləĢməsi  idi.  Bu  tələb,  Osmanlı  dövlətinin  əlviyə  -i  səlasə  (üç  vilayət)  deyə  adlandırdığı  və  1878-ci  il  Berlin  müqaviləsi  ilə  müharibə  təzminatı  qarĢılığı  olaraq  Rusiya 

çarlığına buraxdığı Qars, Ərdəhan və Batum vilayətlərini əhatə edən bölgənin Osmanlı dövlətinə geri verilməsi mənasına gəlirdi. Buna səbəb olaraq Ənvər PaĢa, Ġttifaq dövlətləri 

arasında  torpaqları  iĢğal  altında  olan  tək  dövlətin  Osmanlı  dövləti  olduğunu  və  tələb  ettiği  bu  bölgələrdə  müsəlman  əhalinin  çox  olmasını  göstərirdi.  Təbii  ki  Ənvər  PaĢanın  bu 

tələblərinin  arxasında  əhəmiyyətli  bir  səbəb  daha  var  idi:  O  da  Osmanlı  hökumətindəki  yerini  gücləndirməkdi.  Ənvər  PaĢa,  Osmanlı  dövlətinə  istədiyi  bu  torpaqları  qataraq 

hökumətdəki yoldaĢlarına, tərəfdarı olduğu müttəfiq Almaniyanın, Osmanlı dövlətinə torpaq əldə etmə mövzusunda da yardımcı olduğunu göstərmk istəyirdi (11). Beləliklə, Birinci 

Dünya  müharibəsindəki  hərbi  müvəffəqiyyətsizliyə  görə  ictimaiyyət  yanında  davamlı inam itirən iqtidardakı  Ġttihad və  Tərəqqi cəmiyyəti,  Osmanlı dövlətinə  köhnə  üç  vilayətini 

qaytararaq, az da olsa yenidən inam qazanacaqdı. 

Almaniya  imperiyasının  xarici  iĢlər  naziri  (Staatssekretär  das  Auswärtiges  Amt)  Kühlmann,  Ġstanbuldaki  səfirinə,  Ənvər PaĢanın "əlviyə-i  səlasə"  ilə  əlaqədar  tələblərini 

anlayıĢla  qarĢıladıklarını;  ancaq  bu  mövzuda  dəqiq  hər  hansı  bir  söz  verməmələri  gərəkdiyini  bildirirdi  (12).  Kühlmann,  26  fevral  tarixdə  Buxarestdən  göndərdiyi  teleqrafla  da 

Osmanlı  dövlətinin  sadəcə  Qars,  Ərdəhan  və  Batumun  özünə  verilməsini  deyil,  Qafqaz  müsəlmanlarının  hamısının  müstəqil  olmalarını  istədiyini  də  bildirirdi.  Müttəfiq  Osmanlı 

dövlətinin  bu  tələblərinin,  xüsusilə  Batumun  özlərinə  verilməsinin  yerinə  yetirilməsinin  çətin  olduğunu  bildirən  Kühlmann,  bunun  Osmanlı  dövləti  ilə  Rusiyanın  qarĢı-qarĢıya 

gəlməsi  mənasına  gələcəyini  düĢünür;  ancaq  bu  mərhələdə  Osmanlı  dövlətinin  tələblərinə  qarĢı  çıxmanın  da  mənasız  olduğunu  bildirirdi  (13). Beləliklə,  Almaniya  imperiyası  bir 

tərəfdən, Rusiyanı qarĢısına almamağa çalıĢarkən, digər tərəfdən də Osmanlının tələblərini yerinə yetirməyə çalıĢırdı. 

Alman Orduları BaĢ Ġdarəsi (14) komandanı general Lüdendorf da Brest-Litovsk danıĢıqlarının yenidən baĢladığı bir zamanda Osmanlı dövlətinin bu iki arzusunun həyata  

keçirilməsinə  yardım    edilməsini  Almaniya  Xarici    ĠĢlər  Nazirliyindən  istəyirdi.  Bu  tələbləri  Lüdendorfdan  Ənvər  PaĢa  da  irəli  sürmüĢdü  (15).  Ənvər  PaĢaya  görə,  Osmanlı 

dövlətinin istədiyi Qars, Ərdəhan və Batumun əhalisinin əksəriyyəti müsəlman olduğu kimi bu bölgələr, Rusiyaya 1878-ci il Berlin müqaviləsi ilə müharibə təzminatı kimi verilmiĢdi. 

Bundan baĢqa, rus ordusunun  dağılıb geri çəkilməsi ilə bu yerlərdə dövlət hakimiyyəti yox olmuĢ və idarəçilik  boĢluğu yaranmıĢdı. Odur ki, rusların iĢğal etdiyi qədim Osmanlı 

torpaqlarında bir an əvvəl dinc Osmanlı idarəetmə sisteminin qurulması və təhlükəsizliyinin yaradılması gərək idi. Göründüyü kimi, Ənvər PaĢa, rus ordusunun çəkildiyi bölgələrdə 

Osmanlı idarəetmə sisteminin və jandarmasının bir an əvvəl nizam-intizamı qorumasını istəyirdi. Çünki dağılan rus ordusunun silahlarına sahib olan ermənilər bölgədəki müsəlman 

xalqı qətliama baĢlamıĢdılar. 

