Azərbaycan xalq cümhurġYYƏTĠ VƏ qafqaz ġslam ordusu



Yüklə 7,57 Mb.
Pdf görüntüsü
səhifə6/278
tarix05.02.2018
ölçüsü7,57 Mb.
#24603
1   2   3   4   5   6   7   8   9   ...   278

14 

 

 



 

edən  Leninə  buradan  "qaynar  xətdən"  vaxtaĢırı  məktublarını  göndərir.  Əslində  BolĢevik-daĢnak  hökumətinin  ordusu  Rusiyanın  ac,  paltarsız  ordusundan  fərqli  olaraq  yaxĢı  təchiz 

olunmuĢ ordu idi. Çünki, "hökumət" Bakı zənginlərinin əmlaklarını müsadirə edəcək qədər bir dərəcədə onlara yüksək zorakı vergilər qoymuĢ, daha çox zor və təhdid yolu ilə onları 

talan  etməklə  bir  ordu  bəsləməkdə  idi.  Türk  azadlıq  ordusu  və  yerli  könüllü  qüvvələrin  ilk  vaxtlar  uğradıqları  müvəqqəti  çətinliklər  (məs.  Qaraməryəm  altındakı  itkilər,  Sığırlı 

stansiyasındakı  uğursuzluqlar)  düĢməndə  müvəqqəti  ruh  yüksəkliyi  yaradırsa  da,  lakin  tezliklə  təcili  görülən  tədbirlər:  ərkani  hərbin  cəbhə  yaxınlığına  köçürülməsi,  könüllülərin 

orduya  cəlb  edilməsinin  sürətlənməsi,  əlavə  qüvvələrin  vaxtında  yetiĢməsi  və  bir  də  "vətən"  deyib  ayağa  qalxan  xalqın  hər  yerdə  Qafqaz  Ġslam  Ordusunu  xilaskar  ordu  kimi 

qarĢılayıb əziz tutması qoĢuna ruh verirdi. 

Mehman  Süleymanov  Qafqaz  Ġslam  Ordusunun  keçdiyi  yol  boyu  girdiyi  döyüĢləri  -"Salyan  döyüĢü",  "Ağsu  və  Kürdəmir  ətrafında  baĢ  verən  döyüĢlər",  "ġamaxı  və 

Hacıqabul  ətrafında  baĢ  verən  döyüĢlər"  adlarıyla  təsvir  edə-edə  döyüĢ  Ģəraitini  təhlil  etməyə  çalıĢılmıĢdır.  Məhz  bu  döyüĢlərdən  uğurla  çıxan  Qafqaz  Ġslam  Ordusu  üzünə  indi 

Bakıya aparan yolun açıq olduğu gostərilir. 

Qafqaz Ġslam Ordusunun qurtuluĢ hərəkatını mərhələ-mərhələ araĢdırıb üzə çıxarmaq məqsədilə M.Süleymanovun kitaba daxil edilmiĢ digər yazısı hərəkatın nəticələrinə 

həsr edilmiĢdir. Müəllif əslində öz vəzifələrini qalibiyyətlə baĢa çatdırmıĢ ordunun Mudros sülhü (1918-ci il oktyabrın 30-da Türkiyə ilə Ġngiltərə arasında) Ģərtinə görə Azərbaycanı 

tərk  etməli  olduğunu  nəzərdə  tutmur,  burada  həm  də  bu  xilaskar  ordunun  Bakının  azad  edilməsindən  sonra  fəaliyyətinin  geniĢlənməsi  üçün,  ADR-in  yerlərdə  daha  da 

möhkəmləndirilməsi  uğrunda  həyata  keçirdiyi böyük  tədbirlər planından bəhs edir. Özlüyündə  Azərbaycanda, eləcə  də  bütün Qafqaz regionunda  hərbi-quruculuq islərinə  giriĢən 

Ordunun fəaliyyətinin bu zaman nəticələrinə, əldə olunan uğurlarına daha çox diqqət verilmiĢdir. 

Yeni BolĢevik Rusiyası da öz istila planları ilə heç də çar Rusiyasından geri qalmırdı. Leninin baĢçılıq etdiyi "haqqa və ədalətə arxalanmalı olan fəhlə-kəndli dövləti" Bakını 

Azərbaycandan ayıraraq Rusiyaya birləĢdirmək ideyasını irəli sürürdülər və fəaliyyətlərini bu istiqamətə yönəltmiĢdilər. Lakin Bakısız Azərbaycan baĢsız bədən demək idi. Bunu hər 

kəs anlayırdı. 

Bakının alınmasının fövqəladə əhəmiyyət daĢıdığını düĢünən ordu komandanı Nuru PaĢa bir çox çətinliklər üzündən Mərəzədə dayanmalı olan qoĢun birliklərinin dərhal 

Bakı üzərinə getmələrini vacib saymıĢ və fasilə vermədən düĢməni təqib etnıəyə qərar vermiĢdi. Həm də hərbiyyə naziri Ənvər PaĢanın "siyasi vəziyyət Bakının bundan bir an əvvəl 

ələ keçirilməsini zəruri etdirir" Ģəklində əmri Qafqaz Ġslam Ordusunu bütün məhrumiyyətlərə və çətinliklərə sinə gərərək irəliləməyə ruhlandırırdı. 

