51
keçirilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin.
Nəhayət ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
30 may 2014-cü il tarixli, 172 nömrəli qərarı ilə "Mərkəzi və yerli
icra
hakimiyyəti
və yerli özünüidarəetmə orqanlarının
hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və
ictimai müzakirənin keçirilməsi Qaydası" təsdiq edildi.
Qaydada konkret olaraq yazılıb ki, mərkəzi icra
hakimiyyəti
orqanlarının
hazırladıqları
hüquqi
aktların
layihələrinə dair ictimai dinləmə həmin hüquqi aktların
layihələrinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və
vətəndaşların məlumatlandırılması məqsədi ilə aidiyyəti
orqanların səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti
institutlarının, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin
iştirakı ilə yığıncaqların
keçirilməsidir
16
.
Qayda ilə müəyyən olunub ki, mərkəzi icra hakimiyyəti
orqanları hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai
dinləmə və ictimai müzakirənin təşkili üçün hər biri özünün rəsmi
internet səhifəsində xüsusi bölmə ayırır və həmin səhifədə
"elektron hökumət" portalına keçidi təmin edir.
Mərkəzi icra hakimiyyəti orqanı hazırladığı normativ
hüquqi aktların layihələrini razılaşdırılması üçün göndərildiyi
andan özünün rəsmi internet səhifəsinin xüsusi bölməsində və
"elektron hökumət" portalında yerləşdirir. Vətəndaş cəmiyyəti
institutlarının, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin
rəy, irad və təkliflərinin alınması məqsədi ilə layihələrin 60 gün,
16
Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları
hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi
Qaydası. Maddə 1.3