BolĢevik  Rusiyasının  qarĢı  çıxmasına  baxmayaraq,  alman  hökumətinin  yardımı  ilə  3  mart  1918-ci  ildə  imzalanan  Brest-Litovsk  müqaviləsinin  əsl  mətninin  dördüncü 

maddəsində adını çəkdiyimiz Osmanlı tələbləri belə göstərilir: "Rusiya dövləti Ģərqi Anadolu vilayətlərinin boĢaldılması və Osmanlı dövlətinə sistemli bir Ģəkildə geri verilməsi üçün 

çalıĢacaq. 




85 

 

 



 

Ərdəhan,  Qars  və  Batum  bölgələri  də  dərhal  rus  əsgərləri  tərəfindən  boĢaldılacaqdır.  Rusiya  dövləti  bu  bölgələrin  ümumi  hüquq  və  beynəlxalq  hüquqa  görə  təĢəkkül 

tapacağı  yeni  vəziyyətə  qarıĢmayacaq  və  ayrıca  bunların  bu  əhalisinin  bu  yeni  vəziyyətini  qonĢu  hökumətlər  və  xüsusilə  Osmanlı  dövləti  ilə  birlikdə  təyin  məsələsində  sərbəst 

buraxacaqdır" (16). 

Beləcə,  Qars,  Ərdəhan  və  Batum  Rusiya  himayəsindən  qurtarılmıĢ  və  bolĢeviklərin  Ģüarı  olan  "xalqların  öz  müqəddəratını  özlərinin  müəyyənləĢdirməsi" 

(selfdeterminasyon) haqqı bu bölgələrə tanınmıĢ olurdu. Hər nə qədər Osmanlı dövləti Brest-Litovsk müqaviləsinin dördüncü maddəsinin, Qars, Ərdəhan və Batumu öz torpaqlarına 

qatma  haqqı  verdiğini  elan  etsə  də  Qafqaz  Məclisi,  Brest-  Litovsk  müqaviləsini  tanımadığını  və  Osmanlı  dövləti  ilə  olan  sərhəddini  Osmanlı    dövləti  ilə  danıĢıqlarda 

müəyyənləĢdirmək istədiyini bildirirdi (17). 

Bir Alman tərəfdarı və gürcü sosialisti olan Sereteli (Tseretheli) yə görə, Brest- Litovsk  müqaviləsinin dördüncü  maddəsi gürcülər üçün sürpriz olmuĢ və Osmanlı dövləti 

Birinci  Dünya  müharibəsi dövründə  gürcülərə  davamlı verdiyi sözləri  Brest-Litovskda  tutmayaraq Batum  üzərində  haqq iddia  etmiĢ və  Rusiya  da bunu  həqiqətən qəbul etmiĢdi. 

Sereteli, bu bölgələrin idarə  haqqının Osmanlı dövlətinə  verilməsiylə  Qafqaz  müsəlmanlarının  daha  da  güclənəcəyi  və  bunun da  Qafqaz xristianlarına  zərər verəcəyini bidirərək, 

Almaniyanın dini duyğularını hərəkətə gətirməyə çalıĢırdı (18). 

Sereteli, Batumun Osmanlılara verilməsinə və Ənvər PaĢanın Batumda müsəlman əhalinin çoxunluqda olduğu iddiasına da bu Ģəkildə qarĢı çıxırdı:"... Batumda müsəlman 

əhalisinin olduğu doğrudur. Ancaq bu müsəlmanlar türkcə deyil, gürcücə danıĢırlar... Osmanlı dövləti Qafqazın gələcəyi mövzusunda dini strukturun təsirli olmasını istəməkdədir. 

Gürcülər  isə  milliyyətlər  prinsipinin  təsirli  olmasını  istəməkdədir.  Dini  struktura  görə  sərhədlərin  müəyyənləĢməsi  prinsipi  beynəlxalq  hüquqa  görə  artıq  geridə  qaldı...  Osmanlı 

dövlətinin Brestdə qəbul etdiyi milliyyətlər prinsipinə görə, osmanlıların daha əvvəlki cənub-qərbi Gürcüstandakı hakimiyyətlərini bir haqq kimi qəbul etmək mümkün deyildir. Bu 

gürcü torpaqlarının baĢqa bir ölkə tərəfindən idarə edilməsi mənasına gəlməkdədir. Bu torpaqlarda tarixin ilk dönəmlərindən etibarən gürcülər yaĢamıĢdır" (19). 