Avqustun  1-də  Bakını  hücumla  alıb  azad  etməyi  düĢünən  komandanlığın  səylərinə,  habelə  türk  qoĢunlarının  böyük  fədakarlıq  və  əzmkarlıqla  vuruĢmalarına  baxmayaraq 

məhz top mərmisi tükəndiyi üçün bu hücum sonadək aparıla bilmədi. Avqustun 5-də baĢ verən bu birinci hücumdan sonra döyüĢ xəttini möhkəmlədərək ciddi müqavimətə hazırlaĢan 

Qafqaz Ġslam Ordusu yeni qüvvələrin gəlməsini gözləməkdə idi. 

Nasir  Yücəər  "Qafqaz  Ġslam  Ordusunun  Bakı  Ģəhərini  azad  etməsi"  yazısında  Bakı  uğrunda  döyüĢ  hazırlıqlarını,  eləcə  də  keçirilən  vuruĢları  təfərrüatı  ilə  təsvir  etmiĢ, 

Qafqaz  Ġslam  Ordusunun  Bakı  hərəkatının  bununla  dəqiq  cizgilərlə  nəqĢ  edilməsinə,  həm  də  geniĢ  panoramının  yaradılmasına  nail  olmuĢdur.  Nəhayət  sentyabrın  15  də  çoxdan 

gözlənilən qələbə təmin olunmuĢ; Bakı uğrunda böyük Ģücaət və qəhrəmanlıq nümunəsi göstərən Qafqaz Ġslam Ordusunun bütün heyəti, xüsusən 15-ci və 5-ci Qafqaz diviziyaları, 

38-ci alay, 56-ci alay fərqlənmiĢlər. Bununla Bakı erməni-rus əsarətindən qurtulmuĢ; Azərbaycan Xalq Cümhuriyyəti öz həqiqi istiqlalına qovuĢmuĢdu. 

Qəhrəman  Qafqaz  Ġslam  Ordusunun  Dağıstan  hərəkatı  da  labüd  zəruri  səbəblərdən  doğmuĢdur.  Belə  ki,  1918-ci  ilin  martında  rus  hərbi  birliklərinin  Vladiqafqazı  ələ 

keçirməklə öz müstəqilliyinin ciddi təhlükə qarĢısında qaldığını görən Dağlılar Ġttifaqı liderləri qəti təĢəbbüslər göstərmiĢ, hərbi yardım üçün Türkiyəyə müraciət etmiĢdir. Dağlılar 

hökumətinin  siyasi  mövcudluğu  bütöv  Qafqazın  müstəqilliyinin  əsas  Ģərti  idi.  Dosent  Altay  GöyüĢovun  (BDU)  göstərdiyinə  görə  öz  istiqlaliyyətini  elan  edən  dağlılar  almanlara 

istiqlaliyyətin  saxlanılması  üçün  bir  müraciətdə  bulunmuĢdularsa  da  almanlar  bəzi  səbəblər  üzündən  (ġimali  Qafqazda  kazaklarla  ixtilafa  girməməkdən  ötrü)  onlara  biganəlik 

göstərmiĢdilər.  Lakin  Qafqaz  dağlılarının  müstəqilliyinin  elan  olunmasını  eyni  sevinc  və  razılıq  hissi  ilə  qarĢılayan  Osmanlı  dövləti  ilə  Azərbaycan  olmuĢdu.  Nuru  PaĢa  ġimali 

Qafqaz komandanı olaraq Ġsmayıl Həqqi bəyi Dağıstana ezam edir. 

Həqqi bəy qüvvələri qərargahı Qımibdə yerləĢən Dağıstan hərbi birləĢmələri ilə birlikdə fəaliyyətə baĢlayır. Çox keçmədən Qafqaz Ġslam Ordusu tərəfindən əlavə kömək 

olaraq Süleyman Ġzzətbəyin komandanlığında 15-ci piyada tüməni də göndərilir. 

Tarixçi  alim,  millət  vəkili  Havva  Məmmədovanm  (Azərbaycan  Respublikası  Prezdenti  yanında  Dövlət  Ġdarəçilik  Akademiyası)  kitaba  daxil  edilmiĢ  araĢdırması 

respublikanın  quruculuq  dövrü  hadisələrini  iĢıqlandırmaqla  daha  sonrakı  çağları  əhatə  edir.  Lakin  lədqiqat  iĢinin  ("Yuxarı  Qarabağda  müvvəqəti  General-qubernatorluğun 

yaradılması və erməni separatizminin ləğv edilməsi (1918-1920-ci illər") Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağda yaranmıĢ mürəkəb durumun əks olunması baxımından 

çox faydalı olacağı Ģübhəsizdir. Belə ki, bu vilayətdə möhkəm strukturun - general qubernatorluğun yaradılması və Xosrov bəy Sultanov Ģəxsində erməni scparatçılarının əl-ayağını 

yığıĢtırmağı baĢaran bir fövqəladə Ģəxsiyyətin hərtərəfli tanıdılmasına bu gün böyük ehtiyac vardır. Qarabağda erməni Milli ġurasının yaratdığı avantüralar, qaniçən Andronikin qətl-



Yüklə 7,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   278




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə