31
keçirib və bu barədə məlumat yayıb. Əlbəttə, bəzi qurumlar bu
hesabatı öz internet səhifələrində yerləşdirərək, şəffaflığı tam
təmin etsə də, bəziləri hesabatların əlçatanlığını təmin etməyib.
Əsas qeydlərdən biri ondan ibarətdir ki, heç bir yerli icra
hakimiyyəti orqanının rəsmi internet səhifəsində “Hesabatlar”
bölməsi yoxdur və saytlarda hesabatlar nə ümumi, nə də sahəvi
olaraq yer alıb. Bu hesabatlar bir çox hallarda ilin sonunda YAP
rayon təşkilatı ilə birlikdə keçirilən illik toplantıda verilib.
Mərkəzi icra hakimiyyəti orqanlarının heç də hamısının saytında
hesabatlar ayrıca bölməyə yerləşdirilməyib. Yaxşı olardı ki,
hesabatlar şəffaflığı təmin etmək məqsədilə saytda, xüsusi
bölmədə müxtəlif formatlarda (doc, pdf və s.) yerləşdirilsin və ana
səhifədə tez gözə çarpsın.
2.4 Dövlət orqanlarının fəaliyyətini tənzimləyən qanunvericilik
aktlarının anlaşılan, sadə dildə yazılmış versiyasının, bələdçi
qaydalarının tərtib edilməsi və bu məlumatların vətəndaşlar
arasında təşviq edilməsi
2.4.1. Dövlət orqanlarının fəaliyyətini tənzimləyən
qanunverici aktların sadə və anlaşıqlı formada rəhbər
prinsipləri versiyasının hazırlanması
Məsul dövlət orqanları: Mərkəzi və yerli icra hakimiyyəti
orqanları
İcra müddəti: Mütəmadi
Ölçmək üçün indikatorlar: Dövlət orqanlarının fəaliyyətlərini
tənzimləyən qanunverici aktların sadə və anlaşıqlı formada rəhbər
prinsipləri versiyasının hazırlanması
Metodoloji əsas:
2 – rəhbər prinsiplər sadə və anlaşıqlı formada hazırlanmışdır
32
1 – rəhbər prinsiplərin işlənilməsi ilə bağlı fəaliyyətlər aparılsa
da onun qəbul olunması ləngiyir
0 – planlaşdırılan tədbirlərin reallaşdırılmasını təsdiq edən hallar
aşkara çıxarılmayıb
İcra vəziyyəti
Monitorinq balı: 1
(Rəhbər prinsiplərin işlənilməsi ilə bağlı fəaliyyətlər aparılsa da,
onun qəbul olunması ləngiyir)
Qiymətləndirmə metodologiyası dövlət orqanlarının
fəaliyyətini tənzimləyən qanunverici aktların sadə və anlaşıqlı
formada rəhbər prinsipləri versiyasının hazırlanmasının sorğular
vasitəsi ilə müəyyənləşdirilməsini nəzərdə tutur. Monitorinq
zamanı müvafiq dövlət orqanlarına göndərilmiş sorğulara verilən
cavablarda əksər dövlət orqanları fəaliyyətini tənzimləyən
qanunverici aktların sadə və anlaşıqlı formada versiyalarının
hazırladıqlarını bildiriblər.
Lakin, çox az dövlət orqanlarının saytlarında bu cür
informasiyalar yerləşdirilib. Bu isə, belə nəticəyə gəlməyə imkan
verir ki, dövlət orqanlarının fəaliyyətini tənzimləyən qanunverici
aktların sadə və anlaşıqlı formada
rəhbər prinsiplərin işlənilməsi
ilə bağlı fəaliyyətlər aparılsa da, onun qəbul olunması ləngiyir.
2.4.2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları
onların fəaliyyətlərini tənzimləyən qanunverici aktları
sadə və anlaşıqlı dildə tərtib və dərc etmişdir.
Məsul dövlət orqanları: Mərkəzi və yerli icra hakimiyyəti
orqanları
İcra müddəti: Mütəmadi
33
Ölçmək üçün indikatorlar: Mərkəzi və yerli icra hakimiyyəti
orqanları onların fəaliyyətlərini tənzimləyən qanunverici aktları
sadə və anlaşıqlı dildə tərtib və dərc etmişdir.
Metodoloji əsas:
3 – Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının 70 faizindən
çoxu onların fəaliyyətlərini tənzimləyən qanunverici aktları sadə
və anlaşıqlı dildə tərtib və dərc etmişdir.
2 – Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının 20 faizindən 70
faizə qədəri onların fəaliyyətlərini tənzimləyən qanunverici aktları
sadə və anlaşıqlı dildə tərtib və dərc etmişdir.
1-Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının 20 faizindən azı
onların fəaliyyətlərini tənzimləyən qanunverici aktları sadə və
anlaşıqlı dildə tərtib və dərc etmişdir.
0-Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının heç biri onların
fəaliyyətlərini tənzimləyən qanunverici aktları sadə və anlaşıqlı
dildə dərc etmir.
İcra vəziyyəti
Monitorinq balı: 1
(Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının 20 faizindən azı
onların fəaliyyətlərini tənzimləyən qanunverici aktları sadə və
anlaşıqlı dildə tərtib və dərc etmişdir)
Monitorinqin metodologiyası mərkəzi və yerli icra
hakimiyyəti orqanları onların fəaliyyətlərini tənzimləyən
qanunverici aktları sadə və anlaşıqlı dildə tərtib və dərc edilməsini
ölçməyin vasitəsi kimi sorğuları nəzərdə tutur. Müvafiq dövlət
orqanları tərəfindən bu məsələ barəsində sorğulara verilən əksər
cavablarda
onların fəaliyyətini tənzimləyən qanunverici aktları
sadə və anlaşıqlı dildə tərtib və dərc etdiklərini
bildiriblər
11
.
11
Nümunələr: Vergilər Nazirliyi: http://taxes.gov.az/modul.php?name=e-xidmetler,
http://taxes.gov.az/modul.php?lang=&name=birpencere&bolme=legal,