Bir  baĢqa  alman  tərəfdarı  gürcü  olan  Maçabelli  isə  Gürcüstanın  Brest-Litovsk  müqaviləsi  ilə  siyasi  olaraq  çətin  vəziyyətə  düĢürüldüyünü  bildirirdi.  Maçabelliye  görə 

Osmanlı  dövləti,  Batuma  mütləq  sahib  olmaq  istəyir  və  bu  məsələni  mübahisə  mövzusu  da  etmirdi.  Bundan  baĢqa,  Maçabelliyə  görə,  Osmanlı  hökuməti  ancaq  Brest-Litovsk 

müqaviləsini qəbul edən bir gürcü hökumətini tanımaq və Azərbaycan ilə də birləĢmək istəyirdi (20). 

Maçabelli və  Sereteli, Batumun Osmanlı torpaqlarına qatılması ilə Osmanlı dövləti qarĢısında Transqafqaz yolunun  açılmasından Ģübhələnirdilər.  Gürcülər və ermənilər, 

Transqafqazda  güclü  bir  Osmanlı  dövlətini,  öz  müstəqil  dövlətlərinin  təĢəkkülü  üçün  maneə  olaraq  görürdülər.  Azərbaycanlılar  isə  üzərlərindəki  rus  və  erməni  təzyiqini 

qaldıracağından, Osmanlı dövlətinin Transqafqazdakı fəaliyyətinə yardım edirdilər. Almaniya isə Transqafqazdakı mənfəətini gürcülərə kömək etməkdə gördüyündən, onları məğlub 

görmək istəmirdi. Onun üçün də Almaniya, Brest-Litovsk müqaviləsindən qısa bir zaman sonra Osmanlı dövlətinin Transqafqazdakı təsir sahəsini daraltma yoluna gedirdi. Bununla 

əlaqədar olaraq, Brest-Litovsk müqaviləsi bir mənada Qafqaz siyasəti mövzusunda Almaniya ilə Osmanlı dövlətinin yollarının ayrılmasının baĢlanğıcı olmuĢdur. 

 

 

Qafqaz müsəlmanlarının müstəqilliyi məsələsi 

 

Brest-Litovskda öz sərhədlərini l877-78-ci illər Rusiya-Osmanlı müharibəsindən əvvəlki sərhədləri kimi Rusiyaya və müttəfiqlərinə qəbul etdirən Osmanlı dövləti, Qafqaz 



siyasətində  irəliyə  doğru  bir  addım  daha  ataraq  diqqətini  artıq  Batumun  arxasındakı  müsəlmanların  müstəqilliyi  üzərində  toplamıĢdı.  Qafqazdakı  müsəlmanların  müstəqilliyini 

reallaĢdırmaq məqsədi ilə bir tərəfdən, müttəfiqləri ilə diplomatik müharibə apararkən, digər tərəfdən də hərbi tədbirlər görürdü. Osmanlının hərbi naziri və baĢ komandan vəkili 

Ənvər PaĢa üçün Qafqazın xüsusi əhəmiyyəti vardı. Çünki, Qafqaz həm Orta Asiyaya, həm də Hindistana gedən yol üzərində yerləĢirdi. Bundan baĢqa, uzun illərdir davamlı torpaq 

itirən Osmanlı dövlətinin qarĢısında ilk dəfə torpaq qazanma fürsəti yaranmıĢdı. Ġttihad və Tərəqqi hökuməti yenidən özünə inam yaratmaq üçün bu fürsətdən yaxĢı istifadə etmək 

məcburiyyətində idi. Bu səbəbdən Osmanlı dövləti cənub cəbhəsində ingilislər qarĢısında ölüm-qalım  müharibəsi apardığı bir dövrdə Ənvər PaĢa, Qafqazda qardaĢı Nuru PaĢa və 

inandığı zabitlərə xüsusi bir ordu təĢkil etdirərək Qafqaz müsəlmanlarının müstəqilliyini təĢkil etməyi düĢünürdü. 

Bunu təsdiq edən, Ġstanbuldakı alman səfiri Bernsdorfun raportuna görə, 18 fevral 1918-də, Trabzon ilə Batum arasında 6 000 müsəlman əsgər toplanmıĢ, Bakı ətrafında isə 

bunların sayı 30 000-ə çatmıĢdı. Bunların əhəmiyyətlli bir qismi müsəlman əsgərlərdən ibarət olub, silah-sursat və ərzaq problemləri yox idi (21).  

Yenə bunu təsdiq edən Ģəkildə, Almaniya BaĢ Qərargah BaĢqanlığından  mayor Gienanth, 1 Mart 1918-ci ildə Alman Orduları BaĢ Ġdarəsinə, Ənvər PaĢanın qardaĢı  Nuru 

PaĢanın Trablusqərbə (Liviya) geri dönməyəcəyi, onun yerinə gizli bir vəzifə ilə Qafqaza gedəcəyini dəqiq qaynaqlardan öyrəndiyini bildirirdi. Mayor Gienantha görə, Nuru PaĢanın 




Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə