Azərbaycanda ipoteka sistemi : real vəZİYYƏTİn təHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİqaməTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35966
növüXülasə
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 55 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



Əgər təşkilat dördüncü yolu seçərsə öz kredit müqavilələrini investisiya 

bankları  vasitəçiliyi  ilə  və  ya  xüsusi  plasmanlar  (private  placement) 

şəklində  sərmayəçilərə  satır.  Əgər  bank  öz  məhsulunu  qiymətli 

kağızlara çevirmişsə bu kağızları ya yuxarıdakı bölmələrdə qeyd edilən 

GNMA, FHLMC və ya FNMA vasitəçiliyi və zəmanəti altında və ya öz 

adı  altında  sərmayə  bazarlarında  çalışan  dillerlər  və  ya  FNMA  / 

FHLMC  -nın  satış  masaları  vasitəsiylə  yatırımcıya  satır.  İlk  iki  yolu 

seçənlər  kreditlərini  bir  paket  halına  salaraq  ya  birbaşa  yatırımçıya 

yaxud FNMA-ya satır. Digər yol isə, kredit paketlərinin xüsusi Plasma 

yaxud dillerlər vasitəsiylə sərmayəçilərə satılır. 

 

ABŞ qanunvericiliyində ipoteka kreditinin məbləği üçün yuxarı 



hədd  müəyyən  edilməyib.  Lakin,  banklar  tərəfindən  əmək  haqqı  və 

digər  dayanıqlı  gəlirlər  nəzərə  alınaraq  vətəndaşın  ödəmə  qabiliyyəti 

qiymətləndirilir  və  buna  uyğun  olaraq  yuxarı  hədd  müəyyən  edilir. 

Digər məqam isə odur ki, ipoteka krediti vətəndaşa yalnız bir dəfə deyil 

dəfələrlə  verilə  bilər.  Belə  ki,  vətəndaşın  ödəmə  qabiliyyəti  imkan 

verirsə  bir  neçə  dəfə  və  yaxud  da  paralel  olaraq  ipoteka  götürmək 

hüququndan istifadə edə bilər. 

Yeri  gəlmişkən  qeyd  edək  ki,  Azərbaycanda  ipoteka  kreditləşməsində 

ABŞ modeli tətbiq edilir. Lakin, qeyd etdiyimiz kimi ABŞ-da kreditlər 

3-4 faizlə verildiyi halda ölkəmizdə bu göstərici 4-12% olaraq müəyyən 

edilib.  4%  sosial  ipoteka  şərtlərinə  daxil  edilir  ki,  bu  da  xüsusi  status 



AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 56 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



tələb  edən  haldır.  Sıradan  vətəndaşlar  isə  yalnız  8%-lik  şərtdən 

yararlana  bilər.  ABŞ-da  isə  qeyd  edilən  şərtlərdən  istənilən  ölkə 

vətəndaşı  yararlana  bilir.  Digər  tərəfdən  Azərbaycanda  kreditin  yuxarı 

həddi  50  min  manat  müəyyən  edilib  ki,  bir  çox  hallarda  bu  vəsait 

normal  yəni,  vətəndaşın  mənzil  problemini  uzunmüddətli  olaraq  həll 

edilməsində  problem  yaradır.  Çünki,  daşınmaz  əmlak  bazarında 

qiymətlər  kredit  üçün  müəyyən  edilmiş  yuxarı  həddən  ciddi  şəkildə 

çoxdur. 


Bunlardan  başqa  Azərbaycanda  ipoteka  kreditlərinin 

maliyyələşməsi  dövlət  tərəfindən  həyata  keçirildiyi  üçün  adətən  vəsait 

çatışmazlığı  hiss  edilir  və  vətəndaşların  istənilən  vaxt  ipoteka  krediti 

almaq imkanı olmur. Bu isə bir növ səmərəlilik indeksini aşağı salır və 

bir sıra hallarda isə kənar ödənişlərin tələb edilməsi üçün stimul yaradır. 

Lakin,  ABŞ-da  2008-ci  ildə  baş  verən  böhran  zamanı  yaranan  qısa 

fasilədən başqa ipoteka kreditlərinin maliyyələşdirilməsində limit və ya 

vaxt məhdudiyyəti yoxdur. Buna əsas səbəb isə ölkədə normal maliyyə 

münasibətlərinin  formalaşdırılması  və  ipoteka  kreditləşməsində  əsas 

aktyorların  özəl  sektor  təmsilçiləri  olmasıdır.  Həmçinin  onu  da  qeyd 

etmək lazımdır ki, ipoteka siyasəti ABŞ daşınmaz əmlak bazarının ana 

xətti hesab edilir. Bu siyasət həm vətəndaşların sosial tələblərini yerinə 

yetirir  və  həm  də  tikinti  və  digər  sub  sektorların  fəaliyyətlərini 

koordinasiya  edir.  Sonda  ABŞ  ipoteka  şərtlərini  aşağıdakı  kimi 

qruplaşdırmaqla ümumi mənzərəni daha dolğun təsəvvür etmiş olarıq: 



AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ 

REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ 

İSTİQAMƏTLƏRİ

 

  Rəşad Həsənov, MA, 



Gülnar İsmayılova, MSc, 

Fərhad Bayramov

 

Səhifə 57 / 91 



 

 

İSİM

 

İqtisadi və Sosial İnkişaf Mərkəzi

 

Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət

 

 

 



 

İpoteka kreditinin müddəti  30 il; 

 

Hazırda ipoteka kreditlərinin faiz dərəcələri 3%-4%; 



 

İpoteka kreditinin məbləği üçün son hədd yoxdur

 

Son aylıq ödəniş tarixi üçün müəyyən edilmiş yaş həddi 75; 



 

İpoteka kreditinin məbləği əmlakın 80%-90%-i qədər olur

 

Alınmış  əmlak  kreditin  son  aylıq  ödəniş  tarixinədək  girovluqda 



qalır; 

 



ABŞ-ın istənilən vətəndaşı ipoteka krediti ala bilər

 



İcbari sığorta tələb edilir

 



İpoteka kreditlərinin ÜDM-də xüsusi çəkisi 69.4%. 

Hazırda  ABŞ-da  ipoteka  ilə  əmlak  alqı-satqısı  ümumi  dövriyyənin 

90%-ni təşkil edir. 

Avropa modeli və avropa ölkələrində ipoteka kreditləşməsi

 

 



İpoteka  kreditlərinin  Avropa  modeli  haqqında  qısa  olaraq 

tədqiqatın  əvvəlində  məlumat  vermişik.  Qeyd  etdiyimiz  kimi  ipoteka 

kreditləşməsinin  Avropa  modelinin  özünəməxsusluğu  insanların  pul 

yığımlarının ümumi problem olan evsizliyin həllinə yönləndirilməsi və 

mahiyyəti  isə  güclərin  birləşdirilməsi  prinsipinə  söykənir.  Bu  zaman 

tətbiq  olunan  qayda  ondan  ibarətdir  ki,  ev  almaq  üçün  vəsaiti  kifayət 

etməyən  insanlar  imkanlarını  birləşdirir  və  növbə  ilə  bu  problemi  həll 

edirlər.  Problemin  bu  üsulla  həlli  ikinci  dünya  müharibəsindən  sonra 

Avropada  daha  da  genişləndi  və  tikinti  əmanət  banklarının  yaranması 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə